Bu gün Çexiya, Polşa və Macarıstanın zavodları alman və italyan firmaları üçün
malları Aİ-yə yenidən ixrac edən yığma sexlərinə çevrilmişdir.
Strateji alyanslar - müəyyən sahələrdə qlobal bazara istiqamətlənmiş
rəqabət məsələlərinin birgə həlli üçün yaradılan, lakin digər sahələrdə rəqibabəti
davam etdirməyə imkan verən müxtəlif növ firmalararası çevik ittifaqlardır.
Strateji alyansların yaradılmasının konkret məqsədlərini bir neçə əsas mövqe
üzrə qruplaşdınnaq olar;
•
fınualarm ETTKİ sahəsində beynəlxalq əməkdaşlığına əsaslanan
texnoloji alyanslar; firmalararası koalisiyaların 38%-i bunların payına düşür;
•
müştərək istehsal barədə sazişlər (24%). İstehsal alyanslarının çoxu
məhsul buraxılışının miqyası hesabına qənaət əldə olunmasına çalışır. Belə
vəziyyətdə firmalar bir halda istehsal zəncirinin müəyyən həlqələrini birləşdirib,
qalan əməliyyatlarda tam müstəqilliyini saxlaya, digər halda isə müştərək
müəssisə yarada bilər.
•
satış sahəsində sazişlər (8%). Satış alyanslarının əsas məqsədi
iştirakçılarının qarşılıqlı rəqabətini aradan qaldırmaq yaxud məhdudlaşdırmaq
deyil, strateji bazarlarda bir-birinin satış şəbəkələrinə daxil olmaq imkanı
yaratmaqdır. «Strateji ailələr» öz aralarında rəqabət aparmayan, lakin
strategiyaları bir-birini tamamlayan, bazarda müvəffəqiyyət əldə olunması üçün,
qarşılıqlı asılılığı olan firmaların sahibkarlıq fəaliyyətinin ümumiləşmiş
formasıdır.
Beynəlxalq çarpazlaşmalar - həm TMK daxilində, həm də ondan kənarda
mövcud olan qarşılıqlı əlaqələrin ən geniş yayılmış formasıdır. Bunun
nəticəsində ümumi əlaqələri olan TMK qruplarının yaranması onların
dayanıqlığını, mənfəətinin sabitliyini yüksəltsə də, iqtisadiyyatda rəqabətin
zəifləməsi meylini formalaşdırır. Bu, «strateji ailələrin» yaradılmasının
istiqamətlərindən biridir. Əslində söz TMK-nm fəaliyyəti sahəsində həddən
ziyadə inhisarlaşmadan, dünya iqtisadiyyatında o qədər də müsbət olmayan
prosesdən gedir. Onların fəaliyyətinə nəzarət mexanizminin kəskin zəifləməsi, iri
şirkətlərin müdiri}q/ətinin fəaliyyətində 1960-1980-ci illərdə nadir baş verən
dələduzluq hallarının 1990-cı illərdə və XXI əsrin birinci onilliyində geniş
yayılması buradan irəli gəlir.
1980-ci illərə qədərki dövrdən fərqli olaraq, TMK-nm müasir
strategiyaları əhəmiyyətli dərəcədə dəyişmişdir. Onların əsas istiqaməti mümkün
qədər çox qazanc əldə etməkdir; yerləşdiyi ölkədə ərazilərin inkişafı,
417
məşğulluğun artması, texnologiyaların verilməsi və digər sosial, ekoloji
məsələlər ikinci və üçüncü sıraya keçmişdir. Rəqabət qabiliyyətinin saxlanması
və gücləndirilməsi, sahədə öncüllüyün ələ keçirilməsi, sərt münasibətlər TMK-
nın fəaliyyətinin əsas elementlərinə çevrilmişdir. Onların strategiyalarına adətən
bu elementlər daxildir:
•
istehsalın standartlaşdırılması;
•
istehsal güclərinin cəmləşdirilməsi;
•
innovasiyalarm yalnız öz müəssisələrində tətbiq olunması;
•
dünya üzrə səpələnmiş filialların fəaliyyətinin TMK-nm baş mənzil-
qərargahından planlaşdırılması və əlaqələndirilməsi;
•
öz sahəsində liderliyə istiqamətlənmə.
Bu strategiya eyni sahədə fəaliyyət göstərən TMK-lar arasında rəqabətin
güclənməsinə gətirib çıxarır. Məsələn, Amerikanın («General Motors», «Ford»),
Yaponiyanın («Toyota», «Mitsubishi»), Almaniyapm («Volkswagen», «Opel»,
«Mercedes-Benz »), Fransanın («Peugeot», «Citroën»), İtaliyanın («Fiat»),
Cənubi Koreyanın («Kia Motors») avtomobilqayınna korporasiyaları arasında
amansız mübarizə gedir. Qiymət rəqabəti sayəsində hər yerdə ənənəvi
korporasiyaları sıxışdıran Çin şirkətləri ildırım sürəti ilə bu mübarizəyə
qoşulmuşdur. Dünya avtomobil bazarı TMK-lar arasında bölünmüşdür.
Dünyanın mülki aviasiyasında şəriksiz dominantlıq 2 TMK-nın - Amerikanın
«Boeing» və Avropanın «Airbus» arasında bölüşdürülmüşdür.
Enerji, 0 cümlədən neft şirkətləri arasındakı rəqabət mübarizəsi daha
amansızdır. Cəmiyyətin maraqlarına etinasızlıq, həddən atıq böjdik risk,
qanunvericiliyin pozulması onların fəaliyyətində geniş yayılmış hallardır.
16 aprel 2010-cu il tarixində Meksika körfəzinin şelfmdə, Luiziana ştatı sahilinin
yaxınlığında nəhəng (■rBritish Petroleum» (BP) korporasiyasının neft platformasında qəza
baş vermişdir. Dənizin dibindən çıxarılan neft geniş sel şəklində dənizə axmış, eni 200 km.
olan «neft ləkəsi» ətrafdakı bütün canlıları - dəniz yosunlarını, balıqları, quşları məhv
edərək, sahilə yaxınlaşmağa başlamışdı. BP-nin məlumatlarına görə, okeana sutkada 20 min
ton, başqa mənbələrə əsasən isə 100 min ton barrel neft axırdı. Qəzanın aradan qaldırılması
cəhdləri cüzi fayda verir, neftin körfəz sularına axması davam edirdi. Zərər nə qədər idi?
Onu hesablamaq belə, çətinlik yaratsa da, 10 milyardlarla dollar həcmində olduğu aydın idi.
Prezident Obama ABŞ hökumətinin günahkarın bu qlobal fəlakət nəticəsində dəyən ziyanı
bütövlüklə ödəməyə məcbur
418