2
Tərtibçilər: Aynurə Əliyeva
Sevil Əhmədova
Redaktor: Könül Ağazadə
İxtisas redaktoru və Şəhla Qəmbərova
buraxılışa məsul: Əməkdar Mədəniyyət işçisi
Mətbuat – Həyatın güzgüsü, həqiqətin carçısı: 3 May –
Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü münasibətilə
mərkəzi kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər,
qəsəbə, kənd kitabxana filialları üçün hazırlanmış metodik
vəsait / Azərbaycan Respublikası Mədəniyyət və Turizm
Nazirliyi, F. Köçərli ad.Respublika Uşaq Kitabxanası; tərt.ed.
A. Əliyeva; ixt.red. və burax.məsul Ş. Qəmbərova; red.
K. Ağazadə. – Bakı: F. Köçərli ad.Respublika Uşaq Kitabxanası,
2018. - 30 s.
©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2018
3
Tərtibçidən
Özünü ifadə etmək, qəlbləri rahat qoymayan söz azadlığı hər
yerdə dəbdə olan bir tələbə çevriləndə, nəhayət, fikir və düşüncə
azadlığı sahəsində “partlayış” üçün siyasi və iqtisadi şərait
yetişdi. İnsanların düşüncə tərzində və hərəkətində çevriliş baş
verdi. Söz və öz azadlığı üçün meydan istədi. İlahi sözün
çağrışları dünyanın bütün guşələrində milyonlarla insanı ayağa
qaldırdı. Mətbuat bu azadlığı məmləkət-məmləkət, şəhər-şəhər,
kənd-kənd, ev-ev daşıyan, insanlar arasında yayan qanadlı quşa
çevrildi. Bundan sonra sözün gücü bütün silahdan daha qüdrətli
oldu.
Dünyada ilk qəzetlər. Eramızdan əvvəl 59-cu ildə Yuli Sezar
əmr verdi ki, senat iclasları, Romada baş verən digər hadisələr
haqqında məlumat verən protokollar ictimai yerlərdən asılsın.
Bu cür məlumatlar gipsdən hazırlanmış lövhələr üzərində qara
şiriftlə yazılırdı. Bu prokotollar ilk qəzet nümunələri idi. Orta
əsrlərin qapalı həyatında heç belə qəzetlər də yox idi. Yeni
xəbərlər çox vaxt uzaq ölkələrə səyahət edən ticarətçilər
tərəfindən yayılırdı. Orta əsrlərin sonlarından ölkədaxili və
ölkəxarici əlaqələrin genişlənməsi qəzetə olan təlabatı artırır.
Leyşikdə bank işçiləri əlyazma qəzet buraxmağa başladılar. Bu
qəzetlər bir neçə nüsxədə olurdu. Hər bir oxucu qəzeti pulla aloa
bilərdi. Venesiyada isə xəbərlər əlyazma vərəqlərində çıxırdı.
Bu əlyazmalar meydanlarda asılırdı. Venesiya ilə Türkiyə
arasında gedən müharibə zamanı isə bu əlyazmalar hər ay
meydanda xüsusi adamlar tərəfindən ucadan oxunurdu.
Dinləyicilərdən bir qazetta (İtaliyada xırda pul) alırdılar. Bir çox
alimlər qəzet sözünün elə məhz buradan əmələ gəldiyini güman
edirlər. Artıq XVI əsrin ikinci yarısından Almaniyada ixtisaslı
qəzet üzü köçürənlər meydana gəlmişdi. Almaniyada qəzetlər
maraqlananlara xüsusi ödənişlə göndərilirdi. Bu qəzetlərdə
4
nəinki real hadisələr, həmçinin uydurulmuş hekayələr də
verilirdi.
Artıq 1566-cı ildən Strasburq və Bazeldə həftəlik qəzetlər
çıxmağa başladı. Ümumiyyətlə, qəzet çapı o dövrlərdə
təhlükəli idi. Qəzetlər və qəzetçilər təqiblərə məruz qalıb
cəzalandırılırlar. Məsələn, 1652-ci ildə IX Karl, Fransa kralı
XIII Lüdovik və digərləri öz hakimiyyətləri dövründə qəzet
çıxarmağı qadağan etmişdilər. Lakin bütün bu çətinliklərdən
keçərək qəzetlər özlərinə yol açır. Hazırda isə qəzet dünyada ən
çox yayılmış çap məhsuludur.
3 May Beynəlxalq Söz və Mətbuat Azadlığı Günüdür.
F.Köçərli kitabxanası olaraq biz də bu günə həsr edilmiş bu
vəsaiti işləməyi özümüzə borc bildik. Vəsait iki bölmədən
ibarətdir. I bölmə bu günün yaranma tarixindən, II bölmə isə bu
mövzu ilə bağlı keçiriləcək tədbirlərdən bəhs edir.