M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə13/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   9   10   11   12   13   14   15   16   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

40 

 

də yeni mütərəqqi metod və üsullardan istifadə edilməsi məhsuldarlığın 



coşğun inkişaf etdirilməsinə  səbəb oldu. Heydər  Əliyev tərəfindən kənd 

təsərrüfatı istehsalında ixtisaslaşma, təmərküzləşmə, zonalaşdırma və 

rayonlaşdırma, intensivləşdirmə metodlarının tətbiqi müvəffəqiyyətlərin 

əsas bünövrəsi oldu. 

Eyni zamanda əkinçilikdə yeni məhsuldar və perspektivli sortlardan 

istifadə edilməyə başlandı.

1

 

Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin 9 iyun 1975-ci il tarixli 



«Azərbaycan SSR-də 

kənd təsərrüfatı istehsalının daha da 

intensivləşdirilməsi üzrə tədbirlər haqqında» qərarı əsasında 29 aprel 1976-

cı ildə Azərbaycan KP Mərkəzi Komitəsi və respublika Nazirlər Soveti 

1976-1980-ci illərdə respublikada dövlət və  təsərrüfatlararası heyvandarlıq 

kompleksləri və quşçuluq fabriklərinin tikilməsi haqqında xüsusi qərar 

qəbul etmişdi. Qərarda cari onuncu beşillikdə 38 südçülük kompleksi, buzov 

yetişdirmək üçün təsərrüfatlararası 19 kompleks, iribuynuzlu heyvanların 

yemləndirilməsi üçün 53 təsərrüfatlararası açıq meydan, 20 qoyunçuluq 

kompleksi və 21 quşçuluq fabriki tikilməsi nəzərdə tutulurdu.

2

 

Qərarın yerinə yetirilməsi nəticəsində 10-cu beşilliyin iki ilində 5 



südçülük kompleksi, 9 min buzov yetişdirmək üçün təsərrüfatlararası 3 

kompleks, 26 min iribuynuzlu heyvanın yemlənməsi üçün 13 

təsərrüfatlararası meydan, 2 qoyunçuluq kompleksi, 6 quşçuluq fabriki 

tikilmişdi.

3

 Bütün bunlar 1976-1980-ci illərdə heyvandarlığın inkişafını 



təmin edən  əsas bazanın yaradılması idi ki, bu, ölkədə heyvandarlıq 

məhsullarının artırılmasını  təmin etdi. Heyvandarlıq komplekslərinin 

tikintisi  şəxsən Heydər  Əliyevin diqqət mərkəzində idi. Məhz onun 

rəhbərliyi ilə 1976-1977-ci illərdə  Mərkəzi Komitənin bürosunda bu 

məsələyə dəfələrlə baxılmışdı. 1978-ci il yanvarın 28-də MK-nın bürosu iki 

ildə heyvandarlıq sahəsində görülən işlərin yekununu müzakirə etdi və 

heyvandarlıq kompleksləri və quş fabrikləri tikintisinin yaxşılaşdırılması 

üçün vəzifələri müəyyən etdi. 

                                                 

1

Rusiya Dövlət Ən Yeni Tarix Arxivi. Fond 5, siyahı 67, iş 327, vərəq 210-212



  

2

Yenə orada, siyahı 75, iş 652, vərəq 3



 

3

Yenə orada 



 


M İ L L İ  K İ T A B X A N A

____________________________________

41 

 

1978-ci il fevralın 2-də Azərbaycan KP MK-nın plenumunda MK-nın 



birinci katibi Heydər Əliyev «Təsərrüfatlararası kooperasiya və aqro-sənaye 

inteqrasiyası bazasında kənd təsərrüfatı istehsalının ixtisaslaşdırılması  və 

konsentrasiyasının daha da inkişaf etdirilməsində partiya təşkilatının 

vəzifələri haqqında» məruzə etdi. Məruzə əsasında qəbul edilən qərarda və 

müəyyən edilən tədbirlərdə bu sahədə konkret proqram müəyyən edilir və 

həmin vaxtda praktik olaraq həyata keçirilirdi.

1

 

Azərbaycanda  ət, süd və başqa heyvandarhq məhsullarının artırılması 



qarşıda duran ən mühüm vəzifələrdən idi. Bu məqsədlə 1979-cu ildə 

Azərbaycan KP MK-nm bürosunda, nazirliklərin, idarələrin 

kollegiyalarında, partiya komitələrinin büro və plenumlarmda, fəallar 

yığıncaqlarında, kolxoz və sovxoz əməkçilərinin yığmcaqlarmda 

heyvandarlığm və heyvandarlıq məhsullarının daha da inkişaf etdirilmesi 

müzakirə edilmişdi. Tədbirlər planları hazırlanmış  və  təsdiq edilmişdi. 

1979-cu il martın 23-də Respublika partiya-təsərrüfat fəalları  yığıncağında 

Azərbaycanda 1979-1980-ci illərdə  ət istehsalı  və  tədarükünün artırılması 

müzakirə edilmiş və hazırlanmış tədbirlər planı bəyənilmişdi. 

Ümumi planlarla yanaşı,  əhalinin yardımçı  təsərrüfatlarının inkişaf 

etdirilməsinə diqqətin artırılması lazım bilinirdi.

2

 



Azərbaycanda həyatın bütün sahələrində baş verən müsbət dəyişikliklər 

yeni, daha yüksək inkişaf üçün geniş perspektivlər açırdı. Bakı 

metropoliteninin yeni stansiyası - «Ulduz» işə düşdü. 30 ayda görüləsi iş 

cəmi 4 ayda yerinə yetirilərək Kürün suyu Bakıya axıdıldı. Neft sənayesi 

sahəsində «Bahar» adlı  təzə neft yatağı açıldı. Azərbaycan neftçiləri 

tərəfindən 1971-ci il martın 28-də Azərbaycanın bütün neftçıxarma tarixi 

dövründə müyardıncı ton «qara qızıl» çıxarıldı. Bakıda təntənəli yığıncaq 

keçirildi. Raportların birində deyilirdi ki, Bakının  Əzizbəyov rayonu 

zəhmətkeşləri götürdükləri öhdəlikləri üç ay əvəzinə, iki ayda yerinə yetirib, 

plandan əlavə, 547 min manatlıq məhsul vermişlər. 1971-ci il martın əv- 

                                                 

1

Rusiya Dövlət Ən Yeni Tarix Arxivi. Fond 5, siyahı 75, iş 652, vərəq 4 



  

2

 



Yenə orada, siyahı 76, iş 480, vərəq 7-8 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

42 

 

vəlində Kirovneftin əməkçiləri raport verdilər ki, onlar ilin əvvəlindən bəri 



xalq təsərrüfatına 1.700 ton yanacaq vermişlər. Azərbaycan Dəniz Neft-

Kəşfiyyat Trestinin kollektivi öhdəliklərini bütün göstəricilər üzrə 

artıqlaması ilə yerinə yetirmiş, kvartal planından əlavə, 2.500 metr qazma işi 

görmüşdülər.  İliç rayonundakı Gümüşlü filiz mədəninin kollektivi plandan 

əlavə, xeyli qurğuşun-sink filizi istehsal etmişdi. 

Azərbaycan Respublikasının doqquzuncu beşillikdə inkişaf planı Heydər 

Əliyevin ideyaları, fikirləri, proqnozları əsasında tərtib edilmişdi. Bilavasitə 

Heydər  Əliyevin uzaqgörənliyini  əks etdirən bu beşillik planın  əsas 

istiqamətləri aşağıdakı vəzifələrdə öz əksini tapmışdı. 

Doqquzuncu beşillikdə respublikada sənaye sahəsində əsas vəzifə əvvəl 

ki beşilliyə nisbətən inkişaf sürətinin artırılması idi. Belə ki, yeni beşillikdə 

sənaye məhsulu istehsalının həcmini 1966-1970-ci illərdəki 37 faiz əvəzinə, 

43-46 faiz artırmaq nəzərdə tutulmuşdu.  İstehsal vasitələri istehsalı 42-45 

faiz, istehlak malları istehsalı isə 45-48 faiz artırılmalı idi. 

Bu beşillikdə  əvvəl ki beşilliyə nisbətən kapital qoyuluşu 43 faiz 

artırılmışdı. Sənaye istehsalının orta illik artımı 7,9 faiz olmalı idi ki, bu da 

1965-1970-ci illər səviyyəsindən 6,5 faiz çox idi. 

Sənayenin bütün sahələrində istehsalın artımı ən əvvəl  onun səmərəsinin 

yüksəldilməsi və təsərrüfat daxilində ehtiyat mənbələrindən daha məhsuldar 

istifadə edilməsi hesabına müəyyən edilmişdi. 

Doqquzuncu beşillikdə 100-dən çox yeni müəssisə  və  işləyən sənaye 

müəssisələrində 60 istehsalat sahəsinin istifadəyə verilməsi müəyyən 

edümişdi. 

Azərbaycanda neft və qaz çıxarılması yenə də sənayenin əsas sahəsi kimi 

inkişaf etdirilirdi. 1975-ci il üçün 19 milyon ton neft və kondensat, 4,8 

milyard kubmetr qaz çıxarılması  nəzərdə tutulurdu. Bu vəzifənin yerinə 

yetirilməsi üçün dəniz yataqlarının işlədilməsinə xüsusi diqqət verilməsi 

zəruri hesab edilirdi. Burada mezozoy çöküntülərində yeni neft yataqları 

kəşfinin sürətləndirilməsi, neft yataqlarının işlədilməsinin yeni mütərəqqi 

metodlarının geniş tətbiqinə daha çox diqqət verilməsi nəzərdə tutulurdu. 

  



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə