M İ L L İ K İ T A B X A N A
____________________________________
43
1971-1975-ci illərdə maşınqayırma, kimya və yeyinti məhsulları sənayesi
və tikinti materialları istehsalının yüksək sürətlə inkişaf etdirilməsi qarşıya
qoyulurdu. Bu sahələrin inkişaf dinamikası aşağıdakı şəkildə müəyyən
edilirdi: maşınqayırma iqtisadiyyatın inkişafında mühüm rol oynamalı idi.
Azərbaycan Kimya və Neft-Mədən Maşınqayırma Müəssisələri Birliyinin
zavodlarında neft-mədən avadanlığı istehsalı 158,4 faiz, SSRİ
Elektrotexnika Sənayesi Nazirliyinin zavodlarında elektrotexnika avadanlığı
istehsalı 162,2 faiz artırılmalı idi. Cihazlar və avtomatlaşdırma vasitələri
istehsalı sürətlə inkişaf edib 2 dəfə, kimya və neft kimyası sənayesində
istehsalın həcmi təqribən 2 dəfə artmalı idi. Mineral gübrələr istehsalı 1,6
dəfə, sintetik kauçuk istehsalı 1,6 dəfə, polietilen istehsalı təqribən 1,9 dəfə,
kaustik soda istehsalı 1,7 dəfə, şin istehsalı 1,4 dəfə artırılması nəzərdə
tutulmuşdu. Kimya sənayesinin inkişafı, hər şeydən əvvəl , Sumqayıt Kimya
kombinatında, Sintetik Kauçuk zavodunda, Sumqayıt Üzvi Xlor Məhsulları
kombinatında, Mingəçevir Texniki-Rezin Məmulatı zavodunda obyektlərin
tikintisinin başa çatdırılması və Salyanda Plastik Kütlə Emalı zavodunun
istifadəyə verilməsi nəticəsində həyata keçirilməli idi.
Doqquzuncu beşilliyin sonunda 15 milyard kilovat-saat elektrik enerjisi
və 13,5 hektokalori istilik enerjisi istehsal edilməsi müəyyən edilmişdi.
Beşillikdə 350 min kilovat gücündə Şəmkir SES-in tikilməsi nəzərdə
tutulmuşdu ki, bu həm energetika sisteminin gücünü artırmağı, həm də
mühüm irriqasiya məsələlərini təmin edirdi.
1971-1975-ci illərdə qara və əlvan metallurgiyanın daha da inkişaf
etdirilməsinə mühüm yer verilirdi. Boru stanlarının yenidən qurulması, həm
də neft sənayesində istifadə edilən boraların keyfiyyətinin və
möhkəmliyinin yaxşılaşdırılması hesabına Azərbaycan Boru-Prokat
zavodunun inkişaf etdirilməsi nəzərdə tutulurdu.
Əvvəllər istehsal qüvvələrinin yerləşdirilməsi işində kobud səhvlərə yol
verilmişdi, belə ki iri obyekt və müəssisələrin çoxu əsasən Bakı, Sumqayıt
şəhərlərində tikilmişdi. Bunu nəzərə alaraq doqquzuncu beşillikdə
respublikanın kiçik və orta şəhərlərində məhsuldar qüvvələrin
yerləşdirilməsi, cümlədən, sənaye obyektlərinin Naxçıvanda, Xankəndində,
Lən-
M İ L L İ K İ T A B X A N A
____________________________________
44
kəranda, Ağdamda, Salyanda, Qazaxda, Şəkidə və respublikanın bəzi başqa
şəhərlərində də tikilməsi müəyyən edildi.
Respublikada kənd təsərrüfatına 1451 milyon manat kapital qoyuluşu
nəzərdə tutulurdu ki, bu da səkkizinci beşilliyə nisbətən 2 dəfədən də
çoxdur. Respublikada 1975-ci ildə taxıl istehsalını 957,3 min tona, pambıq
istehsalını 380 min tona, tütün istehsalını 29 min tona, üzüm istehsalını 787
min tona, meyvə istehsalını 213 min tona, ət istehsalını 209,9 min tona, süd
istehsalını 565 min tona çatdırmaq vəzifələri qarşıya qoyulmuşdu.
Tərtərçayda, Arpaçayda, Xanbulançayda yaradılacaq dəryaçalar kimi iri su
təsərrüfatı obyektlərinin tikintisini, mərkəzi Muğana su çıxarılması, Abşeron
suvarma sistemi tikintisinin başa çatdırılması, Kürətrafı zolaqda Zərdab
zonası torpaqlarının yenidən qurulması, Viləşçayda dəryaça salınması, Baş
Mil kanalının çəkilişi, Qobustan otlaqlarına su çıxarılması, Şirvan düzünün
qərb hissəsinin suvarılmasına və meliorasiyasına başlanması və i.a.
planlaşdırılmışdı.
Kənd təsərrüfatının ən geridə qalan sahəsi olan heyvandarlığı inkişaf
etdirmək üçün yüksək məhsullu uzunmüddətli yem bazası - otlaqlar
yaradılması xüsusi əhəmiyyət kəsb edirdi.
1971-1975-ci illərdə geniş əsaslı tikinti proqramı həyata keçirilməsi
nəzərdə tutulmuşdu. 130-dan artıq müəssisə tikilməli idi. Bu proqramlar
hamısı yerinə yetirilmişdi.
1971-1975-ci illərdə ali və orta ixtisas təhsilini, ümumtəhsil
məktəblərində daha da inkişaf etdirmek və təkmilləşdirmək vəzifələri
müəyyən edilmişdi.
Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi üçün yeni mənbələr,
imkanlar axtarılır, aşkar edilirdi.
Heydər Əliyev respublikamıza rəhbər seçildikdən sonra Azərbaycan
iqtisadiyyatının əsasını təşkil edən neft sənayesinin inkişaf etdirilməsinə
xüsusi fikir verirdi. Bu vaxta qədər Xəzər dənizinin 40 metr dərinliyinə
qədər sahələrdə, demək olar ki, bütün neft-qaz yataqları kəşf edilmişdi və
istismar edilirdi. Dərinlik 40 metrdən artıq olan sahələrdə qazma işləri
aparmaq üçün imkanlar yox idi, maliyyə və texnika çatışmırdı. Belə
vəziyyətlə əlaqədar olaraq neft və qaz hasilatı aşağı düşürdü. Bu vəziyyət
M İ L L İ K İ T A B X A N A
____________________________________
45
Heydər Əliyevi çox narahat edir. O, vəziyyəti dərindən araşdırır və tədbirlər
görür. Dənizin 200 metrədək dərinliyində qazma işləri aparılması zərurəti
qarşıya çıxırdı. Lakin onun həyata keçirilməsi üçün ciddi iş aparmaq, bu
dərinlikdə işləməyə imkan verən qazma qurğuları inşa etmək lazım idi. Vaxt
həm Sovet İttifaqında, həm də Azərbaycanda belə qurğuların
layihələndirilməsinə, eləcə də, inşa edilməsinə qədər də fikir verilmirdi.
Lakin bu Azərbaycan üçün lazım idi. Azərbaycan KP MK-nın birinci katibi
Heydər Əliyev bu təşəbbüsü irəli sürdü, onun həyata keçirilməsinə nail
oldu. 12 il ərzində Azərbaycana əvvəl cə dənizin 70 metr dərinliyində, sonra
isə 200 metrədək dərinliyində işləyən 12 qurğu gətirildi.
Azərbaycan prezidenti Heydər Əliyev müstəqillik illərində ötən əsrin 70-
ci illərində gördüyü işləri xatırlayaraq deyirdi: «1969-cu ildə Azərbaycana
başçılıq etdiyim zamandan - 70-80-ci illərdə Azərbaycanın neft sənayesinin
inkişaf etdirilməsi üçün çox böyük işlər görmüş və böyük xidmətlər
göstərmişdim... Əgər illərdə biz Xəzərin dərinliklərində olan neft və qaz
yataqlarından istifadə edilməsi üçün lazımi maddi-texniki baza
yaratmasaydıq və bu işləri aparmasaydıq, şübhəsiz ki, indiki (Müstəqil
Azərbaycan Respublikası dövründə - İ.H.) nailiyyətləri əldə edə bil-
məzdik».
1
Heydər Əliyevin təşəbbüsü ilə 1970-80-ci illərdə Azərbaycana «Şelf-2»,
«Şelf-3», «Şelf-4», «Şelf-5» qazma qurğuları gətirildi. Bu qurğular
vasitəsilə «Dədə Qorqud» və «İstiqlal» qurğuları düzəldildi. Qurğuların işini
təşkil etmək üçün «Süleyman Vəzirov», «İsrafil Hüseynov» kimi boruçəkən
gəmilər, 2500 ton yük qaldıra bilən «Azərbaycan» kran gəmisi, geofiziki
kəşfiyyat işləri aparan gəmilər, başqa texniki gəmilər gətirildi.
Ümumiyyətlə, illərdə Xəzərdə 400-dən çox gəmi fəaliyyət göstərirdi. Açılan
neft yataqlarında platformalar tikmək üçün Bakıda Dərin Dəniz Özülləri
zavodu tikildi. Bu, Sovet İttifaqından alınan vəsait hesabına tikilmişdi. Bu
tikililərin iştirakçısı olmuş, hazırda ARDNŞ-nin vitse-prezidenti Xoşbəxt
Yusifzadə böyük minnətdarlıqla qeyd edir ki,
1
«Şahdəniz» yatağında əldə edilmiş nəticələrin Azərbaycan Prezidenti Heydər Əliyevə təqdimat mərasimində
Azərbaycan Prezidenti Heydər Əliyevin yekun nitqi - «Azərbaycan» qəzeti, 13 iyul 1999-cu il, səh. 2
Dostları ilə paylaş: |