28
“qohum dillәr, yaxın vә әn yaxın qohum dillәr” qavramlaşdırmalarının düzgün olduğunu
göstәrmәkdәdir.
Türkcә vә ya ümumtürk dilinin adlandırılması XIX yüzildәn bәri Avrasiyadakı siyasi,
iqtisadi müәyyәnliklәrә vә müxtәlif mәdәniyyәtlәrә bağlı olaraq gerçәklәşәn inkişaf meyllәri vә
tәzyiqlәrindәn müәyyәn qәdәr asılı olmuşdur. Hәmin dil bu baxımdan daha çox etnik-milli
keçmişi vә çağdaş işlәnilmә-yayılım özәlliklәri dә göz önündә tutularaq fәrqli şәkillәrdә
adlandırılmışdır:
-Tatar dili, türk dili (Türkiyә türkcәsi olaraq);
- Türk dillәri, türk lәhcәlәri, türk әdәbi dillәri vә s. olaraq.
1940-cı ildәn başlayaraq Türkiyәdә “Türkiyә türkcәsi” termini işlәdilmәyә
başlanılnışdır. Hәmin termin Türkiyәdә danışılan türk dilini Osmanlı türkcәsindәn vә digәr türk
dillәri vә lәhcәlәrindәn ayırmaq üçün işlәdilmiş, әsas etibarilә Anadolu vә Rumeli danışıq-
şivәlәrini ehtiva etmişdir. Buna bağlı olaraq 1990-cı illәrdәn bәri Türk dünyasında vә әn çox da
Türkiyәdә türk dillәri vә lәhcәlәri qәlib-ifadәlәri ilә bәrabәr, aşağıda göstәrilәn termin-
adlandırmalar da işlәklik qazanmışdır:
-Azәrbaycan türkcәsi (azәricә),
-Qazax türkcәsi (qazaxca);
-Türkmәn türkcәsi(türkmәncә);
-Qırğız türkcәsi (qırğızca);
-Özbәk türkcәsi (özbәkcә);
-Tatar türkcәsi (tatarca);
-Başqırd türkcәsi (başqırdca);
-Uyğur türkcәsi (uyğurca);
-Tuva türkcәsi (tuvaca);
-Saha//yakut türkcәsi (sahaca//yakutca) vә s.
Bu gün Azәrbaycanda rәsmi olaraq Azәrbaycan dili termini qәbul olunmuşdur. Bununla
bәrabәr, “Azәrbaycan türk dili vә Azәrbaycan türkcәsi” termin-ifadәlәri dә Azәrbaycanda
işlәdilmәkdәdir. Әlbәttә, hәmin terminlәr Azәrbaycan cәmiyyәtindә bu gün, demәk olar ki,
sinonim ifadәlәr olaraq işlәdilir. Bu isә nә әşyanın tәbiәtinә vә dünyanın qavramlar xәritәsinin
dәrk olunması prosesinә, nә dә tarixi vә müasir gerçәkliklәrә heç bir vәchlә zidd deyildir
(Abdulla 2010: 65-67).
29
Türk әdәbi dillәri vә lәhcәlәri tarixi vә coğrafi; fonetik, qrammatik, leksik, leksikoqrafik
vә frazeoloji özәlliklәri ilә hәm tәsviri, hәm dә müqayisәli olaraq çox vaxt müxtәlif ideoloji vә
siyasi dünyagörüşlәri baxımından öyrәnilmişdir. Bütün bunlar vә ümumtürk dili vә onun әdәbi
dillәri vә dialektlәri üzәrindә oynanılan müxtәlif missionerlik oyunları türkcәnin vә ya türk
dilinin, tәәssüflәr olsun ki, müxtәlif şәkillәrdә adlandırılmasına yol açmışdır.
Müasir dünyada ümumtürk dilinin vә ya türk dillәrinin sadәcә ana dili deyil, bir xarici
dil olaraq da işlәnilmәsi vә öyrәnilmәsindәn dә hәrәkәt edilmәkdәdir. Belә ki, türk әdәbi dillәri,
dialektlәri vә ya lәhcәlәri yenidәn sosyolinqvistik olaraq tәsniflәndirilmәkdәdir. Onların qohum
türk dillәri (türk dili vә ya ümumtürk dili, çuvaş dili, saha//yakut dili) vә yaxın vә әn yaxın
qohum türk dillәri müstәvilәrindә qavramlaşdırmaları vә kateqoriyalaşdırmaları aparılmaqdadır.
Türk dünyasında belә bir qavramlaşdırmaya vә kateqoriyalaşdırmaya uyğun olaraq gәlәcәkdә
aşağıdakı tәdris-tәlim vә dil-işlәnimә modellәrinin işlәnilib hazırlanması tövsiyә olunmaqdadır:
- Türk dillәri vә lәhcәlәri müstәvisindә ana dili olaraq türkcә
8
öyrәnmә modeli;
- Ortaq dünya dillәri vә Ural-Altay vә türk dillәri kontekstindә xarici dil olaraq türkcә
öyrәtmә modeli;
- Beynәlxalq ünsiyyәt müstәvisindә sösyolinqvistik yönlәriylә türkcәnin ortaq dil-
işlәnilmә vә avtomatik vә ya e-şifahi vә yazılı mәtn uyğunlaşdırması vә tәrcümә modellәri.
Sözügedәn әdәbi mәtn uyğunlaşdırması vә tәrcümә proqramlarının hazırlanmasıyla
türkoloji dilçilikdә “yaxın vә әn yaxın qohum dillәr fenomeni”nin öyrәnilmәsinә dair aparılan
işlәr daha da sürәtlәnә bilәr.
4.1.1.1. Türk dillәrinin tәsnifi
XIX yüzildә filologiyada müqayisәli-tarixi dilçilik metodu ortaya çıxdı. Orxon-yenisey
yazılı abidәlәri kәşf olundu vә deşifrә olunaraq oxundu. Bәzi tarixi-müqayisәli vә müqayisәli-
tarixi әsәrlәr, özәlliklә dә Vilhelm Radlovun yazıya aldığı sözlü-şifahi mәtnlәr, türkoloji
araşdırmaları vә tәrtib etdiyi lüğәtlәr meydana çıxdı. Hәmin dövrdә, digәr Ural-Altay dillәri ilә
bәrabәr, ümumtürk dilinin dә tarixi-coğrafi prinsiplәrә, fonetik, morfoloji, leksik vә leksikoqrafik
әlamәtlәrә görә tәsniflәndirilmәsi türkloji dilçiliyin başlıca problemlәrindәn birinә çevrildi.
8
Burada müxtәlif türk әdәbi dillәrinin türkdilli xalqlara vә xaricilәrә öyrәdilmәsi söhbәtin mövzusu ola bilәr.
30
Ancaq “türk dillәrinin tәsnifinin tarixi XIX yüzildәn çox-çox әvvәllәrә gedib çıxır. İlk
dövrlәrdә tәsniflәrin әsasında coğrafi әlamәtlәr, yәni bu dillәrin tәsnif edilәn vaxt coğrafi
yerlәşmәsi әsas götürülmüşdür. Belә ki, hәlә XI әsrdә Mahmud Qaşqarlı türk tayfalarının
yerlәşmәsini (o, j ~ ∂ ~ т ~ з әvәzlәnmәsini dә qeyd edib) әsas tutaraq, onları dörd qrupa bölüb:
1) beçeneq; 2) qıfçaq, oğuz, yemәk, başğırt, basmıl, qay, yabaqu, tatar vә qırğızlar; 3) çıqıl, tuxsi,
yağma, iqraq, çaruq, çumul, uyğur, tankut vә xatay; 4) tavğaç” (Zeynalov 1981: 58). Mahmud
Qaşqarlıdan uzun bir vaxt sonra müasir dilçiliyin ortaya çıxması ilә türk dillәrinin
tәsniflәndirilmәsinә geniş bir ölçüdә yenidәn başlanılmışdır. XVIII yüzilin әvvәllәrindә “İsveç
әsir zabiti Filip Tabbert-Stralenberq Volqaboyunda vә Sibirdә yaşayan türkdilli xalqları Böyük
Tatarıstan vә
Kiçik Tatarıstan türklәri deyә iki qrupa ayırmışdı (1730). O,
tatar dillәri
adlandırdığı türk dillәri qrupuna çuvaş, tatar, başqırd, yakut, türkmәn, qaraqalpaq, baraba vә kan
dillәrini daxil etmişdi” (Zeynalov 1981: 63). Bundan sonra alman alimlәri M. Miller vә V. Şotun
vә digәr xarici türkoloqların da türk dillәrinin coğrafi prinsiplә aparılmış tәsniflәri vardır.
XIX-XX yüzillәrdә ümumtürk dili әvvәlәr hәm “türk dillәri vә türk lәhcәlәri”, sonralar
isә yalnız “türk dillәri” adlandırmaları ilә tarixi-coğrafi, fonetik-fonoloji, morfoloji-tipoloji vә
leksik-lekskoqrafik prinsiplәrlә tәsniflәndirilmişdir. Radlovun (1882: 280-290), Korşun (1910),
Samayloviçin (1922) әsәrlәrindә sözügedәn tәsniflәndirmә aparılarkәn hәm “türk dillәri”, hәm dә
“türk lәhcәlәri” terminlәrindәn istifadә olunmuşdur. Boqoroditski (1934: 5-18; 1953), Malov
(1951: 5-7), Menqes (1959: 1-10), Baskakov (1969: 350-355), Zeynalov (1981: 58-69), Tekin
vә Ölmәzin (2003) әsәrlәrindә “türk dillәri” ifadәsi işlәdilmişdir. “Türk dillәrinin müqayisәli-
tarixi qrammatikası” (Сравнительно-историческая грамматика тюркских языков…2002: 4-5)
kitabında da “türk dillәri” termini yer tutmuşdur. Mahmud Qaşqarlının “Divanü-Lüğәt-it türk”
(Dîvânu Luğati-t Türk Tercümesi 1992: 28-34) әsәrindә “türk boyları vә türk lәhcәlәri”
ifadәlәrindәn istifadә edilmişdir. Aratın (1953:5-139), Banguoğlunun (1974: 9-22), Ercilasunun
(1990: 55-63) vә Korkmazın (1994: 683-708) uyğun әsәrlәrindә isә sadәcә “türk lәhcәlәri”
termini işlәdilmişdir.
Türkologiyanın Türkiyә mәktәbinin xaricindә aparılan türk dillәri tәsniflәrindә әsas
etibarilә tәk bir prinsip izlәnilmişdir. Belә ki, hәr hansı bir türk әdәbi dili vә ya dialekti XX
yüzilin 20-ci illәrindәn bәri tarixi lәhcәlәri vә şivәlәri ilә birlikdә müstәqil bir dil sayılmışdır.
Türk dillәrinin bütünü qohum dillәr olaraq tәsniflәndirilmişdir. Türkoloji dilçiliyin Türkiyә
mәktәbindә isә ümumtürk dili qәdim vә müasir әdәbi dillәri vә dialektlәri ilә birlikdә bir bütün