“MARKETİNQIN ƏSASLARI” fənni üzrə test tapşırıqları
Düzgün cavablar “A” bəndindədir
Müəllim: Babakişiyeva Sevinc F.
Qrup: 2328a1, a2
1. “Marketinq” termini hansı ölkədə yaranmışdır?
A) ABŞ
B) İngiltərə
C) Almaniya
D) Yaponiya
E) Fransa
2. Marketinqin nəzəri əsasları:
A) Fərdi seçim və istehlakçı sərbəstliyi
B) Gəlir və mənfəət
C) Əmək haqqı
D) Sərmayə qoyuluşu
E) Dəyər
qanunu
3. Marketinqin əsas anlayışları:
A) Ehtiyac, tələbat, tələb, marketinq təklifləri, sövdələşmə,
bazar
B) Mübadilə bazar, zaman, əsr, məhsul
C) Dəyər və məmnunluq,
vasitəçilər
D) Marketinq təklifləri, logistika, diversifikasiya
E) Xidmətlər, konsümerizm, embardo
4. Ehiyacın növləri:
A) Fərdi,
sosial və fiziki ehtiyaclar
B) Süni və təbii ehtiyaclar
C) Zamana olan ehtiyac
D) Məhdudiyyətlərə olan ehtiyac
E) Xidmət və biliklər
5. “Marketinq” termininin hərfi mənası:
A) Bazar
fəaliyyəti
B) İstehsal və rəqabət
C) Vasitəçilər
D) Bazar seqmenti
E) Daşınma
6. Tələb nədir?
A) Alıcılıq qabiliyyəti ilə təsdiqlənən tələbatlar
B) Fiziki ehtiyacdır
C) Sosial ehtiyacdır
D) Nizam intizamdır
E) Xidmətin bir növüdür
7.Tələbatın mahiyyəti:
A) İnsanın şəxsi səviyyəsinə uyğun formalaşmış ehtiyacdır
B) Arzu və istəyin ən
yüksək mərhələsidir
C) Dəyərlilərin iki tərəf arasında kommersiya mübadiləsidir
D) Hədəf bazarlarının seçilməsidir