295
qədər özünü bildirməkdədir. Minnətdar olmaq hissi müasir
cəmiyyətdə ədalət prinsipi ilə sıx bağlıdır.
10.2.Müasir cəmiyyətdə əxlaqi praktika
Müasir cəmiyyət sosioloji mənada ümumiyyətlə əhali
sayına, hakimiyyət növünə yox, maraq və həmrəyliyə əsaslanan
təşkilat növü kimi qiymətləndirilməlidir. Bu cəmiyyət
Avropada XVIII əsrin axırlarında “ali təbəqə”, seçmə
adamlardan ibarət “əsilzadələr cəmiyyəti” kimi yaranmış,
sonradan isə tədricən digər regionlara da yayılmağa
başlamışdır. Bu cəmiyyətin yaranması ənənəvi silk və
təbəqələrdən ibarət olan qapalı sosiumdan kütləvi, social
mobilliyə əsaslanan, uğurları asan əldə edən cəmiyyətə doğru
irəliləmişdir. Keçmişdə insanlar ilk növbədə hökmranlıq
strukturları şəklində birləşib (patriarxal, patrimonial səltənətlər,
icma və ya feodal
hərbi ittifaqlar, imperiyalar) yaşayırdılar. Indi
isə biz əsasən mədəniyyətin növü və dövlət strukturu ilə
fərqlənən cəmiyyətlərdə yaşayırıq.
Cəmiyyətin yaranması ənənəvi qaydaların pozulması ilə
xarakterizə olunur (əvvəlki orta əsrlərin varlığı, metafizik
bütövü). Bu pozulma isə insanın digərləri ilə sərbəst qarşılıqlı
fəaliyyətdə olan bir fərd haqqında təsəvvürlərin yaranması ilə
başlayır. Bu ideya XVII əsrin sonunda mütləqiyyət
özbaşınalığın məhdudlaşdırılması problematikası şəklində
formalaşır: hökmdarların ənənəvi nüfuzu parçalanır, bunun
sərhədləri məhdudlaşdırılır (“nə zaman xeyirxah iradeyi-üsul
despotiyaya çevrilir?” sualına cavabın axtarılması). Həmin
dövrdə Şarl Monteskye və Con Lokk hakimiyyət bölgüsü
ideyasını irəli sürmüş və onun məhdudlaşdırılması və
idarəedilməsi məsələsi üzərində düşünmüşlər: birinin
əhəmiyyəti, gücü və yaxud nüfuzu (taxt-tacın, kilsənin,
imperatorun, sexlərin, silklərin və s.) digər subyektlərin təsiri
və fəaliyyəti ilə məhdudlaşdırılır.