20
istedaddır. O istedadı ənginliyə qaldıran əmək-
dir. O əməyin yetirməsini insanlara sevdirən,
bəyəndirən şairin seçdiyi mövzuya fərdi yanaş-
masıdır. Sənətin hamılıq olması başlanğıcını
yaradıcı adamın ürəyindən götürür.
Bu yollar çiçək-çiçəkdi,
Nə köyrəkdi, nə göyçəkdi.
Əzəli, sonu ürəkdi,-
Bir yola çıxdım beləcə.
Şair sənət yolunu ürək yolu kimi qəbul
edir. Ürəyin duyğularısa qanadlıdır. İnsanı göz-
ləmədiyi, ünvanını tanımadığı yerlərə də aparır.
Ünvanım yox, adım bəlli.
Yaxınım yox, yadım bəlli.
Təkcə sənə odum bəlli.
Bu qəm-qəhərimə gəlmə.
Ünvanı yoxluq Mehdi Calal üçün ünvanı
çoxluqdur, çərçivəsiz genişlikdir. Mehdiyə gö-
rə, seçmə mövzu yoxdur. Seçilən, özünü tanı-
dan üslub var. Onun qoşma, gəraylı üstündə
köklənmış şeirləri üslubi baxımından son iyirmi
ildə ayrı-ayrı şairlər tərəfindən yaranan qoş-
malar, gəraylılar bənzərlilik-bənzərsizlik baxı-
21
mından araşdırılmalı, üslubi baxımından izlən-
məlidir. XX yüzillik ərzində Azərbaycanda şə-
kil baxımından yeni forma axtarışları aparıldı.
Sonda uğurlar-uğursuzluqlar söz söyləməyə im-
kan verdi. Tarixi ardıcıllığa göz yetirsək bu
poeziya sənətinin başqa üzüdü. Ancaq yola sal-
dığımız əsrin əvvəllərində bir sıra yenilikçilər
tərəfindən milli poetik formalar etirazla qarşı-
lansa da, o nəzəri görüşlər özünü doğrultmadı.
Klassik formada yazıb həmin formanın çər-
çivəsi içərisində edilən yeniliklər milli dünya
görüşdən uzaq olan “dünyəvi yenilikləri” üstə-
lədi. Ona görə də bir sıra şairlərin ölçüsü-biçisi
eyni olan janrlarda öz üslubunu təsdiq etdirməsi
əlamətdar bir hal sayılmalıdır. Mehdi Calalın
Hər günahda bir haqq gördüm,
Hər haqda bir günah gördüm,
Ürəklərdə Allah gördüm
Sığmaz dilə, əzizim.
Dörd misralığında şairin öz üslubunu
yaratması diqqəti çəkməyə bilməz. Elə buna
görə də onun “Sevgi”, “Könlümün”, “Səs” və s.
şeirləri artıq özünü təsdiq möhürü dəyərindədir.
Şairin şeirləri yığcamdır, ancaq yarım-
çıq deyil. Yeri gəlib bir söz deyim; Yerindən
duran şairdən qısa yazmağı tələb edir. Özü-
özlüyündə bu, düzgün tələbdir. Ancaq söz yeri-
22
nə düşməyəndə, poetik kəsəliyə nail olmadıqda
dörd misralı şeirin özü belə uzun görünə bilər.
Mənə görə, fikrin poetik ifadəsi axarında şeirin
həcmini təyin etmək şeirin öz təbiətindən irəli
gəlməlidir. Bu baxımdan Azərbaycan şeirində
uzun illər içərisində yazılan qısa lirik poema-
ların çoxu özünü doğrultmadı. Əksinə epo-
xalılıq, epiklik çox yerdə unuduldu, yarımçıqlıq
təsiri bağışladı.
Mehdi Calala gəldikdə o, şeirə həcm
çəpəri çəkmir. Başlanğıc ilə sonluq arasında
olan məsafəni elə bil şeirin öz taleyinə tapşırır.
“İlk eşqin yolu” şeirində olduğu kimi
M.Calal düşüncələri poetik məntiqilik baxı-
mından oxucunu inandırır. O, quru mülahizə-
lərdən qaçır. Şairin şeirləri oxucunun səmimi,
unudulmaz dostuna çevrilir, onunla yoldaşlıq
edir:
Hallandım hallı dünyada,
Eşqi zavallı dünyada.
Ağalı - qullu dünyada
Ağam yoxdu, qulum yoxdu.
23
Ya da:
Anamın qəbrinə güllə atanlar,
Mənim daş səbrimə güllə atanlar,
Uzaq səfərimə güllə atanlar,
Məni qoymursunuz şair olmağa.
Oxuduğumuz bəndlər elə bil bizim dü-
şünüb ifadə edə bilmədiyimiz fikirlərdir. Şairin
xoşbəxtliyi də bundadır. Əgər sən başqalarına
düşündüklərini onlardan yaxşı poetikləşdirə bil-
misənsə, deməli, anadan şair doğulmusan. Ana-
dan şair doğulmaq gerçək anlamda bənzərsizlik
deməkdir. Yalnız gizli qatlarındakı boyaların
bənzərsizliyi adamı yenilikçi şair edir. Bu şərtlə
ki, özündə, öz könlündə olan çalarları görəsən,
öz səsini eşidəsən, özünə olan inamdan yana
sapmayasan. Elə Mehdi Calal kimi...”
Uzaq səfərə çıxana, bir iş dalınca gedə-
nə “Yolun açıq olsun!” deyərlər. Bu şeirlər də
müəllif ilə birgə belə də düşünmək olar ki,
“oxucu mühakiməsi” adlanan yolun başlanğı-
cındadır. Biz də Mehdi Calala “Yolunuz açıq,
uğurunuz xeyirli olsun!”- deyirik. Amin!
Aydın Paşayev (f.e.d., professor)
Ziba Məmmədli (filoloq)
24
25
BU DÜNYA BİR QƏRİB YERDİ
Ey aşikar, gizli dünya,
Ey dönük yar üzlü dünya,
Günəşli - gündüzlü dünya,
Mən səndən doya bilmirəm.
26
BİLMİRƏM
Bu dərdlər ömür yoludu,
Yazıdı, poza bilmirəm.
Ya mən dərddə, ya dərd məndə,
Gedər güdaza, bilmirəm.
Mən özüm, özümə sirrəm,
Ulu bir ruha əsirəm.
Doğulandan haqq gəzirəm,
Bu yolda aza bilmirəm.
Ömür bir şirin qorxudu,
Dəm ağladım,qəm oxudum,
Bəlkə bu dünya yuxudu,
Bəs niyə yoza bilmirəm.
Bu dünya bir qərib yerdi,
Əzəli bir,sonu birdi.
Ölüm-ən gözəl şerdi,
Onu da yaza bilmirəm.
Dostları ilə paylaş: |