46
YAXŞILAR
Sevimli müəllimim,
Şair Ağa Laçınlıya
Yaxşı adamları yaxşı tanıdım,
Qiblədi yaxşılar, pirdi yaxşılar.
Yerişi, duruşu, baxışı qərib,
Dünyada əbədi sirdi yaxşılar.
Üzündən nur yağar, nuru görən yox!
Üstünə qor yağar, qoru görən yox !
«Niyə diri ikən goru görən» yox!
Qəribə cığaldı, kürdü yaxşılar.
Yoxsul görkəmini almaz eyninə,
İnsan dədi deyib, geyər əyninə.
Göylərin dayağı düşər çiyninə,
Çiyin söykədiyim yerdi-yaxşılar.
47
QƏLBLƏRDƏ
Cismin ruhunu qoymur ki,
Yurd salıb qala qəlblərdə…
Hər günündə bir ömürlük
Boşalıb, dolan qəlblərdə.
Gedir, ruhlara qovuşur,
Dönür, dünyaynan barışır.
Tək-tək ulduzlar sayrışır,
Tək-tək soyulan qəlblərdə.
Ağrısı, Sevgisi canda
Şaxtası ilikdə, qanda
Batar, Günəş doğulanda,
Bu doğru, yalan qəlblərdə.
Yan! yerindən göyünədək
Yan! sonuncu düyünədək,
Çöldən, don vurmuş düymə tək,
İçdən, oyulan qəlblərdə.
Dərd olmasa sovrularsan,
Boz yalana vurularsan.
Ölüb sonra durularsan;
Hələlik bulan qəlblərdə…
48
***
(Həkim İlham Cəfərliyə)
Dünya bir nar, üç almadı,
Belə-belə…, əzizim.
Böl bu narı, almaları,
Aya, ilə, əzizim.
Dünya nardı, dünya nağıl,
Bir az sevgi, bir az ağıl.
Nə səfərdi qürub çağı
Düzə, çölə, əzizim?
Hər günahda bir haqq gördüm,
Hər haqda bir günah gördüm.
Ürəklərdə Allah gördüm,
Sığmaz dilə, əzizim.
Bu dünya mələklənibdi,
Sevənləri təklənibdi.
Çölüm bəmə köklənibdi,
İçim zilə, əzizim.
Bir daş atdın yaddaşıma,
Min bir rəngli savaşıma.
Qarışırsan göz yaşıma,
Silə-silə, əzizim.
49
AMAN ALLAH
Yavaş-yavaş üzülürəm
Qatarımdan, aman Allah!
Hər gün rəngini dəyişir,
Damarda qan, aman Allah!
Bozarır üzüm, qaşlarım,
Bozarır qara daşarım,
Bozarır qan qardaşlarım,
Bozarır dan, aman Allah!
Qara yellər, sarı yarpaq…
Ulu dünya bizə yasaq,
Bozarırsan, anam torpaq!
Bozarırsan, aman Allah!
50
GƏLDİM
Anarın “Əlaqə”
povestini oxuyarkən...
Yollara bir səs düşdü,
Durub o səsə gəldim.
Yaxın, ya uzaq oldu
Mən bir nəfəsə gəldim.
Göylərə şölə saldı,
Ruhu bədəndən aldı.
Arxada nələr qaldı?
Bilmədim kəsə gəldim.
Onu Allah göndərdi,
Ömrün üstünə sərdi.
Mənə də könül verdi,
Nəfəs-nəfəsə gəldim.
Bu ömür-gün səs oldu,
Bu eşq, bu din səs oldu.
Bu altı yön səs oldu,
Səsdən qəfəsə gəldim.
51
***
Çəkəndə həsrətini,
Sınama taqətimi,
Var olmaqdır çətini
Gəl, ay şair təbim gəl.
Al başımdan bu çəni,
İçim zülmət gecəni,
Dərdə, kədərə qənim
Cəl, ay şair təbim, gəl.
Cürətimin sağ əli,
Qəzəbimin sərt yeli.
Gah ağıllı, gah dəli
Gəl, ay şair təbim, gəl.
Yollar daşdı, kəsəkdi,
Yollar ələk-vələkdi,
Ürəyimə köz əkdin,
Gəl, ay şair təbim, gəl.
52
Meyil salma dayaza,
Arzum çıxsın ayaza,
«Dağ» çəkim ağ kağıza,
Gəl, ay şair təbim, gəl.
Kədər izləyir məni,
Çözələ, əyir məni,
Nələr gözləyir məni,
Gəl, ay şair təbim, gəl.
53
YOLLAR
Qönçə hisslərimlə qol-boyun olub,
Xəyallar içində itərdi yollar.
İndi ağrıların yol eylədiyi
Tapdaq ürəyimdən betərdi yollar.
Dizimin ağrısı daşında qaldı,
Ömrümün nisgili yaşında qaldı.
Yaddaşında qaldım, huşunda qaldım,
Mən demərəm gəldi-gedərdi yollar.
Bəyaz saçlarının dəni ağlayar,
Yolçusu ağlayar, çəni ağlayar.
Övladı özünə qənim, ağlayar,
Nəfsə qul olana hədərdi yollar.
Bir qərib yolçuydum, yol məndən keçdi,
Hər daşı, kəsəyi sinəmdən keçdi,
Sabahı, bu gündən, dünəndən keçdi,
Səbirdən-qəbirə qədərdi yollar.
Üstünə bir ömür çən sərdim belə,
Görən nə əkmişdim, nə dərdim belə?!
Mən yolçu olmadım, dərd verdim elə;
- Necə çəkəcəkdi bu dərdi yollar?..
54
GÖZLƏDİM
Qəhrəman Tovuzluya
Sığışmadım dilə yetən sözlərə,
Üz qoymadım çox dəyişkən üzlərə.
Düzlük dedim, yaxşı saldı düzlərə,
Bilə-bilə boran, qarı gözlədim.
Bu sükuta, haraydı de, haydı - de,
Yar duyunca, daş qəlbimi duydu - de,
Həzin-həzin dərd sinəmi oydu - de;
Tale kimi sitəmkarı gözlədim.
Qadir Allah özü yetsin, amandı!
Ondan qeyri görənlər göz yumandı.
Dünya məndən əriş-arğac umanda,
Ömür verib, etibarı gözlədim.
Dostları ilə paylaş: |