12
dərəcəsinə qədər vardır» deyən milli ideoloq, bütün ömrü boyu bu yoldan
dönmədi. «Can Azərbaycan»ın indiki gəncləri də Məhəmməd Əmin Rəsulzadə
kimi millətçi, dövlətçi, azərbaycançı, türkçü və çağdaĢ olmalıdırlar. Bu ideyalar
getdikcə Quzeydən Güneyədək hər yerdə güclənən azərbaycançılıq ideologiyasının
tərkib hissələridir.
Azərbaycan Respublikasının XXI yüzilliyin indiki gəncləri, milli ideoloqun
sözlərilə desək: «mədəniyyət öz qayəsindən, xalq idealından, demokratiya da öz
üsulundan uzaqda, böyük və mücərrəd dəyərlər məhdud və müəyyən məqsədlərə
qurban getdikcə, elm siyasətə tabe qaldıqca» demokratiyanın dərinləĢə
bilməyəcəyini anlamalı, canlarını «Can Azərbaycan»a qurban verməlidirlər, çünki
«fərdlərdən insan topluluğu dürüst olmalarını, doğru söyləmələrini, hiylə və təzvirə
(yalana) baĢ vurmamalarını, içlərilə dıĢlarının bir olmasını, baĢqalarının haqq və
hürriyyətlərinə təcavüz etməmələrini, dost və müxaliflərinin fikirlərinə sayğı
göstərmələrini, qiybət və iftiradan sakınmalarını, hırs (sonsuz arzu), kin və
xudbinlik kimi kötü hisslərə əsir olmamalarını, tərbiyə və nəzakətdən
ayrılmamalarını, vətən və millətlərinə bağlı qalmalarını, yurddaĢlarına əzəmi
(böyük) yardımda bulunmalarını, məmləkət qanun və nizamlarına son dərəcə
riayətkar olmalarını, yurdun rifah və səadətinə durmadan çalıĢmalarını, ailə və
əqrabalıq bağlarını qutsal saymalarını, övladlarını vətənə xeyirli olacaq Ģəkildə
yetiĢdirmələrini, yurd və millətlə ilgili iĢlərdə böyük fəraqat (fədakarlıq)
göstərmələrini tələb etməkdədir».
«Demokratik, hüquqi, dünyəvi» Azərbaycan Respublikasında da millətimizi
əski istibdad məktəbinin alıĢqan olduğu aldatmaq düĢüncəsindən qurtarmağa
çalıĢmaq demokratik Azərbaycan gəncliyinin idealı olmalıdır.
Məhəmməd Əmin Rəsulzadə «Qısılmayan bir səs» məqaləsini «Bu qəzet
müqəddəs bir cidalın (davanın) müdafiəsi üçün yüksələn bir səsi mədəni dünyaya
göstərmək üzrə nəĢr olunur. Milli Azərbaycan istiqlal davasının səsi! - Budur bizə
həyəcan verən bir nida!...» çağırıĢı ilə baĢlayır.
Bu, Məhəmməd Əmin bəyin ömrünün sonuna kimi ucaltdığı -
«Azərbaycan» səsi idi.
Ulu tanrı Məhəmməd Əmin Rəsulzadənin «Azərbaycan» səsini batırmadı.
Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də «Azərbaycan Respublikasının Dövlət
müstəqilliyi haqqında Konstitusiya Aktı» ilə Azərbaycan Cümhuriyyətinin dövlət
müstəqilliyini bərpa edib demokratiya və milli dirçəliĢ yolunu tutdu. Ġndi BMT-nin
üzvü olan Azərbaycan Respublikası bütün çətinliklərə baxmayaraq, gün-gündən
özünü dünya dövlətləri içində təsdiqləyir.
XX yüzilliyin birinci yarısında türk ədəbi dilində ərəb sözləri çox iĢlənirdi.
Çağında elmi-siyasi düĢüncəsinin geniĢliyi, gözəl danıĢığı - natiqliyi ilə tanınıb
seçilən Məhəmməd Əmin Rəsulzadə də yaradıcılığında bu gün çətin anlaĢılan ərəb
sözlərini ayrılıqda və «müləmmə»lərlə iĢlətmiĢdir.
13
Biz, sayılan elmi yanaĢmaları gözə alıb, Məhəmməd Əmin Rəsulzadənin
1978-ci ildə Ankarada çap olunmuĢ «Milli təsanüd» kitabındakı milli ruhu, yazı
tərzini, elmi, ideoloji, siyasi düĢüncəsini, dil zənginliyini, mətnlərdəki
Azərbaycana, türkə, insanlığa sevgini bacardıqca saxlamaqla yanaĢı, onu çağdaĢ
oxucuya daha anlaĢıqlı, oxunaqlı etməyə çalıĢdıq.
Məhəmməd Əmin bəy də türk ədəbi dilinə yeniliklər də gətirməyə çalıĢıb.
Oxucular bunu görəcəklər. Məsələn, o daha çox xalçaçılıqda iĢlədilən, burada yatıq
yazı ilə verdiyimiz çeĢni sözünü çox uğurla iĢlətmiĢdir: «Yerli bəyləri idarədən
uzaqlaĢdırmaqla bərabər, torpaq mülkiyyətindən də ayırmaq qəsdini güdən bu
dövrdəki çar müstəmləkəçiliyi, idarəçiliyə gətirdiyi rus məmurlarını eyni zamanda
torpaq yiyəsi etmək surətilə - hələ Paskeviç zamanında ikən düĢünülən - «əsil rus
zadəganlığı»nın buralarda yerləĢməsini yeni bir çeĢni ilə tətbiq etmək istəmiĢdir».
Kitabdakı bəzi çətin anlaĢılan sözlərdən sonra mötərizədə onların türk
dilindəki anlamı, Azərbaycanda çox iĢlənən Ģəkli, ya da yönəldici bir söz
verilmiĢdir. Məsələn, istiqbal (gələcək), bəyaz (ağ), siyah (qara), yıl (il), Ģu (bu) və
b.
Ankara çapında yarımçıq qalmıĢ cümlələr sənədlərdən tapılıb yerlərinə
qoyulmuĢ (s.165), mətndəki bəzi fikirləri aydınlatmaq üçün açıqlamalar verilmiĢ,
bir neçə sitatın səhifəsi və baĢqa texniki yanlıĢlar düzəldilmiĢdir - məsələn, kasırlar
(əsrlər), Knaser (Qeysər, Qeser) və b.
[ ] mötərizədəki sözlər Məhəmməd Əmin Rəsulzadənin, ( ) mötərizədəkilər
elmi redaktorundur.
Kitabdakı məqalələrin yazılma tarixləri, qara və yatıq yazılar Ankara
çapındakı ilə eynidir.
Kiçik əməyimizi dəyərləndirənlərə, kitabın çapına can-baĢla çalıĢan bütün
aydınlara sağ olsun - deyirik.
YADĠGAR TÜRKEL
28 aprel 2009-cu il Bakı.
ÖN SÖZ
«Azərbaycan Kültür Dərnəyi» «Azərbaycan» dərgisinə paralel olaraq kitab
yayımı yapmağı da qərarlaĢdırmıĢ və indiyə qədər yayımladığı kitablara əlavə
olaraq türk milliyyətçiliyi fikrini bir sistem halına gətirən və bunu qurduğu ilk türk
cümhuriyyəti - Azərbaycan dövlətinin təməl ünsürü edən Milli Azərbaycan
Müsavat Xalq Partiyasının lideri, rəhmətlik Məhəmməd Əmin Rəsulzadənin
əsərlərini yenidən basmağı planlamıĢdır.
Ġlk kitab, Rəsulzadənin çeĢidli qəzet və dərgilərdə yayımlanan ideoloji
məqalələrinin bir bölümünü qapsamaqdadır. Dərgi və qəzet səhifələri arasından
çıxarılaraq yayımlanan bu əsər türk milliyyətçiliyinə könül verən hər kəsə yol
Dostları ilə paylaş: |