20
kommunizmə təhəmmül (yönəlmə) caiz (düzgün, uyğun) ola bilməz. Bizcə,
müdafiə ediləcək yeganə sosial sistem milli təsanüd sistemidir.
“Azərbaycan”, il 1, sayı 12, 1 mart 1952, Ankara.
MĠLLƏT OLMAQ ƏZMĠ
Millət anlamını ifadə üçün dilimizdə iki söz vardır: milliyyət və millət.
Bunlardan birincisi lisani (dil), dini, irqi, qövmi, tarixi, coğrafi, iqtisadi və siyasi
amillərin təsiri ilə meydana gələn etnik bir topluluğu ifadə edər. Ġkincisi isə bu
topluluqda doğan ümumi bir iradəni anladır.
Madzininin məruf (məĢhur) tərifinə görə, millət: «torpağın, mənĢəyin, əxlaq
ilə adətlərin və lisanın birliyindən dolayı, həyatında və ictimai vicdanında anlaĢma
və ortaqlıq yaratmıĢ bir insan topluluğuna» deyilir.
Dürkheymin nəzərində isə: «Etnik amillər və yaxud sadəcə tarixi səbəblərlə
eyni qanunlar altında yaĢamaq və tək bir dövlət qurmaq istəyən insan topluluğuna
millət deyilir».
Dürkheym, bu tərifini müĢahidə etdiyi olaylarla təyit (sübut, təsdiq)
edərkən: «israrla təyit olunursa, bu kollektiv [məĢəri] iradənin təmin olunmaq
haqqına malik olduğu və bu iradənin dövlət qurmağa bircə əsas təĢkil etdiyi, indiki
mədəni millətlərcə, artıq bir prinsip olmuĢdur» - deyir.
Madzininin tərifi ilə Durkheymin tərifi arasındakı ifadə fərqinə diqqət
etmək lazımdır: birincisində millət ünsüri və tarixi bir olaydır [vaqeə]. Ġkincisində
isə millət ictimai və idari bir hadisədir. Ötəkində millətin oluĢ seyri anladılır,
bərikində millət bir «prinsip» kimi göstərilmiĢdir. O, rüĢeymdir, bu - cocuqdur. O,
ağacdır, bu - meyvədir. O, anadır, bu - yavrudur. O, milliyyətdir - bu millətdir.
Lisanları, adətləri, tarixləri, dinləri, vətənləri və s. bir olan insanlar bir
milliyyət təĢkil edərlər, fəqət, bir milliyyətin millət halına keçməsi ümumi Ģüur və
kollektiv [məĢəri] iradənin təəssüsünə bağlıdır. Bu isə yalnız «ictima hafizə»
vəzifəsini görən orqanın təĢəkkülü ilə vücuda gəlir. Bu orqan müxtəlif amanlara
görə dəyiĢir. Orta çağlarda bu vəzifəni feodal Zümrə görür, milliyyətin sosial həyat
və gələnəklərini qeyd və zəbt edən (saxlayan, yaĢadan) «hafizə» xan sarayları
ilə Ģövalye (dərəbəy, feodal) qalalarından ibarət olub qalırdı. Zamanın dəyiĢməsilə,
təbii olaraq bu orqan da dəyiĢdi. Burjuaziyanın zühuru ilə feodal sistem dağıldı.
Mənəviyyat mərkəzi «qala»lardan Ģəhərlərə keçdi. ġəhərlərdə yetiĢən münəvvər
zümrə millətin Ģüurunu tərbiyə və iradəsini təmsil edən bir sinif halına gəldi.
Bu sinif, qullandığı ən böyük vasitə - mətbuat yolu ilə milliyyətdəki
kollektiv iradəni iĢlədi; öz arasından bu iradəni çelikləĢdirən (poladlaĢdıran) fikir
adamları ilə sənətkarlar yetiĢdirdi. Bunların sayəsində mənliyini
tərk edən milliyyət
topluluğu bir millət olmaq əzminə gəldi.
Demokratik Azərbaycan topluluğunda bu millət olmaq iradəsi, sözün
əsrimizdəki mədəni mənası ilə 28 may istiqlal hadisəsi və bəyannaməsilə təəssüs
21
(yarandı) etdi. 32 ildən bəri dünya tarixinin ən qorxunc bir istilası altında
bulunmasına, ən amansız totalitar bir rejimin məhkumu olmasına rəğmən,
Azərbaycan topluluğu bu iradəyə sadiq qaldığını hər fürsətdə izhar etməkdə,
milliyyət dövründən çıxaraq millət olduğunu, 28 may fikrinə bağlılığını hər vasitə
ilə isbat etməkdədir.
“Azərbaycan”, il 1, sayı 5, 1 avqust 1952, Ankara.
MĠLLƏTÇĠLĠK - PATRĠOTĠZM
Keçənki sayımızda milliyyət ilə millət sözlərinin mənalarını incələdik:
«Milliyyət
etnik bir anlam ikən, millət siyasi bir anlamdır» - dedik.
Bunu baĢqa bir təbirlə də ifadə edə bilirik: milliyyət müəyyən Ģərtlər və
hadisələr nəticəsində vücuda gəlmiĢ statik [mustəqər] bir varlıqdır, millət isə bu
statik varlığın ĢüurlaĢan dinamik [fəal] bir Ģəklidir.
Statik bir keyfiyyət ərz edən milliyyət baxımından vətən coğrafi bir
anlamdır. Halbuki Ģüur və iradəyə malik olan millət baxımından vətən, siyasi bir
məna ifadə edər.
Etnik bir özəllik ərz edən milliyyət mənsublarının yaĢadığı bir yerdən ibarət
olan coğrafi vətən dinamizmdən məhrum, passiv bir sevginin mövzusudur.
Halbuki, siyasi Ģüur və dövlət olmaq əzminə malik olan bir millət üçün vətən eĢqi
aktiv bir hərəkət amilidir.
Etnik milliyyətçilik və coğrafi vətən sevgisi bir topluluğun yaĢadığı yerlərə:
dağlara, dərələrə, yayla və ovalıqlara, dəniz və çöllərə qarĢı duyulan bir ilgidən
ibarətdir. Halbuki bir millətçi üçün vətən, sadəcə, maddi ünsürlərlə hüdudlanmaz.
Milliyyətdə siyasi Ģüur güdən millətçi vətəndə də mənəvi bir öz, bir ruh arar. Onun
üçün vətən maddi deyil, mənəvi bir varlıqdır.
Maddi özəllikləri mənəvi özəlliklərlə canlanmadıqca, coğrafi bir bölgənin,
sözün əsil mənası ilə, zatən bir vətən olmasına imkan yoxdur. Maddi vətən
ünsürlərindən baĢqa hər aydın insanın bildiyi kimi, dil, din, ədəbiyyat, musiqi,
fəlsəfə, sənət və tarix kimi mənəvi vətən ünsürləri vardır. Bu ünsürlər, coğrafi
vətən dıĢı içində yoğrulub mənəvi bir vətən içi vücuda gətirirlər. Cansız maddə
canlı bir ideya halına gəlir.
Millətin, dövlət olmaq əzmində israr edən bir milliyyət olduğu bilgin
sosioloqlar tərəfindən kəĢf və tərif edilmiĢdir. Bımu biz, keçən sayımızda qeyd
etdik. Bir millətçinin vətən anlayıĢı, coğrafi mənadakı vətəni müstəqil bir dövlət
halına gətirmək istəməsidir. Bir millətçi, hər Ģeydən əvvəl istiqial davasında olan
bir vətənçi - bir patriotdur.
Avropalıların patriot terminilə ifadə etdikləri anlam, bizim millətçi sözü ilə
anlatmaq istədiyimiz anlamın eynidir. Bu, avropalıların nasionalizm sözü ilə
dedikləri milliyyətçilikdən tamamilə baĢqa bir Ģeydir. Nasionalizm Qərbi Avropa