4
№1 Fevral 2014
Məmməd Süleymanov
Azərbaycanda Sol hərəkatın tarixi
1901-ci il. “Nina” mətbəəsi
“Xanım” anlamı daşıyan “Nina” adı ilə
qədim şumerlər öz ilahələrini adlandırırdı. Əfsanəvi
Nineviyanın və Assuriya imperiyasının yaradıcısını bu
cür çağırırdılar. Elə bu adı da inqilabçıların Bakıdakı
ilk gizli mətbəəsi daşıyırdı.
1898-ci ilin martında yaranan Rusiya sosial-
demokrat partiyasının (RSDP) artıq cəmisi 3 il sonra Bakıda komitəsi fəaliyyət
göstərirdi. Onun yaranmasında misilsiz xidmət oynayan şəxs gürcü inqilabçısı Lado
Ketsxoveli idi. 1900-cü ildə Tiflis sosdemlərinin tapşırığı ilə Bakıya gələn Lado 1 il
sonra partiyanın gizli mətbəəsinin təşkilini nail oldu. Tez-tez ünvanını dəyişən “Nina”
mətbəəsinin yaranmasında böyük səy göstərən digər şəxslər isə Bakı komitəsinin ilk
tərkibinə daxil olan Avel Yenukidze, Lev Krasin, Qalperin, Eyzenbet və Faynberq idi.
Bolşevik Vano Bolkvadze sonralar xatırlayacaqdı: “Tiflisdəki mərkəzi qrupun
və Bakıdakı yoldaşların köməkliyi ilə Ketsxoveli çap maşını və mətbəə üçün gərəkli
olan bütün avadanlığı əldə etdi. Ketsxoveli Tiflis partiya qrupuna yığıcı gərək olduğunu
bildirdi və məni Bakıya yolladılar. Əvvəlki vaxtlar mətbəədə ikicə nəfər çalışırdı –
Ketsxoveli və mən. 2 ay sonra o, Tiflisdən yenə kömək tələb etdi və Viktor Suladzeni
bizə köməyə göndərdilər. 1902-ci ilin sentyabrında Ladonun həbsindən sonra yaranan
təhlükəli vəziyyətə görə “Nina”nı müvəqqəti ləğv etməli olduq”
TARİX
5
***
Sosial-demokratların Bakı komitəsi artıq 1902-ci ildə mütəşəkkil güc idi və
struktur cəhətdən 5 rayona bölünmüşdü: Balaxanı, Bibiheybət, Qaraşəhər, Ağşəhər və
Şəhər. Rəhbərlik genişlənmiş, yeni simalar partiya işinə qoşulmuşdu. Onların arasında
Ə.Axundov, M.Məmmədyarov, İ.Sturua, L.Kununyants, M.Kobetski və başqaları
vardı.
“Nina” mətbəəsi “İskra” redaksiyasının tapşırıqları ilə işləyir, habelə bü-
tün Qafqaz təşkilatlarına xidmət göstərirdi. Artıq 1901-ci ildə Bakıda Tiflis sosial-
demokratlarının orqanı olan “Brdzola” (“Mübarizə”) qəzetinin ilk sayı işıq üzü görür.
Fəaliyyətə başladıqdan 1 il sonra, güclü konspirasiyaya baxmayaraq Ketsxoveli
və Yenukidze həbs olunur, ancaq buna bamayaraq, bir neçə ay sonra “Nina” öz işini
Lev Krasinin başçılığı altına bərpa edir. Ketsxovelinin taleyi isə faciəvi olur. Rotmistr
Vladimir Runiçin əmri ilə həbs edilən Ketsxovelini ilk növbədə gizli mətbəə qurmaqda
ittiham edirlər. Bir müddət Bayılda, sonra isə Metex türməsində saxlanılır, istintaqla
əməkdaşlıqdan imtina edir, məhbusları öz hüquqları uğrunda mübarizəyə qaldırır.
1903-cü ildə Ketsxoveli türmədə odlu silahla qətlə yetirilir. Onun cəlladı Runiç də çox
yaşamır – 1908-ci ildə Tiflisdə tramvayda gedərkən naməlum şəxsin atdığı 3 güllə ilə
yerindəcə keçinir. Bununla da, Ketsxovelinin sirdaşları inqilabçının qisasını alırlar.
***
1902-ci ilin sonunda təhlükəsizlik səbəbindən fəaliyyətini müvəqqəti dayandıran
“Nina” sonrakı il yenidən işini bərpa edir. Burada Marksın, Engelsin əsərləri, habelə
rusca, ermənicə və gürcücə vərəqələr də çap edilir. Lev Krasinin səyləri ilə güclənən
mətbəənin gücü sonralar o qədər artır ki, gizli çalışmasına baxmayaraq, bütün Rusiya
İmperiyasını çap məhsulları ilə təmin etməyə yetir. Bu gücə nail olmaq üçün Trifon
Yenukidze (Avelin qardaşı) və Krasin “kustar” keyfiyyətə son qoymaq və yeni, müasir
avadanlıq almaq qərarına gəlirlər. Yeni avadanlıq – xaricdən güclü tipoqrafiya maşını
almaq üçün isə çoxlu pul lazım idi: 3 min rubl. Bəs bu pulu haradan tapmalı?
Çıxış yolunu Krasin tapır. O, incəsənət, mədəniyyət, sənaye, ticarət və bank
dairələrində asanlıqla özünə tanışlar tapmaq, zənginlərə özünü onların adamı kimi
göstərmək kimi qabiliyyətə malik şəxsiyyət idi. Krasin Peterburqa yollanır və məşhur
6
№1 Fevral 2014
aktrisa Vera Komissarjevskayanı (1864-1910) Bakıda xeyriyyə konserti verməyə razı
salır.
Komissarjevskaya Bakıya gəlir, biletlərin baha olmasına baxmayaraq, Bakı
varlıları onun xeyriyyə konsertinə təşrif buyurmağı özlərinə fəxr sayırlar. Beləliklə,
onların ağıllarına da gəlmir ki, pullarını İnqilabın maliyyələşdirilməsinə xərcləyirlər.
Krasin sonralar da maliyyə toplamaq üçün Bakıda gəlmə artistlərin çıxışlarını
dəfələrlə təşkil edəcəkdi.
Beləliklə, tələb olunan məbləğ toplanır. Qalır avadanlığı sifariş vermək və Bakıya
gətirmək. Bunu isə qeyri-leqal fəaliyyətdə olan inqilabçılar yox, çap işi ilə leqal məşğul
olan naşir edə bilərdi. Bu məqsədlə xırda, ancaq leqal mətbəə sahibi olan Ovannesyansa
müraciət olunur.
Bəxşiş müqabilində Ovanesyans yeni çap maşınını Almaniyanın Leypsiq
şəhərində sifariş verməyə və Bakıya gətizdirməyə razı olur. Sonra yeni problem
başlayır: Ovanesyansın o dövr texnikasının son dəbi olan avadanlığa tamahı düşür və
maşını Krasinə təhvil verməkdən imtina edir. O, pulu da, bəxşişi də geri qaytarmağa
razı olduğunu deyir.
SSRİ-də “Nina” mətbəəsinin ev-muzeyi
7
Vəziyyətdən yeganə çıxış yolu avadanlığı oğurlamaqdı. Trifon Yenukidze
yoldaşları ilə günün günorta çağı Ovanesyansın mətbəəsinə hücum çəkərək qıfılları
qırıb “Auqsburq” avadanlığını götürür. Bu, o qədər gözlənilməz addım idi ki, yoldan
keçən polis də qətiyyən şübhələnmir, əksinə, avadanlığı arabaya yükləməkdə sosial-
demokratlara yardım edir.
***
“Nina” mətbəəsində 1903-cü ilin noyabrından 1905-ci ilin noyabrınadək ümumi
tirajı 1,5 milyon nüsxəni ötən çoxsaylı və müxtəlif dillərdə qeyri-leqal materiallar nəşr
edilir. O cümlədən, “İskra”nın Bakıda hər nömrəsinin tirajı 10-15 min nüsxə idi ki, bu
da böyük rəqəmdir.
1903-cü ildə RSDRP 2 qanada – bolşeviklərə və menşeviklərə bölünəndən sonra
“Nina” birincilərin ixtiyarında qalır. Buna baxmayaraq, mətbəənin işindən menşeviklər
və Bakı eserləri də yararlanırlar.
Fəaliyyətinin bütün dövründə polisin bircə dəfə də mətbəənin izinə düşə bilməməsi
inqilabçıların fəaliyyətindəki mükəmməl konspirasiyadan xəbər verir. Bu məxfilik isə
ilk növbədə Leonid Krasinin xidməti idi. Kübar dairələrdə dolaşan, həm Peterburqda,
həm də Bakıda çoxsaylı imkanlı dost və tanışları olan (məsələn, Maksim Qorki 1926-
cı ildə yazdığı “Leonid Krasin” məqaləsində onun milyonçu Savva Morozovla necə
tanış olduğunu, dostlaşdığını və Morozovdan mətbəə üçün ildə 24 min rubl aldığını
təsvir edib) Krasin ixtisasca mühəndis-elektrik idi. O vaxtlar Krasin Bakıda elektrik
stansiyasının tikintisinə rəhbərlik edirdi. Bu status ona çoxlu üstünlüklər qazandırırdı.
Məsələn, sərhəddə ilişməmək üçün Avropadan “İskra”nın maket vərəqlərini Bakıya
texniki kitabların arasında göndərirdilər. Özünə hörmət edən hər bir mühəndisin
xaricdən elmi kitablar sifariş etməsi isə adidən adi və şübhə yaratmayan təfərrüat idi.
Yaxud, tipqrafiyanı da Krasin elektrik stansiyasının tikintisi gedən ərazidə
quraşdırır. Bu barədə o, sonralar xatırlayırdı:
“Hələ tikilməkdə olan elektrik stansiyası ədəbiyyat, şriftlər və digər ləvazimatların
gizlədilməsi üçün əlverişli baza idi. Axtarışa gələn jandarmlar bu texniki qaladan baş
aça bilmədiklərinə görə tez də bezib və əllərini yelləyib gedirdilər...”
İri tikintidə nə isə axtarıb tapmaq doğrudan da müşkül məsələdir. Tikinti sona
Dostları ilə paylaş: |