75
İlkin məhsul sanki iki səviyyəyə – ümumi və təmiz məhsula bölünür. Ümumi ilkin (birinci) məhsul vahid
zaman ərzində fotosintezin müəyyən sürətində bitkilər tərəfindən yaranan üzvi maddələrin
ümumi kütləsi hesab
olunur (tənəffüs sərfi də bura daxildir). Bitkilərin özlərinin həyat fəaliyyətini saxlamaq üçün, yəni tənəffüsə sərf
olunan məhsul kifayət qədər çox olur. Meşə bitkisi tənəffüsə ümumi məhsulun 40...70%-ni sərf edir. Plankton
yosunları istifadə etdiyi ümumi enerjinin (yəni metabolizmə) yalnız 40%-ə qədərini sərf edir. Yaranan üzvi
maddə kütləsinin qalanı, yəni ümumi məhsulun tənəffüsə sərf olunmayan hissəsi təmiz birinci (ilkin) məhsul
adlanır, bu bitkinin artım ölçüsüdür və ondan konsument və redusentlər istifadə edir. Deməli, ilkin təmiz məhsul
konsument və redusentlər üçün enerji ehtiyatıdır. Qida zəncirlərində dəyişilərək (həzm olunaraq) heterotrof
orqanizmlərin kütləsinin bərpasına sərf olunur.
Vahid zaman ərzində konsument kütləsinin artımı qruplaşmanın ikinci məhsulu adlanır. Lakin ikinci
məhsul ümumi və təmiz məhsula bölünmür, belə ki, konsumentlər və redusentlər, yəni heterotroflar öz kütləsini
birinci məhsulun hesabına artırır, yəni əvvəlcədən yaradılan məhsuldan istifadə edir. İkinci məhsul hər trofik
səviyyə üçün ayrıca hesablanır, belə ki, o, özündən əvvəlki səviyyədən daxil olan enerjinin hesabına formalaşır.
Ekosistemin bütün canlı komponentləri –
produsentlər,
konsumentlər və
redusentlər bütövlüklə
qruplaşmanın və ya onun ayrı-ayrı hissələrinin ümumi biokütləsindən (canlı çəki) ibarətdir. Bioloji kütlə adətən
onun yaş və ya quru çəkisi ilə ifadə olunur, o, enerji vahidi ilə də (kalori, coul və b.) ifadə oluna bilər. Bu, daxil
olan enerji gücü və orta biokütlə arasında əlaqəni aşkar etməyə imkan verir.
Bioloji kütlənin əmələ gəlməsinə enerjinin hamısı sərf olunmur, istifadə olunan enerji birinci məhsulu
yaradır və müxtəlif ekosistemlərdə müxtəlif cür sərf oluna bilər. Əgər konsument tərəfindən enerjinin sərfi
sürəti bitkinin artım sürətindən geri qalırsa, bu produsentlərin biokütləsinin tədricən çoxalması baş verir və ölü
üzvi maddənin artığı (bolluğu) yaranır. Bu hal bataqlıqların torflaşmasına, kiçik su hövzələrinin su bitkiləri ilə
örtülməsinə, meşədə (məs., tayqada) qalın meşə döşənəyinin yaranmasına və s. səbəb olur.
Stabil (sabit) qruplaşmalarda bütün məhsul praktiki olaraq trofik şəbəkələrdə sərf olunur və bioloji kütlə
dəyişməz qalır.
5.4. Ekoloji piramidalar
Ekosistemdə canlı orqanizmlər arasında qarşılıqlı münasibəti öyrənmək üçün təkcə qidalanma zənciri
sxemindən deyil, ekoloji piramidalardan da istifadə edilir. Funksional qarşılıqlı əlaqələri, yəni trofik strukturu
qrafik şəkildə, ekoloji piramida adlı qrafiklərdə göstərmək olar. Piramidanın əsasını produsentlər səviyyəsi
təşkil edir, sonrakı qidalanma səviyyələri piramidanın mərtəbələrini və zirvəsini əmələ gətirir. Əsasən üç ekoloji
piramida tipi məlumdur: 1) say (kəmiyyət) piramidası (Elton piramidası) – hər səviyyədə orqanizmlərin sayı
ifadə olunur; 2) biokütlə piramidası – canlı maddənin kütləsini (ümumi quru çəki, kalorilik və s.)
səciyyələndirir; 3) Məhsul (və ya enerji) piramidası universal xarakter daşıyıb ardıcıl trofik səviyyələrdə bi-
rinci məhsulun (və ya enerjinin) dəyişməsini göstərir.
Enerji əsasən yırtıcı – şikar əlaqəsi ilə ötürülən trofik zəncirlərdə çox vaxt say piramidası qaydasına, yəni qi-
da zəncirlərində iştirak edən fərdlərin ümumi say zəncirinin hər sonrakı həlqəsində produsentdən konsumentlərə
doğru azalma qanunauyğunluğuna əməl olunur (şəkil 5.5.). Bu hal bir qayda olaraq yırtıcıların qida obyektindən
(şikardan) iri olması və yırtıcının birinin biokütləsini saxlamaq üçün bir neçə və daha artıq şikarın tələb
olunmasıdır. Digər tərəfdən aşağı trofik səviyyədən yuxarı səviyyəyə doğru enerjinin miqdarının itməsi (hər
səviyyədən sonrakı səviyyəyə 10% enerji çatır) və metobolizmin fərdlərinin ölçüsü ilə tərsinə əlaqənin olmasıdır –
orqanizm kiçik olduqca maddələr mübadiləsi intensiv gedir, onun sayının və biokütləsinin artm sürəti yüksəlir.
Şəkil 5.5. Su hövzəsinin qidalanma zənciri
Lakin müxtəlif ekosistemlərdə say piramidası formasına görə olduqca fərqlənir, ona görə sayın cədvəl
formasında verilməsi daha yaxşı olar. Bioloji kütlənin isə qrafik şəklində göstərilməsi məqsədəuyğundur. O,
müəyyən trofik səviyyədə canlı maddənin miqdarını aydın göstərir, məsələn, vahid kütlənin vahid sahədə
yerləşməsi – q/m
2
və ya həcm – q/m
3
və s. ilə ifadə olunur.
76
Yerüstü ekosistemlərdə biokütlənin aşağıdakı piramida qaydası fəaliyyət göstərir: bitki kütləsinin cəmi
bütün otyeyənlərin kütləsindən artıqdır, otyeyənlərin kütləsi isə bütün yırtıcıların biokütləsindən yüksəkdir
(şəkil 5.6.).
şəkildə bəzi biosenozlarda biokütlə piramidaları göstərilir.
Øÿêil 5.6. Áÿçè áèîñåíîçëàðûí áèêöòëÿñèíèí ïèðàìèäàñû (Ô.Äðå, 1976)
Ï - ïðîäóñåíòëÿð; ÁÊ - áèòêè êîíñóìåíòëÿðè; ßÊ - ÿòéåéÿí êîíñó-
ìåíòëÿð; Ô- ôèòîïëàíêòîí; Ç- çîîïëàíêòîí
Şəkildən görünür ki, yuxarıda göstərilən biokütlənin piramida qaydası okean üçün gerçək (uyğun) olmayıb
çevrilmiş (döndərilmiş) şəkildədir. Okean ekosistemi üçün yırtıcıların biokütləsinin yüksək səviyyədə
toplanması xarakterikdir. Yırtıcılar uzun illər ömür sürür, onların generasiya dövriyyəsinin sürəti aşağıdır, lakin
produsentlərin – fitoplankton yosunlarının dövriyyə qabiliyyəti biokütlənin ehtiyatını yüz dəfələrlə ötüb keçə
bilər. Bu o deməkdir ki, təmiz məhsul burada da konsumentlərin yediyi məhsuldan da artıqdır, yəni produsentlər
səviyyəsindən keçən enerji bütün konsumentlərdən keçən enerjidən yüksəkdir.
Buradan məlum olur ki, trofik əlaqələrin ekosistemə təsirinin daha mükəmməl əksi məhsulun (və ya enerjinin) pi-
ramida qaydası olmalıdır: vahid zaman ərzində hər özündən əvvəlki trofik səviyyədə biokütlənin (və ya enerjinin)
miqdarı özündən sonrakından artıqdır. Məhsul piramidası trofik zəncirlərdə enerjinin sərfi qanununu əks etdirir. 5.7.
şəkildə enerji piramidası göstərilir (Y.Odum, 1986).
Nəticədə, piramidanın hər üç qaydası ekosistemdə enerji əlaqələrini əks etdirir, məhsul (enerji) piramidası
isə universal xarakter daşıyır.
Øÿêil 5.7. Åëòîíóí ñàäÿëÿøäèðèëìèø ïèðàìèäà ñõåìè (Ã.À.Íîâèêîâ,
1979)
Təbiətdə stabil sistemlərdə biokütlə az dəyişir, yəni təbiət ümumi məhsulu tam istifadə etməyə cəhd edir.
Ekosistemin enerjisi və onun kəmiyyət (say) göstəriciləri haqda əldə edilən məlumat məhsuldarlığı pozmadan
(dağıtmadan) təbii ekosistemlərdən hər hansı bir miqdarda bitki və heyvan biokütləsini götürmək
mümkünlüyünü dəqiq nəzərə almağa imkan verir.
İnsan təbii sistemlərdən kifayət qədər çox məhsul götürür, buna baxmayaraq onun üçün əsas yem mənbəyi
kənd təsərrüfatı hesab olunur. Aqrosistem yaradaraq insan daha çox təmiz bitki məhsulu götürməyə çalışır, lakin
otyeyən heyvanları, quşları və s. yemləmək üçün bitki kütləsinin yarısı sərf edilməlidir, məhsulun çox hissəsi
sənayeyə gedir və tullantılarda itirilir, yəni burada təmiz məhsulun 90%-i itir və yalnız 10%-i bilavasitə insan
tərəfindən istifadə olunur.