Mən daha çox istəvdim ki, Naxçıvan xanlığının tarixi çox



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə7/14
tarix03.08.2018
ölçüsü1,23 Mb.
#60699
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   14

Naxçıvan  nümayəndəsi,  öz  qəddarlığı  ilə  seçilən  Mirzə 

Rza  iştirak  edirdi.  Sonralar  Nadirqulu  xan  tərəfındən 

cəzalandırılmış  Mirzə  Rza  daha  Naxçıvana  qayıtmadı. 

Nadir şahm  ölümü (1747)  Cənubi  Qafqazda,  o cümlədən 

Azərbaycan  İran  dövlətinin  ağalığına  son  qoyulmasmı 

sürətləndirirdi.  Yerli  feodallar  və  elbəylər  İran  zülmünə 

qarşı ümumxalq mübarizəsindən istifadə edərək,  yerlərdə 

hakimiyyəti  ələ  keçirir,  özlərini  müstəqil  xan  elan 

edirdilər.Yerli  feodallara  arxalanan  Kəngərli  tayfasınm 

başçısı  Heydərqulu  xan  özünü  Naxçıvan  xanlığınm 

başçısı-müstəqil  hakimi elan etdi.

Heydərqulu  xanın  ölümündən  sonra  (1763/64) 

Naxçıvan  xanlığı  nisbətən  zəiflədi.  Onun  sələfı  Hacı  xan 

Kəngərli  İran  hakimi  Kərim  xan  Zəndin  (1763/79) 

qarşısmda  zəiflik  göstərib  ona  boyun  əydi.  Sonralar, 

Kərim  xan  Zənd  onu  Şiraza  dəvət  etdi  və  kiçik  günah 

üstündə əsir  aldı.  Naxçıvan taxtmda Hacı xanı əvəz edən 

Heydərqulu  xanm  oğlu  Rəhim  xan  hakimiyyətdə  uzun 

müddət  qala  bilmədi.  1770-ci  ildə  Kərim  xan  Zəndin 

köməyilə Naxçıvanda hakimiyyətə gəlmiş Əliqulu xan da 

öz növbəsində 3 il sonra Vəliqulu xan Kəngərli tərəfındən 

devrildi.

18-ci  əsrin  80-ci  illərinin  əvvəllərində  İrəvan  xanı 

Hüseynəli  xanın,  Qarabağ  xanı  İbrahim  xanın,  Kartli- 

Kaxeti çarı II  İraklinin vasitəçiliyi ilə Kəngərli  tayfasmm 

nümayəndəsi  Abbasqulu  xan  Naxçıvan  hakimi  oldu.  Və 

bu  da,  Xoylu  Əhməd  xanın  ürəyincə  olmadı.  O,

Naxçıvandakı  Abbasqulu  xanın  əmisi  oğlu  Cəfərqulu 

xanı  hakimiyyətə gətirmək istəyirdi.  Əhməd xan, Abbas- 

qulu  xandan  Nazik  və  Şükürlü  kəndlərini  istədi.  Təbii, 

rədd  cavabı  veriləndən  sonra  o  öz  qoşunlarım  Naxçıvan 

sərhədlərinə  yeritdi.  Müqavimət  göstərə  bilməyəcəyini 

başa  düşən,  yerli  əyanlar  tərəfindən  müdafiə  edilməyən 

Abbasqulu  xan  Naxçıvanı  tərk  etməyə  məcbur  oldu. 

Özünə  müvəqqəti  olaraq  Sisyanda  sığınacaq  tapdı. 

Lakin,  Əhməd  xan  Naxçıvanı  tuta  bilmədi.  Çünki, 

İrəvanlı  Hüseynəli  xan  hədələyici  məktubla  Əhməd 

xandan  tələb  etdi  ki,  o  öz  ordusunu  təcili  surətdə 

Naxçıvan  qalasmdan  uzaqlaşdırsın.

Əhməd xan Hüseyn xanın tələbini qəbul etsə də, öz 

fıkrindən  əl  çəkmədi.  Tezliklə,  Naxçıvan  qalası  yaxın- 

lığmda  İrəvan  xam  Hüseynəli  xanın  qoşunu  göründü. 

Lakin,  Naxçıvanda  qalmaq  ona  qismət  olmadı.  O  da  öz 

qoşunlarını  Naxçıvandan  geri  çəkdi.  Naxçıvan  qalası 

başsız,  sahibsiz  idi.  Yaranmış  vəziyyətdən  istifadə  edən 

Abbasqulu  xan  Naxçıvana  tələsdi.  D ar  günündə  onu 

müdafıə etməyənlərə divan tutmaq  qərarına gəldi.

1783-cü ildə Rusiyanın  qəyyumluğunu qəbul  etmiş 

Kartli-Kaxeti  çarlığı  ilə  İran  arasmda  özünü  dost  kimi 

qələmə verən  Əhməd  xan  Naxçıvan  taxtmda  Abbasqulu 

xanın  namizədliyini  müdafiə  edən  II  İraklinin  gözünün 

qarşısmda  öz  hərəkətlərinə  bəraət  qazandırmaq  üçün 

bütün  imkanlardan  istifadə  edirdi.  II  İrakliyə  göndərdiyi 

məktubda  Əhməd  xan  yazırdı:  "-İndi  necə  ola  bilər  ki,




rnən  ona  (Əlimurad  xana)  verdiyim  sözü  yerinə  yetir- 

məyim,  başqa  cür  hərəkət  edim.  Mənim  vicdanımm 

əleyhinə  olardı.  Mənim  qiymətli  əşyam  Əlimurad  xanm 

yanmda girov saxlanır,  o  elə  bilər ki,  mən  onun  əleyhinə 

gedirəm".

Əlimurad  xan  Kərim  xanm  ölümündən  sonra 

İsfahanda  özünü  şah  elan  etmişdi.  O,  Azərbaycan  xan- 

lıqlarmm  hakimi olmağa öz tərəfdarlarına  kömək  edirdi. 

O,  vaxtilə  Rusiyanm  tərkibində  olmuş  torpaqlardan 

savayı,  Qarabağ,  Naxçıvan  və  İrəvan  vilayətlərini  də 

Rusiya  ilə  əlaqəyə  girərək,  onlara  güzəşt  verməyə  hazır 

olduğunu  bildirirdi.  Moskvaya  nümayəndə  göndərərək,

1784-cü  ildə  Osmanlı  Türkiyəsinə  qarşı  Rusiyadan 

kömək istəyirdi.

Əlimurad  xanm  və  Əhməd  xanm  qoşunlarmm 

qarşısmı ala bilməyən Abbasqulu xan yenidən Naxçıvanı 

tərk  etməyə,  Tiflisə qaçaraq II İraklidən  kömək istəməyə 

məcbur  oldu.  Beləliklə,  Əlimurad  xan  və  Əhməd  xan 

tərəfmdən  müdafiə  edilən  Cəfərqulu  xan  Naxçıvanda 

hakimiyyətə  gəldi.  Lakin  o,  xalqm  böyük  narazılığmı, 

hiddətini  qazandı.  Naxçıvanlıların  əksəriyyəti  doğma 

ocağını  atıb  uzaq  vilayətə  getməyə  məcbur  oldular. 

Kartli-Kaxeti  çarı  II  İrakliyə  1783-cü  ildə  kollektiv 

məktub  yazılır:  "Cəfərqulu  xanın  Naxçıvan  əhalisi  ilə 

necə qəddar rəftar etdiyini sizə bildirməklə qeyd edirik ki, 

yerli  əhali  pərən-pərən  düşüb".  Daha  sonra məktubda  2- 

ci  Abbasqulu  xana  sığınacaq  verdiyinə  görə  təşəkkür

edilir  və  qeyd  olunur  ki,  sizin  xeyirxahlığınıza  görə 

Abbasqulu xanın  yaşamağı  bizi  sakitləşdirir,  bizdə inam 

yaradır.  M əktubda  qeyd  olunur  ki,  yoxsul  əhali  Nax- 

çıvanı  tərk  edib,  Abbasqulu  xanm  yanına  gəlir.  Gürcüs- 

tanda  sığınacaq  tapan  Abbasqulu  xan  isə  II  İrakliyə 

yazdığı  m əktubda  təşəkkürünü  bildirir.-"Qoy  Allahm 

rəhmi  gəlsin,  çarın  xəstəliyini  Abbasqulu  xana  versin. 

Sizin  xeyirxahlığınız  nəticəsində  vəziyyətim  yaxşıdır  və 

sizə sədaqətliyəm".

Naxçıvan  əyanlarınm  Gürcüstana-Abbasqulu  xa- 

nın yanına getmələri Cəfərqulu xanı hədsiz qəzəbləndirdi. 

O,  A bbasqulu  xanın  yanına  getmək  istəyənləri 

cəzalandırmaq  qərarma  gəldi.  Bu  rəftarın  ilk  qurbanı 

feodallardan Məhəmməd bəy oldu. O, Gürcüstana gedər- 

kən, Cəfərqulu xanın qardaşı Kalbalı xan tərəfmdən həbs 

edilib  öldürüldü.

II İrakli Əhməd xana məsləhət görür ki, Abbasqulu 

xanla  Cəfərqulu xan  arasındakı  münasibətlərə  toxunma- 

sın.  Naxçıvanda  baş  verən  hadisələrlə  işi  olmasm.  Əks 

təqdirdə,  o  digər xanlar arasmda öz nüfuzunu  itirə  bilər. 

Əslində  isə,  II  İrakli  "uzaqgörənlik"  edib,  ilk  növbədə  öz 

torpaqlarını,  sərhədlərini  yenidən 

genişləndirmək 

məqsədini  güdürdü.

O,  Rusiya  hakim  dairələ^inə  məktub  göndərir  və 

yazırdı:

"Belə  hesab  edirəm  ki,  Azərbaycana  sahib  olmaq 

Rusiya  üçün  əlverişlidir.Sonra  isə  həmin  torpaqların  bir



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə