onu saya salmırdı, ona gülürdü. Spartak üsyanla, qullarm
fiziki gücü ilə müəyyən zirvə tutdu. Eldəniz indinin
özündə olduğu, özü də ən sivil məmləktlərdə olduğu kimi
öz bacarıq və istedadma görə o pillələri qalxmaq imkanı
qazandı.
Deməli, bu məmləkətdə, bu torpaqda hətta 12-ci
əsrdə demokratik ab-hava vardı. Bu demokratiyanm ən
zirvə anmda dünənki qul bu gün padşahlıq iqamətgahı və
Atabəylər dövləti yaratdı ki, Azərbaycan adlı məmləkət
öz dövlətçilik ideyalarmm xələfliyini, gələcək dövlət-
çiliyini bu qədim dövlətin dirəkləri üzərində qurur. De-
məli, bu torpaq hər kəsin istedad və bacarığma bərabər
status verir-hər bir insan özünü ifadə və özünü təsdiq
imkanmdan istifadə edə bilər. Budur, qədim sivilizasiya...
mədəniyyət və dövlətçilik.
XIII-XIV əsrlər Monqol ağalığı dövründə Ağqoyun-
lular Teymurləngin hücumları zamanı Naxçıvanda əsas
mübarizə mərkəzlərindən birinə çevrildi. Məlum olduğu
kimi, 16-cı əsrdə Azərbaycanm geniş ərazisində mərkəzi
Təbriz şəhəri olan Səfəvilər dövləti yaranmışdı.
XIV-XVII əsrlərdə Naxçıvan Azərbaycan dövlət-
lərinin-Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər dövlətləri-
nin tərkibində oldu. Bu dövlət yarandığı gündən Osmanlı
Türkiyəsinə qarşı apardığı uzun müharibələrdə döyüş
meydanma çevrilmiş Naxçıvan diyarı gah Osmanlı
Türkiyəsinin, gah da Səfəvilərin əlində olmuşdur. 1554-cü
ildə Osmanlı qoşunları Səfəvi dövlətinin ərazisinə 12-ci
dəfə yürüş etdilər. Tarixi mənbələrə görə bu yürüşə
"Naxçıvan yürüşü" deyirlər (adlanır) Düşmənin bu
yürüşünün qarşısmı ala bilməyəcəyini başa düşən Səfəvi
şahı 1-ci Təhmasib öz qoşunlarım geri çəkdi. Naxçıvan
əhalisinin əksəriyyəti də şah qoşunlarıyla birgə Naxçıvanı
tərk etməyə məcbur oldu.l554-cü il iyulun 28-də
Naxçıvan şəhərini ələ keçirən Türkiyə sultanı I Süley-
manm qoşunları şəhəri yerlə- yeksan etdilər. Sultanm
qoşunları şəhəri talan etdilər və şəhəri tərk etdikdə,
sultan Süleymanm əmri ilə şəhəri yandırdılar.
Həmdullah Qəzviniyə görə, Təbrizdən 24 fərsəng
(160 km) məsafədə olan Naxçıvan şəhəri 4-cü iqlimə daxil
olub, əsası Sasani hökmdarı Bəhram Çubin tərəfindən
qoyulub. Öz gözəlliyi ilə seçilən Naxçıvan "Nəqsi-
Cahan", "Nəşəva" kimi məşhurlaşmışdır. Dövrün mənbə-
lərindən bu qənaətə gəlmək olar:
Naxçıvan-Azərbaycanda yüksək yerdə yerləşmiş,
əhalisi sıx olan böyük şəhərdir. Buradan Araz çayı aydm
görünür. Deyirlər ki, yer üzərində Naxçıvandan çox
əhalisi olan şəhər yox imiş. Naxçıvan əhalisi ağbəniz
olub, şafei təriqətinə itaət edirmiş.
Bədii oyma sənətində, mətbəxində, dulusçuluqda
çox fərqlidir. Əhalinin dili xoşagələndir, onlar bütün
dillərdə danışa bilir, onların dilində heç kim danışa
bilmir. Naxçıvanda çoxlu saraylar, köşklər, eyvanlar,
qalalar, mədrəsələr, məscidlər var. Naxçıvandakı dənli
bitkilər və meyvələr xüsusi ləzzətə malikdir.
Türk qoşunları şəhəri tərk etdikdən sonra, Naxçı-
vanın bərpa işləri başladı. Şah II İsmayılın dövründə
(1576/77) Şərəf xan Bidlisi Naxçıvanm hakimi təyin
edildi. Lakin, onun hakimiyyəti uzun sürmədi. 1578-ci
ildə o, 400 nəfərə yaxın adamı ilə Bidlis şəhərinə gələrək
orada möhkəmləndi. Çünki, o dövrdə türk qoşunları
Azərbaycana və Gürcüstana yürüşə başlamışdı. Mustafa
Lələ Paşanm başçılığı ilə Osmanlı qoşunları bir sıra
şəhərləri, həmçinin Naxçıvanı da ələ keçirsələr də,
obyektiv səbəblərə görə tərk də etdilər. İradəcə zəif olan
şah Məhəmməd Xudabəndinin (1578-87) hakimiyyəti
dövründə Səfəvi dövləti inzibati cəhətdən parçalandı.
18-ci əsrin 20-ci illərində Səfəvilər dövləti əfqan
qəbilələrinin zərbəsi altında zəiflədi. İşğalçılar hətta,
dövlətin mərkəzi İsfahan şəhərini də zəbt etdi. Bundan
istifadə edən Rusiya İranın Xəzərboyu əyalətlərini işğal
edərək, Rəşt şəhərinə kimi gəlib çıxdı. Səfəvilərin
zəifləməsinə Türkiyə dövləti biganə qala bilməzdi. 1723-
cü ildə Osmanlı türklərinin yeni hücumları nəticəsində
Naxçıvan şəhəri, həmçinin Naxçıvan əyaləti ciddi
dağımtıya məruz qaldı. Türk əsgərləri heç bir müqa-
vimətə rast gəlmədən Cənubi Qafqazı və Azərbaycanm
cənubunda böyük bir hissəni işğal etdilər. İranda
əfqanlara və osmanlılara qarşı mübarizə gücləndi. Xarici
işğalçılarla döyüşü, həmin dövrün məşhur sərkərdəsi, İran
ordusunun baş sərkərdəsi Nadirqulu xan öz öhdəsinə
götürdü. 1731-ci ildə yerli əhalinin köməyi ilə Marağa,
Təbriz, Ərdəbil şəhərləri .Səfəvilərin əlinə keçdi. Naxçı-
van, İrəvan istiqamətiylə gedən qoşunlar Xorasandan
üsyan xəbəri eşidən N adirqulu xanın əmri ilə ora
yollandılar. Həmin dövrdə Nadirqulu xanm nüfuzu artır,
II Təhmasib isə iradəsiz zəif imici qazanmışdı. Və
Təhmasib özünü doğrultmaq məqsədilə Naxçıvanı və
İrəvanı türk qoşunlarından xilas etmək üçün hərbi
əməliyyatlara başladı. Lakin, II Təhmasib məqsədinə nail
olmadı. Döyüş isə, məğlubiyyətlə nəticələndi. II
Təhmasib sülh istəməyə məcbur oldu. Türkiyə dərhal
razılaşdı.
Beləliklə, 1732-ci ilin yanvar ayınm 16-da müqa-
viləyə görə bir sıra şəhərlərlə yanaşı, Naxçıvan da Türk
işğal zonasına daxil oldu. Üsyanı Xorasanda yatırandan
sonra qayıdan Nadirqulu xan yerli əyanlarm iştirakı ilə
Təhmasibi taxtdan salıb, onun 8 aylıq körpə oğlunu
formal olaraq şah elan etdi. Əslində isə, özü azyaşlı şahın
qəyyumu kimi faktiki olaraq, İranm mütləq hakimi oldu.
Nadirqulu xan ilk növbədə 1732-ci ildə Təhmasiblə
Osmanlı Türkiyəsinin bağladığı müqavilənin şərtlərini
pozaraq, Osmanlılar tərəfındən işğal edilmiş ərazilərin
geri qaytarılmasım tələb etdi. Lakin Türkiyə Sultanı bu
tələbi rədd etdi. Belə olduqda, İran və Türkiyə arasında
hərbi əməliyyatlar bərpa oldu. Ciddi zərbələrə məruz
qalan osmanlı əsgərləri Azərbaycan ərazisindən tədricən
geri çəkildilər.
1736-cı ildə isə Nadirqulu xanın tacqoyma mərasimi