keçirildi.
O,
dövlətin idarə edilməsində ciddi dəyişiklik
apardı. Nadir şah Səfəvi inzibati-ərazi bölgülərini-Şirvan,
Qarabağ (Gəncə), Təbriz və Çuxursədd bəylərbəyliklərini
ləğv edib, vahid Azərbaycan vilayəti adı altında bir mərkəz-
də Təbriz ətrafında birləşdirdi. Vilayədn idarəsini qardaşı
İbrahim xana həvalə etdi. Yerli hakimlər İbrahim xanın
yaxın adamları ilə əvəz olundu.
Beləliklə... Heç də birmənalı qarşılanmayan Nadir-
qulu xanm hakimiyyəti.
Bir tərəfdən ədalətli hakim idi. M əmurlarınm
rüşvətxorluğunu, hətta, ən kiçik qüsurlarmı belə ağır
cəzalandırırdı.
Nadir şah onu cəzalandırdı, təbii ki... ancaq daxili
siyasəti -təbii ki, verginin çoxluğu, şahm qəzaları altında
işləyən xalq onu sevmirdi. Əhalini nəinki məmurlar,
xarici işğalçılar da soyurdular. Çox zaman əlçatmaz uzaq
nöqtələrdə məskunlaşırdılar.
Nadirqulu xan ölkədəki üsyanları çox qəddarlıqla
yatırdırdı. O, Irəvan xanına tapşırdı ki, Naxçıvan
əhalisinin əhval-ruhiyəsini öyrənsin. Bu məqsədlə, o
yerlərdən 33 nəfərlə söhbət apararkən, çox hiyləgərliklə
öyrənib Nadir şaha belə xəbər vermişdi ki: "Əhali onun
siyasətindən narazı olub azadlıq hissiylə yaşayırlar".
Nadir şah əmr etdi ki, onun siyasətindən narazı olanlarm
gözləri çıxarılsın, əmlakları müsadirə edilsin. Bəzi imkanlı
şəxslər İran sərbazlarma pul verməklə gözlərini
saxlamışlar. Göz çıxarmaq Nadirqulu şahm ən çox tətbiq
etdiyi cəza forması idi. O, hətta, şübhələndiyi doğma
oğlunun gözlərini də çıxartdırmışdı.
Təqiblərə baxmayaraq, xalqm narazılığı artmaqda
idi. Ağır istismar ölkədə silahlı üsyana gətirib çıxarırdı.
1745-ci ildə Şirvanda baş vermiş üsyan yatırıldıqdan
sonra 1746-1747-ci illərdə üsyan Azərbaycan və
Gürcüstanı bürüdü. 1747-ci ilin mart ayınm 15 -də
Rusiyanm İrandakı səfıri M.M Qolitsin yazırdı: "İndiki
zamanda İran əyalətlərinin təmasmda qorxulu vəziyyət
yaranmışdı. Gəncədə, İrəvanda, Naxçıvanda, Tiflisdə
əhali pul cərimələrindən cana gəlmiş - üsyan qaldırmışlar,
hətta hakimlər də qiyama qoşulur, öz var-dövləti, mal-
qarası ilə dağlara çəkilirlər".
Əfşar zadəganları tərəfmdən sarayda törədilmiş
sui-qəsd nəticəsində Nadir şah öldürüldü. 1747-ci ildə
Nadir şahın dövləti süquta uğradıqdan sonra, Kəngərli
tayfa başçısı Heydərqulu xan yerli feodallara arxalanıb
Ağa Həsəni hakimiyyətdən uzaqlaşdıraraq özünü
Naxçıvan xanlığmm müstəqil hakimi elan etdi.
XVIII ƏSRİN ORTALARINDA AZƏRBAYCAN
ƏRAZİSİNDƏ YARANAN 18 XANLIĞIN BİRİ
NAXÇIVAN XANLIĞI O L D U
Zəngəzur kəndindən başlanmış Araz çayı vadisinə
qədər uzanan geniş ərazidə yerləşən Naxçıvan xanlığı
Qərbi Azərbaycanm böyük bir hissəsini əhatə edirdi.
Dağlar xanlığı sanki qala kimi əhatə etmişdi. Belə ki,
şimal-şərqdən Dərələyəz dağları, cənub-şərqdən İlanlı
dağ, şimal-şərqdən isə Böyük və kiçik Ağrı dağları
Naxçıvan xanlığınm sərhədləri boyu ucalırdı. Naxçıvan
xanlığı İrəvan, Qarabağ, Xoy və M aku xanlıqları ilə
həmsərhəd idi. Qarababaçay adı ilə məşhur olan çay öz
mənbəyini Zəngəzur sərhədlərindən, Salvartı dağlarından
götürür. Bu çay Naxçıvan düzənliyi ilə uzanıb Naxçıvan
şəhəri yaxınlığında axdığından Naxçıvan çayı adlanır və
Araza tökülür. 19-cu əsrin əvvəllərində Abbasabad qalası
bu çayın töküldüyü yerdə tikilmişdir.
Məlum olduğu kimi, 1797 ilə qədər Naxçıvan xan-
lığı müstəqil dövlət qurumu idi. Bu dövrdə xanlığm ali
hakimi xan özü idi. Qalan feodallarm hamısı ona tabe idi.
Xan xanlığmı öz mülkiyyəti kimi idarə edirdi.Xanlığın
idarə edilməsi üçün feodallardan biri Şah tərəfindən təyin
edilirdi. Əsas hakim hesab olunurdu. Digər tayfaların
rəisi və Kəngərli tayfasınm vəkili hesab edilirdi. 19-cu
əsrin əvvəllərində Naxçıvanın əsas hakimi Kalbalı xan,
tayfanm rəisi Lütfəli Sultan idi. Ölkə bir neçə bəylər-
bəyliyə bölünmüşdü. Bu zaman Naxçıvan əyaləti Qızılbaş
tayfalarından olan kəngərlilərin irsi mülkiyyətinə
çevrildi. İran ağalığı bərpa edildikdən sonra, Naxçıvanda
yerli Kəngərli tayfasından olan Rzaəddin xan (1647)
Şərif xan (1678), Məmmədrza xan (1691) hakimiyyətdə
olmuşdular.
Naxçıvan bölgəsində Kəngərli tayfasınm bəzi nü-
mayəndələri hökümətə tabe olmadığından, şah tərəfmdən
uzaq yerlərə-Əfqanıstana köçürüldülər. Kəngərlilərin
tabesizliyi Nadir şahda şübhə oyatdığı üçün bu tayfaya o
qədər də etibar etməyib, başqa yerlərdən fərqli olaraq,
Naxçıvan əyalətini idarə etmək üçün buraya həmin
tayfadan 2 hakim təyin etdi.
1-ci hakim-e ölke-yi Naxçıvan
2-ci hakim-e tümen-e Naxçıvan (Naxçıvan və ya
Kəngərli tayfasımn başçısı, süvari bölməsinin rəisi).
Arxiv sənədlərindən bəlli olur ki, bu dövrdə Kəngərli
tayfasınm aşağıdakı qolları Naxçıvan idarəsində vəkillər,
tayfa ağsaqqaları arasında məşhur idi. (Qızıllı, Sarbanlar,
Ağabəyli, Qaradolaq, Əlixanlı, Qaraxanbəyli, Qarabağ-
lar və s.)
Nadir şah hakimiyyət başına gəlməzdən əvvəl,
hətta, sərkərdə olan zaman da Kəngərli tayfasınm nüfuz-
lu nümayəndələrinə şübhə ilə yanaşırdı. Təsadüfi deyildir
ki, 1736-cı ildə tacqoyma mərasimində (Muğanda) tayfa
başçısı Vəliqulu xan Kəngərli yox, İrandan göndərilmiş