Mən daha çox istəvdim ki, Naxçıvan xanlığının tarixi çox


keçirildi.  O,  dövlətin  idarə  edilməsində  ciddi  dəyişiklik



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə6/14
tarix03.08.2018
ölçüsü1,23 Mb.
#60699
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   14

keçirildi. 

O, 


dövlətin  idarə  edilməsində  ciddi  dəyişiklik 

apardı.  Nadir  şah  Səfəvi  inzibati-ərazi  bölgülərini-Şirvan, 

Qarabağ  (Gəncə),  Təbriz  və  Çuxursədd  bəylərbəyliklərini 

ləğv edib, vahid Azərbaycan vilayəti adı altında bir mərkəz- 

də  Təbriz  ətrafında  birləşdirdi.  Vilayədn  idarəsini  qardaşı 

İbrahim  xana  həvalə  etdi.  Yerli  hakimlər  İbrahim  xanın 

yaxın  adamları  ilə əvəz olundu.

Beləliklə...  Heç də birmənalı qarşılanmayan Nadir- 

qulu xanm hakimiyyəti.

Bir  tərəfdən  ədalətli  hakim  idi.  M əmurlarınm 

rüşvətxorluğunu,  hətta,  ən  kiçik  qüsurlarmı  belə  ağır 

cəzalandırırdı.

Nadir şah  onu cəzalandırdı,  təbii ki...  ancaq daxili 

siyasəti  -təbii  ki,  verginin  çoxluğu,  şahm  qəzaları  altında 

işləyən  xalq  onu  sevmirdi.  Əhalini  nəinki  məmurlar, 

xarici işğalçılar da soyurdular.  Çox zaman əlçatmaz uzaq 

nöqtələrdə məskunlaşırdılar.

Nadirqulu  xan  ölkədəki  üsyanları  çox  qəddarlıqla 

yatırdırdı.  O,  Irəvan  xanına  tapşırdı  ki,  Naxçıvan 

əhalisinin  əhval-ruhiyəsini  öyrənsin.  Bu  məqsədlə,  o 

yerlərdən  33  nəfərlə  söhbət  apararkən,  çox  hiyləgərliklə 

öyrənib  Nadir  şaha  belə  xəbər  vermişdi  ki:  "Əhali  onun 

siyasətindən  narazı  olub  azadlıq  hissiylə  yaşayırlar". 

Nadir şah əmr etdi ki, onun siyasətindən narazı olanlarm 

gözləri çıxarılsın, əmlakları müsadirə edilsin. Bəzi imkanlı 

şəxslər  İran  sərbazlarma  pul  verməklə  gözlərini 

saxlamışlar.  Göz çıxarmaq Nadirqulu şahm ən çox tətbiq

etdiyi  cəza  forması  idi.  O,  hətta,  şübhələndiyi  doğma 

oğlunun gözlərini  də çıxartdırmışdı.

Təqiblərə  baxmayaraq,  xalqm  narazılığı  artmaqda 

idi.  Ağır  istismar  ölkədə  silahlı  üsyana  gətirib  çıxarırdı. 

1745-ci  ildə  Şirvanda  baş  vermiş  üsyan  yatırıldıqdan 

sonra  1746-1747-ci  illərdə  üsyan  Azərbaycan  və 

Gürcüstanı  bürüdü.  1747-ci  ilin  mart  ayınm  15  -də 

Rusiyanm  İrandakı  səfıri  M.M  Qolitsin  yazırdı:  "İndiki 

zamanda  İran  əyalətlərinin  təmasmda  qorxulu  vəziyyət 

yaranmışdı.  Gəncədə,  İrəvanda,  Naxçıvanda,  Tiflisdə 

əhali pul cərimələrindən cana gəlmiş - üsyan qaldırmışlar, 

hətta  hakimlər  də  qiyama  qoşulur,  öz  var-dövləti,  mal- 

qarası  ilə dağlara çəkilirlər".

Əfşar  zadəganları  tərəfmdən  sarayda  törədilmiş 

sui-qəsd  nəticəsində  Nadir  şah  öldürüldü.  1747-ci  ildə 

Nadir  şahın  dövləti  süquta  uğradıqdan  sonra,  Kəngərli 

tayfa  başçısı  Heydərqulu  xan  yerli  feodallara  arxalanıb 

Ağa  Həsəni  hakimiyyətdən  uzaqlaşdıraraq  özünü 

Naxçıvan xanlığmm  müstəqil hakimi elan etdi.




XVIII  ƏSRİN ORTALARINDA  AZƏRBAYCAN 

ƏRAZİSİNDƏ YARANAN  18 XANLIĞIN BİRİ 

NAXÇIVAN  XANLIĞI O L D U

Zəngəzur  kəndindən  başlanmış  Araz  çayı  vadisinə 

qədər  uzanan  geniş  ərazidə  yerləşən  Naxçıvan  xanlığı 

Qərbi  Azərbaycanm  böyük  bir  hissəsini  əhatə  edirdi. 

Dağlar  xanlığı  sanki  qala  kimi  əhatə  etmişdi.  Belə  ki, 

şimal-şərqdən  Dərələyəz  dağları,  cənub-şərqdən  İlanlı 

dağ,  şimal-şərqdən  isə  Böyük  və  kiçik  Ağrı  dağları 

Naxçıvan  xanlığınm  sərhədləri  boyu  ucalırdı.  Naxçıvan 

xanlığı  İrəvan,  Qarabağ,  Xoy  və  M aku  xanlıqları  ilə 

həmsərhəd  idi.  Qarababaçay  adı  ilə  məşhur  olan  çay  öz 

mənbəyini Zəngəzur sərhədlərindən, Salvartı dağlarından 

götürür.  Bu  çay  Naxçıvan  düzənliyi  ilə  uzanıb  Naxçıvan 

şəhəri  yaxınlığında  axdığından  Naxçıvan  çayı  adlanır  və 

Araza tökülür.  19-cu əsrin əvvəllərində Abbasabad qalası 

bu çayın töküldüyü yerdə tikilmişdir.

Məlum  olduğu kimi,  1797  ilə qədər Naxçıvan  xan- 

lığı  müstəqil  dövlət  qurumu  idi.  Bu  dövrdə  xanlığm  ali 

hakimi xan özü idi. Qalan feodallarm hamısı ona tabe idi. 

Xan  xanlığmı  öz  mülkiyyəti  kimi  idarə  edirdi.Xanlığın 

idarə edilməsi üçün feodallardan biri Şah tərəfindən təyin 

edilirdi.  Əsas  hakim  hesab  olunurdu.  Digər  tayfaların 

rəisi  və  Kəngərli  tayfasınm  vəkili  hesab  edilirdi.  19-cu 

əsrin  əvvəllərində  Naxçıvanın  əsas  hakimi  Kalbalı  xan,

tayfanm  rəisi  Lütfəli  Sultan  idi.  Ölkə  bir  neçə  bəylər- 

bəyliyə bölünmüşdü.  Bu zaman Naxçıvan əyaləti Qızılbaş 

tayfalarından  olan  kəngərlilərin  irsi  mülkiyyətinə 

çevrildi.  İran ağalığı bərpa edildikdən sonra, Naxçıvanda 

yerli  Kəngərli  tayfasından  olan  Rzaəddin  xan  (1647) 

Şərif  xan  (1678),  Məmmədrza  xan  (1691)  hakimiyyətdə 

olmuşdular.

Naxçıvan  bölgəsində  Kəngərli  tayfasınm  bəzi  nü- 

mayəndələri hökümətə tabe olmadığından, şah tərəfmdən 

uzaq  yerlərə-Əfqanıstana  köçürüldülər.  Kəngərlilərin 

tabesizliyi Nadir şahda şübhə oyatdığı üçün bu tayfaya o 

qədər  də  etibar  etməyib,  başqa  yerlərdən  fərqli  olaraq, 

Naxçıvan  əyalətini  idarə  etmək  üçün  buraya  həmin 

tayfadan 2 hakim təyin etdi.

1-ci hakim-e ölke-yi Naxçıvan

2-ci  hakim-e  tümen-e  Naxçıvan  (Naxçıvan  və  ya 

Kəngərli  tayfasımn  başçısı,  süvari  bölməsinin  rəisi). 

Arxiv  sənədlərindən  bəlli  olur  ki,  bu  dövrdə  Kəngərli 

tayfasınm aşağıdakı qolları Naxçıvan idarəsində vəkillər, 

tayfa ağsaqqaları arasında məşhur idi. (Qızıllı, Sarbanlar, 

Ağabəyli,  Qaradolaq,  Əlixanlı,  Qaraxanbəyli,  Qarabağ- 

lar və s.)

Nadir  şah  hakimiyyət  başına  gəlməzdən  əvvəl, 

hətta, sərkərdə olan zaman da Kəngərli tayfasınm nüfuz- 

lu nümayəndələrinə şübhə ilə yanaşırdı.  Təsadüfi deyildir 

ki,  1736-cı  ildə  tacqoyma  mərasimində  (Muğanda)  tayfa 

başçısı  Vəliqulu  xan  Kəngərli  yox,  İrandan  göndərilmiş




Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə