Mən daha çox istəvdim ki, Naxçıvan xanlığının tarixi çox


Qapıcıq  zirvəsi  dəniz  səviyyəsindən  3906  metr



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə2/14
tarix03.08.2018
ölçüsü1,23 Mb.
#60699
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   14

adıdır.

Qapıcıq  zirvəsi  dəniz  səviyyəsindən  3906  metr 

hündürlükdədir.  Ordubad  şəhərindən  şimalda  yerləşən  bu 

gözəl  mənzərəli,  daim  qar  örtüklü  zirvə  səma  açıq  olanda 

Naxçıvanın hər yerindən görünür.

Maraqlıdır ki,  uzaqdan mavi  səma fonunda  Qapıcıq 

dağı bir növ dənizdə,  üfüqdə görünən gəmini xatırladır.

Araz  çayınm  bol  sulu  qollarmdan  biri  olan  Gilan- 

çay  öz  mənəbəyini  Gəmiqayanm  cənub,  şərq  və  qərb 

yamaclarındakı  şəffaf sulu  buz  bulaqlarından  və  əsasən, 

bu ərazidəki  Göy göldən alır.  Gilançaym və onun qolları 

Saqqarsu,  Nəsirvaz  və  Parağa  çayı  vadilərində  qədim 

tayfalarm  mədəniyyətindən  xəbər  verən  yaşayış  yeri  və 

nekropollar yadigar qalmışdır.

Qədim  Şumer mənşəli Nuh əfsanəsinin bir variantı 

Gəmiqaya  ilə  əlaqələndirilir.  Bu  mifoloji  mülahizəyə 

görə,  ümumdünya  su  daşqmı  zamanı  (m.ə.  VII  minillik) 

Nuh  peyğəmbər öz  gəmisi  ilə üzüb  Gəmiqaya  dağı  ərazi- 

sinə çatmışdır.

Burada  suyun  səviyyəsi  çox  hündürə  qalxdığından 

Gəmiqayanın  zirvəsi  belə  görünməz  olubmuş.  Gəmi  dağın 

zirvəsini  ötüb  keçəndə  ona  toxunmuş  və  bərk  silkələn- 

mişdir.  Nuh  peyğəmbər  bu  toxunmaya  narahat  olmayın 

demiş,  "bu kəmçi qayadır”,- yəni kəm-kiçik qayadır. Odur 

ki,  bu  dağ  el  arasında  kəmçi  adlandırılmışdır.  Kəmçi  adlı 

digər  dağ  Ordubaddan  cənubda,  Arazın  sağ  sahilində,  Cə- 

nubi Azərbaycanda yerləşir.

Həmin  əfsanəyə  görə,  Nuh  peyğəmbərin  gəmisi  bir 

qədər  sonra  Naxçıvan  istiqamətində  üzərkən  başqa  bir 

dağa  toxunmuşdur.  Peyğəmbərin  gəmisi  onun  zirvəsini 

kəsib  keçmiş  və  bərk  ləngər  vurmuşdur.  Nuh  demişdir- 

Minan dağdır”.  Odur  ki,  hazırda  Naxçıvanın rəmzi sayılan 

Əlincəçay  vadisində  vüqarla  ucalan,  əzəmətli  Haça  dağ- 

İlandağ:  el  arasında  "İnandağ”  da  adlandırılır.

Nuh  əfsanəsinin  Gilançay  və  Əlincəçay  vadisilə 

bağlılığı elmi cəhətdən də maraqlıdır.  Belə ki, bu çaylarm 

vadilərindəki  m.ə  IV-I  minilliklərə  aid  abidələrdən  əldə 

edilən  maddi  mədəniyyət  qalıqları  Gəmiqaya  petro- 

qlifləri  ilə  sıx  vəhdət  təşkil  edir.  Hətta,  fıkrimizə  görə 

Naxçıvan-Nuh  çıxan  kimi  də  dəyərləndirilə  bilər.  Çox 

güman ki,  onun qədəm basdığı ilkin torpaqlardan biri də 

elə bu torpaqlar olub.

Min  illər  boyu  Naxçıvan  əhalisinin  iqtisadi  həya- 

tmda  mühüm  əhəmiyyət  kəsb  edən  Gəmiqaya  yaylaq- 

larının  ərazisi  müqəddəsləşdirilmiş,  hətta,  burada  təbii 

məbədlər meydana gəlmişdir.  Belə təbii məbədlərdən biri 

Gəmiqayanm  cənub  yamacındakı  əzəmətli  görünüşə 

malik  qayalıqda  yerləşən  və  hazırda  Bibqətəl  piri  adı  ilə 

tanınan  qədim  ibadətgahdır.  Bu  qədim  məbədə  insanlar 

baharın  gəlişi,  həyatm  təzələnməsi  münasibətilə  ibadətə 

gəlir,  məhsuldarlığm,  nəslin  artması  diləyi  ilə  sitayiş 

edirlər.

Gəmiqayadakı  bir  neçə  daş  üzərində  çərxi-fələk 

rəsmləri  həkk  olunmuşdur.  Gəmiqaya  qayaüstü  rəsmləri



qədim  insanların  dini-ideoloji  və  estetik  baxışlarım  əks 

etdirən qiymətli sənət əsərləridir.  Gəmiqaya yaylaqlarına 

ilk dəfə insan ayağı hələ daş dövrün mustye mərhələsində, 

50-60 min  il bundan əvvəllər dəyə bilərdi.  Bəşər tarixinin 

bu  çağlarına  aid  Naxçıvanm  dağətəyi  ərazilərində  Ar- 

paçay,  Əlincəçay  vadisindəki  mağaralarda  və  Gəmiqaya 

ilə yanaşı yerləşən Batabat qayaaltı sığınaqlarmda ibtidai 

yaşayış məskənləri mövcuddur.



Naxçıvan  müdafiə  qalalarıyla  zəngindir.  Əlverişli 

coğrafi  mövqeyi,  şəraiti,  bərəkətli  torpaqları,  Qərblə-Şərq 

arasında  ticarət  yollarınm  Naxçıvandan  keçməsi  bir  çox 

yadellilərin  ona  göz  dikməsinə  səbəb  olmuşdur.  Ona  görə 

yerli  əhali  özünü  qorumaq  üçün  müdafiə  qalaları 

yaratmışdır.  Belə  qalalar  adətən,  təbii  qayalar  üzərində 

qurulmuşdur.

Bunlardan:  Əlincə  qalası,  Oğlanqala,  Çalxanqala, 

Qızqala, Govurqala, Qazançı qalanı misal göstərmək olar. 

Əlincə  qalası  14  il  mərdliklə  müdaflə  olunmuş,  daxili 

çəkişmələr  nəticəsində  boşaldıqdan  sonra  1401-ci  ildə 

Teymurun qoşunlarımn ixtiyarına keçdi. Teymurun özü bir 

müddətdən sonra Təbrizdən Naxçıvana gəlib,  Əlincə qala- 

sına çıxaraq onu seyr edir.  Və onun əzəmətinə heyran olur. 

Xüsusi  qeyd  edək  ki,  Əlincə  qalası  Azərbaycanm  həya- 

tında  mühüm  yer  tutmuş,  yadellilərə  qarşı  mübarizədə 

alınmaz  istehkama  çevrilmişdi.  Zaman-zaman  aiınmaz 

qala  adını  saxlayan  Əlincə  qalası  Teymur  qoşunlarına 

ciddi  müqavimət  göstərib.  Belə  alınmaz  qalaları  kənardan

zəbt  etmək  mümkün  deyildi,  daxili  çat,  münaqişə,  satqın- 

lıq,  xəyanət  olmasa.  Əlincəyə  Teymurun  qoşunları  güclə 

girə  bilmədikləri  halda  daxildəki  xəyanətdən  sonra  çox 

asanlıqla  girdilər.  Dövlətin  xəzinəsi  Əlincə  qalasında  idi. 

"Kitabi  Dədə  Qorqud"da  haqqmda  bəhs  olunan  zindan 

məhz  Əlincə  qalası  idi.  Orbelininin  fıkrincə  isə  Əlincə 

qalası  5-ci  əsrdə  tikilmiş,  909-cu  ildə  bərpa  edilmişdir. 

Əshabi -Kəhf mağarası da dövrün mənbələrində yad edilir. 

Azərbaycanda  hakimiyyət  sürmüş  Cəlari  sultanı  Şeyx 

Üveys  1366-cı  ilin  mayında  Əshabi-Kəhfdən  sonra 

Çəpəqcur  yolu  ilə  İraqa  gedibmiş.  Naxçıvan-İrəvan  yolu 

üzərindəki  Qarabağlar  böyük  şəhər  olmuşdur.  Buradakı 

memarlıq  kompleksində XIV  əsrdə abidə inşa olunmuşdur. 

Kompleksin  Qoşa  minarələrini  bağlayan  baştağın 

(movzoleyin) tikintisi,  tədqiqatçıların fıkrincə,  Sultan  Əbu 

Səid  Bahadır  xanın  (1316-1335)  dövründə  həyata  keçiril- 

mişdir.  Baştağın  üzərində  Hülaku  xanın  arvadı  Quti  xatı- 

nın  adının  yazılması  movzoleyin  onun  şərəfinə  inşa  edil- 

diyini  göstərir.  Quti  xatın  Azərbaycanda  1282/84-cü 

illərdə  hakimiyyət  sürmüş  Əhməd  Tekudarın  anası  idi.  O 

çox  ağıllı,  bacarıqlı  şəxsiyyət  kimi  tanınmış,  dövlət 

idarəsində yüksək mövqe tutmuşdu.

Cənubi  Azərbaycanla  Naxçıvanı,  eləcə  də,  Qafqa- 

zın  mədəniyyət  mərkəzlərini  birləşdirən  mühüm  ticarət 

yollarından biri məhz Gilançay vadisindəki Dizə və Biləv 

kəndləri  ərazisindən  keçmişdir.  Orta  əsrlərdə  Gilan- 

Naxçıvan  ticarət  karvanlarınm  təhlükəsiz  hərəkəti  üçün




Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə