bAyTArlıq
Elmi-praktik jurnal
10
Leykoz və sarkoma ilə toyuqlar, tək-tək
hallarda hind toyuqları, firəng toyuğu,
kəklik, ördək, qaz, qırqovul, göyərçin, qu
quşları, hacıleylək, alacəhrə və başqa quşlar
yoluxurlar. Bu xəstəlik təbiətdə geniş yayıl-
mışdır. Xəstəlik mənbəyi xəstə və virus da-
şıyıcı quşlar hesab edilir. Virus daşıyıcı quş-
ların miqdarı 4-12 aylıq yaş qruplarında
5-dən 70%-dək tərəddüd edir. Quşların yaşı
artdıqca virus daşıyıcı quşların miqdarı aza-
lır.
Quş orqanizmindən virus ağız suyu, if-
razatlarla və yumurta ilə ətraf mühitə yayı-
lır. Virus xoruzların toxumluğunda olur və
buradan o nəslə verilir. Virus yumurta ilə
(vertikal) və kontakt (horizontal) yolla yayı-
lır. Yumurtanın formalaşması dövründə
virus onun icərisinə daxil olur və sonra
embriona və oradan da çıxan cücəyə verilir.
3-5 günlükdə cücələr leykoz-sarkom qrup
xəstəliklərə daha həssas olur, sonra 1-2 aylı-
ğadək tədricən aşağı düşür. Yaşlı toyuqlarda
isə leykoz-sarkom qrup xəstəliklərlə yo-
luxma cüzi olur.
Cücələr limfoid leykozun virusu ilə
3 günlükdə, eritroid və mieloblastozun virusu
ilə 2 aylıqda, sarkoma virusu ilə 5 aylıqda
yoluxa bilirlər.
Virus orqanizmə daxil olduqdan sonra
qan doğuran orqanları patologiyaya uğradır,
hüceyrələr qan elementlərini tam yetişdirə
bilmir və onları yetişməmiş şəkildə qana
buraxır. Onlar da müxtəlif orqan və toxu-
malarda toplanıb özünəməxsus patologiya
yaradır.
Lonq (1955) fevral-mart aylarinda çıxan
cücələrin leykoz-sarkom qrup xəstəliklər-
dən cox qırıldığını, başqa müəlliflər isə
bunun payız-qış aylarında baş verməsini
göstərirlər. T.N.Kamalova (1971), E.A.Ov-
çinnikova (1979), əksinə hesab edirlər ki,
buna ekoloji və iqlimi şərait bir o qədər də
kəskin təsir etmir. Müxtəlif xəstəliklər (yo-
luxucu, parazitar, helmintoloji yoluxmayan
xəstəliklər) orqanizmin rezistentliyini aşağı
salaraq quşların leykoz-sarkom qrup
xəstəliklərlə yoluxmasına təsir edir.
Təbiətdə quşların leykoz-sarkom qrup
xəstəliklərini törədən viruslarının bir cox
serotipləri yayılmışdır. Təkcə bunu gös-
tərmək kifayətdir ki, Sarkoma Rausun (sar-
komanın törədicisi) 70-dən cox serotipi
müəyyən edilmişdir.
Bəzi müəlliflər görə leykoz xəstəliyinin
4, V.P.Zelenski və əməkdaşlarına görə isə
5 növünün olduğu göstərilir. Hər bir növün
özünəməxsus kliniki nişanələri, patoloji
anatomik dəyişiklikləri və s. vardır:
limfo leykoz (limfoblastoz). Leykozun
tez-tez rast gəlinən növlərindən biridir.
UOT 619:614.47.22/28
quŞlArdA leykOz-SArkOM qruP xəSTəlikləri
və OnlArın nÖvləri
Şiriyev F.A., biologiya elmləri namizədi
Əhmədova A.H., baytarlıq elmləri namizədi
Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutu
AÇAr SÖzlər: eritrositlər, broyler-cücələr, hüceyrə, virus, quşlar
keyWOrdS: erythrocytes, chicken-broilers, cell, virus, birds
11
Elmi-praktik jurnal
bAyTArlıq
Onunla quşların 80%-i xəstələnir. 6-16 ay-
lıq toyuqlar daha çox xəstələnir və xəstəlik
xroniki gedişli olur. Xəstə toyuqlarda əzgin-
lik, yuxululuq, iştahanın aşağı düşməsi,
sonradan sıxıntılı vəziyyət, arıqlama və ya
piylənmə müşahidə olunur. Qısa müddətli
ishal baş verir və tüklər çirklənir, quşun pi-
pik və saqqalı solğunlaşır və göyərir.
Bəzi toyuqların köks-qarın boşluğunda
su yığıntıları (assit) əmələ gəlir və toyuq
pinqvin kimi oturur. Belə halda xəstə toyu-
ğun qarın boşluğuna əl gəzdirəndə orada
bərk konsistensiyalı kütlənin olması aşkar
edilir. Qaraciyər qabırğalara tərəf sıxılır. To-
yuq yumurtadan kəsilir, qarın sallanır. Nor-
mal quşlarla müqayisədə yumurtlama faizi
10-15% aşağı düşür.
B.E.Puqay (1971) müəyyən etmişdir ki,
leykozla xəstə toyuqlar 2-dən 35-ə qədər
yetişməmiş yumurta atır. Bu hal bəzən 100
yumurtaya qədər çatır və quşlar 10-11 aya
qədər yumurtlamaq qabi liyyətini itirir.
Limfo leykoz leykemik və aleykemik
formada gedə bilər. Leykemik gedişdə peri-
ferik qanda limfositlərin, prolimfosit və
limfoblastların miqdarı yüksək olur. Ley-
kositlərin ümumi miqdarı periferik qanda
yüksəlib 60-100 min/mm³-ə çatır.
Müxtəlif yetişməmiş limfositlərin miq-
darı, xüsusilə limfa mayesində, sitoplazma-
sında vakuollu və azurofil dənələrin miqdarı
əhəmiyyətli dərəcədə yüksəlir. Eritrositlərin
və hemoqlobinin miqdarı isə aşağı düşür.
leykozun mieloid növü (mieloblastoz,
mieloz, mieloleykoz). Təsadüfi hallarda baş
verir və leykozlu xəstələrin 1,5-2%-ni təşkil
edir. Xəstə quş az hərəkətli, arıq, dəri ör-
tüyü və görünən selikli qişalar solğun və sa-
rımtıraq olur. Əksər hallarda mieloid ley-
kozda assit aşkarlanır. Qaraciyər partlayır,
yumurtalıq və köks-qarın boşluğu qan sağın-
tılı olur. Mieloid leykozda az təfriq olunan
promielosit, mielositlər və psevdoeozinotil-
lərin iştirakı ilə güclü proliferasiya xarakte-
rikdir. Xəstəliyin gedişi aleykemik və leyke-
mik formada ola bilər. Leykemik gedişdə
qan acıq-qırmızı rəngdə olur və zəif laxtala-
nır. Xəstəliyin iti gedi şin də eritrositlərin miq-
darı 1800-1100 min/mm³ qədər, hemoqlobin
isə 30-15%-ə qədər (Sali ilə) aşağı düşür.
Leykositlərin miqdarı isə mieloid siralı
yetişməmiş hücey rələrin hesabına 300-600
minə qədər yüksəlir. Leykemiyanın nişanə-
ləri görsə nəndən bir necə gün sonra quş
ölür.
Gözün və başqa orqanların mielosito-
ması (mieloblastoma, xloroma, mielosito-
matoz) mieloid leykozun xüsusi aleykemik
formasıdır. Z.Mladenov (1974), göstərir ki,
mielositomatoz özünü diffuz formada yayı-
lan, sümük iliyi və daxili orqanların leyke-
mik gedişli xəstəliyidir. Bəzi hallarda bu
xəstəlik sümük üstlüyündə, qabırğa, döş,
baş sümüklərində, onurğa sütunu və çanaq
sümüklərində geniş yayılır. Şiş mieolosid
və promielositlərin papulyasiyasından iba-
rətdir və yeni əmələgəlmə müxtəlif böyük-
lükdə yumşaq konsintensiyada sarımtıraq
rəngdə olur.
leykozun eritroit növü (eritroblastoz,
eritroleykoz). Təsadüfi hallarda müşahidə
edilir, buna ümumi leykozla yoluxan
xəstələrin 0,5-2%-ə qədərini təşkil edir.
Eritroblastozla əsasən 5 aylığa qədər quşlar
xəstələnir. Eritroblastozun gedişi yüksək
temperaturla müşahidə olunur. Xəstəliyin
sonunda temperatur aşagı düşür. Xəstə
toyuqlarda saqqalda, pipikdə və dəri örtü-
yündə kəskin anemiya müşa hidə edilir.
Quşların diri çəkisi əvvəlcə aşağı düşür,
sonra bir səviyyədə qalır. Tənəffüsün ritmi,
bədən temperaturu və gündəlik çəki artımı
aşağı düşür. Orqa nizmdə maddələr müba-
diləsi pozulur. Bu qaraciyərdə, dalaqda,
böyrəklərdə və mədəaltı vəzidə xarakterik
dəyişikliklər getməsi ilə müşahidə olunur.