60
www.vivo-book.com
pozulmuĢ görünür, üzündə pəriĢan ifadə var, əvvəlki özünənəzarətdən heç
bir iz qalmayıb.
– Hə, Kristian?
Mən titrək barmaqlarıma baxıram, o, kəlmə kəsmir, müraciətim
cavabsız qalır. Tez-tələsik çıxıb getmək istəyirəm. YaralanmıĢ qüruru tikə-
tikə toplayıb yığmaq lazımdır və itirilmiĢ ruhi tarazlığı geri qaytarmaq...
– Ġmtahanlardasa uğurlar, – deyə güclə nəhayət, səsini çıxarır.
Nə? Buna görəmi onun bədbəxt görkəmi var?
Bu vidalaĢma nə üçündür? Mənə imtahanlarda uğur diləmək
üçünmü?
– Çox sağ olun, – kinayəmi gizlədə bilmirəm. – Xudahafiz, mister
Qrey.
Dabanlarımı qaldırıb çevrilirəm, qəribə olsa da və geriyə baxmıram,
dördyoldan yeraltı qaraja doğru gedirəm.
Beton qarajın soyuq alatoranında, zəif iĢıqlanan lüminset iĢıqların
altında, divara söykənir və əllərimlə baĢımı tuturam. Nə fikrə düĢmüĢdüm?
Gözlərim qəfildən yaĢla dolur. Niyə ağlayıram? Mən göylərdən yerə enirəm,
bu cür absurd reaksiyaya görə özümə hirslənərək, əllərimlə dizlərimi
qucaqlayıram və yumaqlanmağa çalıĢıram. Bəlkə kiçilsəm, mənasız ağrı
azalacaq deyə. BaĢımı dizimə sarı əyərək göz yaĢlarımı saxlaya bilməyib
ağlayıram. Nəyisə itirdiyimə ağlayıram, məndə olmayana. Axmaqlıqdır.
Olmayan üçün dərdə düĢmək səfehlikdir – kamına çatmayan arzular,
dağılmıĢ istəklər, saxta gözləntilər.
Mən heç vaxt imtina ilə üzləĢməmiĢəm. Hə… əgər məni heç vaxt
basketbol və ya voleybol oynamağa götürmədiklərini nəzərə almasaq. Bu,
məlum məsələdir. Qaçmaq və eyni vaxtda topu vurmaq məndə çox pis
alınır. Ġdman meydançasında mən istənilən komanda üçün artıq yükəm.
Romantik planda mən heç nə istəmirdim. Mən alıĢmıĢam ki, çox
solğun simalı, yaraĢıqsız, arıq, yöndəmsizəm – çatıĢmazlıqlarımın siyahısını
sonsuzluğa qədər artırmaq olar. Buna görə də həmiĢə mövcud
pərəstiĢkarlarımı yola salmıĢam. Məsələn, kimya qrupundakı o oğlan kimi.
61
www.vivo-book.com
Onların hamısı mənim üçün maraqsız idi, yalnız Kristian, lənətə gəlmiĢ
Qrey istisna olmaqla. Yəqin ki, mən Pol Kleyton və Xose Rodriges kimilərə
qarĢı daha mehriban olmalıydım, hərgah əminəm ki, onlardan heç biri
mənim kimi yeraltı qarajda xəlvətcə gözyaĢı tökməyib. Bəlkə mən yalnız
ağlayıb içimi boĢaltmalıyam...
―Bəsdir, dərhal dayan! – sanki təhtəlĢüurum üstümə qıĢqırır, əllərini
böyrünə qoyaraq və hiddətlə ayaqlarını yerə vuraraq. – Otur maĢına və evə
get, imtahanlara hazırlaĢ. Onu unut… dərhal! Bəsdir burnunun suyunu
axıtdın‖.
Dərindən nəfəs alır və ayağa qalxıram. Özünü topla, Stil. MaĢına
doğru gedirəm göz yaĢlarımı silə-silə. Bəsdir onu düĢündüm. Bundan
gələcək üçün nəticə çıxarmaq və fikri imtahanlara toplamaq lazımdır.
Keyt noutbukla masa arxasında oturub. Məni görcək sevincli
təbəssümü üzündən itir.
– Ana, nə olub?
Vəssalam… bircə sorğu-sual çatıĢmırdı. BaĢımı yelləyirəm, düz
onun kimi, ondan əl çəkilməsini istəyərkən o belə edir, amma Keyt istəyimə
kar və kor qalır.
– Ağlamısan. – Sanki görünmür. – O alçaq sənə neyləyib? – deyə o
bağırır və onun siması tam qorxu içindədir.
– Heç nə, Keyt. Məsələ onda deyil. – Bu fikirdən əyri-əyri
gülümsəyirəm.
– Onda niyə ağlamısan? Sən heç vaxt ağlamırsan. – Keyt məni
qucaqlayır, onun yaĢıl gözləri həyəcanla doludur. Nəsə demək lazımdır ki,
məni rahat buraxsın.
– Məni, az qala, velosiped vuracaqdı. – Bu, ağlıma gələn ilk Ģey olur,
amma Keyt o dəqiqə Qreydən söz salır.
– Aman Tanrım, Ana! Əzilmisən? – О, məni özündən ayırır və
bədənimə baxmağa baĢlayır.
– Yox, Kristian məni xilas etdi, – pıçıldayıram. – Mən qorxmuĢam.
– Bu təbiidir! Bəs qəhvə? Axı sən onu xoĢlamırsan?
62
www.vivo-book.com
– Mən çay içdim. Bir az söhbət elədik, amma sənə danıĢmalı heç nə
yoxdur. Heç bilmədim məni niyə dəvət eləyib.
– Onun xoĢuna gəlirsən, Ana. – Keyt əllərini yana salır.
– Artıq xoĢuna gəlmirəm. Bir daha görüĢməyəcəyik. – Bunu sakit
ahənglə deməyə gücüm çatdı.
– Hə?
Lənət Ģeytana! Keytdə maraq oyanıb. Mətbəxə gedirəm ki, Keyt
üzümü görə bilməsin.
– Mənim kimilər ona tay deyil, – bacardığım qədər quru danıĢıram.
– Hansı mənada?
– Di bəsdir, guya özün bilmirsən. – Çevrilirəm və Keytin qapı
ağzında durduğunu görürəm.
– Yox, bilmirəm.
– Keyt, o… – Çiyinlərimi çəkirəm.
– Ana, sənə nə qədər demək olar? Lap uĢaq kimisən! – deyə o,
sözümü kəsir. Yenə öz bildiyini edir.
– Keyt, məni rahat burax. Mən imtahanlara hazırlaĢmalıyam, – deyə
sözümü kəsirəm.
O, üz-gözünü turĢudur.
– Müsahibəyə baxmaq istəyirsən? Yazıb tamamladım. Xose əla
Ģəkillər çəkib.
Mən bir daha valehedici Kristiana baxmaq istəyirəmmi, mən-dən u-
zaq dur, Qrey?
– Əlbəttə, istəyirəm. – Hansısa möcüzəylə üzümdə təbəssüm ifadəsi
təsvir etməyə nail oluram və masaya doğru gedirəm. Qrey dəyərləndirici
Ģəkildə noutbukdakı ağ-qara fotoĢəklindən mənə baxır. Deyəsən, mən onu
qane etmirəm.
Özümü elə göstərirəm ki, guya müsahibəni oxuyuram, amma əslində
o boz gözlərin diqqətli baxıĢlarını üstümdə duyuram və güman etməyə
çalıĢıram: niyə o, özünün dediyi kimi, mənə lazım olan adam deyil? Və
birdən izah öz-özünə peyda olur. O, son dərəcə gözəldir. Biz iki fərqli
Dostları ilə paylaş: |