22
Mir Yəqub piri
Naxçıvan şəhərindəki Mir Yəqub piri (
Şəcərələri peyqəmbər nəslindən olmayan səyyidlərin
soyadı əvvəlində “mir” (möhtərəm) sözü əlavə olunurdu.) Mömünə Xatun məqbərəsindən 300 metr
şimalda sıldırım təpə üzərindədir.
Pir iki tikilidən ibarət olub, torpaq sürüşməsindən uçub. Yanında yeni binalar tikmişlər. 1990-cı
ildə tikilmiş yeni pirin binasını Muxtar Respublikanın keçmiş rəhbəri mərhum A. Cəlilovun təşəbbüsü
ilə bərpa etdirilmişdir. Pir binası bişmiş kərpiclə hörülüb iki kiçik otaqlardan ibarət olub. İkinci otaqda
simvolik müsəlman məzarları qurulmuşdur ki onlar mərhum Mir Əli ilə Mir Yəqub adlı mömün
şəxslərindir.
Pirin yaranması XIX əsrin axırlarında İraqın Kərkük əyalətindən zəvvarlar Naxcıvandakı
müqəddəs Əshabi-Kəhf ziyarətgahını görməyə gəlirlər. Gələnlərdən ikisi Yaqubla Əli şəhərdəki
orta əsr
Cümə məscidində mücövürlük edərək ömrlərini də, burada başa vurmuşlar.
“Korla görən, iman gətirib yaxşı əməllər edənlərlə pislik edən eyni olmaz...” (Quran, “Mömün”
(40) s. a. 58.) Ondan başqa heç bir tanrı yoxdur. O həm dirildir, həm də öldürür. O həm sizin Rəbbiniz,
həm də ulu babalarınızın Rəbbidir.” (Quran, “Duxan” (44) s. a. 8.)
Yaşca böyük olan Mir Əli vəfat etdikdən sonra Naxçıvan mömünləri mərhumun cənazəsini şəhər
qəbrstanlığında dəfn edirlər. Bir müddətdən sonra tənha qalan Mir Yəqub
da vəfat edir və vəsiyyətinə
görə cənazəsini yaşadığı məscidin həyətindəki daxmasında basdırırlar (
Cənazələrinin həyət sahəsində
basdırılması adətləri Kərküklü soydaşlarımızdan qalaraq, haliyyədə Gürcüstanda yaşayan müsəlman
kəndlərində davam etdirilir).
Şəhərin mötəbər şəxslərinin tələbi və qazinin fitvası ilə Mir Əlinin də cənazəsinin sümükləri
qəbrstanlıqdan gətirilərək daxmada yenidən torpağa basdırılmışdır.
Həmin daxma xalq arasında Mir Yəqub piri adı ilə İnsanların inanc yerinə çevrilmişdir.
1955-60-cı illərədək Mir Yəqub pirində qurbanlar kəsilib ehsanlar verilərdi.
23
Xədicəbəyim piri
Pir binası, Naxçıvan şəhərindəki şəhid A. Tarverdiyev küçəsində “Zaviyə məscidi”ndən 100 metr
cənub tərəfdədir.
Bir əsr öncə həmin ərazidə (“Təbriz”lə “Zaviyə” məhəllələrinin kəsişdiyi yerdə) şəhərdəki
mötəbər adamlar evlər tikmiş, orada tacir və baqqal dükanları, bazar meydanı və karvansara binaları
salmışlar.
1960-cı illərdə ərazidə söküntü aparılaraq yerində beşmərtəbəli ictimai binalar tikilmişdir.
Söküntü zamanı pirin yeri “müqəddəs” ziyarətgah kimi xalq tərəfindən qorunub saxlanılmışdır.
Xədicəbəyim pirinin yaranma tarixi dəqiq məlum olmasa da yaşlı nəslin
söyləmələrinə əsasən, pirdə
qadın məzarı olmuş, baş daşı üzərində ərəb əlifbası ilə “Mömünə Xədicəbəyim” sözləri yazılmışdır.
Tarixdən məlumdur ki, Mömünə Xədicəbəyim adlı nüfuzlu qadın, Ərdəbilli Şeyx Səfinin oğlu
Şeyx Cüneydin zövcəsi (arvadı) olmuşdur (
M. Nemət “Azərbaycandakı pirlər”. Bakı-1992. C.
Zeynaloğlu “Müxtəsər Azərbaycan tarixi”. Bakı-1992. F. Kərimzadə “Xudafərin körpüsü” (tarixi
trilogiya). Bakı-1982-87).
Naxçıvan şəhərində orta əsrlər dövründə imkanlı feodal nəslindən olmuş şəxslərdən bir neçəsi
xeyriyyəçilik etməklə məscidlər (ziyarətgahlar) tikdirmişlər.
Xədicəbəyim Şah İsmayılın ata nəslindən olan Şiyə müsəlmanlarının yeddinci imamı Museyi
Kazımın şəcərəsindən ehtimal olunur. Mömünə Xədicəbəyim savadlı və xeyirxah olduğundan, xalq
arasında ona “Xədicə kübar” (Xədiceyi-kübara) adını da demişlər.
Çox
təəssüf ki, mərhumənin məzarı üzərində tarixi lövhə əllinci illərdə götürüldüyündən
haliyyədə onun şəxsiyyətindən dəqiq məlumat vermək mümkün deyildir.
Pirdəki məzar yeri uzun illər baxımsızlıq üzündən yaddaşlardan çıxmaqla goreşən nadanlar
tərəfindən sökülmüşdür.
1995-ci ildə xeyriyyəçi B. Surxay oğlunun vəsaiti ilə pirdə yenidən qurma-təmir işləri aparılmış,
qəbr yeri düzəldilmiş və üzərində piramida şəkilli sərdabə binası tikilmişdir. Tikintidə mərhum Hacı
Məzahir İsmayıl oğlunun məsləhətləri ilə Naxçıvan MR Nazirlər Kabineti dini işlər və şəhər icra
hakimiyyəti memarlıq şöbələri müvəkkillərinin icazələri əsasında layihə işləri həyata keçirilmişdir.
Pir sərdabəsini mömün bənna Kərbəlayi Qəhrəman Əli oğlunun zəhməti ilə inşa edilmişdir.
Pirin yerdən hündürlüyü 14 metr olaraq 8 üzlü piramida şəkillidir. Sərdabənin 7 divarında
yuxarıdan kiçik ölçülü pəncərələri və ön tərəfdə isə iki tağlı qapısı vardır.
Pirin içərisində döşəmədə (1 metr hündürdədir) simvolik formada məzar yeri qurulmuş, içərisi
elektrik fənəri ilə işıqlandırılmışdır.
Sərdabənin qapısı üstündə divarda “Xədicəbəyim piri” sözləri yazılmış kaşı lövhə vurulmuşdur.
Pirdə tez-tez məhəllə adamları tərəfindən
pir sahibinə Quran oxunur, ehsanlar verilir.
“(Ey insanlar!) Gəlin Allaha səcdə edin. (Allaha) ibadət edin!” (Ondan başqasına itaət etməyin!)
(Quran, “Nəcm” (53) s. a. 62.)
24
Fatiməbəyim piri
Pir Naxçıvan şəhərindəki Əlixan məhəlləsindəki (Əzizbəyov və 20 yanvar küçələrinin birləşdiyi
yerdə) köhnə qəbrstanlıq ərazisindədir.
Fatiməbəyim piri haqqında məhəllənin yaşlı qadını mərhumə Həcər xanım Məşədi Əbdül qızının
söyləməsinə görə 30-40-cı illərdə İrandan (Cənubi Azərbaycanın ərazilərindən) Naxçıvan şəhərinə
mühacirlər gəlmişlər. Onlar şəhərin ayrı-ayrı məhəllələrində firavan yaşamış, adamlara qaynayıb
qarışmışlar. Gəlmələrdən biri də Səyyid Əbdüllah adlı mömün şəxs ailəsi ilə birlikdə Əlixan
məhəlləsindəki Məşhədi Yusif kişinin həyətində (indiki 20 yanvar küçəsi, ev №25) yaşamışdır.
(Haliyyədə ev baxımsızlıqdan uçub-dağılmaqdadır.)
Həmin illərdə Naxçıvandakı “İranlı mühacirlərə” demokratlar damğası vurulmaqla müxtəlif
təzyiqlər göstərilmişdir (
1935-ci ildə İran Azərbaycanında demokratik xalq hərəkatı güclənərək, Sovet
Azərbaycanı ilə birləşmək imkanı yaransa da, İ. Stalin tərəfindən qadağalar tətbiq olunmuşdur). Əlacsız
qalan Əbdüllahın ailəsi təkrar İrana köçməli olmuşdur.
1939-cu ildə Mirəbdüllahın Fatiməbəyim adında qızını İrandakı yaşlı ruhaniyə siğə edirlər (
İslam
dinindəki müvəqqəti (müddətli) nigah forması). Bir ildən sonra Fatiməbəyimin ərindən oğlu olur. Iranın
irticaçı şah rejimi “Şurəvidən dönmüş” vətəndaşlara qarşı amansız cəza tədbirlərinə başlayırlar.
Fatiməbəyimin valideyinləri İran xəfiyyəsi tərəfindən tutulur sorğu-sualsız zindana salınırlar.
Bundan qorxuya düşən Fatiməbəyimin əri arvadının talağını geri qaytarır, uşağı da anasından aldırır
(
İslam dinindəki hər növ nigahların pozulması forması).
Iranda iztirablar keçirən Fatiməbəyimi xeyirxah adamlar tərəfindən təkrar Naxçıvana gətirirlər.
Naxçıvanda Fatiməbəyimin əvvəllər yaşadıqları həyət sahibi Məşhədi Yusif
kişi tərəfindən himayəyə
alınır.
Çox çəkmir ki, tale Fatiməbəyimin üzünə gülməyərək himayədarı mömün həyət sahibi dünyasını
dəyişir. Tənha qalan Fatiməbəyimə məhəllənin xeyirxah qonşuları tərəfindən maddi köməkliklər
göstərilir. Qonşusu Səriyyə İmran qızı (nağılçının anası) Fatiməbəyimlə siğə bacı olaraq ona maddi və
mənəvi köməkçi olmuşdur.
Yeganə körpəsinin həsrətini çəkən Fatiməbəyim 1956-cı ilin soyuq qışında ömrünün 42-ci ilində
dünyadan köçür.
Fatiməbəyim Mir Əbdullah qızının cənazəsini məhəllənin adamları tərəfindən
dəfn edilmiş və
məzarı ziyarətgaha çevrilmişdir. . .
1998-ci ilin 11 mart tarixində məhəllə mömünlərinin xahişini nəzərə alan xeyriyyəçi T.
Allahverdi oğlu tərəfindən səyyid məzarının üstündə sərdabə tikdirilmişdir. Sərdabənin tikilməsinə
nadan “gor eşənlər” tərəfindən məzar yerinin sökülməsi səbəbi olmuşdur.
Məzarüstü sərdabənin tikintisini bənna Kərbəlayi Qəhrəman Əli oğlu tərəfindən inşa edilmişdir.
Sərdabə səkkiz üzlü piramida şəkilli hündürlüyü 8 metr bişmiş kəpiclə hörülərək içərisi də gəclə
suvanmışdır.
Səkkiz üzlü sərdabənin 7 divarında 80x50 sm. ölçüsündə kiçik pəncərələri, bir üzündə isə qapısı
vardır.
Altı diametrlik döşəməsində ortada simvolik məzar yeri qoyulmuşdur ki, əsas
məzar ərazinin
relyefinə görə iki metr dərində qalmışdır.
Pirin ətraf sahəsi abadlaşdırılmış, elektrik işığı ilə təchiz olunmuş, giriş qapısı üzərində divarda
kiçik lövhə vurulmuşdur.
1996-cı ildə pirdəki məzar üstündə bir gəncin hönkürərək ağlamasının şahidi olmuşlar. İranlı
oğlan mərhumənin oğlu kimi, məhəllə sakini Səfər Hacı İbrahim oğlunun qonağı olmuşdur.
“(Quran) yaxşı əməllər edənlərə bir hidayət və rəhmətdir.” (Quran, “Loğman” (31) s. a. 3)