Məşhədi Feyruz Bağırlı



Yüklə 6,65 Mb.
Pdf görüntüsü
səhifə9/41
tarix27.10.2018
ölçüsü6,65 Mb.
#75801
1   ...   5   6   7   8   9   10   11   12   ...   41

 
22
Mir Yəqub piri 
 
Naxçıvan  şəhərindəki Mir Yəqub piri (Şəcərələri peyqəmbər nəslindən olmayan səyyidlərin 
soyadı  əvvəlində “mir” (möhtərəm) sözü əlavə olunurdu.) Mömünə Xatun məqbərəsindən 300 metr 
şimalda sıldırım təpə üzərindədir.  
Pir iki tikilidən ibarət olub, torpaq sürüşməsindən uçub. Yanında yeni binalar tikmişlər. 1990-cı 
ildə tikilmiş yeni pirin binasını Muxtar Respublikanın keçmiş rəhbəri mərhum A. Cəlilovun təşəbbüsü 
ilə bərpa etdirilmişdir. Pir binası bişmiş kərpiclə hörülüb iki kiçik otaqlardan ibarət olub. İkinci otaqda 
simvolik müsəlman məzarları qurulmuşdur ki onlar mərhum Mir Əli ilə Mir Yəqub adlı mömün 
şəxslərindir.  
Pirin yaranması XIX əsrin axırlarında  İraqın Kərkük  əyalətindən zəvvarlar Naxcıvandakı 
müqəddəs Əshabi-Kəhf ziyarətgahını görməyə gəlirlər. Gələnlərdən ikisi Yaqubla Əli şəhərdəki orta əsr 
Cümə məscidində mücövürlük edərək ömrlərini də, burada başa vurmuşlar.  
“Korla görən, iman gətirib yaxşı əməllər edənlərlə pislik edən eyni olmaz...” (Quran, “Mömün” 
(40) s. a. 58.) Ondan başqa heç bir tanrı yoxdur. O həm dirildir, həm də öldürür. O həm sizin Rəbbiniz, 
həm də ulu babalarınızın Rəbbidir.” (Quran, “Duxan” (44) s. a. 8.)  
Yaşca böyük olan Mir Əli vəfat etdikdən sonra Naxçıvan mömünləri mərhumun cənazəsini şəhər 
qəbrstanlığında dəfn edirlər. Bir müddətdən sonra tənha qalan Mir Yəqub da vəfat edir və vəsiyyətinə 
görə  cənazəsini yaşadığı  məscidin həyətindəki daxmasında basdırırlar (Cənazələrinin həyət sahəsində 
basdırılması adətləri Kərküklü soydaşlarımızdan qalaraq, haliyyədə Gürcüstanda yaşayan müsəlman 
kəndlərində davam etdirilir). 
Şəhərin mötəbər  şəxslərinin tələbi və qazinin fitvası ilə Mir Əlinin də  cənazəsinin sümükləri 
qəbrstanlıqdan gətirilərək daxmada yenidən torpağa basdırılmışdır.  
Həmin daxma xalq arasında Mir Yəqub piri adı ilə İnsanların inanc yerinə çevrilmişdir.  
1955-60-cı illərədək Mir Yəqub pirində qurbanlar kəsilib ehsanlar verilərdi.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
23
Xədicəbəyim piri 
 
Pir binası, Naxçıvan şəhərindəki şəhid A. Tarverdiyev küçəsində “Zaviyə məscidi”ndən 100 metr 
cənub tərəfdədir.  
Bir  əsr öncə  həmin  ərazidə (“Təbriz”lə “Zaviyə” məhəllələrinin kəsişdiyi yerdə)  şəhərdəki 
mötəbər adamlar evlər tikmiş, orada tacir və baqqal dükanları, bazar meydanı  və karvansara binaları 
salmışlar.  
1960-cı illərdə  ərazidə söküntü aparılaraq yerində beşmərtəbəli ictimai binalar tikilmişdir. 
Söküntü zamanı pirin yeri “müqəddəs” ziyarətgah kimi xalq tərəfindən qorunub saxlanılmışdır. 
Xədicəbəyim pirinin yaranma tarixi dəqiq məlum olmasa da yaşlı  nəslin söyləmələrinə  əsasən, pirdə 
qadın məzarı olmuş, baş daşı üzərində ərəb əlifbası ilə “Mömünə Xədicəbəyim” sözləri yazılmışdır.  
Tarixdən məlumdur ki, Mömünə  Xədicəbəyim adlı nüfuzlu qadın,  Ərdəbilli  Şeyx Səfinin oğlu 
Şeyx Cüneydin zövcəsi (arvadı) olmuşdur (M. Nemət “Azərbaycandakı pirlər”. Bakı-1992. C. 
Zeynaloğlu “Müxtəsər Azərbaycan tarixi”. Bakı-1992. F. Kərimzadə “Xudafərin körpüsü” (tarixi 
trilogiya). Bakı-1982-87)
Naxçıvan  şəhərində orta əsrlər dövründə imkanlı feodal nəslindən olmuş  şəxslərdən bir neçəsi 
xeyriyyəçilik etməklə məscidlər (ziyarətgahlar) tikdirmişlər.  
Xədicəbəyim  Şah  İsmayılın ata nəslindən olan Şiyə müsəlmanlarının yeddinci imamı Museyi 
Kazımın  şəcərəsindən ehtimal olunur. Mömünə  Xədicəbəyim savadlı  və xeyirxah olduğundan, xalq 
arasında ona “Xədicə kübar” (Xədiceyi-kübara) adını da demişlər.  
Çox təəssüf ki, mərhumənin məzarı üzərində tarixi lövhə  əllinci illərdə götürüldüyündən 
haliyyədə onun şəxsiyyətindən dəqiq məlumat vermək mümkün deyildir.  
 
Pirdəki məzar yeri uzun illər baxımsızlıq üzündən yaddaşlardan çıxmaqla goreşən nadanlar 
tərəfindən sökülmüşdür.  
1995-ci ildə xeyriyyəçi B. Surxay oğlunun vəsaiti ilə pirdə yenidən qurma-təmir işləri aparılmış, 
qəbr yeri düzəldilmiş  və üzərində piramida şəkilli sərdabə binası tikilmişdir. Tikintidə  mərhum Hacı 
Məzahir  İsmayıl oğlunun məsləhətləri ilə Naxçıvan MR Nazirlər Kabineti dini işlər və  şəhər icra 
hakimiyyəti memarlıq şöbələri müvəkkillərinin icazələri əsasında layihə işləri həyata keçirilmişdir.  
Pir sərdabəsini mömün bənna Kərbəlayi Qəhrəman Əli oğlunun zəhməti ilə inşa edilmişdir.  
Pirin yerdən hündürlüyü 14 metr olaraq 8 üzlü piramida şəkillidir. Sərdabənin 7 divarında 
yuxarıdan kiçik ölçülü pəncərələri və ön tərəfdə isə iki tağlı qapısı vardır.  
Pirin içərisində döşəmədə (1 metr hündürdədir) simvolik formada məzar yeri qurulmuş, içərisi 
elektrik fənəri ilə işıqlandırılmışdır.  
Sərdabənin qapısı üstündə divarda “Xədicəbəyim piri” sözləri yazılmış kaşı lövhə vurulmuşdur.  
Pirdə tez-tez məhəllə adamları tərəfindən pir sahibinə Quran oxunur, ehsanlar verilir.  
“(Ey insanlar!) Gəlin Allaha səcdə edin. (Allaha) ibadət edin!” (Ondan başqasına itaət etməyin!) 
(Quran, “Nəcm” (53) s. a. 62.) 
 
 
 
 
 
 
 
 
 


 
24
Fatiməbəyim piri 
 
Pir Naxçıvan şəhərindəki Əlixan məhəlləsindəki (Əzizbəyov və 20 yanvar küçələrinin birləşdiyi 
yerdə) köhnə qəbrstanlıq ərazisindədir.  
Fatiməbəyim piri haqqında məhəllənin yaşlı qadını mərhumə Həcər xanım Məşədi Əbdül qızının 
söyləməsinə görə 30-40-cı illərdə  İrandan (Cənubi Azərbaycanın  ərazilərindən) Naxçıvan  şəhərinə 
mühacirlər gəlmişlər. Onlar şəhərin ayrı-ayrı  məhəllələrində firavan yaşamış, adamlara qaynayıb 
qarışmışlar. Gəlmələrdən biri də  Səyyid  Əbdüllah adlı mömün şəxs ailəsi ilə birlikdə  Əlixan 
məhəlləsindəki Məşhədi Yusif kişinin həyətində (indiki 20 yanvar küçəsi, ev №25) yaşamışdır. 
(Haliyyədə ev baxımsızlıqdan uçub-dağılmaqdadır.) 
Həmin illərdə Naxçıvandakı  “İranlı mühacirlərə” demokratlar damğası vurulmaqla müxtəlif 
təzyiqlər göstərilmişdir (1935-ci ildə İran Azərbaycanında demokratik xalq hərəkatı güclənərək, Sovet 
Azərbaycanı ilə birləşmək imkanı yaransa da, İ. Stalin tərəfindən qadağalar tətbiq olunmuşdur). Əlacsız 
qalan Əbdüllahın ailəsi təkrar İrana köçməli olmuşdur.  
1939-cu ildə Mirəbdüllahın Fatiməbəyim adında qızını İrandakı yaşlı ruhaniyə siğə edirlər (İslam 
dinindəki müvəqqəti (müddətli) nigah forması). Bir ildən sonra Fatiməbəyimin ərindən oğlu olur. Iranın 
irticaçı şah rejimi “Şurəvidən dönmüş” vətəndaşlara qarşı amansız cəza tədbirlərinə başlayırlar.  
Fatiməbəyimin valideyinləri  İran xəfiyyəsi tərəfindən tutulur sorğu-sualsız zindana salınırlar. 
Bundan qorxuya düşən Fatiməbəyimin  əri arvadının talağını geri qaytarır, uşağı da anasından aldırır 
(İslam dinindəki hər növ nigahların pozulması forması).  
Iranda iztirablar keçirən Fatiməbəyimi xeyirxah adamlar tərəfindən təkrar Naxçıvana gətirirlər. 
Naxçıvanda Fatiməbəyimin  əvvəllər yaşadıqları  həyət sahibi Məşhədi Yusif kişi tərəfindən himayəyə 
alınır.  
Çox çəkmir ki, tale Fatiməbəyimin üzünə gülməyərək himayədarı mömün həyət sahibi dünyasını 
dəyişir. Tənha qalan Fatiməbəyimə  məhəllənin xeyirxah qonşuları  tərəfindən maddi köməkliklər 
göstərilir. Qonşusu Səriyyə İmran qızı (nağılçının anası) Fatiməbəyimlə siğə bacı olaraq ona maddi və 
mənəvi köməkçi olmuşdur.  
Yeganə körpəsinin həsrətini çəkən Fatiməbəyim 1956-cı ilin soyuq qışında ömrünün 42-ci ilində 
dünyadan köçür.  
Fatiməbəyim Mir Əbdullah qızının cənazəsini məhəllənin adamları  tərəfindən dəfn edilmiş  və 
məzarı ziyarətgaha çevrilmişdir. . .  
1998-ci ilin 11 mart tarixində  məhəllə mömünlərinin xahişini nəzərə alan xeyriyyəçi T. 
Allahverdi oğlu tərəfindən səyyid məzarının üstündə  sərdabə tikdirilmişdir. Sərdabənin tikilməsinə 
nadan “gor eşənlər” tərəfindən məzar yerinin sökülməsi səbəbi olmuşdur.  
Məzarüstü sərdabənin tikintisini bənna Kərbəlayi Qəhrəman Əli oğlu tərəfindən inşa edilmişdir.  
Sərdabə səkkiz üzlü piramida şəkilli hündürlüyü 8 metr bişmiş kəpiclə hörülərək içərisi də gəclə 
suvanmışdır.  
Səkkiz üzlü sərdabənin 7 divarında 80x50 sm. ölçüsündə kiçik pəncərələri, bir üzündə isə qapısı 
vardır.  
Altı diametrlik döşəməsində ortada simvolik məzar yeri qoyulmuşdur ki, əsas məzar  ərazinin 
relyefinə görə iki metr dərində qalmışdır.  
Pirin ətraf sahəsi abadlaşdırılmış, elektrik işığı ilə təchiz olunmuş, giriş qapısı üzərində divarda 
kiçik lövhə vurulmuşdur.  
1996-cı ildə pirdəki məzar üstündə bir gəncin hönkürərək ağlamasının  şahidi olmuşlar.  İranlı 
oğlan mərhumənin oğlu kimi, məhəllə sakini Səfər Hacı İbrahim oğlunun qonağı olmuşdur. 
“(Quran) yaxşı əməllər edənlərə bir hidayət və rəhmətdir.” (Quran, “Loğman” (31) s. a. 3)  


Yüklə 6,65 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə