Məşhədi Feyruz Bağırlı



Yüklə 6,65 Mb.
Pdf görüntüsü
səhifə17/41
tarix27.10.2018
ölçüsü6,65 Mb.
#75801
1   ...   13   14   15   16   17   18   19   20   ...   41

 
45
Allahın qüdrəti ilə köpək adam kimi dil açaraq danışır; 
“Siz niyə məni özünüzlə götürmürsünüz?”  
Onlar itin danışığından heyrətlənərək belə deyirlər
“Ona görə ki, sən itsən bizim cinsimizdən deyilsən” 
Qitmir yerə yataraq üzünü mehribanlıqla onların ayaqlarına sürtə-sürtə deyir;  
“Məhəbbət məzhəbində, səadət dinində, cins əsas şərt deyil. Çünki siz Allahın məhəbbətinə görə 
yola çıxmısınız, o da sizdən deyil”.  
Bu sözlərdən sonra qaçanlar itə toxunmayaraq və gəlib dağdakı mağarada gizlənərək yatırlar. 
Yatanlar yuxudan duranda görürlər ki, gün günorta yerindədir. Təmlixa çobanın paltarını geyərək 
çörək almaq üçün şəhərə gedir və şəhər əhalisini tanıya bilmir. Çörəkxanadan çoxlu çörək alıb pulunu 
verəndə, çörəksatan “köhnə” sikkədən şübhələnərək səs-küy salır.  
Adamlar tezliklə  Təmlixanı tutub şəhər hakiminin yanına gətirirlər. O, isə  şəhər hakiminin 
başqası olduğunu gördükdə ürəklənib başına gələnləri onlara danışır.  
Təmlixanın dediklərini yoxlamaq üçün onunla birlikdə yaşadığı evlərinə tərəf gəlirlər. Yarı uçuq 
daxmada qalan kor qocadan öyrənirlər ki, Təmlixa qocanın babasının cəddi babasıdır. Adamlar qocanın 
dediklərini hesablayaraq qaçqınların mağarada 309 il yatdıqlarını güman edirlər.  
Bundan təəccüblənən adamlar Təmlixanın dostlarını gedib görmək istəyirlər.  
Təmlixa hakimdən izn alır ki, mağaraya adamlardan qabaqda getsin yoldaşlarına olmuş 
qəribəlikləri danışsın.  
Mağaradakılar Allahın möcüzəsindən agah olub adamların mağaraya gəlməyindən qorxub 
gizlənmək istəyirlər. Çobanın iti izdihamı görərək onlara hürüməyə başlayır. Təmlixa çobana deyir ki
təcili iti öldürsün. Çoban əlindəki çomağı ilə  vəfalı dostunu vurub öldürür. Ölmüş itin cəsədini daş 
parçaları ilə örtən çoban əlindəki çomağını nişangah kimi torpağa sancır və hönkürərək ağlayır. Torpağa 
tökülən çobanın göz yaşları quru çomağı islatmış, möcüzəvi şəkildə göyərib tut ağacına çevrilir. . .  
Təqib edən adamların yaxınlaşdığını görən cavanlar mağaranın içərilərinə qaçırlar. Mağaranın 
qurtaracağında onlar Allahdan imdad istəyərək möcüzəvi  şəkildə adamların gözü qarşısında qeyb 
olurlar. . .  
Möcüzəni görənlər Allaha qurbanlar kəsib, dağdakı mağaranı müqəddəs yer bilirlər.  
Bütün bunların ən doğrusunu isə yalnız Allah bilir.  
Müqəddəs Quranda yazılıb ki,”Rəbbinə iman gətirmişləri 309 il yatdıqdan sonra oyatmaqla 
İnsanları (Tərsus  əhalisini) onların halı ilə beləcə tanış etdik ki, Allahın vədinin doğru olduğunu və 
qiyamətin qopacağına əsla şübhə olmadığını bilsinlər. . .” (Quran “Əl-Kəhf” (18) surəsi, ayə 21) 
İnsan yarandığı gündən Yaradana inanaraq itaətkar olmuşdur.  
Naxçıvandakı Əshabi-Kəhf mağarası İnsanların müqəddəs inanc yerlərindəndir.  
Pirə asfalt yol ilə gələrkən adamları gün çıxan tərəfdən mənzərəli dağların panoraması cəlb edir. 
Yolda çalışmaq lazımdır ki, bir neçə  dəqiqəliyə  ətrafı diqqətlə seyr edəsən.  Əsrlərlə yerin sinəsində 
müqəddəs Əshabi-Kəhf mağarasını qoruyub saxlayan Allah-Təala həmin dağ ilə yanaşı sol tərəfdə Sarı 
dağı, sağ tərəfdə Nuhəcir dağını sanki keşişçi yaratmış, vüqarlı Haça dağı isə onlara sərkərdə etmişdir.  
Mağaraya çatanda müqəddəs Dağa salam verib, Allahdan kömək diləməklə sal daşlarla 
düzəldilmiş yol ilə pirə qalxın. Yol ilə üzü yuxarı gedərkən sol tərəfdə “yeddi kimsə” kahasında ayaq 
saxlayın.  
Kahanın eni 4, hündürlüyü 2, dərinliyi isə 1, 5 metrdir. Orada Allah rzasına ehtiram namazı 
(İslam dinində “vacib” və “müstəhəb” ibadət formaları vardır ki, ərəbcə-“mütləq” və “bəyənilən” 
mənasındadır) qıldıqdan sonra niyyət edib kahadakı kiçik daş parçalarını divarlara yapışdırın (Daşların 
bir-birini cəzb etməsi fiziki qanuna uyğunluq olaraq  ziyarətçilər tərəfindən adət halına salınmışdır)
Kahada illərlə yatanların divarda kürək yerləri ilə döşəmədə köpəyin pəncə izləri aydın 
görsənməkdədir ki, it haqqında Quranda yazılmışdır,” . . . onların iti də, iki əllərini (pəncələrini) 
mağaranın astanasında uzadaraq yatmışdır”( Quran “Əl-Kəhf” (18) surəsi, ayə 18)
Quranda yazıldığı kimi günəşin doğduğu zaman işığın mağaranın sağ tərəfinə düşdüyünün şahidi 
oluruq.  
Mağaradakı sal daşlar düzülmüş yol ziyarətçiləri Allaha ibadət etmək üçün qeyb olanların yerinə 
aparır. Buranın sahəsi 50 m
2
 olan “meydança”dan ibarətdir ki, ibadət üçün məscid tikmişlər. Məscidin 


 
46
təbii qaya divarında iki səmtdə (qiblədə)  ərəbcə yazılmış daş kitabələr vardır. Onların biri Qüds 
(Yerrusəlim), digəri isə Məkkə şəhərlərinə tərəf qoyulmuşdur.  
Birinci kitabə daha qədim olduğundan üzərindəki yazıları oxumaq çətinlik törədir. Ikinci kitabə 
(145x35 sm. ölçüsündədir) hicri tarixi ilə 1190-cı ildə (miladi 1776-cı il) Naxçıvan hakimi Şükurullah 
xan Heydərqulu xan oğlu Kəngərli tərəfindən yazdırılmışdır.  
Həmin kitabəni XVI-XVII əsrlərdə Naxçıvan hakimi Məqsud Soltan Kanqlının (Kəngərlinin) 
nəvəsi,  Şükürullah xanın tapşırığı ilə pozulmuş  və  əvvəlinci daş kitabənin orjinalı  əsasında üzü 
köçürülmüş, yenisi ilə əvəz olunmuşdur. 
Mərmər lövhədəki epiqrafın  ərəbcədən tərcüməsi belədir;-“Yoxsa  Əshabi-Kəhfin və  Rəqim 
əhlinin ayələrimizdən  əcaib bir şey olduğunu güman edirsən. Xatırla ki, o zaman gənclər mağaraya 
sığınıb “Ey Rəbbimiz! Bizə öz dərgahından mərhəmət bəxş et və işimizə fərəc ver” –demişdilər.  
Biz onları mağarada illərlə yuxuya verdik. Sonra iki tayfadan hansının onların qaldıqları müddəti 
daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq. . .  
Günəşin doğduğu zaman onların mağarasının sağ tərəfinə meyl etdiyini, batdığı zaman isə onları 
tərk edib sol tərəfə yönəldiyini, onların da mağaranın ortasında geniş bir yerdə olduqlarını görərdin. Bu 
Allahın möcüzələrindəndir. Allahın doğru yola saldığı  kəs, doğru yoldadır. Allahın yoldan çıxartdığı 
şəxs isə, əsla doğru yol göstərən bir rəhbər tapa bilməzsən. Onlar yuxuda ikən sən onları oyaq sanardın. 
Biz onları sağa-sola çevirirdik. Onların iti də, iki əllərini mağaranın astanasına uzadaraq yatmışdır. Əgər 
sən onları görsəydin yəqin ki, səni dəhşət bürüyərək və dönüb qaçardın” (Yenə orada, ayə 9-18). 
Əshabi-Kəhfə gedən turist-ziyarətçilər mağaradakı  məsciddə Allah rzası ilə ziyarətlə ehtiram 
namazlarını  qılaraq, yaradanın möcüzələrinə  şəkk etməməlidir. Bundan sonra “damcıxana” kahasına 
qalxaraq niyyət etməklə tavandakı su damlalarının üstlərinə düşməsini gözləyərlər.  
İlin yağmurlu vaxtlarında həmin kahada oturmaq təhlükəlidir. Tavandan su damlaları ilə birlikdə 
islanmış qaya parçaları düşə bilər.  
Xalq deyimlərinə görə mağaradakı su damlaları qeyb olanların dövrlərində axar bulaq olmuşdur. 
Gənclər burada yatan müddətdə bulağın suları quruyub və sonradan ziyarətçilərin niyyət damcıxanasına 
çevrilmişdir ( H. F. Səfərli “Naxçıvan ziyarətgahları” Bakı-1998. səh. 29. K. Nikitin “Narodnıye 
pridaniya v Nax. ueyezde” (rusca), Tiflis 1882. səh. 116). 
Məscidin şimal tərəfindəki “divarda” yuxarıda kaha vardır ki, ona “Qəndil” (işıqlı yer) deyərlər. 
Ora çıxıb baxmağa izn verilmədiyindən nərdivan qoyulmamışdır. Maraqlıdır ki, ildə bir dəfə Ulus vaxtı 
(yaz gecə-gündüz bərabərləşdiyi anda) Qəndilin qaranlıq kahası möcüzəvi surətdə işıqlanır.  
Əshabi-Kəhf mağarasında qayaların hər daşı özündə ilahi bir sirr saxlamışdır. . .  
Mağarada bir-birindən möcüzəvi yerlər vardır ki, onlardan birisi “Haqq qapısı” deyilən yerdir.  
“Qapı”dan keçəndə  bəşərin sonuncu peyqəmbərinə salam (salavat) deyərək bu duanı oxumaq 
lazımdır (müstəhəbdir). “Allah sən məni şeytanın yolundan, bədnəzərin gözündən qoru və məni doğru 
yoluna apar (Quran “Əs-Səffat” (37) surəsi, ayə 99.!”). Bundan sonra ziyarətçilər mağaranın hər 
güşəsində paklaşaraq Allaha daha yaxın olduqlarını hiss edirlər.  
Mağaradakı dağın üstündə “Cənnət bağı” deyilən sahədə yabanı  şəkildə alma, armud ağacları, 
dağdağan, yemişan, zərinc və başqa kollar da bitmişdir.  
Həmin yerə  çıxmaq üçün mağaranın içərisindən nərdivan qoyulmuşdur. Qan təzyiqi olan 
şəxslərin dağın təpəsinə çıxmaları məsləhət görülmür, çünki bədbəxt hadisə ilə nəticələnə bilər. ”Cənnət 
bağı”na dağın şərq tərəfindəki kanyonvari dərə ilə də qalxmaq mümkündür.  
Ziyarətçilər mağaranın hər bir guşəsini gəzib dolandıqdan sonra Allah rızası üçün gətirdikləri 
heyvanlarını qurbangahda kəsib  ətindən ehsan verirlər (İslam dinində qurbanlıq niyyəti iki cürdür; 1) 
“İsmayıl qurbanı”, 2) “Qada qurbanı”dır. Birincidə kəsilmiş ətin üçdə bir hissəsi niyyət etdirənin və 
ikincində isə, kəsilmiş  ətin hamısı doğranılaraq  əzaları  bərabər miqdarda bölünməklə pay halında 
niyyət etdirənin razılığı ilə ehsan edilir. Sahibkar yalnız həmin qurbanlıq paydan yaxınlarına verdiyi 
ehsanatdan istifadə edə bilər. “Tövzuhül-məsail”. Bakı-1995. səh 336, məsələ 2080)
Hər gün ziyarətgaha yüzlərlə  İnsanlar gələrək burada paklaşaraq Allahdan bağışlanmalarını 
istərlər.  
Ziyarətçilər qayıdan zaman qurbangahla üz-üzə yolun sağ  tərəfindəki Qitmir köpəyinin 
“məzarı”na baxa bilərlər. İslam dinində it murdar sayılsa belə sahibinə vəfalı olduğundan murdardırmı? 
Həmin suala şair hikmət fəlsəfəsində belə cavab vermişdir;  


Yüklə 6,65 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə