Məşhədi Feyruz Bağırlı



Yüklə 6,65 Mb.
Pdf görüntüsü
səhifə25/41
tarix27.10.2018
ölçüsü6,65 Mb.
#75801
1   ...   21   22   23   24   25   26   27   28   ...   41

 
66
Saltax sərdabəsi 
 
Culfa rayonundakı Saltax kəndinin şimal-qərb tərəfində, Əlincə çayın sağ sahilində orta əsrlərdən 
qalma köhnə qəbrstanlıq ərazisində sərdabə vardır. Hər tərəfi uca dağlarla əhatə edilmiş sərdabə binası 
kiçik daşlardan hörülərək tikilmişdir. Hər ilin Məhərrəm ayının  əvvəlində qonşu kəndlərin  əhalisi ora 
toplanaraq Kərbibəla tarixi hadisələri ilə  əlaqədar  şəhidlik-ölməzlik mərasimlərini  əyaniliklə yada 
salırlar.  
Saltax kəndi Culfa rayon mərkəzindən 30 kilo metr məsafədədir.  Əhalisi 1. 566 nəfərə çatan 
(2005-ci ilin st. məl. ) saltaqlılar iki tayfadan ibarət olmaqla onlardan bir qismi orta əsrlərdə  Cənubi 
Azərbaycan  ərazilərindən köçmüş, ikinci qismi isə  Zəngəzur  əyalətlərindən olan maldar tayfalardan 
ibarətdirlər.  Əhali heyvandarlıq və  əkinçiliklə  məşğul olaraq qonaqpərvər və dindardırlar. Kənddəki 
əzəmətli məscid binasından hələ keçmiş sovetlər dövründən mömünlər cəsarətlə istifadə etmişlər. . .  
Saltax sərdabəsi üstü tacvari formada tikilmiş  qədim bina olmaqla qapısı  çıxıntılıdır. Qapının 
divarları bişmiş kərpiclə hörülmüş, kərpiclərin (ondan birində) üzündə yan-yana çəkilmiş cizgilər aydın 
görsənməkdədir. Həmin işarələr  şiə müsəlman təriqətindəki “pənc Ali əba” (beşlık)-tarixi beş  nəfər 
şəxsiyyətlərin adlarını bildirir ki, onlar Məhəmməd, Əli, Fatimə, Həsən və Hüseyn həzrətlərinə hörmət 
mənasındadır.  
Sərdabənin içəri divarları  gəclə suvansa da, bir neçə yerdən uçub tökülmüşdür. Binanın 
içərisində məzar yerində bir vaxtlar hec kəsin oxuya bilmədikləri sufi xətti ilə yazılmış daş kitabə olmuş 
və sonradan yoxa çıxmışdır.  
Baxımsızlıq və laqeydlikdən sərdabədəki məzar yeri  sökülərək dağıdılmışdır.  
Kənddə X əsr qədim yaşayış yeri və XIV-XVI əsrlərdən qalma 2 nekropol əraziləri vardır. Saltax 
sərdabəsini orta əsrlərin XIV-XVI əsrlərinə aid tarixi memarlıq abidəsi kimi göstərmək olar.  
Yerli sakinlərin söyləməsinə görə məzar yeri sökülənədək yaxin kəndlərdən ora ziyarətçilər gəlib 
qurbanlar kəsərdilər. . .  
“(Allah) öz mərhəmətindən dolayı sizin üçün gecəni və gündüzü yaratdı ki, dincələsiniz, Onun 
lütfündən ruzi diləyib axtarasınız. Bəlkə şükr edəsiniz!” 
“De: “Rəbbim hidayətə  gələni də, haqq yoldan açıq-aşkar azanı da yaxşı tanıyır!” (Quran, 
“Qəsəs” (28) s. a. 73, 85.) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
67
Kəngərli rayonundakı ziyarətgahlar 
 
Kəngərli rayonu Naxçıvan Muxtar Respublikasında yaradılmış sonuncu inzibati ərazidir. 
Əvvəllər  Şərur və Babək rayonları  ərazilərindəki bir neçə ucqar kəndlər yeni yaradılmış  Kəngərli 
rayonu tabeliyinə keçirilmişdir.  
Kəngərli rayonu 2004-cü ilin 19 mart tarixində Muxtar Respublikanın tərkibində olmaqla 
ərazisinin sahəsi 0,7 min km
2
, əhalisi isə 25 min 63 nəfərdir. (2005-ci ilin statistik məlumatı ) Rayonun 
mərkəz məntəqəsi Qıvraq qəsəbəsidir ki, okean səviyyəsindən 760 metr yüksəklikdə yerləşərək əhalisi 
4237 nəfərdir. (2005-ci ilin statistik məlumatı) 
Yeni yaradılmış Kəngərli rayonu tərkibində 1 qəsəbə ilə 10 kənd daxildir.  
Kəngərli rayonundakı əhali qədim türk dilli azəri oğuzları və Mərkəzi Asiyadan gəlmiş Kanqlı 
(Kəngərli) tayfaları  məskunlaşmış, məşğuliyyətləri isə  əkinçiliklə heyvandarlıqdan ibarətdir.  Ərazidə 
həmçinin atçılıqla dəvəçilik inkişaf etdirilərək dövrümüzədək qalmışdır.  
Kəngərli rayonundakı  Şaxtaxtı ilə Qarabağlar kəndlərindən görkəmli  şəxsiyyətlər çıxmışdır. 
Onlardan Behbudağa  Şaxtaxtinski, Həmidağa  Şaxtaxtinski, Məhəmmədağa  Şaxtaxtiniski, tarixçi 
Kamran Rəhimov, Qaraş Mədətov və başqalarını göstərmək olar.  
Kəngərli rayonunun inzibati ərazisi şimaldan Şərur rayonu, simal-şərqdən Ermənistan (Dərələyəz 
dağ silsiləsi ilə), şimal-şərqdən Babək rayonu ilə və qərbdən, Araz çayı boyunca İranla həmsərhəddir.  
Şaxtaxtı  kəndində Araz çayı üzərindən salınmış körpüdən  İran  ərazilərinə keçmək üçün dövlət 
keçid-gömrük məntəqəsi vardır.  
Rayonun ərazisində yüksək yerlər Keçəltəpə dağı (2.744 m.), Qaraquş dağı (2.600 m.), Anabad 
dağı (2.081 m.), Qabıllı dağı (1.125 m.) və Xok dağı (1.063 m.)-dir. Ən alçaq ərazi isə  Şaxtaxtı 
kəndindəki Araz çayı sahilidir. Bura okean səviyyəsindən 700 metr yüksəklikdədir.  
Rayon  ərazisindəki yararlı torpaq sahələri Xok kəndi yaxınlığında 1966-cı ildən istifadəyə 
verilmiş 1,2 milyon kubmetr su tutumu olan süni göldən suvarılır.  
Ərazidəki yeganə çay yatağı Lizbirt çayıdır ki, başlanğıcını Keçəltəpə dağından götürərək 
Naxçıvan çayın sağ qolu Cəhri çaya tökülür.  
Rayon ərazisindəki torpaq örtüyü müxtəlifdir. Əsasən boz-qonur torpaqlarda sürünən və gəmirici 
heyvanlar daha çox yayılmışlar.  
Kəngərli rayonu əraziləri qədim oğuz türk tayfalarının yaşayış  məskənləri olmuşdur.  Ərazidə 
zəngin tarixi-arxeoloji və memarlıq abidələri ilə yanaşı inanc yerləri olan mənəvi ziyarətgahlar da 
qalmışdır.  
Rayon  ərazisində Son Tunc ilə  Dəmir dövrlərinə aid olan Qalaçıq yaşayış yeri (E. ə II-I min 
illərdə), Qarabağlar qəbrstanlığı, Govurqala xərabəlikləri, Çalxanqala yaşayış yeri, Şaxtaxtı  kəndi 
yaxınlığındakı nekropollar (E.ə. III-II minillik), Yurdçu kəndindəki Babatəpə  qədim yaşayış yeri ilə 
sərdabə (E.ə. X-XIII əsrlər) vardır.  
Orta  əsrlərdə (XII əsrdə) Qarabağlarda tikilmiş 16 metr hündürlüyündə olan qoşa minarəli 
məscidlə qəbirüstü türbə (1187-ci il) və başqa tarixi memarlıq abidələrini göstərmək olar.  
XVIII əsrin türk səyyahi Övliyya Çələbinin yazdığı “Səyahətnamə” kitabında göstərilmişdir ki, 
qədim Qarabağlar şəhərində 10 minə yaxın ev olmuş, 70-ə yaxın məscidləri, karvansaraları, hamam və 
bazarı ilə birlikdə İnsanların inanc yerləri olan pirləri (Asnı pirini göstərmişdir) olmuşdur.  
Məlumat üçün bildirilir ki, (yaşlı  nəslin dediklərindən) Qarabağlarda (sovet dövləti yaranan 
illərdə) rus əsgərləri tərəfindən məscid və  qədim tikililərin kərpicləri sökülərək aparılmış, Qıvraq 
kəndində sərhədçilərə binalar tikmişlər.  
2004-cü ildə Qarabağlar kəndindəki tarixi və memarlıq (o cümlədən pirlər) abidələri təmir-bərpa 
olunaraq  əvvəlki görkəmlərinə qaytarılmışdır. Tarixçi alimlər göstərirlər ki, Qarabağlar kəndindəki 
türbədə XIV əsrdə Elxan hökmüdarı Hülaki xanın arvadı Quti xatun dəfn olunmuşdur. Buna görə də
həmin abidəyə Quti xatun məqbərəsi deyirlər.  


Yüklə 6,65 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə