Məşhədi Feyruz Bağırlı



Yüklə 6,65 Mb.
Pdf görüntüsü
səhifə27/41
tarix27.10.2018
ölçüsü6,65 Mb.
#75801
1   ...   23   24   25   26   27   28   29   30   ...   41

 
70
“De: “Göylərin və yerin Rəbbi kimdir?” de: “Allahdır!” De: “Belə olduqda, Onu qoyub özlərinə 
nə bir xeyir, nə zərər verə bilənlərimi özünüzə dost edirsiniz?!” De: “Heç korla görən və ya zülmətlə nur 
eyni ola bilərmi?!...” (Quran, “Rəd” (13) s. a. 16.) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
71
“Nərbənd” və “İydəli” pirləri 
 
Kəngərli rayonu ərazisindəki Xok kəndində “Nərbənd” və  Şaxtaxtı  kəndində  “İydəli” pirləri 
mövcuddur. “Narbənd” piri XIX əsrin axırlarında, “İydəli” piri isə XVII əsrin əvvələrində yaradılmışdır.  
“Nərbənd” piri Xok kəndinin cənub qurtaracağında iri gövdəli çox illik Nərbənd ağacının 
altındadır. Qara ağac fəsiləsindən olan ali bitki, rəvayət edilir ki, Adəmlə Həvvanın üstündə Cənnətdən 
gətirildiyindən müqəddəs bitkilərdən sayılır (V. Baxşəliyev “Pirlərlə bağlı miflər və inanclar.” Bakı-
2006). 
Nərbənd sözü-dəvə qoşqusu olub. Möhkəm oduncağı, sıx yarpaqlı budaqları  və “hava 
təmizləyən” rolunu oynayan meşə ağaclarındandır.  
Muxtar Respublikanın florasının zəngin yaşıllıqları arasında Nərbənd ağacı  əvəzolunmazdır. 
Həmin ağac  əsasən  Şərur rayonunun Mahmud kənd  ərazisində, Ordubadın bir çox yaşıllıqlarında və 
xüsusən də, Babək rayonundakı Qahab kəndi  ərazisində yayılmışdır. Yetmişinci illərdə Naxçıvan 
Dövlət Universitetinin həyətyanı sahəsində (biologiya elmləri namizədləri  Əli Məmmədov,  İsmayıl 
Sadiqov, Taryel Talıbov və başqalarının  əməyi sayəsində) Nərbənd ağacı  əkilib çoxaldılmışdır. 
Haliyyədə Azərbaycan MEA Naxçıvan bölməsi Bioresurslar İnstitutu əməkdaşları tərəfindən Nərbənd 
ağacı çoxaldılaraq şəhərimizin park və xiyabanlarında əkilməkdədir.  
Xok kəndindəki “Nərbənd” pirinə xüsusilə xarratlıqla məşğul olan sənət adamları gəlirlər. Onlar 
ağacın kökündəki çalada şam yandırıb gətirdikləri suyu ora tökməklə Allaha dua edər işlərinin rəvan 
olmasına, ağaca ömür verilməsinə niyyət edib və rəngli parçaları budaqlara bağlayardılar. Çoxdandır ki, 
milli məişətimizdə işlədilən toxmaq, vəl, bel təpçəyi, quşqun, vərdənə, oxlov, həvəng və digər ağacdan 
qayırılmış  əşyalar dəbdən düşərək muzeylərə verildiyindən (onları düzəldən ustalar olmadığından) 
“Nərbənd” pirinə ziyarətə getmək unudulmuş  və laqeyd şəxslərin ucbatından 300 illik yaşı olan 
müqəddəs ağacın bir tərəfi yandırılmışdır. . .  
Nuh yurdunun hər güşəsi müqəddəsdir. Yurdumuzun tarixi abidələrini, həmçinin təbiətini 
qorumalıyıq.  
Kəngərli rayonundakı  Şaxtaxtı  kəndində  “İydəli” pir yeri vardır ki, ərazinin qız-gəlinləri ora 
gedib niyyət edər və  gətirdikləri rəngli parçaları iydə  ağacının budaqlarına bağlayarlar. Allaha dua 
edərək talelərinin xoş keçməsini arzulayıb iydə çiçəyini (yarpağını) dəmləyib içərlər.  
Rəvayətə görə Govurqalalı İydə çiçəyi adlı gözəl qızı zor ilə varlı çirkin qoca kişiyə ərə vermək 
istəyirlər.  İydə çiçəyi bədirlənmiş ay işığında gecə gizlin gələrək bağçada Yaradana üz tutub imdad 
istərkən iydə  ağacına çevrilmişdir. Həmin vaxtdan ora müqəddəs bir yer olmuş, iydənin toxumları 
tökülərək torpaqda göyərdiyindən iydəli sahə (bağ) yaranmışdır.  
Keçmiş illərdə  “İydəli” pirində niyyət edənlər qurbanlıq heyvan gətirib kəsər,  ətindən ehsan 
verərdilər. Ağacları suvarıb, iydələrindən yığıb bərəkət simvolu kimi aparıb bişirdikləri xamıra qatar və 
yarpaqlarından dəmləyib içərdilər.  
Haliyyədə  “İydəli” pirinə ziyarətə getmək unudularaq mənəvi dəyərlərdən uzaqlaşdırılmışdı.  
Amma çox illik ağacları əkib becərmək, səvab olaraq ibadətə bərabər tutulmalıdır.  
“(Ya Rəsulum!) De: “Allahdan başqa göylərdə  və yerdə olan heç kəs qeybi bilməz! Onlar 
yenidən nə vaxt diriləcəklərini də bilməzlər!” (Quran, “Nəml” (27) s. a. 65.) 
 
 
 
 


 
72
Ordubad rayonundakı ziyarətgahlar 
 
Ordubad rayonunun ərazisi 0,97 min km
2
, əhalisi isə 42.884 (2006-cı ilin st. məl.) nəfərdir.  
Rayon mərkəzi Ordubad şəhəri Naxçıvandan 75 km, məsafədə olaraq Zəngəzurun Bəlkə (3.000 
m.) dağının cənub yamacında salınmışdır. Rayonun ərazisində nadir heyvan, bitki və tarixi arxeoloji 
abidələrlə zəngin olduğundan qoruq elan olunmuşdur.  
Ərazinin coğrafi relyefi dağlıq sahə olduğundan  ən yüksək yeri Qapıcudi (Qapıcıq) (3.906 m) 
dağı, alçaq sahəsi isə Dəstə kəndindəki Vənənd çayının Arazla qovuşduğu (580 m) sahilləridir. Ordubad 
sözünün mənası-sutkada iki dəfə əsən küləkli yer deməkdir.  
Ordubad  şəhəri Naxçıvan Muxtar Respublikasında tarixi-arxieoloji abidələri ilə  zəngin olan 
qoruq  şəhərdir.  Şəhərin qədim adı Urdubad olmuş, mənası sutkada iki dəfə  əsən külək deməkdir. 
Bundan başqa  ərazidə  qədim türk dilli oğuz tayfaları yaşayıb. Məskunlaşdığı yerin adını “Ördübad” 
qoymuşlar ki, bu da ördək beli deməkdir. Doğrudan da, şəhərin yerləşdiyi  ərazinin coğrafi relyefini 
kiçildilmiş formada görsək sanki ora ördək beli kimi əyri vəziyyətdədir. Ordubad şəhəri XII əsrdə 
salınmışdır. 
Rayonun  ərazisində dağ çayları çoxdur. Bütün çaylar öz mənbələrini Zəngəzurun cənub 
silsiləsindən başlayırlar. Sulu çayları Ordubad çayı (19 km), Vənənd çayı (29,4 km), Gilan çayı (53,4 
km), Düyülün çayı (29,6 km), Əylis çayı (21 km), Gənzə çayı (15,6 km), Kotam çayı (7,8 km), Kilit 
çayı (4,8 km) və sairədir.  
Gilan çayı  mənbəyini 3.065 metr yüksəklikdəki füsunkar gözəlliyi ilə rayonda şöhrət tapmış, 
dərinliyi 6,5 m. Sahəsi isə 1,5 hektara çatan “Göy göl”dən başlayır. Çobanlar yay aylarında sürülərini 
yüksək dağ gölü ətrafında otarır. Həvəskar arı saxlayanlar isə  pətək qutularını güllü çəmənlikdə 
qurarlar. Göl sahilində ilin isti vaxtlarında dörd fəslin əlamətlərinə rast gəlmək mümkündür. Belə ki, bir 
tərəfdə quzeydə qar örtüyü olur, güneylərdəki çəmənlikdə isə quzular mələşərlər.  
Göy gölün yaxınlığındakı qayalıqda əfsanəvi “Qız-oğlan” (E.ə. II-I minillik) adlı pir vardır. . .  
Ordubad rayonu qədim  İnsanların məskənləri olduğundan  ərazidəki Gəmiqaya abidələri elmi 
şəkildə öyrənilmişdir. Naxçıvan MR Ali Məclisinin 2001-ci il 26 aprel tarixli “Ordubad rayonundakı 
Gəmiqaya tarixi abidəsinin tədqiq edilməsi haqqında” sərəncamı ilə elmi ekspedisiya təşkil olunmuşdur. 
Ekspedisiyanın tərkibində  ərazinin geoloji yaşı, bioresursları, toponomikası, arxeologiyası  və  ətraf 
kəndlərin etnoqrafik folkloru üzrə alimlər tədqiqat aparmışlar.  
Aparılan elmi tədqiqatlar nəticəsində Gəmiqaya Erkən Tunc, Erkən Dəmir və Erkən Orta əsrlərə 
aid qəbirlər tapılmışdır. Qaya rəsimləri isə e.ə. IV-I minilliklərə aid edilir. 
Ordubad rayonu ərazisindəki tarixi abidələr çoxdur, onlar Sabir kəndində Subatın yaşayış yeri (E. 
ə. I minillik), həmin kənddəki nekropol (E. ə. II minillik), Muncuq təpə nekropolu (E. ə. II-I minillik) 
qədim dövrlərə aiddir.  
Tunc dövrlərinə aid olan Aza kəndindəki qəbrstanlıq, Vələver, Dər və Aza kəndlərindəki daş 
qoçlar, Nəsirvazdakı (Gəmiqayadakı) yazılı daş abidələri, Tivi kəndindəki pir yerlərini göstərmək olar.  
Orta əsrlərə aid Kilit kəndindəki mağara, Vələver istehkamı, Üstüpü qəbrstanlığı, Anabat, Yuxarı 
Əylis, Yuxarı Aza, Vənənd və başqa kəndlərdəki yaşayış məskənlərini göstərmək olar.  
Ordubad şəhərində hər məhəllənin özünə məxsus məscidləri vardır ki, onların əksəriyyəti XVIII-
XIX əsrlərdə tikilmişdir (Q. Həsənov “Naxçıvan MSSR-in tarixi və arxeoloji abidələri”. Naxçıvan-1998. 
səh. 3). Bunlar Cümə, Ambaras, Sər  şəhər, Mingis, Dilbər, Təkşeyi, Qeysəriyyə, Qarahovuz, 
Üstürləngə,  Əngəci, Mehrəmcə, Hacı Abutalıb, Çınqılbaşı, Hacı  Məmmədhəsən, Hacı  Məmmədəli, 
Qaraçağaq, Kərbəlayi Əkbər məscidləridir.  
Şəhərin küçələrində binaların altından axan su çeşmələri vardır ki, onlar Dilbər, Sərşəhər, Hacı 
Tağı, Hacı Məmməd, Qarahovuz, Əngəc, Bilal, Mədrəsə, Qırxayaq, Şeyx Əlixan, Əbdülrəhman, Şayı, 
Meyrəncə, Teci adları ilə tanınmışdır.  
Ordubad rayonunun əhalisi  əsasən Zəngəzur mahalı ilə Araz çayının sağ sahilindəki (Cənubi 
Azərbaycandan) bölgələrdən gəlib məskunlaşıblar.  
Ordubad  şəhərinin  əhalisi Təbriz  şivəli ləhcə ilə danışırlar.  Şəhərdəki yaşlı qadınlar  İslam 
dinindəki hicaba əməl edərək çadra örtürlər.  
Ordubad rayonundakı  əhali digər rayon əhalisindən fərqlənərlər. Ailə qurarkən nigah 
pozulmalarına yol verməz, ağsaqqal sözünü yerə salmazlar.  


Yüklə 6,65 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə