Məşhədi Feyruz Bağırlı



Yüklə 6,65 Mb.
Pdf görüntüsü
səhifə23/41
tarix27.10.2018
ölçüsü6,65 Mb.
#75801
1   ...   19   20   21   22   23   24   25   26   ...   41

 
61
Ərəfsə piri 
 
Ərəfsə  kəndi Culfa rayonu ərazisindəki  Əlincə çayının sağ sahilində yerləşərək rayon 
mərkəzindən bura 55 km-lik məsafədə yol gəlir.  
Kənddəki  əhalinin sayı 940 nəfər (2005-ci ilin st. məl. ) olaraq heyvandarlıq və bağçılıqla 
məşğuldurlar.  Ərəfsə  kəndi okean səviyyəsindən 1800 metr yüksəklikdədir.  Ərazidə  şirin sulu 
çeşmələrlə və mineral bulaqlar vardır.  
Kənndə məskunlaşmış əhali əsasən orta əsrlərdə Cənubi Azərbaycandan (Mərənddən), Gığıllı ilə 
(Xoydan) Məhəmmədli və İraqdan gələn Ərəb tayfalarından ibarətdir. Bundan sonra isə, həmin əraziyə 
Zəngəzur mahalından Çuxurlu ilə Eminəli tayfaları da, köçmüşlər.  
Ərazidə orta əsrlərdən qalma iki qəbrstanlıq vardır ki, onlardan birində Ərəfsə piri yerləşmişdir. 
Bundan başqa burada XVII əsrdən qalma daş körpü və XIV əsrdən qalma “Xərabə  şəhər”  ərazisi ilə 
məscid vardır.  
Kəndin adının yaranması əsasən buradakı pirlə bağlı olaraq “üç ərəb” sözündən götürülmüşdür.  
Pir binasında 1985-ci ildə təmir-bərpa işləri aparılıb. Orada iki otaq və eyvan tikmişlər.  
Otaqlardan birində üç sayda müsəlman məzarları vardır.  
Ərəfsə pirinin mücövüri Nübar Yusif qızının söyləməsinə görə pirdəki məzarlardan biri Səyyid 
Hüseyn ağanın (H. F. Səfərli “Naxçıvan ziyarətgahları”. Bakı-1998. səh. 43.  M. B. Mirheydərzadə 
“Əbrəqunus dairəsi, məşhur  Əlincə çayın sahillərində vaqe. . . ” “Azərbaycanı öyrənmək” dərgisi, 
Bakı-1930. № 4-5), digərləri isə onun oğlanlarınındır.  
Pirin həyətində göyərmiş Qara çalı kolunun budaqlarına rəngli əski parçaları bağlamışlar. Kolun 
yanındakı “ocaq” yerində isə qara hamar daşlar (meteoritlər) qoyulmuşdur.  
Ərəfsə pirində ziyarətə gələnlər üçün lazım olan şərait yaradılmış, ora (təpəyə) qalxmaq üçün yol 
çəkilmişdir.  
Tarixçi alimlər Ərəfsə pirinin yaranmasının XV əsrlərə Səfəvi hökmdarı I İsmayılın (1501-1524) 
hakimiyyəti dövrlərinə aid edirlər. Pir binası XIX əsrdə yenidən bərpa olunmuşdur. 
Deyilənlərə görə ərazidə Səyyid Hüseyn tərəfindən mədrəsə yaradılmış, İslam dinindən təlimlər 
keçirilmişdir. Pirdəki mərhum Səyyid Hüseynin məzarı yanındakı digər qəbir yerləri ola bilsin ki, Onun 
davamçılarından (müridlərindən) olanlardır.  
Təssüf ki, məzarların üzərində heç bir yazılı kitabə dövrümüzədək qalmamışdır.  
Pir binasının geniş həyətyanı sahəsində yaz aylarında bitən, adı “Qırmızı kitaba” düşmüş nadir 
“Boz ot” bitkisi yayılmışdır. Təbii müalicə üsulu ilə  həmin otun cövhərindən sonradan ağır eşidən 
adamları müalicə edirlər. Müalicəni kənddəki “mücövür” kimi tanınmış Nübar nənə tərəfindən həyata 
keçirilir.  
Ərəfsə piri ilə üzbəüz  Əlincə çayının sol sahilində  təpə döşündən soyuq sulu mineral bulaqlar 
qaynayırlar. ”Ağşal bulağı”nın yanındakı azacıq minerallaşmış karbon qazlı su, Gürcüstandakı 
“Barjomi” tipli olmaqla daxili xəstəliklərin müalicəsində əvəz olunmazdır. Buna görə də kənddəki əhali 
uzunömürlü və sağlam əhval ruhiyədədirlər.  
“(Ey insan!) Sən (dua edərkən) səsini ucaltsan da (heç bir fərqi yoxdur). Çünki Allah sirri də 
sirdən daha gizli olanı da bilir. 
Allahdan başqa heç bir tanrı yoxdur. Ən gözəl adlar (Əsmayi-hüsna) yalnız Ona məxsusdur!” 
(Quran, “Taha” (20) s. a. 7, 8.) 
 
 
 
 
 
 
 
 


 
62
Göynük (Səyyid Həsən) piri 
 
XV  əsrdə tikilmiş pir yeri Culfa rayonundakı Göynük kəndində,  ərazinin  şimal tərəfindəki 
mənzərəli çəmənlikdədir. Göynük kəndinin adının yaranması  məhz  ərazidəki çəmənliklə bağlı 
olmuşdur. Göynük kəndi okean səviyyəsindən 2.000 metr yüksəklikdə yerləşmişdir. Oradakı dağlar 
çiçəkli çəmən bitkiləri ilə örtüldüyündən, “Alp çəmənlik qurşağı”nı xatırladır.  
Göynük kəndində e.ə. III minillik nekropol olaraq ərazidə XIV-XVII əsrlərin yaşayış yeri 
qalmışdır. 
Həmin  ərazidə yayılmış nadir bitkilərdən  şiyav (ağ ot), dağ laləsi, baldırqan, çaşır, dağ  kəvəri, 
kəklikotu, uşqun, dağ nanəsi, yemlik, qazayağı, süsən, digər kol bitkilərindən zərinc, yemişan, itburnu 
(həməsür) ilə bərabər alma, alça, armud və sairə ağaclar bitmişdir.  
Ətraf yamaclarda müxtəlif gəmirici heyvanlar, quşlardan kəklik, bildirçin, göyərçin və sair 
yaşayırlar.  
Ərazi  əzəldən pir yeri olduğundan orada ov etmək “günah iş” sayılmış, heyvanat aləmi 
zənginləşmişdir.  
Göynük kəndindəki  əhalinin sayı 213 nəfər (2005-ci ilin st. məl. ) olaraq əsas məşğuliyyətləri 
arıçılıqla heyvandarlıqdan ibarətdir.  
Kəndin azacıq əkin sahələri dəmyə üsulu ilə suvarıldığından məhsuldarlıq aşağadır.  
Göynük kəndinə Culfa şəhərindən 44 km-lik məsafədə yol gəlir. Kənddə indiyənədək məscid 
binası tikilməmişdir.  
Pir  ərazisində adi formada tikilmiş üç daxma vardır ki, içərisindəki məzarlar  əvvəllər orada 
mücövür olmuş İsmayıl kişi, arvadı Pəri ilə yeganə qızları Gülüzarınkıdır.  
Daxma-Sərdabələr dağ daşları ilə hörülüb üstü örtülmüş, qəbirlərin üstlərinə qara rəngli parça 
çəkilmişdir. Həmin daxmalardan 50-60 metr aralıda dərə yamacında Səyyid Həsənin məzarı vardır ki, 
ora pir yeridir.  
Göynük kəndindəki pirin yaranması haqqında müəmmalı söhbətlər deyirlər.  
Azərbaycanda səfəvilər dövründə  İslam dinindəki  şiə  təriqəti güclənərək inkişaf etdirilmişdir. 
Orta əsrlərdə Naxçıvanın ərazilərinə İraqla İrandan (Cənubi Azərbaycandan) müsəlman tayfaları gəlib 
çox hörmətlə yaşamışlar. Onların içərisində iki qardaş  Həsən ilə Hüseyn Əshabi-Kəhf ziyarətindən 
sonra  ərazini özlərinə ikinci vətən seçmişlər. Qardaşlardan böyüyü Hüseyn Ərəblər (indiki Ərəfsə) 
kəndinə, kiçiyi Həsən isə Göynükdə qalmışlar. Hər iki qardaş müsəlman vacibatlarını əhaliyə öyrədib 
müqəddəs Qurandan təlimlər aparmışlar. Onlar xalq arasında  əxlaqı keyfiyyətlərinə görə hörmət 
qazanmış, adamların mənəvi dəyərlərinə yardımçı olmuşlar. Dünyalarını  dəyişərək Hüseyni Ərəfsə
Həsəni isə bir neçə ildən sonra Göynük kəndində  dəfn etmişlər. Həmin vaxtlardan isə yerli camaat 
tərəfindən səyyid qəbrləri ziyarət edilməklə pir yerlərinə çevrilmişdir.  
Səyyid Həsən pirinin mücövürü Zəngəzur mahalının Qozulca (Bartaz-düşgəli) kəndinin sakini 
İsmayıl kişi ilə arvadı nüvədili Pəri xanım olmuşlar. Mücövürlər vəfat etdikdən sonra həmin pirə onların 
yeganə qızları Gülüzar tərəfindən baxılmışdır.  
Gülüzarın valideyinləri öldükdən sonra pirə gələn ziyarətçi Həsənalı adlı kişi onunla evlənmiş, 
Nübar adında qızları olmuşdur.  
Tezliklə  Həsənalı ilə Gülüzar dünyadan köçür. Nübar kənddə babasının evində yaşamaqla pirə 
mücövürlük etmişdir.  
1950-ci ildə pirə ziyarətə  gələn dul Məmmədqulu kişi Nübarı özünə siyqə (müddətli nigahdır) 
etmiş və bəxtiqara olan qız, uşaq üstə dünyadan vaxtsız köçmüşdür. . .  
Haliyyədə pirin mücövürlərindən olmuş Nübar Həsənalı qızının 96 yaşlı dayısı qızı Tovuz nənə 
Abdulla qızıdır. Tovuz nənə Babək rayonundakı Şıxmaxmud kəndində ixtiyar sahibi olmuş, gözlərinin 
nuru getmiş və eşitmə qabiliyyətini itirmişdir. . .  
Göynük pirinin mücövürü mərhum  İsmayıl kişi haqqında kənd sakinləri (xüsusilə qahablılar) 
belə deyirlər ki, gənc yaşlarında o, Nüvədidən Pəri adlı bir qızı qaçıraraq onunla evlənir. Qızın yaxın 
əqrabaları onları axtarıb Mincivanda tapırlar. Sübh əzanında  İsmayılı namaz üstündə arxadan qılıncla 
başını bədənindən ayırırlar. Oğlanın qanlı cəsədini kəsilmış başı ilə bərabər kəhriz quyusuna saldıqdan 
sonra Pərini götürüb aparırlar. . .  


Yüklə 6,65 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə