Məşhədi Feyruz Bağırlı



Yüklə 6,65 Mb.
Pdf görüntüsü
səhifə22/41
tarix27.10.2018
ölçüsü6,65 Mb.
#75801
1   ...   18   19   20   21   22   23   24   25   ...   41

 
57
Ona görə ki, Allah iman gətirənlərin dostudur (himayədarıdır). Kafırlərin isə dostu (himayədarı) 
yoxdur!” (Quran, “Məhəmməd” (47) s. a. 5, 6, 11.) 
 


 
58
Alməmməd piri 
 
Culfa rayonundakı Camaldın kəndindən 5 km şimal-şərqdə köhnə  qəbrstanlıq təpəliyində 
Alməmməd piri vardır. Pirin yaranma tarixi XVII əsrə aid edilir. 
Camaldın (Cəmaləddin) kəndi Culfa şəhərindən 18 km məsafədə  Əlincə çayının sol sahilində 
yerləşmişdir. Kəndin əhalisi 1.364 nəfər (2005-ci ilin st. məlumatı) olaraq üzümçülük və heyvandarlıqla 
məşğuldurlar.  
Kəndin adının yaranması burada ilk məskunlaşmış Cəmaləddinlər tayfası ilə bağlıdır.  
Həmin tayfa əraziyə  Cənubi Azərbaycandan (Urmiya vilayətindən) gələrək məskunlaşmışlar. 
Sonradan kəndə Zəngəzurun Gorusla Sisiyan bölgələrindən tayfalar köçmüşlər.  
Əvvəllər kolxoz ambarı olmuş  qədim məscid binası, son illərdə  bərpa olaraq mömünlərin 
ixtiyarına verilmişdir. Məsciddə ruhani təhsilli Məşhədi Ramiz Adıgözəl oğlu əhaliyə İslam ehkamlarını 
təbliğ edir.  
Alməmməd piri 8x5 metr ölçüsündə daş hörgülü kiçik binadan ibarətdir. Orada üç məzar yeri 
vardır ki, ikisi həyətdə, biri isə otaqdadır. Həyətdəki məzarlar əvvəllər çoban olmuş mücövür Səfəralı 
kişi ilə Alməmmədin arvadınınkıdır. Binanın içərisindəki qara örtüklü məzar isə pir sahibi-
Alməmmədindir.  
Pirin həyətindən çeşmə çıxır. Orada ziyarətçilər üçün lazım olan avadanlıqlar qoyulmuşdur.  
Pirin ərazisindəki köhnə qəbrstanlıqda qoç şəkilli daşdan yonulmuş məzar yerləri, yaxınlıqda isə 
40-50 min il əvvəlin yaşayış məskəni olan mağara qalmaqdadır.   
Alməmməd pirinin yaranması haqqında kənddəki ahıl  İnsanlar söyləyirlər ki, iki yüz il öncə 
Cəmaləddinlər tayfası Arazdan keçərək gəlib  Əlincə çayı sahilində  məskunlaşmışlar. Həmin tayfadan 
bir nəfər kişinin dərisinin rəngi qırmızı-sarı, tükləri isə  ağ  rəngdə olduğundan adına “alməmməd” 
demişlər.  
Bivaris (övladsız) Alməmməd bir gün Allaha dua edib niyyət edir ki, heyvanları (qoyunları) əkiz 
bala doğarlarsa, erkəklərini qurban kəsib,  ətini kasıblara ehsan edəcəkdir. Səxavəti olmayan 
Alməmmədin həmin il boğaz qoyunlarının hamısı  əkiz bala doğurlar. Acgöz kişinin var-dövləti artır, 
dediyi sözlərini unudur...  
Bir gün günorta üstü hava qaralaraq toz-duman bürüyür və leysan yağışı başlayır. Çöldə çoban 
Səfəralının sürüsündə otlayan heyvanlar pərən-pərənə düşüb dərələrə dağılırlar. Ertəsi günü hava açılır 
qəzəblənmiş Alməmməd çobanla birlikdə itmiş qoyunlarını axtarmağa gedirlər. Onlar çöldə-dərədə 
canavarlar tərəfindən parçalanmış  cəmdəklərə rast gəlməklə yalnız mağarada iki qoyunla bir qoçu 
salamat tapırlar.  
Yorulub əldən düşən Alməmməd gəlib köhnə qəbrstanlıqdakı çeşmə suyundan içərək sərinləyir 
və həmin yerdə mürgüləyib yatır.  
Yuxuda ona belə deyirlər;-“Alməmməd, sən verdiyin vədəni unutmusan”. Yuxudan hövlənək 
qalxan Alməmməd tufandan salamat qalmış qoçu Allah yolunda qurban kəsərək tövbə edir. Sonra o, əti 
doğrayaraq kənddəki yoxsullara paylayıb,  əhvalatı olduğu kimi sonsuz arvadına danışır. Arvad ərini 
tənbeh edib ətin hamısını camaata payladığı üçün onu evdən qovur.  
Deyingən arvadından bezmiş Alməmməd evdən çıxıb birbaş köhnə qəbrstanlığa gedir ki, orada 
onu qurdlar yesinlər.  
Alməmməd bulaq başında yatır. Sübh tezdən güclü yer silkələnməsindən qalxıb zəlzələdən 
qorxur.  
Kənddəki evlər dağılır. Alməmmədin isə evi arvadının başına uçub tökülür. Yaralanmış arvad 
ərinə etdiyi pisliyə görə peşiman olub və axtara-axtara gəlib Almməmmədi tapır. Bulaq başında 
Alməmmədin yaralı arvadı canını tapşıraraq dünyadan köçür.  
Alməmməd arvadının cənazəsini oradaca torpağa basdırıb dəfn edir.  
Evləri uçub dağılmış Alməmməd çobanın köməkliyi ilə bulaq başında kiçik bir daxma tikirlər. 
Tezliklə Alməmməd dünyasını dəyişir. Vəsiyyətinə görə çoban onu daxmasında basdırır.  
Bir müddət keçdikdən sonra Alməmmədin məzarı olan daxma İnsanların inanc yerinə-pirə 
çevrilmişdir. Səfəralı kişi orada “mücövürlük” edərək əcəlin hökmü ilə dünyadan köçməli olur.  
Pirə  gələnlər mücövürün cənazəsini daxmanın həyətindəki arvadın məzarının yanında dəfn 
edirlər. Bundan sonra Alməmməd piri ərazidə şöhrət taparaq ziyarətgaha çevrilmişdir.  


 
59
Son illərdə pirdə yeni bina tikilmiş, mücövür Səfəralının qəbiri isə qapı önünə düşmüşdür.  
“İnsana bir zərər toxunduğu zaman Bizə dua edər. Sonra dərgahımızdan ona bir nemət  əta 
etdikdə: “Bu mənə yalnız biliyimə görə verilmişdir!”-deyər. Xeyir, bu bir imtahandır, lakin onların 
əksəriyyəti bunu bilməz!” (Quran, “Zümrələr” (39) s. a. 49.) 
“Əgər Allah sizdən Onun (mal-dövlətinizin) hamısını istəsə və bunu sizdən israrla tələb etsə, siz 
xəsislik göstərərsiniz və o da kin-küdrətinizi zahirə çıxardar.” (Quran, “Məhəmməd” (47) s. a. 37.) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
60
Gülüstan türbəsi 
 
Gülüstan türbəsinin tikilmə tarixi XII əsrin sonu və XIII əsrin əvvəllərinə aid etmək olar.  
Gülüstan tarixi-arxeoloji türbəsi Culfa şəhərindən 5 km şimal-qərbdə  əvvəlki Cuğa kəndi 
yaxınlığında Araz çayının sahilindədir.  
Türbə sərhəd zolağında olduğundan ora icazəsiz getmək mümkün deyil.  
Gülüstan (Cuğa) kəndinin  əhalisi 482 nəfərdən ibarətdir (2005-ci ilin st. məl.), heyvandarlıqla 
məşğuldurlar.  
Kəndin yaxınlığındakı əzəmətli tarixi memarlıq abidəsinin adının yaranması orta əsrlərdə şöhrət 
tapmış və indi xərabəlikləri qalan qədim Gülüstan şəhəri ilə bağlıdır.  
Azərbaycan alimlərindən  Ə. Salamzadə  və K. Məmmədzadə 70-ci illərdə orada tədqiqat işləri 
apararaq həmin abidəyə tarixi baxımdan  ən yüksək qiymət vermişlər (Ə. Salamzadə. “Arazboyu 
abidələr”. Bakı-1979). 
Sovetlər dövründə xalqımızın qiymətli mənəvi-tarixi ziyarətgahı  sərhəd qoşunları  əsgərlərinin 
güllələrinin nişangahına çevrilmişdir. . .  
Gülüstan türbəsi iki mərtəbəlidir. Birinci mərtəbədəki binanın içərisində  məzar yeri vardır. 
Sovetlər dövründə həmin məzar yeri sökülərək bərbad hala salınmış, məzarın üstündəki yazılı daş kitabə 
də, itirilmişdir. Çox güman ki, belə  sərdabələr dövrünün nüfuzlu feodal şəxslərindən olması 
mümkündür.  
Tarixə nəzər saldıqda e.ə. 530-cu illərdə Araz çayı kənarında Gülüstan şəhəri ərazisində İran şahı 
Kir ilə Massagetlərin (qədim oğuz türkləri olmuşlar) hökmdarı, qeyrətli qadın, hakim Tomiris ana 
ərazidəki igidləri toplayaraq düşmənə qarşı ədalətli müharibə etmişlər. Həmin dövrlərdə əsir düşən Kirə
Tomiris ana qan içirtməklə onu öldürmüşdür.  
Çox güman ki, türbədəki məzar yeri Tomiris ananın şəhid oğlununkudur.  
Orta  əsrlərin XII əsrində “Böyük Atabəy” adını almış  Şəmsəddin Eldənizin (1136-1175) 
hakimiyyəti döründən sonra bir neçə mənəviyyat abidələri tikilmişdir ki, onlardan biri isə 1187-1190-cı 
illərdə Gülüstan türbəsi olmuşdur.  
Sərdabənin divarları dörd sıra ilə uzanan iri daş  səthlərdən ibarətdir. Sərdabənin aşağası ilə 
yuxarı  mərtəbəsi arasında  əlaqə qoyulmuşdur. Türbənin üz hissəsi yaxşı yonulmuş  qırmızı  rəngli tuf 
daşından tikilib, yuxarı hissədəki on iki til və  səthlərini dövrələyib keçən çatma tağlı, qoşa burma 
formalı naxışlarla bəzədilmişdir.  
Türbənin dövrəsinin bölgüləri ilə onun naxışlarındakı  bəzək elementləri eyni ilə böyük Əcəmi 
Əbubəkir oğlu Naxçıvani məktəbinin sənətkarlığı ilə işlənmişdir.  
Gülüstan türbəsindən şimalda selovun içərisində soyuq sulu mineral bulaq çıxır. Bulaq Gülüstan 
adı ilə şöhrət tapmışdır.  
“...Allaha  şərik qoşan kimsə göydən düşən, quşların onu sürətlə alıb apardığı, yaxud küləyin 
sovurub uzaqlara atdığı bir şeyə bənzər.” (Quran, “Həcc” (22) s. a. 31.)  
  
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 6,65 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə