Məşhədi Feyruz Bağırlı



Yüklə 6,65 Mb.
Pdf görüntüsü
səhifə18/41
tarix27.10.2018
ölçüsü6,65 Mb.
#75801
1   ...   14   15   16   17   18   19   20   21   ...   41

 
47
    
Pislərə yar oldu Lutun arvadı,  
Ayrıldı peyğəmbər xanəgahından.  
 
İt isə bir zaman Əshabi-Kəhfin,  
Yaxşılarla getdi, oldu bir İnsan  
 
(S. Şirazi “Gülüstan”, Bakı-1987. səh. 40)
 
İslam alimləri yazırlar ki, qiyamət günündə Lut peyğəmbərin kafir arvadı ilə Qitmir köpəyin 
sifətləri dəyişiləcək və it Cənnətə qadın sifətində göndəriləcəkdir. Bütün bunların doğrusunu Allah bilir.  
Təəssüf ki, Qitmir köpəyin basdırıldığı “məzar yerində” tut ağacının (simvolik şəkildə) əkilməsi 
heç kəsi düşündürməmişdir. . .  
Adamlar xoş niyyətlə ziyarətdən qayıtdıqları zaman yol kənarında suyu qurumuş Pircuvar 
çayının yatağına rast gəlirlər. Yaz aylarında dağdan-təpədən axan sel suları özü ilə birlikdə  qırmızı-
qonur rəngli qum-çınqıl dənəciklərini gətirib çuxur yerlərə doldurar. Yağışdan-seldən sonra qum-çınqıl 
içərisində qara rəngli yumurta şəkilli meteoritlər gözə çarpır. Pircuvar selovunun allivüal qum 
yataqlarından tikinti materialı kimi istifadə olunur.  
Ziyarətçilərin (turistlərin) istəkləri ilə Əshabi-Kəhf dağı yaxınlığındakı yer altından qaynayaraq 
köpüklə qalxan mineral “Təndir bulağı”na baş  çəkə bilərlər (Qahab kəndindən 6 km. Cənub  şərqdə). 
Yerin təkindən hər on beş dəqiqədən bir mineral tərkibli soyuq su təzyiqlə yer səthinə çıxır. Revmatik 
xəstəliklərin müalicəsində əhəmiyyətli sayılan “Təndir bulağı”nda on dəfə çimməklə qeyri-adi rahatlıq 
tapmaq mümkündür. Həmin suyun kimyəvi tərkibi radonlu, karbonqazlı, az minerallaşmış (1 litrində 
4,7%) hidro karbonatlı, xlorlu-sulfatlı, natriumlu-kalsiumludur.  
“Təndirin” çatları laqeydlikdən tullantılarla dolduğundan bulağın su potensiyalı illərlə azalmağa 
başlamışdır.  
“Kim zərrə  qədər yaxşı  iş görmüşdürsə, onun xeyrini də görəcəkdir. Kim zərrə  qədər pis iş 
görmüşdürsə onun zərərini də görəcəkdir”. (Quran, “Əz-Zilzal” (99) s. a. 7-8) 


 
48
Şahbuz rayonundakı ziyarətgahlar 
 
“Hər tərəfi zirvəlidir, çiçəkləri təzə tərdir.  
Sərt qayası bir əsgərdir, ziyarətə gəl Şahbuza.  
Çınqıllısı, Zor bulağı, hər bir otu can dərmanı,  
Könlün oxşar hər zəvvarı, ziyarətə gəl Şahbuza.  
İnsanları duz-çörəkli, çox mehriban bir ürəkli,  
Oğullar var şir biləkli, ziyarətə gəl Şahbuza.   
Sürüləri yaylaqlarda, Salvartıda, Batabatda,  
Nəğməsi var dodaqlarda, dincəlməyə gəl Şahbuza,  
Ziyarətə gəl Şahbuza. 
 
(” Şahbuzlu şair N. Zeynalovun şeri ixtisarladır.) 
 
Nuh yurdunun füsunkar dilbər guşələrindən biri olan Şahbuz rayonunun ərazisi 0,82 min km
2

əhalinin sayı isə 21.641 nəfər (2006-cı ilin st. məl.) olmaqla bağçılıq və heyvandarlıqla məşğuldurlar.  
Şahbuz qəsəbəsinə Naxçıvandan 33 km-lik məsafədə asfalt yolu gəlir. Rayonun fiziki coğrafi 
relyefi dağlıq ərazilərdən və azacıqda meşə-kolluqdan ibarətdir.  
Ərazidəki yüksək yerlər Camaldın dağı (3.204 m), Salvartı dağı (3.161 m), Kükü dağı (3.120 m), 
Keçəl dağı (3.118 m), Biçənək (Ərikli gədik) aşırımı (2.346 m) olmaqla ən alçaq yeri isə okean 
səviyyəsindən 1.000 m yüksəkdə yerləşən Əzizbəyov kəndindəki Naxçıvan çayının sahilləridir.  
Rayondakı əsas hidro mənbə Qanlı  və Batabat gölləridir ki, mənbələrini bulaqlardan götürərək 
Kükü çayı ilə axaraq Naxçıvan çayına (81,2 km) tökülür. Naxçıvan çayının üstündə 1999-cu ildə 
tikilmiş Heydər (Vayxır) gölünün su tutumu 100 mln. m
3
, sahəsi isə 4,54 km
2
-dir.  
Şahbuz rayonundakı əhalisi türk dilli oğuz tayfaları olmaqla tarixi köklərini, adət və ənənələrini 
qoruyub saxlamışlar.  Ərazilər qədim  İnsanların yaşayış  məskənləri olmuşdur. Batabat yaylasındakı 
qədim daş karxanaları, Kolanı, Mahmudoba və Külüs kəndlərindəki nekropollar Eramızdan  əvvəl II-I 
minilliklərdən xəbər verir.  
Keçili kəndindəki qəbirüstü daşlarda qədim mixi xətti ilə yazılar Eramızdan  əvvəl III-II 
minilliklərdən qalmış hələ də tarixçi etnoqrafları maraqlandırır.  
Şahbuzlular işgüzar, qonaqpərvər və uzunömrlüdürlər. Ərazidə ulu əcdadlarimizdan qalma milli 
adət-ənənələr, dekorativ tətbiqi sənət nümunələri,  şifahi folklor mədəniyyəti, aşıq-saz sənəti bu günə 
kimi əhəmiyyətini itirməmişdir.  
Şahbuz xalqı islam mənəviyyətinə diqqət yetirməklə yanaşı humanitar-hüquq elimlərinə  də 
maraq göstərirlər. Biçənək meşəsində tikilmiş astrofizika rəsədxanası hələ sovetlər dövründən qurulmuş 
və tədqiqatlar aparılır. Şahbuzlular Məmməd Araz poeziyasının vurğunu olmaqla onunla fəxr edirlər.  
Ulu Tanrı bu yerlərə cənnət gözəlliklərini bəxş edərək şəfa verici dərman bitkiləri bitirmiş, dadlı 
meyvələr yetirmiş, müalicəvi mineral sulu bulaqlarla zənginləşdirmişdir.  
Batabatla Salvartı yaylaqlarında bəslənilən arı balları, Keçilinin, Külüsün ətirli meyvələri
Badamlının, Gömürün mineral suları süfrələrin bəzəyi olaraq İnsanların həyat tərzini yaxşılaşdırmışdır.  
Biçənəyin yemişan kollu meşəsində bitən baldırqanı, çaşır və ətirli kəklikotu, dağ nanəsi, əvəz 
olunmaz milli mətbəx nemətləridir.  
Biçənək meşəsində nadir heyvanlar yaşayır ki, onlar qonur ayı, meşə donuzu, tülkü, kəklik və 
sairədirlər. Azərbaycan ərazisində ən təmiz havası olan yer Biçənək meşəsindədir.  
Şahbuz rayonu mərkəzində son illərdə yaraşıqlı  məscid binası tikilib möminlərin ixtiyarına 
verilmişdir. Rayon mərkəzində dövlət tərəfindən diqqət mərkəzində olan Ahıllar evində  mənəvi 
tədbirlər keçirilir.  


 
49
Xudavəng piri  
 
Həmin pir yeri Şahbuz rayonundakı Kükü kəndinin şimal qurtaracağındadır.  
Kükü kəndinin adının əmələ gəlməsi qədim türk oğuzlarının ləhcəsində “Otlu yer” mənasından 
yaranmışdır.  
Dağ  çəmənliklərində bitən  ətirli pencərlərdən bişiriliən milli “kükü” yeməkləri  şübhəsiz ki, bu 
kənddən yaranmışdır.  
Kükü kəndinə Şahbuz qəsəbəsindən 20 km-lik məsafədə asfalt yol gəlir. Ərazinin coğrafi relyefi 
dağlıq olduğundan burada Alp çəmənliklərində ağ ot (şiyav), çaşır, baldırqan, dağ laləsi, dazı otu, kəklik 
otu və başqa bitkilər yayılmışdır. Kəndin ortasından axan Kükü çayı (20 km) okean səviyyəsindən 2500 
m yüksəklikdən başlayır.  
Kükü kəndində 1466 nəfər (2005-ci ilin st. məl)  əhali yaşayır,  əsas məşğuliyyətləri arıçılıqla 
heyvandarlıqdan ibarətdir.  
Kənddə XIX əsrdən qalma məscid binası indiyədək fəaliyyət göstərməkdədir.  
Kükü kəndinin yaranmasına əsas səbəb ərazidə İslamdan öncə atəşpərəst Xudavəngilər tayfasının 
məskunlaşması olmuşdur. Həmin tayfa kahinləri tərəfindən ərazidə Xudavəng məbədini tikiblər. Onun 
fəaliyyəti orta əsrlərdə geniş şöhrət tapmışdır.  
Kükü kəndinə Abbasilərin xəlifəliyi dövründə yaxın  şərq ölkələrindən təqib olunmuş  şiə 
təriqətindən olan müsəlmanlar gəlmişlər. Həmin müsəlmanlar arasında Həzrət Əlinin (ə) nəslindən olan 
yeddinci imam Musa Kazimin övladlarından da olmuşlar.  
Kükü kəndinin əhalisi qısa ömürlüdürlər. Buna səbəb isə ərazidəki bioloji amillərin (qoz, qovaq, 
ardıc və sair) təsirindəndir.  
Kənddəki Xudavəng pirinin adı qədim türk oğuzlarının ləhcəsində “Səslənən yer” və yaxud da 
ki, ”Yaradanın çağırışı” mənasındadır.  
Orta  əsr atəşpərəstləri burada Zərdüştçülüyü yayaraq kahinlər tərəfindən xüsusi formada 
(gurultulu) səs çıxararaq ayinlərini icra edər, ”günahkar” qız uşaqlarını tonqalda yandırmaqla yaradana 
qurbanlar verərdilər.  
Küküdəki Xudavəng məbədinin tikilmə tarixi orta əsrlərin IV-VII əsrlərinə aid edilir (Q. Həsənov 
“Naxçıvan MSSR-in tarixi və arxeoloji abidələri”. Naxçıvan-1988. səh. 14). 
Pir  ərazisinin sahəsi 6400 m
2
. Kənd seysmik zonada olduğundan,  ərazidə tez-tez yeraltı 
tərpənmələr müşahidə edilir. Nəticədə pirin (məbədin) möhtəşəm binası dəfələrlə uçub zədələnmişdir.  
Doxsanıncı ildə pir binasında nadanlar tərəfindən xalqımızın tarixi arxeoloji abidəsi sökülərək 
dağıdılmışdır. Sökülmüş məzar yerində saxsı küpə qırıqları tökülüb qalmışdır.  
Qədim məbəd tikilisi qırmızı-qonur tuf daşlarından dəmir alətlə yonularaq səliqə ilə hörülmüş, 25 
m
2
 çatan bina sahəsindən ibarətdir. Məbədin həyətinə giriş darvazası 4 metr enində  və 5 metrdə 
ucalığında iki tağlı taxta qapıdan ibarət olmuşdur. Həyətdəki suyu şəffaf olan çeşmə üzüaşağı  kəndə 
tərəf axır.  
Çeşmənin ətrafında üzü yonulub naxışlanmış daşlarla hörülmüş hovuz vardır.  
Həyətin  şimal-qərb tərəfində  məbədin  əsas binasına yapışıqlı 40 metr uzunluğunda yardımçı 
otaqlar tikilmişdir. Məbədin ümumi binasının forması Kiril əlifbasındakı “P” hərfinə oxşadılması 
zəlzələdən silkələnmənin qarşısını almaq üslubundadır.  
Maraqlıdır ki, yonulmuş hörgü daşlarının üzərində keçi, qoyun, öküz, ilan, it, pişik (bəbir), 
skafandırlı adam, ov ovlayan adam, günəş, ay və tonqalın alov şöləsi cizgiləri yonulmuşdur. Hörgü 
daşları dördbucaqlı formada yonularaq aralarına qum, əhəng, gil, yumurta sarısı qarışığından olan 
məhlul tökülərək hörülmüşdür.  
Pir binasının içərisindəki divarlarda qapı  və  pəncərə yerləri və mehraba oxşayan  əymə başlı 
taxçaları vardır. Birinci giriş otağının döşəməsində sökülüb dağılmış  məzar yeri qalmışdır. Xudavəng 
piri binasının uzunluğu 35 metr, eni isə 14 metrdir. Binaya daxil olarkən məzar olan otaqdan sola tərəf 
böyük uzunsov zala daxil olmaq üçün qapı yeri vardır. Binanın bütün qapı  və  pəncərələri, hətta üst 
örtüyünün tirləri götürülüb (çıxarılıb) aparılmışdır. Binanın  şimal-şərq tərəfində  təpəlikdə böyük 
dörkünc formalı üzləri yonulub naxışlanmış qurbangah daşı qoyulmuşdur.  
Zərdüştçülükdə həmin daş üzərinə ölən İnsanların meydləri ilə “günahkar” qız uşaqları qoyularaq 
(uzadılaraq) yandırılardı.  


Yüklə 6,65 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə