Məşhədi Feyruz Bağırlı



Yüklə 6,65 Mb.
Pdf görüntüsü
səhifə16/41
tarix27.10.2018
ölçüsü6,65 Mb.
#75801
1   ...   12   13   14   15   16   17   18   19   ...   41

 
43
Əshabi-Kəhf piri 
 
Adı müqəddəs Quranda çəkilən  Əshabi-Kəhf piri, Babək rayonu ərazisində yerləşir (əvvəllər 
Culfa rayonu inzibati ərazisində olmuşdur), hündürlüyü okean səviyyəsindən 1.665 metr yüksəkdə olan 
Culus dağının mağarasındadır.  
Əshabi-Kəhf vulkanik mənşəli dağ-mağarasına Naxçıvan  şəhərindən 13 km-lik məsafədə rahat 
asfalt yol çəkilmişdir.  
Bu müqəddəs pir yerinin tanınması hələ İslamdan çox-çox öncə (E.ə. VII əsrdə) İnsanlara məlum 
olmuşdur.  
Əshabi-Kəhf pirinin yaranıb  şöhrət tapması haqqında çox rəvayətlər deyilsə  də, onlardan ən 
doğru-düzgünü Quran kitabında yazılanlardır.  
Zülmkar büdpərəst Diqyanusun (Dağyunusun) hakimiyyəti dövründə haqsızlıqlara dözməyən bir 
neçə gənc (onların doğru-düzgün sayını yalnız Allah bilir) yaşadıqları Tərsus şəhərindən qaçaraq Qitmir 
adlı  qırmızı tük itləri ilə birlikdə 309 il mağarada yatıb durmuş  və sonradan Allah tərəfindən qeybə 
çəkilmişlər.  
Həmin vaxtan da İnsanlar dağdakı mağaranı inanc yeri bilərək ziyarətgaha çevirmişlər.  
 
Britaniya muzeyində “Munisnamə” adlı  əlyazması saxlanılır ki, müəllifi XII əsrdə yaşamış 
Əbubəkr ibn Xosrov əl-Ustaddır. (Rusca surəti Azərb. MEA-ın kitabxanasındadır.)  
Əlyazma 750 səhifə olaraq 17 fəsldən (babdan) ibarətdir. Maraqlıdır ki, buradakı 26-cı hekayə 
“Əshabi-Kəhf, Dağyunus və onların başına gələn işlər” adlanmışdır (“Şəhriyar” qəzeti, 1997-ci il № 3, 
4, 5). 
Şərqşünas S. Bəlağinin fikrincə  həmin hadisə, bizim eranın 249-251-ci illərində yunan 
Deyokusun (Dəqyənusun) hakimiyyəti illərində Kiçik Asiyadakı indiki İzmir şəhərindən 40 km. cənub-
şərq tərəfdəki dağda baş vermişdir (S. Bəlaği. “Quran qissələri”. Bakı-1992. səh. 237). 
“Munisnamə”dəki 26-cı hekayənin məzmunu belədir
Rumlu Deyokus (Dəqyənus) adlı bir şəxs  İran  ərazisində  təsadüfən xəzinə tapmaqla, özünə 
yaraşıqlı ev tikdirmiş, İran şahı ilə dost olmuşdur. 
Dəqyənus  İran  ərazilərinə hücum edən Rumlu sərkərdəni onun əsgərlərinin  əli ilə xainliklə 
öldürtdürür. Daha sonra isə azğınlaşaraq “dostu” İran hakimini arvadının əli ilə zəhərlədərək öldürür.  
Dəqyənus ərazilərə hakim olmaqla qonşu vilayətlərin torpaqlarına sahib çıxır.  
O, tezliklə “allahlıq” iddiasına düşərək xalqa zülmlər edir. Onun yaxın adamları olan Təmlixa, 
Təmlisa, Sətlixa, Zurnuş, Azənuş  və Sadiqnuş, Dəqyənusun məsləhətçiləri olurlar (Qurana görə 
gənclərin sayı və adları yalnız Allaha bəllidir. Üləma S. Bəlağiyə görə onlar 1) Məksəlminə, 2) Təmlixa, 
3) Yətunəs, 4) Saziyənus, 5) Minunəs, 6) Rəyyan, 7) Kətittunəs və 8) Tənur olmuşlar.  Şərqşünas  Ə. 
Əhmədova görə isə, (“Nikatül-Quran, səh. 172) 1) Təmlixa, 2) Bərnus, 3) Sərnuş, 4) Məksilma, 5) 
Məslina, 6) Sazənus, 7) Kəftənus (çoban) və onun Qitmir adlı iti ). 
Araz çayı sahillərindəki Tərsus şəhərinin hakimi Dəqyənus bir gün ovda olarkən vəziri Təmlixa 
ilə onun dostları şahın zülmkarlığından yaxa qurtarmaq üçün dağlara tərəf qaçırlar.  
Yolda onlara qoyun otaran bir çoban rast gələrək  əhvalatdan xəbər tutmaqla Qitmir adlı iti ilə 
qaçanlara qoşulur.  
Qaçqınlar Culus dağındakı mağaraya gəlib çatırlar, oradakı kahada oturub dincələrkən Allahın 
qüdrəti ilə yatmıçlar. Bu zaman bir mələk onlara gözətçi olmuşdur.  
Ovdan qayıdan Dəqyənus vəzirlərinin qaçdıqlarını öyrənməklə onların dalınca atlı göndərir.  
Əhalisinə zülmlər verən Dəqyənusun qulağına it milçəyi girməklə onu öldürür.  Yaradanı 
tanımayan günahkar Tərsus əhalisi güclü zəlzələ nəticəsində məhv olurlar.  
İllər keçir mağaradakı kahada yatanlar 309 ildən sonra Allahın qüdrəti ilə oyanırlar. Elə hiss 
edirlər ki, yatdıqları vaxt bir gecə olmuşdur. Qaçan gənclərdən birinin ayağındakı yara yerinin 
sağaldığını görüb təəccüblə Yaradana şükrlər edirlər.  
Çörək almaq üçün Təmlixanı çobanın paltarında  şəhərə göndərirlər. Çörək satan Təmlixanın 
verdiyi “qədim” sikkəni gördükdə onun xəzinə tapdığını güman edir, şübhəli adam kimi tutdurur.  
Şəhərin hakimi Nikofusun hüzurunda əlacsız qalan Təmlixa  əhvalatı  əvvəldən axıradək onlara 
danışır. Söhbətdən maraqlanan adamlar Təmlixanın sözlərinin doğru olmasını görmək üçün onunla 


 
44
mağaraya tərəf gedirlər. Təmlixa mağaraya çatdıqda adamlara bildirir ki, qabaqda gedib yoldaşlarını 
xəbərdar etsin və onlar izdihamı gördükdə qaçmasınlar.  
Təmlixa mağaraya gələrək  əhvalatı dostlarına bildirdikdə, onlar izdihamdan qorxaraq qaçmaq 
istəyirlər. Qitmir köpək gələnlərə  tərəf hürür və onlar çobana iti təcili öldürməsini bildirirlər.  Əlacsız 
qalan çoban vəfalı dostunu əlindəki çomağı ilə öldürür. Əhali onlara yaxınlaşdıqda gənclər qorxaraq 
mağaranın içərisinə qaçırlar. Şəhərdən gələnlər maraq üçün qaçanların ardınca mağaraya girirlər.  
Gənclər mağaranın qurtaracağında Allahdan nicat istəyirlər. Allah-təala qüdrət və möcüzələrini 
göstərərək adamların gözü qarşısında onları qeybə  çəkməklə yox edir. Bütün bu möcüzəni görən 
hökmdar Nikofus Allahın qüdrətinə inam gətirərək mömünlərdən olur.  
Hökmüdarın əmri ilə mağarada məbəd tikilmiş və gənclərin əhvalatını divara yazırlar 
(“Munisnamə”, vərəq 215-247. K. Nikitin “Narodnıye predaniya v Nax. uezde” (rusca). Tiflis-1882. 
səh. 107)
 
Mağarada qeyb olanların əhvalatları ilə bağlı yəhudi mifologiyasında yazılı mənbələrdə (Əhdi-
əqiqdə) göstərilmişdir ki, Efes şəhərində yaşayan yeddi gəncin bütpərəst imperatorun zülmlərindən 
qaçaraq 309 il mağarada yataraq durmuşlar.  
Maraqlıdır ki, həmin hadisə ilə  əlaqədar hər ilin 4 avqust və 22 oktyabr tarixlərində  Yəhudi 
dinində olan mərasim kilsələrdə qeyd olunur.  
Həmin hadisə imperator Dekiy (249-252-ci illər) dövründə (III əsrdə I Şapur şahın (241-272-ci 
illər) hakimiyyəti) olmuşdur.  
Araz çayının sol sahilində rumlu hökmdar Dekiyə xalq arasında Dəqyənus (zülmkar deməkdir) 
adını vermişlər (E. A. Krımskay “Sem spyaşix otrokov efesskix” (rusca), Moskva-1914)
Əshabi-Kəhflə bağlı deyimlər yeddi gəncin qeyb olduğu mağara  əhvalatını bir neçə yerlərdə 
olduğunu iddia edirlər. Onlar Kiçik Asiyada (Türkiyədə), Fələstində, Suriyyada və Azərbaycanda 
(Naxçıvanda) olanlardır.  
Lakin bilmək lazımdır ki, Quranda yazılan gənclərin  əhvalatları  məhz Naxçıvandakı mağarada 
olmuşdur. Bunu hələ XVII əsrdə məşhur səyyah Adam Oleri yazılarında göstərmişdir.  
Əshabi-Kəhf mağarası ilə əlaqədar olan xalq deyimləri məhz Nuh yurdu deyilən Naxçıvandadır 
(S. M. O. M. P. K. T. P. (rusca), Tiflis, 1882. səh. 108-117).  
Heç şübhəsiz ki, “Munisnamə”nin müəllifi ya Nuh yurdunda olmuş, ya da naxçıvanlı səyyah və 
tacirlərin söyləməsi  əsasında yazıya almışdır. Bütün bu adı  çəkilən  ərazilərdə qeybə  çəkilmişlərin 
“qəbirləri” vardır.  İddiaçıların Qurandan xəbərləri yoxdur. Çünki müqəddəs Quranda onların qeybə 
çəkildiklər vurğulanır. Qeybə çəkilən insanların qəbirləri ola bilməz! 
Missionerlər çalışırlar ki, qazanc məqsədi ilə “müqəddəs” yerlərə turistləri cəlb etsinlər.  
Naxçıvandakı müqəddəs Əshabi-Kəhf ziyarətgahı Quranda yazılanlara oxşardır. Haliyyədə şərq 
ölkələrindən bura gələn turistlərin maraqları artdığından, Naxçıvan MR Ali Məclisinin 9 fevral 1998-ci 
il tarixli sərəncamı ilə pirdə abadlıq işləri aparılmış, içməli su çəkilmiş,elektrik işıqları quraşdırılmış və 
ziyarətçilərin məişət şəraitini yaxşılaşdırmaq üçün binalar tikilmişdir.  
Mağaranın girəcəyində üzərində “Əshabi-Kəhf piri Azərbaycan prezidenti H. Əliyevin təşəbbüsü 
ilə burada bərpa və yenidənqurma təmir-tikinti işləri aparılmışdır” sözləri yazılmış qaya parçası 
qoyulmuşdur. 
 Nuh yurdunda yaşayan xalq arasında Əshabi-Kəhflə bağlı şifahi əsatir tarixində belə deyilir (H. 
S. Həsənli “Əshabi-Kəhf” (məlumat kitabı), Bakı İslam Universiteti, Bakı-2001)
Ölən  şəhərdə (Araz çayın sol sahilində) zalım büdtpərəst Dağyunusun məmləkətində (Nuh 
yurdunda), hökmdar elan edib deyir:“Yer üzünün Allahı  mən özümüməm və dediyiniz gözə 
görsənməyən tanrınızı tanımıram”. 
Günlərin birində hökmdarın qulağına it milçəyi girərək ona əziyyət verir. Bunu görən vəzirlər 
Təmlixa ilə Müslüm hökmüdara deyirlər ki, sən necə “allahsansa” bir milçəyi qulağından çıxara 
bilmirsən? 
Hökmdar belə  tənəli sözlərdən qəzəblənərək vəzirlərini edam etdirmək istəyir. Vəzir Təmlixa 
dostları ilə bərabər şəhərdən dağlara tərəf qaçırlar. Yolda qarşılarına çıxan hökmdarın çobanı əhvalatı 
onlardan öyrənir və sürünü buraxaraq onlara qoşulur.  
Çobanın qırmızı tüklü Qitmir adında vəfalı iti onlarla getmək istədikdə onu qovmaq istəyirlər.  


Yüklə 6,65 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə