Məşhədi Feyruz Bağırlı



Yüklə 6,65 Mb.
Pdf görüntüsü
səhifə13/41
tarix27.10.2018
ölçüsü6,65 Mb.
#75801
1   ...   9   10   11   12   13   14   15   16   ...   41

 
33
 “Ağac piri” 
 
“Ağac piri” Sirab kəndinin mərkəzindəki XIX əsrdə tikilmiş məscid binasının yanındadır.  
Pir yeri dağ daşlarından tikilərək kiçik daxmadan və içərisindəki məzardan ibarətdir.  
Daxmanın qarşısında yolun kənarında qurumuş tut ağacının kötüyü qalmışdır ki, həmin ağacı 
pirdəki məzarda dəfn olunmuş Mir Ağa adlı şəxs əkmişdir. Tutun kötüyündəki yumru halqaların sayı 
99-u keçdiyindən belə çıxır ki, təxminən 100 ildən öncə həmin tut ağacı orada əkilmişdir.  
1930-cu ilərdə kolxoz sədri tərəsindən “Pirağacı” kəsdirilmişdir. 
Daxmadakı məzar sahibi Mir Ağa (mərhumun əsl adı naməlumdur) keçmiş günlərdəki Əshabi-
Kəhf ziyarətçilərindən olan əcnəbi müsəlmanlarından olmuşdur.  
Kəndin yaşlı adamları bildirirlər ki, Mir Ağa kənddəki məscid binasını xeyriyyəçiliklə tikdirərək 
adamları  İslam dininə  cəlb etmişdir. Kənddə bivaris yaşayan Mir Ağanın vəsiyyətinə görə  məhz 
yaşadığı məscidin həyətində dəfn etmişlər. Sonradan məzar üstündə kiçik “sərdabə” tikilərək məzarının 
qarşısındakı əkdiyi tut ağacını pir kimi ziyarətgaha çevirmişlər.  
Maraqlıdır ki, ”Ağac piri”ndə  əvvəllər olduğu kimi indi də, nəinki Sirab əhalisi hətta  ətraf 
kəndlərdən pirə gələrək orada qurban kəsib ehsanlar verirlər.  
“Yer üzündə olan hər kəs fanidir (ölümə  məhkumdur). Ancaq əzəmət və  kərəm sahibi olan 
Rəbbinin zatı baqidir. 
Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!” (Quran, “Rəhman” (55) s. a. 
26, 27, 28.) 
 
 
 


 
34
Səyyid Tağı piri 
 
Pir Sirab kəndindəki eyni adlı çayın sağ sahilində XVII əsrdən qalma daxmadadır.  
Daxmadakı  məzar üzərində  ərəbcə ”Kərbəlayi Səyyid Tağı” sözləri yazılmış kitabə vardır. 
Kənddəki yaşlı sakinlər pirin qəribəliklərindən həvəslə danışırlar ki, otuzuncu illərdə pir binası koxoz 
idarəsi olduğundan oradakı məzar yeri sökülmüşdür.  
Son illərdə pirdəki məzar bərpa edilərək ziyarətgaha çevrilmişdir. Kəndin xeyirxah möminləri 
bayram günlərində pirdə qurbanlar kəsdirib, ehtiyaclılara ehsanlar paylayarlar. Ehtimal etmək olar ki, 
mərhum Səyyid Tağı da şərq ölkələrindən gəlmə möminlərdən olmuş, vəsiyyətinə görə  kənddəki 
mömünlər tərəfindən onun şəxsi həyətində dəfn etmişlər.  
 
“İnamın olmasa Tanrıya, dinə, 
Bağında ot bitər gül əvəzinə. 
Görmək istəməsən fəryadı, ahı, 
Yadından çıxmasın haqqən dərgahı.” 
 
 (Ə. X. Dəhləvinin (1253-1325) şeiri ixtisarladır.) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
35
Xaraba məscid ziyarətgahı 
 
Sirab kəndinə girəcəkdə XVII əsrdə tikilmiş məscid binası vardır ki, kəndin əhalisi orada Quran 
oxuyub dualar edirlər. Bayram günlərində diqqətlə qulaq asıldıqda xarabəlikdən  İnsan iniltilərinin 
imdad səsləri eşidilir.  
Sovet dövrlərində  həmin məscidə  əhali arasında “cinli yer” kimi bildirilmiş, son illərdə isə 
ziyarətgaha çevrilmişdir.  
Əsl həqiqətdə isə xaraba məscid ziyarətgahı sirablıların unudulmaz mənəvi məzar yeridir.  
1918-ci ildə azərbaycan türklərinin qanına susayan millətçi Andranik Ozanyan silahlı dəstəsi ilə 
Naxçıvanı tuta bilməyərək Siraba gəlmişdir. Ermənilər kəndin əhalisini həmin məscid binasına yığaraq 
od vurub adamları ilə birlikdə yandırmışlar. Həmin faciənin hadisələrini kənddə olmayanlar sonradan 
erməni quldurlarının vəhşiliklərinin bir daha şahidi olmuşlar.  
Sovet dövləti qurulduqdan sonra yeni nəslin vətəndaşları ermənilərin vəhşiliklərindən xəbərsiz 
olduqlarından Xaraba məsciddəki həmyerlilərinin şəhid olmalarını unutmuşlar.  
Yaxşı olardı ki, müstəqilliyimizin inkişafı illərində Sirab kəndindəki Xaraba məscid ziyarətgahı 
xeyirxah adamlar tərəfindən abadlaşdırılaraq və orada qanlı-əzablı illərin tarixini yada salan 
monumental abidə ucaldılardı. 
“Onlar Allahın nurunu (İslam dinini) öz ağızları ilə söndürmək istəyirlər. Allah isə kafirlərin 
xoşuna gəlməsə də, öz nurunu (dinini) tamamlayacaqdır.” (Quran, “Səf” (61) s. a. 8.) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
36
Qara daş (Əhməd) piri 
 
Həmin pir yeri Babək qəsəbəsindən 8 km məsafədə Naxçıvan çayının sağ sahilindəki Tumbul 
kəndi ərazisindədir.  
Əhalisi Azəri türkləri olan Tumbul kəndində 1595 nəfər (2005-ci ilin st. məl.) vətəndaş yaşayır, 
əsas məşğuliyyətləri tərəvəzçilikdir.  
Kəndin qərb hissəsində köhnə qəbrstanlıq yerində kiçik təbii qaya altında “Qara daş” və yaxud 
da “Əhməd piri” vardır. (2 iyul 1988-ci ildə Naxçıvanda baş vermiş  zəlzələdən pirdəki qaya 
parçalanaraq uçmuşdur.) 
Keçmiş vaxtlarda kəndin əhalisinin mənəvi görüşləri indikindən çox olmuşdur. Belə ki, 1930-cu 
illərdə Tumbul kəndinin mollası  Kərbəlayi Seyfulla (ona Hacı Axund da deyərdilər), hökümət 
məmurları tərəfindən təqiblərə məruz qalaraq Arazdan İrana keçməli olmuşdur. . .  
“Qara daş” (Əhməd) pirinin yaranmasını kəndin möminləri belə danışırlar ki, əvvəllər kənddəki 
Kənkanlı, Qəmbərli, Səfərli, Gödəkli, Kərpicli, Usubuşağı və digər tayfalar arasında ziddiyyətlər olardı. 
Tayfalararası savaşlar baş verdikdə  kəndin ağsaqqalı mömün Əhməd kişi  əli silahlı  həmkəndlilərinin 
qəfil qurbanı olur. Günahkar adamlar öldürdükləri mərhumun meydini sürüyərək aparıb köhnə 
qəbrstanlıqdakı qayanın altına atırlar.  
Ertəsi günü tayfalararası savaşlara son qoyulur. Kəndin mollası  Kərbəlayi Seyfullanın sözü ilə 
ölünü dəfn etmək istəyirlər.  
Onlar meyidin atıldığı yerə gəldikdə orada meyit əvəzinə iri qara daşın olduğunu görürlər. Hacı 
Axund bu işdə Allahın möcüzəsinin olduğunu bildirərək uca səsi ilə minancat verib, kəndlilərini qan 
tökməkdən çəkindirir.  
Tayfalararası barışıqdan sonra hər tayfadan iki yaşar qoçları Allah yolunda qurban kəsib  ətini 
yoxsullara paylayırlar.  
O vaxtan Qara daş (Əhməd) pirində hər il ziyarətçilər gələrək qurbanlar kəsib ehsanlar paylarlar.  
Haliyyədə pirdəki böyük daşın yanına kiçik qara daşlar da qoyulmuşdur.  
Tumbullular bir-birləri ilə qohum olaraq mehriban və  səmimi  şəraitdə yaşayaraq 
qonaqpərvərdirlər. Azərbaycanın xalq artisti, prezident təqaüdçüsü, Tümbul kəndinin ağsaqqal 
müğənnisi, 78 yaşlı Abdulla Babayev musiqi sevərlərin yaxın dostu kimi hamının rəğbətini 
qazanmışdır.  
“Şübhəsiz ki, Allah göylərin və yerin qeybini (gözə görünməyən sirlərini) bilir. Allah sizin nə 
etdiklərinizi görəndir!” (Quran, “Hucurat” (49) s. a. 18.) 
 
 
 


Yüklə 6,65 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə