Məşhədi Feyruz Bağırlı



Yüklə 6,65 Mb.
Pdf görüntüsü
səhifə19/41
tarix27.10.2018
ölçüsü6,65 Mb.
#75801
1   ...   15   16   17   18   19   20   21   22   ...   41

 
50
Sovetlər dövründə  həmin pir yerinə  ətraf kəndlərdən ziyarətçilər gəlib, bulaq başında Allaha 
qurbanlar kəsib ehsanlar verərdilər.  
Xalqımızın milli bayramı Novruzda kükülülər pir binasının geniş  həyətində tonqal yandırıb, el 
şənliklərini keçirərdilər. Aşıqlar saz götürüb mənəvi söz yarışına girər, vətənpərvərlik nəğmələrini 
oxuyardılar.  
Haliyyədə milli sərvətlərimiz olan Xudavəng pir binasının hörgü daşları laqeydsizlikdən ayrı-ayrı 
adamlar tərəfindən sökülərək ləğv olunmaq təhlükəsindədir. . .  
Qədim Naxçıvan diyarında “vəng” adı ilə ikinci ziyarətgah (Astaabad şəhəri xərabəlilərində) yeri 
1965-ci ildə Araz çayı dəryaçasında qərq olaraq “Qızıl Vəng” adı ilə tariximizdə yazılmışdır.  
“...Mən sizi ibadət etdiklərinizə ibadət edən deyiləm! 
Sizdə mənim ibadət etdiyimə ibadət edən deyilsiniz! 
Sizin öz dininiz var, mənimdə öz dinim!” (Quran, “Kafirlər” (109) s. a. 4-6.) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
51
Hovuz piri 
 
Pir yeri okean səviyyəsindən 2.600 metr yüksəklikdə  Şahbuz rayonunun Keçili kəndi 
ərazisindədir. Rayon mərkəzindən həmin kəndə 20 km-lik məsafədə asfalt yol uzanır.  
Keçili kəndi, təbii gözəllikləri ilə digər kəndlərdən fərqlidir. Adi mahnılarda səslənən “Çınqıllı 
bulağı”nın sərin suyu, ərazidəki Siçanlı dağın ətəyindən çıxaraq borularla bir hissəsi kəndin içərilərinə 
çəkilmişdir. 
Keçili kəndində 1.702 nəfər (2005-ci ilin st. məl) türk dilli oğuzlar yaşayaraq,  əhalinin  əsas 
məşğuliyyətləri bağçılıq və heyvandarlıqdan ibarətdir.  
Kəndin adının yaranması  əraziyə  gələn Sofulu tayfası  tərəfindən verilərək, buradakı vəhşi keçi 
sürüləri ilə əlaqədardır. Bundan sonra isə əraziyə Gorusdan Alməmmədli, Hacılı, Zeynalxanlı, Əşkaflı 
və başqa tayfalar da köçərək məskunlaşmışlar.  
Əraziyə  gələn ilk Sofulu tayfasından olanlar ovçuluqla məşğul olaraq, dağ  və köfşənlərdə 
müxtəlif pirləri yaratmışlar.  
Əhali  əzəldən bəri müxtəlif niyyətlərlə yaratdıqları pirlərdəki yabanı gilə meyvə kolları 
budaqlarına, rəngli əsgi parçaları bağlayarlar.  
Həmin adətlər qədim ovçu oğuzlarından qalaraq, getdikləri naməlum yerlərdən azmamaq üçün 
ağac və kol budaqlarına parçaları bağlamaqla yolu bələdləyirdilər. Təssüf ki, İslam dinində bütpərəstliyə 
aparıb çıxaran həmin adətlər dövrümüzədək qalmışdır. Belə “pir”lərdən Duzdağ piri, Tanın piri, 
Ərəzinmülkü piri, Sultanbudu piri, Yarğanbaşı piri və başqalarını göstərmək olar.  
Kəndin mərkəzində  sıldırım qayanın aşağısında (şəlalə yerində) Hovuz piri vardır ki, həmin 
ziyarətgah nəinki kənddə, rayon miqyasında şöhrət tapmış inanc yerlərindəndir.  
Övlad həsrətində olanlar pirə ziyarətə gəlməklə Allahın köməkliyi ilə arzularına çatmaq istərlər.  
Keçili əhalisi uzunömürlü olmaqla ərazidə üç qəbrstanlıqdan biri orta əsrlərdən qalmadır. Kəndin 
mərkəzindəki qədim məscid binasından indi də istifadə olunur.  
Hovuz pirinin yaranması haqqında mömün yaşlı adamlar söyləyirlər ki, Sofulu tayfasından olan 
mömün Kərim kişi, bir gün yuxusunda görür ki, keçilərini suvardığı “şəlalə yeri” müqəddəs məkandır.  
Kərim kişi kənddəki “şəlalə yeri”ni daş-kəsəkdən təmizləyərkən lil altından təbii hovuz yerini 
aşkar edir. “Hovuzun” içərisini təmizlərkən oradan qum altından qovuna oxşar qara daş (meteorit) tapır.  
Tezliklə ahıl Kərim kişi  əcəli ilə dünyasını  dəyişir. Adamlar onun cənazəsini mərhumun 
vəsiyyətinə görə “hovuz”un yanında basdıraraq, tapdığı “qara daşı” da, baş daşı qoyurlar.Niyyət edənlər 
hər ilin Qurban bayramı günlərində “hovuz”un yanında gətirdikləri heyvanlarını Allah yolunda kəsərək 
ehsanlar verirlər.  
1963-cü ildə kənddə yağan güclü leysan nəticəsində şəlalədən tökülən sel suları “Hovuz pirini” 
uçuraraq, məzar yerini də dağıtmışdır.  
1988-ci ildə pir yeri təzədən bərpa olunaraq orada sərdabə tikmiş  və simvolik məzar yeri 
düzəldilmişdir. Xoşbəxtlikdən sel suları ağır qara daşı uzaqlara apara bilmədiyindən, tapılaraq yenidən 
Kərim kişinin məzarına qoyulmuşdur.  
Pirə gələn ziyarətçi gəlinlər niyyət edib qara daşı qucaqlarına götürərək Allahdan nicat istərlər. 
Hər kimin duasını Ulu Tanrı  qəbul edərsə daşın çəkisi “azalmaqla”, oğlan uşağına hamilə qalarlar. 
Niyyətlərinin qəbul olması ilə  əlaqədar, gətirdikləri qurbanlıqlarını Allah yolunda kəsdirib yoxsullara 
ehsan edər və Kərim kişinin də ruhuna dualar oxunar.  
Deyilənlərə görə keçilili Əbdülün (Qaçaq Quşdanın) anası Züleyxa da, bir vaxtlar hovuz pirindən 
nicat tapanlardan olmuşdur.  
“(O Rəbbin ki) insana bilmədiklərini öyrətdi. Xeyir insan azğınlıq edər, axı sənin axır dönüşün 
Rəbbinədir!” (Quran, “Ələq” (96) s. a. 5-6, 8.) 


 
52
Yel piri 
 
Şahbuz rayonundakı Badamlı  kəndinin 4 km şimal qərb hissəsində qonşu  Şada kəndinə gedən 
yolun kənarında, qədim bir tikili (məbədgah) vardır ki, ora “Yel piri” deyərlər.  
Həmin məbəd binası islamdan öncə atəşpərəstliklə bağlı olaraq orta əsrlərin IV-VII yüzilliyinə 
aid edilərək Kükü kəndindəki Xudavəng ziyarətgahını xatırladır.  
Şahbuz qəsəbəsindən Badamlı kəndinə 14 km-lik məsafədə asfalt yol gəlir.  
Badamlı  kəndi  əraziləri qədim və orta əsr dövrləri  İnsanlarının yaşayış  məskənləri 
olmuşdur.Bütün bunlara sübut olaraq ərazidə X-XV əsrlərin nekropol və kurqan yerlərinin olmasıdır.  
Kəndin ərazisində Azərbaycanda süfrə suyu kimi şöhrət tapmış “Badamlı” mineral suları zavodu 
vardır. Zavodun istehsal gücü ilbəil artaraq sifarişçilərin rəğbətini qazanmışdır. Badamlı  kəndinin 
yaranması  əraziyə  cənubi Azərbaycandan gələn Gardalı tayfasının fars ləhcəli sözlərindən olmaqla 
“yelli su” mənasındadır.  
Badamlı  kəndində Gardalı, Alqocalı,  İsmayıllı, Layışlı, Qaraboyalı  və başqa tayfalar 
məskunlaşmışlar. Kənddə  əskidən qalma iki məscid və iki qəbrstanlıq vardır.  İnsanları uzun 
ömürlüdürlər.  
Badamlı  kəndinin  əhalisi 1.101 nəfər (2005-ci ilin st. məl) olaraq əkinçilik və heyvandarlıqla 
məşğuldurlar. Kəndin  ərazisində iki pir yeri vardır ki, onlardan biri rayonda şöhrət tapmış “Yel piri” 
(Pir-e-bad) və onunla qarşı tərəfdəki Çaxmaqlı təpəsindəki “Yemişanlı”dır. Yel pirinin şöhrət qazanması 
ora gedən xəstə ziyarətçilərin oynaq sümüklərindəki kəskin ağrıların sağalmasıdır.  
Haliyyədə tarixi bina (atəşpərəstlik məbədi) yarı uçuq vəziyyətdədir.  Şada selovunun sağ 
sahilindəki “Şeş təpəlik” (burada altı sayda təpələr vardır) ərazisindədir.  
Ərazidə yabanı ağaclardan alma, armud, kol bitkilərindən yemişan, zirinc, it burnu (həməsur) və 
sərin sulu bulaqlar ziyarətçilərə xoş təsir bağışlayır.  
Pir binası (orta əsr atəşpərəstlərin məbədi) qırmızı-qonur rəngli yonulmuş tuf daşları ilə 
hörülmüşdür. Binanın hündürlüyü 6, uzunluğu 12, eni 6 və divarların qalınlığıisə 1 metr ölçüsündədir. 
Binanın üst örtüyü ortadan yanlara maili vəziyyətində qurulmuş doxsanıncı ildə üst örtük tirləri, habelə 
qapı və pəncərələri sökülüb aparılmışdır.  
Binanın üst örtüyünü saxlamaq üçün 1x1 metr qalınlığında qoşa dayaq sütunlar hörülmüşdür. 
Bina  əsasən böyük otaqdan ibarətdir.  İçərisində sökülmüş  məzar yeri vardır. Kəndin yaşlı sakinləri 
təsdiq edirlər ki, həmin məzarda  əraziyə  gəlmiş Gardalı tayfa başçısı basdırılmışdır. Qəbrin üzərində 
əski (fars dilində) əlifbada yazılı daş lövhə olmuşdur.  
Pirin həyətində tikilmiş yardımçı binalar sökülərək bərbad vəziyyətinə salınmışdır. Maraqlıdır ki, 
həyətin cənub tərəfində bir neçə müsəlman məzarları qalmışdır. Ola bilsin ki, həmin qəbirlər pirə baxan 
mücövürlərindir.  
Pirdəki binanın içərisində küncdə atılıb qalmış 50 sm. diametrində və 20 sm. qalınlığında dairəvi 
formada daş vardır ki, onu bir neçə dəfə əzadakı ağrıyan yerə sürtməklə xəstələrin ağrıları azalır.  
Pirə gələn xəstələr niyyət etdikləri qurbanlarını kəsib Tanrıdan nicat istərlər və oradakı ağacları 
suvararlar. 
“And içirəm qiyamət gününə, O gün neçə-neçə üzlər sevinib güləcək, O gün neçə-neçə üzlər 
tutulub qaralacaq.” (Quran, “Qiyamət” (75) s. a. 1, 22, 24.)  


Yüklə 6,65 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə