Məşhədi Feyruz Bağırlı



Yüklə 6,65 Mb.
Pdf görüntüsü
səhifə20/41
tarix27.10.2018
ölçüsü6,65 Mb.
#75801
1   ...   16   17   18   19   20   21   22   23   ...   41

 
53
Şah Abbas piri  
 
Həmin pir yeri Şahbuz rayonundakı Biçənək kəndinin yaxınlığındakı Batabat yaylasındadır. Bura 
e.ə. VII-VI əsrlərdə  dəmir alətlə yonularaq sonradan “Fərhad evi” adı ilə tarixi arxeoloji abidə kimi 
tanınmışdır.  
Biçənək kəndi rayon mərkəzindən 24 km şimal-şərqdə, Yevlax-Gorus-Naxçıvan avtoyolunun 
üstündədir. Kənddə 1.172 nəfər (2005-ci ilin st. məl) əhali yaşayır. Arıçılıq və bağçılıqla məşğuldurlar. 
Ərazidə müalicəvi mineral su bulaqları vardır.  
Burada orta əsrlərdən qalmış Xinzirək yaşayış yerinin xərabəlikləri dövrümüzədək qalmışdır. 
Batabat yaylasında Ermənistanla sərhəd zolağında hündürlüyü okean səviyyəsindən 2.346 metrə çatan 
“Ərikli gədiyi” aşırımı yerləşir.  
Tarixçilərin yazdıqlarına görə orta əsrlərdə  ərəb islam xilafətinin qoşun dəstələri Naxçıvanda 
olduqdan sonra “Ərikli gədiyi” aşırımından keçərək Qarabağ  səmtinə (Beyləqanla Bərdəyə) atlarını 
sürmüşlər. Həmin yerə də onlar “Ərk gədiyi” ərəbcə “Uca hasar”, ”qala keçidi” deməklə sonradan söz 
“Ərikli” adı kimi dəyişilmişdir.  
Biçənəklə aşırım arasında orta əsrlərdə tikilmiş aşırımlı daş körpü karvan yolu üstündə olmuşdur.  
Şah Abbas piri deyilən “Fərhad evi” Batabat yaylasındakı “Zor bulağın” şərq tərəfində (4000 m-
lik məsafədə) qara vulkanik tuf daş qayasındakı metal alətlə yonulmuş “mağara”dadır.  
Həmin iri daşın yarısı torpaq altında qalıb, içərisində dörd “otaq yeri” qazılmışdır.  
Otaqlar bir-birinin içərisindən keçməklə düz istiqamətdədirlər.  
Birinci “otağa” girmək üçün 2, 20x1, 30 metr ölçüsündə “qapı” yeri qazılıb çapılmışdır.  
Maraqlıdır ki, həmin “qapı” yerindən birinci “otağa” girərkən sağ tərəfdəki divarda saç-saqqalı 
kişi və sol tərəfdəki divarda isə qadın təsvirləri (barelyefləri) yonulmuşdur.  
Yerli kənd ağsaqqalları  həmin təsvirləri bəşərin ilk İnsanları olmuş Adəmlə  Həvvaya işarə 
olunduğunu söyləyirlər. Divarlardakı  şəkil sürətləri sanki qapinin gözətçiləri kimi, qonaqları 
salamlayırlar.  
Otaqlarda oturub dincəlmək üçün səkilər,  şam yandırıb işıqlandırmaq üçün isə taxça yerləi 
yonulmuşdur.  
Qayalığın  şimal-şərq tərəfindəki divarda oxunması  çətinlik yaradan yazı olmuşdur ki, həmin 
tarixi lövhə nadan ziyarətçilər tərəfindən metal əşya ilə pozulmuşdur.  
Orta əsr karvan yolu üzərindəki əhəmiyyətli “Şah Abbas piri” yaxınlığında karvansara tikilisinin 
xərabəlikləri qalmaqdadır.  
Həmin yolda I Şah Abbas (1579-1629) qoşunları ilə Qarabağa gedərkən göy üzü qara buludlarla 
örtülmüş, leysan yağışlar başlamışdır. Şahın əsgərləri qorxuya düşərək daldalanacaq tapmadıqlarından, 
islanaraq xəstələnmişlər.  Şah Abbas isə çadır qurulunca həmin qazılmış daş evdə yağmurdan canını 
qurtarmış  və yağış  kəsdikdən sonra Allah yolunda qurbanlar kəsdirib.  İslanmış  əsgərlərinə  qızıl 
abbasilər paylamışdır. Daş yonan usta gətirilərək həmin qayada Quranın “Bəqərə” surəsindəki “Ayətəl-
kürsu” duasını yazdırmışdır.  
I Şah Abbas Qarabağdan uğurla qayıdan baş, həmin yerdə yenidən qurbanlar kəsdirmiş, daş evin 
yerini pir kimi ziyarət etmişdir. Bundan sonra çobanlar yaylağa gələrkən hava qaralıb yağışlar yağanda 
pir yerində Allaha qurbanlar kəsib, ”otaqlarda” sığinancaq taparmışlar.  
Batabat yaylağına istirahətə gələnlər yağışlı günlərdə Şah Abbas pirindən faydalanırlar.  
“Şübhəsiz ki, Rəbbinin məqamından qorxanları iki cənnət gözləyir!” (Quran, “Rəhman” (55) s. a. 
46.) 
 
 
 
 
 
 


 
54
Culfa rayonundakı ziyarətgahlar 
 
Culfa rayonun ərazisi 995 km

olub, coğrafi relyefində ən yüksək yeri Dəmirli dağı (3.368 m.) və 
ən alçaq sahəsi isə Yaycı kəndinin Araz çayı sahilləridir ki, okean səviyyəsindən 595 metr yüksəkdədir. 
Ərazidəki yüksək yerləri Zəngəzur silsiləsindəki Eşşək Meydanı aşırımı (2.862 m.), Göydağ (2.720 m.), 
İlandağ (2.415 m.) və Darıdağ (1.927 m.)-dir.  
Culfa rayonu ərazisindəki  Əlincə çayı (61,6 km) mənbəyini 2.800 m. yüksəklikdən başlayaraq 
Cuğa (Gülüstan) kəndi yaxınlığında Araz çayına qovuşur.  
1987-ci ildən tikilib istifadəyə verilmiş  Bənəniyar su anbarı 13 milyon m
3
 su tutumuna malik 
olaraq Əlincə çayından doldurularaq əkin sahələri suvarılır.  
Culfa rayonun əhalisi 38.687 nəfər (2006-cı ilin st. məl.) olmaqla, əsas məşğuliyyətləri isə 
üzümçülüklə heyvandarlıqdan ibarətdir.  Ərazidəki Yaycı  kəndinin qadınları  İslam dinindəki hicaba 
əməl edirlər. Culfalılar əməksevər olaraq mətin və mübarizdirlər.  
XIII  əsrlərdə Orta Asiyanın xaqanı  Əmir Teymurun qoşunları  Əlincə qalasını on ilədək 
mühasirədə saxlasa da, lakin qaladakı mübariz İnsanları məğlub edə bilməmişlər.  
Culfa rayonu tarixi arxeoloji abidələrlə  zəngin olduğundan  ərazidə  qədim insanların yaşayış 
məskənləri dövrümüzədək qalmışlar.  
Ərazidə yerləşən Nəhəcir nekropolu (E. ə. III-I minillik), Ləkətağ nekropolu (E. ə. I minillik), 
Ərəfsə nekropolu (E. ə. II-I minillik), Milax kəndindəki Zoğallı yaşayış yeri (E. ə. IV minillik), Saltaq 
nekropolu (XIV-XVI əsrlər), Camaladdın yaşayış yeri (XVI əsr), Xanəgah nekropolu (XI-XVII əsrlər), 
Cuğa ilə Göydərə nekropolları (XIII-XVII əsrlər), Göynüklə Qazançı nekropolları (XIV-XVIII əsrlər), 
Bənəniyarla Kırna nekropolları (XIV-XVII əsrlər) və başqalarını göstərmək olar ( V. Baxşəliyev 
“Pirlərlə bağlı miflər və inanclar.” Bakı-2006). 
Allah-təala Culfa ərazilərinə müalicəvi mineral bulaq sularını əsirgəməmişdir.  
Dünyada kimyəvi tərkibinə görə  məşhur olan Darıdağdakı  mərgümüşlü mineral termal suyu 
insan orqanizminin toxuma və dəri sisteminə müalicəvi təsir yaradır. Həmin suyun təsiri ilə insandakı 
qan azlığını aradan götürmək, sinir-əsəb sistemi, daxili və xarici ifrazat vəzləri, mədə-bağırsaq, öd 
kisəsi, qara ciyər, mədəaltı  vəzi və s. xəstəliklərin müalicəsində istifadə olunur. Habelə maddələr 
mübadiləsinin tənzimlənməsində, ürək  əzələsinin fəaliyyətinin artırılmasında, dəri xəstəlikləri və gec 
sağalan yaraların müalicəsində həmin sudan tətbiq etmək olar.  
Bundan başqa Cuğa kəndində “Gülüstan” soyuq mineral suyu sənaye üsulu ilə istehsal olunaraq 
müalicəvi mədən suları sırasında “Sirab”dan sonrakı yeri tutur.  
Rayon mərkəzi olan Culfa şəhəri “Şərqin Qapısı” adlandırılıb, yarısı Araz çayından o tayda 
(İranda) qalmışdır. Müstəqillik  əldə olunduqdan sonra Naxçıvan vətəndaşları Culfa şəhərindən Araz 
çayı üstündəki körpülərlə (dəmir yolu və avtomobillərlə) rahatlıqla  İran  İslam Respublikasına keçə 
bilirlər.  
Culfa sözünün yaranma mənşəyi “culah” sözündən götürülmüşdür ki, toxucu, əyrici 
mənasındadır. Culfa şəhəri  əhalisini I Şah Abbas (1579-1629) 1603-cü ildə (Səfəvi-Osmanlı 
müharibəsində) İsfahana köçümüş qədim şəhər yeri isə dağıdılmışdır.  
Qədim Culfa şəhəri orta əsrlərin XII-XIII əsrlərində salınmış, 4 məscidi, 2 hamamı, bazar 
meydanı, karvansaraları, toxucu və  əyirici emalatxanaları, karvan gömrük məntəqəsi və sair tikililəri 
olmuşdur. Haliyyədə indiki Culfa şəhərində 1997-ci ildən inşa olunmuş məscid binası, Gömrük idarəsi, 
dəmir yolunun lokomotiv təmiri məntəqəsi, transformatorlar təmiri sexi, çoxmərtəbəli yaşayış evləri, 
mədəniyyət mərkəzləri fəaliyyətdədir.  
Naxçıvandan Culfa şəhərinə 40 km-lik dəmir və avtomobil yolları  çəkilmişdir,  əhalisi 2005-ci 
ilin statistik məlumatına görə 10.793 nəfər olmuşlar.  
Culfalılar 1920-ci ildə Araz çayı üzərindəki körpüdə erməni quldurlarına qarşı mübarizə aparmış 
“Qırmızı tabor (dəstə)” komandiri Abbasqulu Şadlinskini gül–çiçəklə qarşılamışlar.  
Yaxşı olardı ki, həmin tarixi günü unutmamaq üçün Culfada A. Şadlinskinin xatirəsinə 
monumental abidə ucaldılardı. . .  


Yüklə 6,65 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə