Məşhədi Feyruz Bağırlı



Yüklə 6,65 Mb.
Pdf görüntüsü
səhifə28/41
tarix27.10.2018
ölçüsü6,65 Mb.
#75801
1   ...   24   25   26   27   28   29   30   31   ...   41

 
73
Rayon  ərazisindəki  əhali meyvəçilik və heyvandarlıqla məşğul olur, baqqal ticarətinə maraq 
gostərirlər.  
Ordubadlılar İslam dininə etiqadlı olduqlarından I Şah Abbasın hakimiyyəti dövründə müxtəlif 
vergilərdən azad edilmişlər. Əhali dini və dünyəvi elmlərə maraq göstərmiş, mədəniyyət və incəsənət 
sahələrinə biganə olmamışlar. Onlar milli ənənələrə sadiq qalaraq Novruz bayramı günlərində el 
şənliklərini təntənəli keçirər, “Xan bəzəyər”, kosa ilə keçəlin məshəkəli səhnəciklərinə baxarlar.  
Ordubad xalqı orta əsrlərin ensklopedik biliklərini qazanmış N. Tusinin nəslindən olan akademik 
İsrafil Məmmədov, akademik Y. Məmmədəliyev, yazıçı M. S. Ordubadi, yazıçı və publisist Ə. Əylisli, 
xanəndə H. Qubadov, müharibə qəhrəmanı N. Rəfiyevlə və başqa görkəmli şəxslərlə fəxr edirlər.  
Ordubad şəhərində Azərbaycan MEA-nın “Darıdağ” elm-istehsalat karbo-hidratlı sular birliyinin 
Elmi Mərkəzi fəaliyyət göstərir.  
Ordubad rayonu ərazilərində bir çox mənəvi inanc yerləri olan pir və ziyarətgahlar qalmaqdadır.  
 
 
 
 
 
 
 


 
74
Tivi pirləri 
 
Ordubad rayonundakı Tivi kəndi okean səviyyəsindən 3.000 metr yüksəklikdə, Süzgün çayının 
yamaclarında yerləşmişdir.  
Ordubad  şəhərindən kəndə 60 km məsafədə yol çəkilmişdir. Parağadan keçən dağ yolu qış 
aylarında təhlükəli olduğundan həmin kəndə yeni təhlükəsiz ikinci yol çəkmişlər.  
Tivi kəndindəki  əhalinin sayı 1.347 nəfər (2005-ci ilin st. məl.) olub. Meyvəçilik və 
heyvandarlıqla məşğuldurlar.  Əhali  əsasən Zəngəzurdan gələrək məskunlaşmış  qədim türk dilli 
Azərilərdir. Tivi kəndi rayonda mədəni-sosyal sahələri yüksək inkişaf etmiş yaşayış yeridir. Kənddə 
yeni məktəb binası tikilmiş, mədəniyyət evi, kitabxana, mama feldişer məntəqəsi, gündəlik təlabat 
mağazaları, iaşə pavliyonları, poçt-rabitə və radiotele-ötürücü yarım stansiyası və sairə fəaliyyətdədir.  
Əhalinin  şəxsi evləri iki mərtəbəli aynəbəndli, üstü şiferlə örtülü və  şəxsi minik maşınları ilə 
təsərrüfat əkin sahələri də, vardır.  
Tivililər qonaqpərvər, qayğıkeş və zəhmət sevər İnsanlardır.  
Kəndin  əhalisinin orta yaşayış ömürləri aşağıdır. Belə ki, ətraf dağlardakı sel suları zamanı 
radiaktiv süxurların üzə  çıxması  və  kənddəki bioloji amillər nəticəsində (çox saylı qoz və qovaq 
ağacları, ardıc kollarının olması ilə) özünü göstərmişdir.  
Bunları sadəcə olaraq kənddəki iki qəbrstanlıqda dəfn olunanların məzar daşlarındakı yazılmış 
doğum və ölüm tarixlərindən müşahidə etmək mümkündür.  
Tivi kəndində e.ə. II-I minillikdə Dəmyələr nekropolu (Yaşayış yeri), e.ə. I minillikdə Dəmirçilər 
nekropolu, e.ə. II-I minillikdə İlikliqaya nekropolu və başqa tarixi-arxeoloji yerlər qalmışdır. 
Tivi kəndində iki məscidlə çox saylı pirlər vardır ki, onların sayı 70-ə yaxındır.  
Kəndin yaşlı sakinləri söyləyirlər ki, yer üzünü su alan zaman Nuh peyğəmbərin gəmisində 
gələnlər ərazidəki Qapı Cudi (Qapıcıq-3.906 m.) dağında nicat tapmış və sonradan su çəkildikcə onların 
ocaq yerləri dövrümüzədək qalmış, ziyarətgahlara çevrilmişdir. (?) 
Haliyyədə Tivi kəndində qədimdən qalma pir (ocaq) yerləri bunlardır; Qapıcıq, Qız-oğlan, Qara 
pir, Bibi Qətəl,  İmran, Beş qardaş, Palıd, Tağı, Sarı qaya, Dağdağan, Cəviz,  İmran mülkü, Əliəbbas, 
Qara daş, Həmzə, Navur, Anabat və s. Bunlardan başqa bir neçə sayda ocaq (pir) yerləri kəndin 
kənardakı qayalıqlar arasındadır.  
Ən uca zirvədə olan Qapıcıq pirində daşlardan tikilmiş (20 sm. ucalığında) xüsusi sahə və ətraf 
qaya daşları üzərində çəkilmiş müəmmalı rəsmlər olan Gəmiqaya (E.ə. IV-I minillik) əraziləridir.  
Tivi kəndindəki Anabat piri rayonda şöhrət tapmış ziyarətgahlardan olmaqla kəndin içərisindəki 
eyni adlı məsciddədir.  
Pirin  şöhrət qazanması orada saxlanılan möcüzəvi “ələm”dədir. Həmin  ələmi (əşyanı) kəndin 
mollası Məşhədi Novruz kişi tərəfindən qoruyaraq saxlamışdır.  
Pirdəki (məsciddəki) möcüzəvi  ələmin adını “Tir-Əbülfəth” adlandırmışlar (Həmin söz ərəbcə 
“zəfər bayrağı” mənasında olmaqla, İslam savaş tarixində sancaqbəylər (bayraqdarlar) hərbi 
yürüşlərdə “Zəfər bayrağı”nı şərəflə gəzdirərdilər). 
“Məgər görmürsünüz ki, Allah yeddi göyü qat-qat necə yaratdı?! Orada ayı bir nur, günəşi də bir 
çıraq etdi. Və Allah sizi yerdən bir bitki kimi göyərtdi. Sonra sizi yenə ora qaytaracaq və çıxaracaqdır. 
Allah yeri sizin üçün xalı etdi ki, onun geniş yollarında gəzəsiniz!” (Quran, “Nuh” (71) s. a. 15-20.) 
 
 
 
 
 
 


 
75
Tir-Əbülfəth ələmi 
 
Tivi kəndindəki Anabat məscidində illərdən bəri qorunub saxlanılan möcüzəvi  əşya olan “Tir-
Əbülfəth” ələmi vardır.  
Ələmin möcüzəvi sirri, əsasən “tovuz quyruq” şəkildə metal parçasının çərçivəsindəki nazik 
məftil şəbəkə üzərindəki yazılardadır.  
Ərəb  əlifbası ilə  çərçivədə Allah, Məhəmməd,  Əli, Fatimə, Həsən və Hüseyn sözləri yazılmış 
əşyanın forması su damlasına oxşayır. Həmin “damlanın” eni 17, uzunluğu isə 25 sm-dir.  
Metal  şəbəkə üzərindəki yazılmış  hərflər qırıldığından tor şəbəkənin üzərinə mühafizə edici 
sellioid təbəqə pərçimləmişlər.  
Tor  şəbəkədəki yazılar ortadakı  “əlif” hərfinin üzərində yerləşərək yanlarında isə “pənc-Ali-
əba”nın (Rəvayətə görə, Məhəmməd (s.ə.s) peyğəmbərin  əbasının altında  Əli, Fatimə, Həsən və 
Hüseynlə yanaşı Cəbrayıl mələk də oturmuşdur. (Bax, “Mövlüdnamə”yə, Bakı-1996) adları vardır.  
Hər ilin Məhərrəm ayının  əvvəlinci günü məsciddəki  ələm saxlanılan sandıqdan cingiltili səs 
gəlir. Bundan sonra sandığı açaraq ələmi ehtiramla ələ götürüb, Quranın Bəqərə surəsindəki “Ayətəl-
kürsü” duasını oxuyub, Məhəmməd (s.ə.s) peyqəmbərə salam (salavat) deyirlər. . .  
Ələmin əsas başlıq hissəsi (möcüzəvi əşyanın) uzunluğu 1 metr, eni isə 30 sm. olaraq köhnə paslı 
dəmirdəndir. Onu uzun payaya bənd edərək nümayiş üçün kənddəki meydana aparırlar.  
Həmin günlərdə  kəndə qonşu kəndlərin  əhalisi axışıb qonaq kimi ziyarətə  gəlirlər. Meydanda 
ələmdarı (sancaqbəyini) sanki möcüzəvi bir qüvvə dartaraq nəzir gətirmiş adamlara tərəf aparır. Həmin 
anda yuxarı  vəziyyətdə olan ələmin payası  nəzir verənə  tərəf  əyilərək sanki xeyir-dua istəyir. Nəzir 
deyən ziyarətçi ehtiramla ələmi öpər, niyyət etdiyi nəzirini payadakı qara rəngli parçaya bağlayır. 
Bundan sonra ələm sürətlə qalxaraq başqa səmtə tərəf ələmdarı dartıb aparır. . .  
Məhərrəm ayının onuncu günü (Şiə  təriqəti müsəlmanlarının üçüncü imamı  Həzrət Hüseynin 
(Hicri 61-ci ildə)  İraqın Kərbibəla çölündə  şəhadətə çatdırılması anı)  ələm sancaq bəyini dartaraq 
meydandakı qara örtüklü kəcavəyə  tərəf gətirir. Bu zaman sanki təbiətdə bir matəm sədası yaranır. 
(Kərbibəla şəhidlərinin səslərinə səs verilir). Atlar kişnəyir, qoyun-quzular mələşir, xoruzlar da səs-səsə 
verərək banlayırlar.  
Müqəddəs Quranın sözləri ilə desək, bu kədərli səhnəni görən gözlər, eşidən qulaqlar lazımdır.  
Bütün bunlar Allahın qüdrəti ilə möcüzələrindəndir.  
Möcüzəvi Tir-Əbülfəth  ələmini Tivi kəndinə  gətirilməsini kəndin mömünləri belə söyləyirlər;-
Keçmiş vaxtlarda (XIX əsrin axırlarında) Naxçıvanlı  Kərbəlayi Muxtər Hacı  Ələkbər oğlu atasının 
məsləhəti ilə İraqın Nəcəf şəhərinə ruhanilik elmlərini öyrənməyə gedir.  
Muxtəri Nəcəfdəki həmyerliləri (Nəcəfdəki azəri türkləri sayca on min nəfərdən artıq olaraq 
Xəlifə Mötəsim  İbn  Şimirin hakimiyyəti dövründə, Naxçıvandan sürgün olunanlardır)  səmimi 
qarşılayaraq ona himayədarlıq etmişlər. Nəcəfdə onbeş il müddətində təhsil alan Muxtərə Üləma ruhani 
rütbəsi (Şeyxül İslam titulu) verilmişdir.  
O, vətənə qayıdarkən İrandakı müqəddəs ziyarətgahları görmək məqsədi ilə Tus şəhərinə gedir. 
Muxtar orada şiə müsəlmanlarının səkkizinci imamı Həzrət Rzanın dəfn olunduğu məqbəni ziyarət edib
imamın yolunda özünü şəhadətə çatdırmış naxçıvanlı Hacı Muradın ruhuna dualar oxumuşdur.  
Məşhəddən qayıdanda Məşhədi Muxtər Qumla Tehran şəhərlərindəki müqəddəs ziyarətgahlarda 
olur. Qumda olarkən onun Üləma ruhani şəhadətnaməsini görən  İranın Ali Dini İşləri üzrə hakim 
dairələri tərəfindən Ələmdar vilayətinə Qazi təyin olunmuşdur.  
Muxtər Ələmdarda Qazi rütbəsini icra edərkən oradakı azərbaycanlı ailəsindən qız alaraq evlənir. 
Bundan sonra Qazi Muxtər Ələmdarda xeyriyyəçiliklə məşğul olub, orada məscidlə mədrəsə binalarını 
tikdirir, körpə uşaqları məktəbdə oxudur, İslam ehkamlarını təbliğ edir. O, Ələmdarda ədəbi “Zikr” adlı 
dərnək yaratmış, həm özünün yazdığı, həm də digər dərnək üzvlərinin ədəbi fəaliyyətlərini cəmləyərək 
bir neçə adda kitabların çap olunması üçün Qum şəhərinə göndərmişdir (Mərceyi Üləma Müxtər ibn 
Ələkbər ağanın (qazinin) əl yazma kitabları,  İranın Qum şəhərindəki “Məsuməyi-Qum 
kitabxanası”ndadır. Müəllifin yazdığı “Muxtərnamə” adlı  şerləri vətənpərvərlik ruhunda qələmə 
alınmışdır). 
Muxtərin atasının vəfatı ilə əlaqədar ailəsi ilə birlikdə köçüb Ordubada gəlirlər. Məşhədi Muxtər 
özü ilə gələrkən çox saylı kitablarla bərabər həmin möcüzəvi “Tir-Əbülfəth ələmi”ni  gətirmişdir.  


Yüklə 6,65 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə