Məşhədi Feyruz Bağırlı



Yüklə 6,65 Mb.
Pdf görüntüsü
səhifə26/41
tarix27.10.2018
ölçüsü6,65 Mb.
#75801
1   ...   22   23   24   25   26   27   28   29   ...   41

 
68
Asnı piri 
 
Kəngərli rayonundakı iri yaşayış  məntəqələrindən olan Qarabağlar kəndində orta əsrlərin on 
ikinci yüzilliyindən qalma qoşa minarəli türbə ilə Asnı piri vardır (1187-ci ildə Azərbaycanın Elxan 
hökmüdarı Hülaki xanın arvadı Qutay (Quti) Xatunun məzar üstü məqbərəsi. Qədim Qalaçıq əhalisi 40 
gün mərhuməyə matəm saxlamaqla, bel qurşaqlarını qara parçalarla əvəz etmişlər. Bununla Qalaçıq 
şəhərinin adı  dəyişilərək “Qarabağlar”la  əvəz olunmuşdur). Pirin yaranma tarixi e.ə. I minilliyə 
dayanır. 
Kənddəki yaşlı adamların söyləmələrinə görə, Asnı dağındakı bulağın suyu uzaq Göycə (Sevan) 
gölünün suları ilə əlaqədardır. . .  
Keçmiş vaxtlarda Qarabağlar (Qalaçıq)  şəhərinə, uzaq Göycə mahalından Ağbulaqlı bir tacir 
karvan ilə daş duz aparmaq üçün Naxçıvana gedən vaxt Qalaçıqdakı bazarda dayanmalı olur. O, bir 
şəxsin əlində özünün əvvəllər itirdiyi naxışlı əl ağacını görərək tanıyır və sevincək on il əvvəl başına 
gəlmiş kədərli hadisəni xatırlayır.  
Göycə gölündən qayıqla keçən zaman qəflətən yaranan tufan nəticəsində qayıq çevrilmiş və tacir 
çətinliklə üzüb çıxmışdır. O, hadisədən sonra suda batan mallarından çox, qara ağacdan yonulmuş 
naxışlı əl ağacının suda batmasına heyfislənmişdir.  
Tacir özünün əl ağacını qalaçıqlı şəxsdən alaraq sübut etmək üçün yivli baş hissəsini burub açır 
və içərisindəki gizlətdiyi qızıl sikkələri yerə tökür.  
Camaat təəccüblənərək tacirin (qonağın)  əl ağacı ilə  qızıllarını özünə qaytarırlar. Tacir isə 
halallıq kimi qızılların yarısını itmiş  əl ağacını tapan şəxsə verib və onun haradan tapdığını soruşur. 
Ağacı tapan şəxs Allaha şükr edərir, əl ağacını təpədəki Asnı bulağından tapdığını söyləyir.  
Həmin  əhvalatı  eşidən Qalaçıqlılar (Qarabağlılar) Asnı bulağını Allahın möcüzəsi kimi 
müqəddəs bilib, oranı pirə çevirmişlər (V. Baxşəliyev “Pirlərlə bağlı miflər və inanclar.” Bakı-2006)
Tacir isə qalan qızılları xərcləyərək Asnı bulağında min baş erkək qurbanlıq quzu kəsdirməklə əhaliyə 
ehsan vermişdir.  
 Qarabağlar kəndinə Qıvraqdan 7 və Naxçıvandan isə 40 km-lik yol gəlir.  
Kənddəki  əhalinin sayı 5. 902 nəfər (2005-ci ilin st. məl. ) olmaqla əsas məşğuliyyətləri 
əkinçiliklə heyvandarlıqdan ibarətdir. Kənddəki  şəxsi təsərrüfat sahibləri Naxçıvan diyarında  şöhrət 
tapmış qırmızı rəngli “Qarabağlar soğanı”nı əkib becərirlər.  
Məlumat üçün bildirilir ki, həmin məhsuldar soğan cinsi Culfa rayonundakı Yaycı  kəndinin 
təsərrüfatlarında da, əkilib becərilir.  
Qarabağlar kəndində qədim türk dilli oğuz tayfaları yaşayırlar. Onlar Bəydillilər (qədim Qalaçıq 
əhalisidirlər), Turxanlılar, Süleymanlılar, Cığallılar, Ağahəsənlilər, Alamədətlilər və sonradan 
məskunlaşmış “Daşməhəlləli” tayfalardırlar.  
Qarabağlar kəndi okean səviyyəsindən 1.200 metr yüksəkdə meyilli relyefi olan dağ döşündə 
salınmışdır. Kəndin ortasında orta əsrlərdən qalma Qutayxatunun məzarüstü məqbərəsi ilə Qoşa 
minarəli qədim məscid tikililəri vardır. Son illərdə orada tikinti-bərpa işləri aparılmışdır.  
Qarabağlar kəndində yeddi sayda qəbrstanlıq vardır ki, onlardan üçü eramızdan əvvəlki dövrlərə 
aiddir. “Ocaq dibi” adlı qəbrstanlıqda üç sərdabə tipli “imamzada” kompleksi vardır.  
Kənddə haliyyədə iki məscid fəaliyyət göstərir ki, onlardan biri 109 il öncə İmam Musa Kazimin 
şəcərəsindən olmuş, xeyriyyəçi Məhəmməd ağa səyyid Yəqub oğlu tikdirmişdir.  İndi isə  məsciddə 
xeyriyyəçinin nəvəsi Məşhədi Mirağa Mir Hüseyn oğlu rövzəxanlıq edir.  
Qarabağlar kəndində haliyyədə möminlərin sayı olduqca azdır. Kənddə  əhaliyə  mədəni sosial 
şərait yaradılmış, iki orta məktəb, peşə məktəbi, mədəniyyət evi, kitabxana, muzey, istirahət parkı, 300 
nömrəlik ATS, poçt-teleqraf qovşağı, uşaq bağçası, kino qurğusu, xəstəxana, gündəlik tələbat malları 
mağazaları, iaşə xidməti pavilyonları və sairə fəaliyyətdədir.  
Kənddəki istirahət parkını  “Şöhrət” ordenli müharibə veteranı K. Kazımovun təşəbbüsü ilə 
salmışlar.  
İndiki Qarabağlar kəndinin  şimal-şərq hissəsində okean səviyyəsindən 1.280 metr yüksəklikdə 
qədim “Qalaçıq”  şəhərinin xərabəlikləri qalır. Ora eramızdan  əvvəl II-I min illiklərdə  şöhrətli 
şəhərlərindən biri olmuşdur.  Ərazidəki 2.000 metr yüksəklikdə “Pələng qayası” dağının cənub 
ətəklərində düzənlik sahədə Asnı bulağının suyu axmaqdadır.  


 
69
“Asnı” sözü, “asi”- günahkar deməkdir.  
Ərazidə  qədim dövrlərdə güclü zəlzələlər olaraq dağdan vulkan püskürmüşdür. Qalınlığı 2-3 
metrədək olan vulkan külü nəinki kənddə, hətta ətraf ərazilərdə belə qalmaqdadır.  
Ərazidəki Qarabağlar (Qalaçıq)  şəhəri 2.081 m. yüksəklikdə  Dərələyəz dağ silsiləsindəki 
mövcud vulkan püskürməsi nəticəsində  qədim  İnsanların yaşayış  məskənləri (evləri) uçaraq yanıb 
dağılmış,  əhali Yaradana asi olduqlarından kütləvi sürətdə  məhv olmuşlar. Uçuq şəhərdən qalmıış 
azacıq sayda əhali şikəst vəziyyətdə olaraq mömün çoban Bəydillinin tabın-tayfası tərəfindən Qalaçığı 
tikib qurmuş və sonrakı nəsillərə ötürmüşlər. . .  
Haliyyədə kənddəki Asnı (asi) bulağının suyu həmin zəlzələdən sonra yaranmışdır.  
Türkiyə dövlətinin Qars vilayətində Arpaçayın qollarından birinin adı Asnı (Asi) adlanır. Qədim 
türk dilli oğuz tayfalarının folklor deyimlərində belə bir bayatı vardır ki;-“Arpa çayı  aşdı-daşdı, sel 
Saranı aldı-qaçdı”. . .  
Həmin bayatıda deyilənlər tarixi həqiqətlə bağlı olan hadisə yuxarıda adı çəkilən Saranı sel suları 
aparması Asnı ilə Arpa çaylarının qovuşduğu yerdə baş vermişdir.  
Maraqlıdır ki, həmin zəlzələdən sonra Qalaçıq əhalisindən bir dəstə adamlar Qars tərəfinə köçüb 
getmiş, məskunlaşdıqları ərazidəki çaya Asnı adını vermişlər. Türkiyədəki həmin əhali hələ də, Qalaçıq 
danışıq şivəsi (ləhcəsi) ilə danışırlar...  
Qarabağlar kəndindəki Asnı piri əsrlər keçsə  də Allahın möcüzələri nəticəsində dağ başında 
yaratdığı gur sulu bulağı ilə insanların inanc yeri kimi ziyarətgahına çevrilmişdir.  
Asnı bulağının suyunun tərkibi təmiz və  şəffaf olmaqla düzənlikdən çıxaraq axıb kəndə  tərəf 
tökülür. Bulağın suyunun axım əmsalı dəqiqədə 1.000 dekolitirdən çox olaraq sürəti saniyədə 2 metrə 
çatır.  
Bulağın çıxdığı yerdə suyun eni 3 metr dərinliyi isə 2,3 metrdir. Orada yabanı Qara çalı, itburnu 
(həməsur), yemişan kolları ilə bərabər cır armud, alma, alça kimi meyvə ağacları bitmişdir. Sonradan 
adamlar su arxı boyunca söyüd və iydə ağaclarını əkmişlər.  
Bulağın başında bitmiş Qara çalı kolunun budaqlarına, ziyarətə  gələnlər niyyət edərək rəngli 
parça qırıntıları kolun budaqlarına bağlayarlar.  
Həmin bulaqdan 50 metr cənub istiqamətdə rayonda şöhrət tapmış “Asnı piri”nın binası vardır. 
Əvvəllər həmin yer (bina) 7x5x3 metr ölçüsündə dağ daşlarından hörülərək tək otaqdan ibarət 
olmuşdur. Otağın içərisində 3 metr ucalığında damın örtüyünə dayaq tirlər qoyulub. İki tağlı taxta qapı 
ilə pəncərəsi olan pir “evində” məzar yeri vardır.  
Həmin qəbir 1999-cu ildə  bərpa olunaraq betonla üstü örtülmüşdür. Məzarüstü qədim sufi 
əlifbası ilə yazılmış daş kitabə oradakı çəkisi 4-5 kiloqrama çatan Qara daş (meteorit) yoxa çıxmışdır.  
Kənddəki yaşlı adamların söyləməsinə görə pirdəki məzar sahibi qədimlərdə Göycə gölündə 
itirdiyi  əl ağacının içərisində gizlətdiyi qızıl sikkələri burada tapmış tacir (bivaris) Həmdullahınkıdır. 
(Həmin  şəxsin adını  əvvəllər pirdə mücövür olmuş  mərhum Binət kişinin oğlu 90 yaşlı Qarabağlarlı 
məşhədi Məhərrəm kişi bildirmişdir. ) 
2005-ci ilin 6 dekabr tarixli Naxçıvan MR Ali Məclisi sədrinin imzaladığı  sərəncamla Muxtar 
Respublikanın hər yerində olduğu kimi Qarabağlar kəndində  də, tarixi və  mədəniyyət abidələrinin 
qorunub saxlanması və passportlaşdırılması işləri sürətlənərək kənddəki orta əsrlərdən qalma memarlıq 
abidələri ilə bərabər Asnı piri də, yenidən təmir bərpa olunmuşdur.  
Asnı pirində zəvvarlar üçün mədəni-məişət şəraiti yaradılmışdır. Pirin binası yenidən dörd künc 
formalı tikilmiş və künc diarlarında uca çıxıntılarla hörülərək milli naxışlarla bəzədilmişdir.  
Sovet dövründə pir yaxınlığındakı daş karxanasının fəaliyyəti nəticəsində ətrafdakı fauna və flora 
zənginliyi pozulmuşdur.  
Lakin bütün bunlara baxmayaraq pirin ərazisində bitən nadir dərman bitkilərindən bir neçə növü 
qalmışdır. Ərazidə dağ nanəsi ilə xüsusi arealı olan ətirli kəklikotu yayılmışdır.  
Bundan başqa dağ döşündə xüsusilə yaz aylarında Güləbətin, Gəngiz otu, Gülxətmi, Ətirşah və 
digər dağ gülləri daha çox olurlar.  
Asnı pirinə əsasən yenicə nigah bağlamış gənc ailələr ziyarətə gələrək Allaha qurbanlar kəsdirib 
ehsanlar verirlər. Bulaq suyundan apararaq xeyir-bərəkət və xoşbəxt ailə qurmaq üçün xəmirə qarışdırıb 
çorək bişirirlər. Asnı pirindəki bulaq suyu gənc ailə quranların xoşbəxtliklərinə  təminat zəmini 
yaratmaqdadır.  


Yüklə 6,65 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə