Məşhədi Feyruz Bağırlı



Yüklə 6,65 Mb.
Pdf görüntüsü
səhifə34/41
tarix27.10.2018
ölçüsü6,65 Mb.
#75801
1   ...   30   31   32   33   34   35   36   37   ...   41

 
88
İbadulla kəndindəki “Şor təpə”  ərazisini (E.ə. IV-I minillik), Ərəbyengicə  kəndindəki qədim yaşayış 
yerini (Antik dövr və E.ə. III minillik), Qarahəsənli kəndindəki “köhnə kənd” yaşayış yerini (E.ə. II-I 
minillik), Maxta kəndindəki I Kültəpə  qədim yaşayış yerini (E.ə. III minillik), Axaməd kəndindəki 
qədim yaşayış yerini (E.ə. I minillik), Yuxarı Daşarx kəndindəki qəbir abidələrini (E.ə. IV minillik), 
Zeyvə  kəndindəki torpaq qəbir abidələrini (E.ə. II-I minillik), Xələc kəndindəki qədim yaşayış yerini 
(E.ə. IV-III minillik) və ərazidəki “Yamaclar” qədim yaşayış yerlərini (E.ə. II-I minillik), o cümlədən 
buradakı mövcud daş dövrlərin İnsan yaşayış məskənlərini göstərmək olar.  
Bundan başqa rayon ərazisində Oğlanqala kəndindəki qədim yaşayış yeri (E.ə. II minillik), Dizə 
kəndindəki “Ovçular təpəsi” yaşayış yeri (E.ə. IV-III minillik), Aşağa və Yuxarı Yaycı  kəndlərindəki 
kurqanlar (həmçinin “Qız qalası” E.ə. III-II minillik), Gümüşlü qəsəbəsindəki “Qara su” qalası (E.ə. III-
I minillik), Həmzəli kəndindəki “Avqan təpə” abidəsi (E.ə. IV-V minillik) və    “Qoşa təpə” qədim 
yaşayış yeri (Antik dövr), Axura kəndindəki “Gavur qala” qədim yaşayış yeri (E.ə. II-I minillik) və 
Aşağa Yaycı kəndi ilə Dizə kəndləri arasında olan təpədə orta əsr arxeoloji abidələri vardır (Q. Həsənov. 
“Nax. MSSR-in tarixi və arxeoloji abidələri”. Naxçıvan-1988. səh. 7). 
Şərur rayonu kəndlərinin  əksəriyyətində  İnsanların inanc yerləri olan pir və ziyarətgahlar 
qalmaqdadır.  
  
 
 
 
 
 
 
 
 
 
 
 


 
89
Parçı piri 
 
Şərur rayonundakı Xanlıqlar kəndində XVII-XVIII əsrlərə aid olan “Parçı imamzadası” adında 
pir yeri vardır. Əvvəllər ərazi ayrı-ayrı Xanlıqlarla Parçı kəndlərindən ibarət olmuşdur.  
Xanlıqlar kəndində 2.091 nəfər (2005-ci ilin st. məl.) əhali yaşayıb. Burada üzüm emalı zavodu 
olduğundan məşğuliyyətləri üzümçülüklə heyvandarlıqdan ibarətdir.  
Parçı kəndi Arpa çayın sol sahilində Şərur şəhərindən cənub-şərqdə 8 km-lik məsafədə “Daşarx” 
dəmir yolu stansiyası yaxınlığındadır. Pir yeri kəndin şimal hissəsində yerləşir. Üstü kümbəzli bişmiş 
kərpicdən tikilmiş böyük binadan ibarətdir. Pir binasının içərisində müsəlman məzarı vardır ki, burada 
əvvəllər ərəbcə yazılmış daş kitabə naməlum səbəblərdən götürülmüşdür. Həmin kəndin əhalisi əraziyə 
müxtəlif yerlərdən köçüb gəldiklərindən pirdəki məzardan məlumatları yoxdur.  
Qonşu kəndlərdə yaşayan yaşlı mömin şəxslərin söyləmələrinə görə pirdəki məzar yeri “Şəhzadə 
İbrahim Musa oğlu”nun olduğunu iddia edirlər.  
1928-ci ildə  həmin pirdə naxçıvanlı  tədqiqatçılar olmuş  və  qəbirin üzərində  ərəb  əlifbası ilə 
yazılmış “İbrahim ibn Musa” sözlərini oxumuşlar (M. B. Mirheydərzadə “Noraşen dairəsinə səyahət” 
(Naxçıvandakı tədqiq və tətəbbö cəmiyyətinin 1928-ci ilin 40 №-li protokolu).) 
1988-ci ildə  nəşr olunmuş “Parçı imamzadəsi” adlı  məlumat göstəricisində pirdəki məzarın 
“Musa İbrahim oğlu”na aid olması bildirilmişdir (Parçı imamzadəsi”. (Məlumat kitabçası), İliç-1988)
Bəs onda həmin məzar sahibi Musa İbrahim oğlu kim olmuşdur? 
1930-cu ildə Naxçıvanda diyarşunaslıq muzeyi yaradılmış, orada müxtəlif  əlyazmalar (elmi-
tarixi məqalələr) toplanmışdır. Bu məqsədlə Bakıda “Azərbaycanı öyrənmə yolu” adlı  məcmuə  nəşr 
olunmuşdur. Məcmuədə H. Cavidin əmisi oğlu Məhəmməd Rəsizadənin imzası ilə Parçı 
imamzadəsindən bəhs edilən “Şərur dairəsinə  səyahət haqqında qeydlər” sərlövhəli məqalə vardır1( 
“Azərbaycanı öyrənmə yolu” dərgisi, Bakı-1930 № 4, 5. səh. 81-82). 
Həmin məqalədən məlum olur ki, Parçı pirindəki məzarın üzərində ərəbcə “İbrahim ibn Musa” 
sözləri olmuşdur. Maraqlıdır ki, “şəhzadə” sözü şiə müsəlmanlarının yeddinci imamı Musa Kazımın 
adına ehtiram kimi işlənmişdir.  
Tarixdən məlumdur ki, şiə müsəlmanlarının yeddinci imamı Həzrəti Musa Kazım (hicri tarixi ilə 
183-cü ildə)  İslam xəlifəsi Harun ər-Rəşid ibn Abbas tərəfindən zəhərləndirilmiş, qorxudan imamın 
övladları vətənlərindən didərgin düşmüşlər.  
İmam övladları  səyyidlər Azərbaycanı (Naxçıvanı) özləri üçün təhlükəsiz görərək azəri 
türklərinin himayəsinə sığınmışlar.  
Beləliklə bu qənaətə  gəlmək olar ki, ata babasının (cəddinin) günahsız qətlindən sonra imam 
övladı səyyid İbrahim Şərur vilayətində (indiki Parçı kəndində) təhlükəsiz yaşayaraq əcəlin hökmü ilə 
dünyadan köçmüşdür.  
Maraqlıdır ki, məzar üstü sərdabələr orta əsrlədə yalnız yüksək mənsəb sahiblərinin qərarı ilə 
tikilərdi.  
Tarixdən məlumdur ki, 1501-ci ilin ortalarında Səfəvi dövlətinin başçısı Şah I İsmayılın (1487-
1524) qoşun dəstələri  Şərur çöllərində  Ağqoyunlu hökmdarı  Əlvənd Mirzə ilə savaşaraq ona qələbə 
çalmışdır. Müharibənin qələbəsi nəticəsində  Şərur elində bir çox xeyirxah işlər aparılmış  və imam 
övladı mərhum səyyid İbrahimin məzarı üstündə sərdabə tikdirmişdir.  
Səyyid  İbrahimin digər qardaşları Nuh yurdunda yaşayaraq  əcəlləri ilə  vəfat etmişlər. Belə ki, 
Səyyid Əqil Nehrəm kəndində, Səyyid Səfi (Səffan) Düylün kəndində, Səyyid Əhməd Bufçar kəndində 
(Mehri rayonu) və Səyyid Qasım isə Cənubi Azərbaycanın Sofyan kəndində yaşayaraq vəfat etmişlər. 
İmam övladlarının bacıları isə (Musa Kazımın qızları) Rübabə  İraqda (Bağdad  şəhəri yaxınlığında), 
Hökümə isə Abşeron rayonundakı Şıx kəndində vəfat etmişlər.  
Parçı  kəndindəki pirin tikinti üslubu XV əsrin memarlıq üslubunda yenidən bərpa olunaraq 
XVII-XVIII əsrlər arasında tikilmişdir.  
Parçı pirində son illər ziyarətçilər üçün şərait yaradılmış, içməli su xətti ilə elektrik çəkilmiş, 
həyətyanı sahəsi abadlaşdırılmışdır. Pirin yanındakı  qədim qəbrstanlıqda 1501-ci ildəki döyüşlərdə 
şəhid olanların məzarlarını ziyarətə  gələnlər ehtiramla yad edirlər (H. F. Səfərli “Naxçıvan 
ziyarətgahları”. Bakı-1998. səh. 14)
“Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapır!” (Quran, “Rəd” (13) s. a. 28.) 


Yüklə 6,65 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə