Məşhədi Feyruz Bağırlı


Sədərək rayonundakı ziyarətgahlar



Yüklə 6,65 Mb.
Pdf görüntüsü
səhifə37/41
tarix27.10.2018
ölçüsü6,65 Mb.
#75801
1   ...   33   34   35   36   37   38   39   40   41

 
96
Sədərək rayonundakı ziyarətgahlar
 
 
Əvvəllər  Şərur rayonunun tərkibində olmuş  Sədərək rayonu ərazi inzibati torpaq sahələri 
Naxçıvan Muxtar Respublikasının xəritəsində  şimal-qərb hissədə yerləşir. Ermənistan və Türkiyə 
dövlətləri ilə həmsərhəddir.  
Bu inzibati ərazi 1990-cı ilin 28 avqust tarixindən yaradılmışdır.  
Qədim türk dilli oğuz tayfaları olan Sədərəklilər zəhmətkeşdirlər. Rayonun əhalisi 13.146 
nəfərdən (2006-cı ilin st. məl.) ibarətdir.  Əsas məşğuliyyətləri üzümçülük və taxılçılıqdan ibarətdir. 
Uzun illərdir ki, əkilən torpaq sahələri dəmyə üsulu ilə becərilir.  
Sədərək rayonu ərazisi 0,15 min km

ölçüsündə olaraq, tabeliyində Günnüt, Qaraağac və Kərki 
kəndlər ilə birlikdə yeni yaradılmış Heydərabad qəsəbəsi vardır.  
Ərazinin sərhədlərində şimaldan Ermənistanın Ararat rayonu (24 km), qərbdən Tükiyənin İqdır 
vilayəti ilə (11 km) və  cənubdan isə  Şərur rayonu ilə qonşudur. Rayonun tərkibindəki Kərki kəndi 
haliyyədə Ermənistanın silahlı dəstələri tərəfindən 1990-cı ildən işğal olunmuşdur. 
Kərkililərin çox hissəsi müvəqqəti köçürülərək Kəngərli rayonundakı yeni salınmış  Kərki-II 
kəndində yerləşdirilmişlər.  
Sədərək rayonundakı coğrafi relyefin ən yüksək yeri Tejkar (2.034 m.) dağı və ən alçaq sahəsi isə 
Araz çayı sahilidir ki, okean səviyyəsindən 780 metr yüksəkdədir.  
Ərazidəki təbii hidromənbələr Araz çayının üstündə quraşdırılmış mexaniki üzən nasoslar və ilin 
çox aylarında quruyan yeganə  Cəhənnəmdərə çayıdır. Rayondakı  əhalinin sosial səviyyəsi sovetlər 
dövrü ilə müqayisədə xeyli yüksəkdədir.  
1992-ci ilin sentyabr ayından Araz çayı üzərində “Ümüd körpüsü” salınmışdır ki, əhali buradan 
Türkiyəyə sərbəst keçib-gəlirlər.  
Naxçıvandan Sədərəyə 88 km məsafədə avtomobil və dəmir yolları çəkilib. Sədərəkdə son illərdə 
“Heydarabad” qəsəbəsi tikilib istifadəyə verilmiş və orada mədəni sosial sahələr yaradılmışdır.  
Sovetlər dövründə  Sədərək  əməkçiləri istehsalat qabaqcılları olmuş üzüm ustası Süleyman 
Nəsirovla fəxr etmişlər.  
Sədərəkli yaradıcı ziyalılar xalqın rəğbətini qazanmışlar.  
Sədərəyin igid oğlullar 90-cı illərin erməni təcavüzkarlığına qarşı  mərdliklə  vətənin 
müdafiəsində durmuş və neçə-neçə əsgərlər torpaq uğrunda canlarını qurban verərək şəhidlik zirvəsinə 
ucalmışlar.  
Mərhum İbrahim Oruc qələmi ilə düşmənə nifrətini, vətənə sədaqətini belə vəsf etmişdir
 
“Düşmənin önündə durub dağ kimi,  
Dolanır elləri üzü ağ kimi,  
Daim dalğalanır bir bayraq kimi,  
Sərhəddə oyaqdır Sədərəklilər,  
Polad tək dayaqdır Sədərəklilər.“ 
 
Sədərək rayonunun ərazilərində qədim insanların yaşayış məskənləri olmuşdur ki, həmin abidələr 
tarixi keçmişimizdən xəbər verirlər. Belə tarixi abidələrdən Sədərək qədim insanların yaşayış yeri (E.ə. 
IV minillik), Çanıq qədim yaşayış yeri (E.ə. II-I minillik), Kərki şəhəri xərabəlikləri (E.ə. III-I minillik), 
Sədərək mağarası (E.ə. VII-VI minillik), “Çilədağ” qədim yaşayış yeri (E.ə. III-II minillik), “Koroğlu” 
qalası  xərabəlikləri (orta əsrlərin XVII-XVIII yüzillikləri) və başqa tarixi-arxeoloji abidələri misal 
çəkmək olar (Q. Həsənov. “Nax. MSSR-in tarixi və arxeoloji abidələri”. Naxçıvan-1988. səh. 7). 
Sədərək əraziləri orta əsrlərin məşhur “Böyük ipək yolu”nun üstündə olmuşdur.  
Sədərəklilər dini-sosial sahələrə maraqlı olduqlarından  ərazidəki tarixi ziyarətgahlara 
etiqadlıdırlar.  
Ərazidəki ziyarətgahlar islam mənəviyyatından öncə yaradılmış, tarix boyu insanlar tərəfindən 
qorunub saxlanılmışdır.  
XVIII-XIX əsrlərdə İslam mənəviyyatı ərazidə yayıldığından sonra burada “Qırxmirri”, “Asnı”, 
“Qurbanlı” və başqa məscidlər tikilərək dindarların öhdəsinə verilmişdir.  
Məscidlərdə yazılı daş kitabələr vardır.  


 
97
Sədərəkdə son illərdə daha iki məscid binaları inşa olunmuşdur ki, onlardan hər birində  100 
nəfərədək şəxs ibadət edə bilər. Məscidlərdən birini ümumxalq yolla, digərini isə sədərəkli xeyriyyəçi 
Yusif Qafar oğlunun səyi ilə tikdirilmişdir.  
Sədərək rayonu ərazilərində müalicəvi  əhəmiyyətli soyuq sulu mineral bulaqlar yer altından 
qaynayaraq çıxırlar. Onlardan ən məşhuru “Koroğlu” bulağı okean səviyyəsindən 1.020 metr 
yüksəklikdədir. Bundan başqa rayonun ərazisində olan Vəlidağın yamacındakı “Dəhnə” bulağı  və 
qəsəbədən 1 km aralıdakı “Bahadur” mineral su bulaqlarını göstərmək olar.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
98
“Tejkar” piri 
 
Sədərək rayonu ərazisində  məşhur ziyarətgahlardan sayılan “Tejkar” piri qəsəbənin  şimal-
qərbindəki Təkrar dağının üstündə ardıc kolları arasındadır.  
“Tejkar” sözü ərəb mənşəli xatırlama, yada salma, təkrar etmək mənasında işlənib ərazidəki eyni 
adlı dağla əlaqəlidir.  
Maraqlıdır ki, hər kəs  ərzidə bitmiş ardıc kollarından kəsib aparmaqla cismani sürətdə  zərər 
çəkənlərdən olmuşdur.  
“Tejkar” pirində heç bir məzar yeri yoxdur, lakin buradakı təmiz hava, sərin şəfalı bulaq suyu ilə 
mənzərəli həmişə yaşıl ardıc kolları ziyarətçiləri heyran qoyur.  
Pirdəki bulaq başında bitmiş ardıc kollarına niyyət edənlər müxtəlif rəngli parçalar bağlamaqla 
Ulu Tanrını möcüzələrinə inam gətirib, gətirdikləri qurbanlıq heyvanlarını kəsərlər. Həmin “ocaq”da bir 
neçə sayda (onların sayı 30-dan çoxdur) kiçik ölçülü “yumurtavari” qara daşlar-meteoritlər saxlanılır (V. 
Baxşəliyev “Pirlərlə bağlı miflər və inanclar.” Bakı-2006, “Azərbaycan Mifoloji mətnləri”. Bakı-
1988.).  
“Tejkar” piri nəinki mənəvi inanc ziyarətgahı, həmiçinin turizmlə maraqlananlar üçün təbiət 
qoynunda istirahət ormanıdır.  
Pir yerinin yaranması indiyədək elmi şəkildə öyrənilməmişdir. Hər halda orta əsrlər dövrünün 
mədəniyyətindən yadigardır. 
“Haqq olan (qəbul edilən) dua yalnız Ona (Allaha) olan duadır. Ondan başqasına edilən dualar 
(Ondan qeyrisinə ibadət edənlərin duaları) qəbul olunmaz...” 
“Göylərdə  və yerdə kim varsa, (özləri də) kölgələri də  səhər-axşam istər-istəməz Allaha səcdə 
edər!” (Quran, “Rəd” (13) s. a. 14-15.) 
“Şübhəsiz ki, toxumu da, çərdəyi də cücərdib çatladan, ölüdən diri, diridən də ölü çıxaran 
Allahdır. Budur! Axı siz ondan nə cür döndərilərsiniz?” (Quran, “Ənam” (6) s. a. 95.)  
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 6,65 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə