Məşhədi Feyruz Bağırlı



Yüklə 6,65 Mb.
Pdf görüntüsü
səhifə36/41
tarix27.10.2018
ölçüsü6,65 Mb.
#75801
1   ...   33   34   35   36   37   38   39   40   41

 
93
Hadı qaib piri 
 
Həmin pir yeri Şərur rayonundakı Axura kəndinin yaxınlığında Axura çayının sol sahilindədir. 
Ərazinin  ətrafı hündür dağlarla  əhatə olunub. Dərədəki orta əsrlərdən (IX-XVIII əsrlər) qalma xərabə 
yaşayış yerindədir. Pir ətrafındakı yaşayış yeri (kəndi)  İran-Osmanlı Türkiyəsi savaşlarında yadellilər 
tərəfindən dağıdılaraq evlər yandırılmış, əhalisini isə əsir aparmışlar.  
Viranə qalmış  həmin yerdə kol-kosluq yaranmış, cır alma, armud, alça və başqa ağaclar 
bitmişdir.  
Pir yerindəki olan Armud ağacı yüz illərdən qalmış, bura gələnlər tərəfindən dilək ağacına 
çevrilmişdir. Ağacın qol-budaqlarına niyyət edən ziyarətçilər tərəfindən rəngli  əski parçaları 
bağlanılmışdır.  
Pirə  gələnlər  ərazidə  təmizlik işləri aparmaqla ağacları yaxındakı çeşmə suyu ilə suvarırlar. 
Allaha dua edib gətirdikləri qurbanlıq heyvanlarını kəsdirirlər.  
Kənd adamlarının söyləməsinə görə pirin yaranmasına səbəb Armud ağacının yerində Allaha 
inanan gənc çoban Hadı həmkəndlilərinə kömək göstərərək təcavüzkarlara qarşı vuruşmuşdur. Düşmən 
qüvvələri üstün olduqlarından  əhalini qırıb məhv etmiş, evlərini yandırmışlar. Kəndin yaxınlığındakı 
mağarada gizlətdiyi elin sərvəti olan qoyun sürünsünün yerini düşmənlərə deməmişdir. Çoban Hadını 
axtarıb tapmış, həmin yerdə  əzabla öldürmək istəyən zaman adamların gözü qarşısında qeybə 
çəkilmişdir. Bu möcüzəni gördükdən sonra düşmən  əsgərləri qorxaraq silahlarını atıb  ərazini tərk 
etmişlər. Bundan sonra həmin yerdə cavan armud ağacı göyərmiş, böyüyərək  ətrafı kol-kosluq 
basmışdır ( V. Baxşəliyev “Pirlərlə bağlı miflər və inanclar.” Bakı-2006).  
Söyləyirlər ki, çoban Hadı qeyb olduqdan sonra gizlətdiyi qoyun sürüsünü vəfalı Xallı itinin 
müşayəti ilə Armud ağacının yanına gətirmişdir. . .  
Ilin payız aylarında Hadı qayıb pirində daha çox ziyarətçilər olur ki, Allahın möcüzəsinə bir daha 
inam gətirirlər. 
“Həqiqətən, Allahdan qorxub pis əməllərdən çəkinənləri Rəbbi yanında Nəim cənnətləri 
gözləyir! Məgər Biz müsəlmanları kafirlərlə eyni tutacağıq?!” (Quran, “Qələm” (68) s.a. 34-35.) 
“Həqiqətən, yaxşı  əməl və itaət sahibi olan mömünlər Nəim cənnətlərində olacaqlar.” (Quran, 
“Mütəffifin” (83) s. a. 22.)  
 
 
 
 
 
 


 
94
Havuş piri 
 
Həmin pir yeri Şərur rayonundakı Havuş  kəndinin  şimal-şərq qurtaracağında sıldırım qayalar 
arasındakı mağaradadır. Bura (kəndə)  Şərur  şəhərindən 35 km-lik yol gəlir. Kəndin yollarına bələd 
olmayan sürücülərlə  və avtomobili saz halda olmayanlar pirə getməkdə  çətinlik çəkərlər. Belə ki, 
narahat yolları olan pir yeri okean səviyyəsindən 2.000 metr yüksəkdədir. Bundan başqa həmin yerlər 
haliyyədə  təcavüzkar Ermənistan silahlı  dəstələri tərəfindən hədəfə alınmaqla, sərhəd bölgəsində 
yerləşmişdir.  
1992-ci ildən Havuş  kəndinin yerli əhalisinin bir hissəsi rayonun digər kəndlərinə müvəqqəti 
köçürülmüşlər. Haliyyədə  kənddə 114 nəfər  əhali (2005-ci ilin st. məl. ) yaşayır ki, onların 
məşğuliyyətləri arıçılıqla heyvandarlıqdan ibarətdir.  
Havuş kəndində II-VI əsrlərə aid qəbir yerləri vardır.   
Kəndin ərazisində e.ə. II-III əsrlərə aid Sarıbulaq nekropolu, II-IX əsrlərə aid Tamaşalı yaşayış 
yeri, IX-XVII əsrlərə aid Sarıbulaq oba yeri, IX-XVII əsrlərə aid İtqıran nekropolu və s. tarixi-arxeoloji 
yerlər qalmaqdadır. 
Havuş sözünün toponimi dağlarla  əhatə olunmuş  məskən vəya ”Dağ dibi” deməkdir.  Əhalisi 
qədim türk dilli oğuz tayfası olaraq əsasən Dərələyəzdən gələnlərdir.  
Havuş piri mağarada yerləşərək dərinliyi 15 metrdən artıq, eni 3-4 metr ölçüsündədir. Orada 
qədim əcdadlarımız ibtidai formada yaşamışlar.  
Pirdə  əsasən qədimdən qalma cır armud ağacı vardır ki, həmin ağacın qol-budaqlarına uşaq 
arzusunda olan gəlinlər niyyət edib Allahdan pay istər, gətirdikləri rəngli parçaları budaqlara 
bağlayarlar, kişilər isə Allah yolunda qurbanlar kəsər və  ətini kənddəki yoxsullara ehsan edərlər (V. 
Baxşəliyev “Pirlərlə bağlı miflər və inanclar.” Bakı-2006). 
Pirin yaranması haqqında dəqiq məlumat yoxdur. Buraya əvvəllər (90-cı illərədək) yaxın-uzaq 
kəndlərdən ziyarətçilər gəlirdilər.  İnanc yeri olan Havuş piri sərhəd bölgəsində yerləşdiyindən oraya 
getmək təhlükəlidir. 
“Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah 
bağışlayandır, rəhm edəndir! Allah sizin nəyi gizli saxladığınızı  və  nəyi aşkar etdiyinizi bilir! Sizin 
tanrınız bir olan Allahdır...” (Quran, “Nəhl” (16) s. a. 18-19, 22.) 
“Rəbbini həmd-səna ilə  təqdis et və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul 
edəndir!” (Quran, “Nəsr” (110) s. a. 3.)  
 
 
 


 
95
“Şapur bulağı” piri 
 
“Şapur bulağı” adlanan pir yeri Şərur rayonundakı Şahbulaq (Cağazir) kəndinin yaxınlığındadır. 
Həmin bulaq-ziyarətgah haqqında kəndin yaşlı adamları belə deyirlər ki, uzaq səfərlərə  çıxanlar 
ürəklərindəki arzularına çatmaq niyyəti ilə bulağa gəlib salam vermiş, sərin sudan içib su qablarını 
doldurar və bulağın gözünü daşlardan təmizləyib çınqılları bulaq başındakı  “əjdaha ağzı” deyilən 
taxçaya tullayarlar.  
Maraqlısı odur ki, ziyarətçilərin tulladıqları  çınqıl daş parçaları  həmin taxçadkı daş divara 
dəyməklə yapışıb qalardı. Bəzən elə hallar olub ki, tullanan daşlar divara dəyməklə yerə düşərdi. O 
zaman ziyarətçi kor-peşiman evinə geri dönər, getmək istədiyi səfərdən imtina edər.  
Ziyarətçinin atdığı çınqıldaşlar divara yapışdıqdan sonra gətirdiyi qurbanlıq heyvanı (adətən bura 
erkək çəpiş  gətirilərdi) Allah üçün kəsib  ətini kasıb və ehityaclılara ehsan kimi paylayardı. Bundan 
başqa “Şapur bulağı”na uşaq həsrətində olan gənc ailələr gələr, həmin işləri icra etməklə pirdə təmizlik 
aparar, Allah üçün namaz qılıb və dualar edərdilər. Əgər niyyətləri qəbul olsaydı (əksər hallarda uşaq 
istəyənlərin işləri düz gətirərdi) ertəsi ili niyyət etdikləri qurbanlıq heyvanlarını kəsər, ətini yoxsullara 
paylayardılar. Uşaqları olan gənc ailələr, körpə çağaları ilə birlikdə bir neçə il həmin pirə mütəmadi 
sürətdə ziyarətə gələrdilər.  
Şahbulaq (Cağazir) kəndi gözəl təbiəti ilə rayonda məhşur olmuş, sovetlər dövründə bağlar 
qoynunda  düşərgə yerləşirdi ki, məktəblilər yay aylarında burada dincəlirdi.  
Kənd rayon mərkəzindən 22 km şimal-şərqdə, Ermənistanla sərhəd  ərazidə uca dağlarla 
əhatələnmişdir.  
Kənddəki  əhali məlum hadisələrdən sonra 1990-cı ildən (erməni silahlılarının  ərazilərimizə 
təcavüzü nəticəsində) rayonun ayrı-ayrı kəndlərində müvəqqəti məskunlaşmışlar.  
Haliyyədə kəndin əhalisi 564 nəfər qalmış (2005-ci ilin st. məl. ) qədim türk dilli oğuz tayfaları 
olub, bağçılıq, arıçılıq və heyvandarlıqla məşğuldurlar.  
Şahbulaq kəndi 1989-93-cü illərdə dəfələrlə erməni təcavüzünə məruz qalmalarına baxmayaraq 
kəndin igid oğlanları tərəfindən qorunmuşdur.  
“Şapur bulağı”nın yaranmasını belə izah edirlər ki, 359-cu ildə İran Sasani şahı II Şapurun (309-
379) ərazilərdə ova çıxib. Şah kəməndlə tutduğu dağ keçisini Allah yolunda qurban kəsmək istəmişdir. 
Lakin bulaqdakı  əjdaha ağzına oxşayan “taxça-mağara”dan gələn səsdən diskinərək ovunu diri 
buraxmışdır.  
Şah bulaq gözündəki daş-çınqılları “əjdaha ağzı”na tullarkən daşların orada yapışıb qalmasından 
qorxmuş  və düz çökərək Allaha pənah aparmışdır.  Şah niyyət edərək atəşpərəstlikdən  əl çəkmiş  və 
Allahdan övlad diləmişdir. O, Bulağın başını  (ərazisini) təmizlədib övlad həsrətilə yoxsulları 
doyurracağına əhd etmişdir.  
Ertəsi ili Şapur  şahın oğlu olur. Əhdini unudaraq yenə    atəşpərəstliyindən  əl çəkməmişdir. Bir 
neçə ildən sonra Şahın yeganə  oğlu (varisi) böyüyərək atasının qatilinə çevrilməklə taxt-tacına sahib 
çıxmışdır.  
Həmin vaxtlardan bulaq suyu etiqadsız, inamsız və  əhdinə  vəfa qılmayanlara öz təmizliyindən 
pay verməmişdir. Bütün bunlar Allahın möcüzələrindəndir.  
70-80-ci illərdə  Şabulaq kəndindəki “Şapur bulağı” piri rayonda şöhrət tapmış,  ətraf kəndlərin 
əhalisi ziyarətə gələrdilər.  
Haliyyədə pir yerinin əvvəlki şöhrəti unudulmuşdur.  
“Kim islamdan başqa bir din ardınca gedərsə, heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə 
zərər çəkənlərdən olar! Sevdiyiniz şeylərdən sərf etməyincə  səvaba çatmazsınız...”  (Quran, “İmran 
ailəsi” (3) s. a. 85, 92.) 
  
  


Yüklə 6,65 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə