Məşhədi Feyruz Bağırlı



Yüklə 6,65 Mb.
Pdf görüntüsü
səhifə33/41
tarix27.10.2018
ölçüsü6,65 Mb.
#75801
1   ...   29   30   31   32   33   34   35   36   ...   41

 
86
Xanağa piri 
 
Pir yeri Ordubad rayonundakı Xanağa (Çapayev) kəndində yerləşmişdir.  
Kəndin adının yaranma mənşəyi  ərazidə olan qədim tikili yeri xanəgahla bağlıdır. Sovetlər 
dövründə Naxçıvandakı bir neçə ərazi-coğrafi adları dəyişdirildiyindən həmin kəndə rusiyada vətəndaş 
müharibəsi komandiri “qırmızı bolşevik” V. V. Çapayevin adını vermişlər.  
Azərbaycanda milli müstəqilliyimiz bərqərar olduqdan sonra 1993-cü ildə kənd əvvəlki adı kimi 
Xanağa adlandırılmışdı.  
Xanağa kəndi okean səviyyəsindən 3.000 metr yüksəklikdə yerləşir. Bura Ordubad şəhərindən 14 
km-lik məsafədədir.  
Kənddəki  əhalinin sayı 665 nəfərə çatmış (2005-ci ilin st. məl.), heyvandarlıq və bağçılıqla 
məşğuldurlar. Burada məskunlaşan insanlar Zəngəzurun Qarçevan-Mehri ərazilərindən gələnlərdirlər.  
Kənddəki əhaliyə haliyyədə İslam ehkamlarını bilməyə ciddi ehtiyac vardır.  
Bura hüzn mərasimlərini keçirməyə qonşu kəndlərdən çağırılan “əməli-mövtlar” (ölü yuyanlar) 
minnətlə gəlirlər...  
Xanağa piri kəndin  şimal-şərq tərəfindən axan Xanağa çayının sol sahilindədir.  İki otağı olan 
binanın içərisində müsəlman məzarı vardır ki, əvvəllər onların sayı üç olmuşdur.  
Həmin məzarlardan birində Şeyx Nurəddinin oğlu Şeyx İslam,digərində isə Səyyid Həmidin oğlu 
Səyyid Tahir adlarında nüfuzlu şəxslər (üləmalar) dəfn olunmuşlar. 
Qəribədir ki, əvvəllər burada olmuş rus şərqşünası V. M. Sisoyev pirdəki məzarların sayının iki 
olduğunu göstərmişdir. . .  
Görünür ki, üçüncü məzarın quruluş istiqaməti qərbdən  şərqə olmamış,  şimaldan cənuba tərəf 
(əmanət qəbir) basdırıldığından nəşin sümük qalıqları çıxarılıb aparılmışdır.  
Pirin düzbucaqlı formada olan binası sonrakı illərdə bərpa olunaraq yenidən tikilmişdir. İçəridəki 
daş kitabələrlə mərmər sənduqələr bura gələnlərin diqqətini cəlb edir.  
Tədqiqatçılar pirin yaranması tarixini XIV-XV və XVII əsrlərə aid etmişlər. Pirdəki daş üzərində 
yazılmış kitabənin  ərəbcədən tərcüməsi belədir;-“Yer üzərində olan hər kəs fanidir. Ancaq əzəmət və 
kərəm sahibi olan Rəbbinin zatı baqidir. (Quran. “Ərrəhman” (55) surəsi, ayə 26, 27).  
Daha sonra isə orada bu sözlər də yazılmışdır;“Bu qəbir Həmidin oğlu Səyyid Tahirindir. 
707/1307-08 il” (M. Nemət “Azərbaycanda pirlər”. Bakı-1992. səh. 27). Burada birinci göstərilən tarix 
hicri ilə ikinci isə miladini bildirərək “08” rəqəmi isə Hicrətin səkkisinci-Şəban ayını bildirmişdir. 
Bunlardan başqa pirdəki digər bir daş üzərində belə yazılmışdır ki, -“Ey bütün qəriblərin dostu! 
(buradakı dost sözü Allahı bildirir) Bu bağ (məzar deməkdir)  Şeyx Nurəddinin oğlu Rəhmətlik, 
bağışlanılmış, xoşbəxt  şəhid, 1010-cu ildə (hicri tarixi ilə) Allah rəhmətinə çatmış,  şeyxlər nəslindən 
(olan), Şeyx İslamındır.” (miladi 1601-1602-ci illərdə).  
Həmin kitabənin mənasından aydın olur ki, pirdə basdırılan şəxs din yolunda, şəhid olmuş Şeyx 
İslam Şeyx Nürəddinin oğludur.  
Mərhumun kübar feodal təbəqəsindən olması Quran ayələrinin məzar daşına yazdırılması sübut 
edir ki, ərazidə sufilərin Xanəgahı (mədrəsəsi) olmuşdur.  
Həmin kəndin adının Xanağa adlanması buradakı “Xanəgah”la əlaqəlidir.  
“Allah yolunda öldürülənlərə “ölü” deməyin.  Əksinə onlar diridirlər, lakin siz bunu dərk 
etmirsiniz.” (Quran, “Bəqərə” (2) s. a. 154.) 
 
 
 
 
 
 


 
87
Şərur rayonundakı ziyarətgahlar 
 
Şərur rayonu Naxçıvan Muxtar Respublikasının  şimal-qərbində yerləşmişdir.  Ərazinin topaq 
sahəsi 0,81 min km

olub, şimal-qərbdən Sədərək rayonu, şimal-şərqdən Ermənistan (Dərələyəz dağları 
ilə), cənub-qərbdən Araz çayı boyunca İran və cənub-şərqdən isə Kəngərli rayonu ilə həmsərhəddir.  
Şərur rayonunun əhalisinin sayı 97.089 nəfərdir (2005-ci ilin st. məl.).  Əkinçilik və 
heyvandarlıqla məşğuldurlar.  
Şərur rayonunun ərazisi fiziki-coğrafi relyefinə görə düzənliklərdən ibarətdir.  Ən yüksək yeri 
Tənənəm kəndi yaxınlığındakı Qaraquş (2600 m.) dağı  və  ən alçaq yeri isə Araz çayının sahilidir ki,  
okean səviyyəsindən 760 metr yüksəkdədir.  
Rayondakı əhali əməksevər və qonaqpərvər olmaqla dünya elmlərinə maraqlıdırlar. Şərur elindən 
neçə-neçə adlı-sanlı  əmək qəhrəmanları-Qızıl ulduzlu pambıqçı Bahar Talıbova, tütünçü Mirhəmzə 
Eminov və başqaları olmuşdur.  
Naxçıvandan  Şərur  şəhərinə 66 km-lik məsafədə avtomobil və  dəmir yolları uzanır.  Əvvəllər 
Şərur rayonu torpaq ərazilərinin bir hissəsi əkin sularından korluq çəkmiş, 1970-77-ci illərdə Arpa çayı 
üzərində “Dəvəölən”  ərazisində tikilmiş  bəndə görə burada su tutumu 140 milyon kub metrə çatan 
dəryaça yaradılmışdır. Həmin dəryaçanın suları (sağ və sol kanallar vasitəsi ilə) axıdılaraq əkin sahələri 
suvarılır.  
Şərur, iqdisad cəhətdən inkişaf etmiş aqrar-sənaye rayonudur. Ərazidə kənd təsərrüfatı sahələri 
ilə brabər özəl sənaye sahələri öz inkişafını tapmışdır.  
Rayonun  əhalisi  İslam mənəviyyatına geniş yer vermiş, kəndlərdə  məscidlər tikilmiş, pir və 
ziyarətgahlar imkanlı adamlar tərəfindən təmir-bərpa olunaraq əvvəlki görkəminə qaytarılmışdır.  
Bu ərazilərin əski adı orta əsrlərdə Şərel olmuşdur (Ərazinin şimalındakı Ardıc (Şərel, 2.034 m. ) 
dağının adından götürülərək, mifaloji deyimlərə görə  həmin yerə qalxanlar “şərə düşərək” qan 
təzyiqinin qalxmasından əzab çəkərlər). Bu isə Şər təpəsinin mifaloji adı ilə bağlıdır.  
Şərur torpaq ərazilərində qədim dövrlərdən türk dilli oğuz tayfaları, daha sonra isə orta əsrlərdə 
Mərkəzi Asiyadan türk dilli Kanqlı (Kəngərli) tayfaları gəlmiş, mehriban şəraitdə yaşayıb heyvandarlıq 
və əkinçiliklə məşğul olmuşlar. Orta əsrlərdə ərazinin məhsuldar sulu torpaqlarında çəltik, buğda, tütün 
(tənbəki toxumunu əraziyə avropalı  səyyah-tacirlər “Böyük İpək yolu” ilə  gətirmişlər), pambıq (çiyid 
toxumlarını Kəngərli tayfaları Xarəzmlə Səmərqənddən gətirmişlər), üzüm, qovun (hər iki bostan bitkisi 
toxumlarını Kəngərli tayfaları tərəfindən Sır-Dərya ərazilərindən gətirilmişdir), küncüt, vələmir, çovdar 
və sairə əkilib becərilirdi.  
XVIII  əsrin axırlarında ruslar (Malakanlar) ərazilərə  gələrkən bir neçə taxıl və  tərəvəz 
bitkilərinin toxumlarını özləri ilə  gətirmişlər.  Şərurun zəhmətkeş  kəndliləri həmin dövrlərdən Arazla 
Arpa çayları sahili torpaqlarında qılçıqlı buğda, arpa, şəmbəllə, yulaf kimi taxıl bitkiləri ilə birlikdə 
pomidor, badımcan, bibər, kələm, kartof, yer alması, kök və çuğundurun üç növünü əkib becərirdilər.  
Şərur ərazilərində orta əsrlərdən bəri heyvandarlıq sahəsi inkişaf edərək şöhrət tapmışdır. Qədim 
dövrlərdən burada atçılıqla dəvəçilik inkişaf etdirilmiş, uzun yunlu Balbas cinsli (buna “qızıl yunlu”da 
deyirlər) qoyunlar, soyuğa davamlı Anqar cinsli keçilər, inək və camışçılıq inkişaf etdirilmişdir.  
Orta  əsrlərdə  Mərkəzi Asiyadan köçüb gələn Kəngərli tayfaları özləri ilə  bərabər işlək qoşqu 
heyvanları olan öküz və iki hürküklü dəvələr, Meranus və  İtquyruq cinsli südlük qoyunlar, ağır yük 
daşıyan qatırla qısa boylu zirək (çevik) Altay atlarını  gətirib  ərazidə yaymışlar. Çox təssüf ki, adları 
çəkilən heyvanlardan çoxusunun nəsli ərazidə kəsilmişdir.  
80-ci illərin axırlarında Ermənistan silahlı quldur dəstələri Muxtar Respublikanın torpaq 
ərazilərinə basqın etmiş, nahaq yerdən qan tökmüş, xalqımızın oğlulları şəhid olmuşlar.  
90-cı illərin döyüşlərində qəhrəman Şərur və Sədərək oğulları erməni basqınçılarının qarşısında 
məğrur dayanaraq torpaqlarımızı igidliklə qorumuşlar.  
 
30-cu illərədək ərazidə İslam mənəviyyatı inkişaf etdirilmiş, sonradan sovet ateist rəhbər dairələr 
tərəfindən görkəmli üləma və müşteyidlər təqib edilib, bir qismi tutulub soyuq Sibirə sürgün edilmiş
digərləri isə vətəndən didərgin düşərək Araz çayından o taya keçmişlər.  
Şərur  ərazilərində  qədim  İnsanların yaşayış  məskənləri olmuşdur. Onlardan rayondakı Püsyan 
kəndindəki yaşayış yerini (E.ə. II-I minillik), Təzəkənd kəndindəki qədim yaşayış yerini (Antik dövr), 


Yüklə 6,65 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə