Məşhədi Feyruz Bağırlı



Yüklə 6,65 Mb.
Pdf görüntüsü
səhifə32/41
tarix27.10.2018
ölçüsü6,65 Mb.
#75801
1   ...   28   29   30   31   32   33   34   35   ...   41

 
84
Şəmsəddin Məhəmməd piri 
 
XIV  əsrə aid pir yeri Ordubad rayonundakı  qədim tarixi ərazilərindən sayılan Aşağa Aza 
kəndindədir.  
Kənd, Culfa-Ordubad magistral yolundan 3 km cənubda Gilançayın mənsəbindədır.  
Aşağa Aza kəndinə Ordubaddan 17 km-lik məsafədə  şose yolu gəlir.  Ərazidəki Gilançayın 
üstündən iki körpü salınmışdır ki, onlardan biri XVIII əsrin tikilisidir. . .  
Aşağa Aza kəndində 442 nəfər əhali yaşayır (2005-ci ilin st. məl.), əkinçilik və heyvandarlıqla 
məşğuldurlar.  
Aşağı Aza kəndinin  əhalisi Zəngəzurun Aldərə, Qorçevan, Urud (Voratan) ərazilərindən 
köçürülərək məskunlaşmış Azəri türklərindən təşkil olunmuşdur.  
Aşağa Aza kəndinin adının yaranması  əsasən orta əsrlərdə  ərazidə möhtəşəm Azad şəhərinin 
adından götürülmüşdür.  
Tarixi “İpək yolu”nun üstündə salınmış  həmin  şəhərdən yalnız indiyədək Azad şəhərinin 
xərabəlikləri (XIV əsr), qəbrstanlıq (XIV əsr), hamam (XVII əsr) və körpü (XVIII əsr) qalmışdır.  
Ərazidəki qədim qəbrstanlıqda məzarüstü qoç daş abidələr qalmaqdadır. Onlardan bir neçəsi 
gətirilərək Naxçıvan şəhərindəki Açıq Səma altındakı Muzeydə qoyularaq nümayiş etdirilir.  
XIV  əsrdə yaşamış tarixçi coğrafiyaşünas Həmdulla Qəzvinin yazdığı “Nüshət-əl-qürub” 
kitabında Naxçıvandakı Azad şəhəri haqqında geniş məlumat vermişdir.  
Müəllif  əsərində belə yazır;-“Azad  şəhəri, bol taxıl, üzüm, pambıq məhsulları ilə  şöhrət 
tapmışdır. . . Əhalisi təbiətcə savaşqandır. . . və sairə”.  
Mənbəyini Qapan dağından götürən Gilançayın üstündə yerləşmiş Azad şəhəri XI-XII əsrlərdə 
Yaxın və Orta Şərqdə böyük ticarət və sənətkarlıq mərkəzi kimi şöhrət tapmışdır.  
Mərkəzi Asiyadan Qərbə gedən mühüm ticarət yolları bu şəhərdən keçib gedərdi.  
Gilançay üzərində dövrümüzədək qalmış körpü bütün bu deyilənləri bir daha təsdiqləyir (M. 
Nemət “Azərbaycanda pirlər”. Bakı-1992. səh. 43)
Aza piri kəndin aşağısında yerləşir. Oradakı üç ədəd daş qoçlardan başqa, qalanları müxtəlif 
yerlərə aparılmışdır. Oradakı daş qoçlardan birində ərəbcə bu sözlər yazılmışdır;“Onun (qəbirin) sahibi 
Səfərdir. Səkkiz yüz yetmiş yeddinci il” (miladi 1472-1473-cü illər).  
Ərazidəki  Şəmsəddin Məhəmməd pirinin ətrafı XIV-XVII əsrlərdən qalma böyük qəbrstanlıq 
olmuş, lakin kənddə yaşayan ermənilər özlərinə şəxsi mülk salarkən qəbrüstü yazılı daşları sındıraraq 
dağıtmışlar. Xoşbəxtlikdən pir binasının içərisindəki məzarüstü yazılı daş yerində salamat qalmışdır. 
Həmin məzarın üstündəki daşda  ərəbcə bu sözlər yazılmışdır;-“Əbədi pərvərdigar olan Allahın 
yaxınlığına möhtac, xoşbəxt mömin, rəhmətlik,  əzəmətli Mövlana (Ərəbcə “bizim ağa” deyilən söz
XIII əsrdə Mövlana Cəlaləddin Rumi tərəfindən təsdiq olunaraq, nüfuzlu adamların adlarının əvvəlində 
çəkilirdi)  Şəmsəddin Məhəmməd, səkkiz yüz doxsan ikinci il, zilhiccə ayında fani dünyadan əbədi 
dünyaya köçdü. Allah onun qəbirini işıqlandırsın. Amin! Zilhiccə ayı, 892” (miladi 1487-ci il) (M. 
Nemət “Azərbaycanda pirlər”. Bakı-1992. səh. 42). 
Pirin ətrafında sonradan orta əsr feodal tayfa başçıları dəfn olunmuşlar.  
Altmışıncı illərdə ətraf kəndlərdən pirə ziyarətə gələnlərin sayı daha çox olmuşdur. Ziyarətçilər 
qəbirdəki yazının mənasını bilməmiş, oranın “imam qəbiri” olduğunu güman etməklə Allaha qurbanlar 
kəsib ehsanlar verərdilər. . .  
“Biz qurbanlıq dəvələri də Allahın nişanələrindən etdik...” (Quran, “Həcc” (22) s. a. 36.) 
 
 


 
85
Dər kəndindəki pir 
 
Dər kəndi Ordubad rayonundakı kiçik yaşayış  ərazilərindən olaraq rayon mərkəzindən 15 km 
cənub-şərqdə Gilançayın Arazla qovuşduğu yerdədir.  
Kəndin torpaq ərazisi sərhəd zolağına düşdüyündən  əhali tədricən Aşağa Aza kəndinə 
köçmüşdür. Haliyyədə  Dər kəndində 500 nəfərə yaxın (2005-ci il st. məl.)  əhali yaşayaraq 
heyvandarlıqla məşğuldurlar.  
“Dər” sözü-darvaza qapısı deməkdir.  Ərazi qədim  İnsanların yaşayış  məskənləri olduğundan 
burada xalqımızın tarixi mədəniyyət abidələri qalmaqdadır.  
Kənddə tunc dövründən qalma daşdan yonulmuş qoç heykəllər (onlar qəbrüstü daşlar deyillər), 
hamam və türbə (XIV əsr), daş körpü (XVIII əsr) və başqa tarixi mədəniyyət tikililəri qalmışdır.  
Ərazidəki türbə (ora pir də deyirlər) haqqında olan yeganə elmi məlumatı ilk dəfə 1870-ci ildə 
Sankt-Peterburqda nəşr olunmuş “Qafqaz haqqında məlumat” (rusca) toplusundakı “Qədim qala” 
sərlövhəli məqaləsindədir.  
Həmin məqalənin yazılmasından yüz il sonra Azərbaycan alimləri  Ə. V. Salamzadə ilə K. M. 
Məmmədzadə  Dər kəndindəki pirdə olmuş, oradakı tarixi memarlıq tikililəri haqqında tədqiqatlar 
aparmışlar. Azərbaycan, rus və ingilis dillərindəki yazdıqları kitabda Dər kəndindəki pirin Naxçıvan 
ərazisində qiymətli tarixi memarlıq abidəsi olduğunu qeyd etmişlər (Ə. V. Salamzadə “Arazboyu 
abidələr”. Bakı-1979). 
Müəlliflər tədqiqat  əsərlərində bildirmişlər ki, pir binası XIV əsrdə tikilmiş Azərbaycan 
memarlıq sənətinin incilərindəndir.  
Kəndin ərazisində digər iki türbələrin (XIV-XVII əsrlər) xərabəlikləri dövrümüzədək qalmışdır. 
Tikilidəki divarın yarı uçuq vəziyyəti bir daha göstərir ki, pir yeri əvvəllər ərazidə yaşamış ermənilər 
tərəfindən vəhşiliklə sökülmüşdür.  
Təssüf ki, pirdəki məzarların üzərindəki yazılı daş kitabələr götürüldüyündən orada basdırılan 
adamların şəxsiyyətindən məlumat vremək qeyri mümkündür.  
Nuh yurdunun müqəddəs torpaq ərazilərində özlərinə məskən salmış ermənilər sovet dövründəki 
yerli rəhbərlərin laqeydliklərindən məharətlə istifadə etmiş, tarixi yurd yerlərimizin adları 
dəyişdirilməklə mənəviyyat abidələrimizi söküb dağıtmışlar.  
Sovet dövründə doxsanıncı ilədək Dər kəndindəki pirə ziyarətə getmək müsəlman vətəndaşlara 
qadağan olunmuşdur.Hətta əraziyə (kəndə) qonaq kimi getmək belə yasaq olmuş, inzibati orqanlardan 
icazə alınmalı idi. 
 “Allaha  əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini  əmr etdiyi şeyləri 
qıranlar, yer üzündə fitnə-fəsad törədənlər isə  lənətə düçar olacaqlar. Onları pis yurd (Cəhənnəm) 
gözləyir.” 
“İman gətirib yaxşı işlər görənlərin xoş halına! (Onları) gözəl bir sığinancaq (Cənnət gözləyir)!” 
(Quran, “Rəd” (13) s. a. 25, 29.)  
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 6,65 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə