Məşhədi Feyruz Bağırlı



Yüklə 6,65 Mb.
Pdf görüntüsü
səhifə30/41
tarix27.10.2018
ölçüsü6,65 Mb.
#75801
1   ...   26   27   28   29   30   31   32   33   ...   41

 
79
Nüs-nüs piri 
 
Həmin pir, Ordubad rayonunun Nüs-nüs kəndindəki məscid binasındadır.  
Nüs-nüs pirinə rayonda “Qırx kimsə” adı deyərlər. Buraya Ordubad şəhərindən 7 km-lik asfalt 
yol gəlir. Kəndin  ərazisi okean səviyyəsindən 2.500 metr yüksəklikdə yerləşir. Dübəndi çayının 
sahilindəki meyvə bağları içərisindədir.  
Nüs-nüs kəndində 1.905 nəfər (2005-ci ilin st. məl. ) əhali yaşayaraq, bağçılıq və heyvandarlıqla 
məşğuldurlar.  
Nüs-nüs kəndinin yaranması  ərazidəki pirlə  əlaqədardır. Belə ki, orada ilk məskunlaşan 
adamların qara rəngli sütunvari daşa “nis-nis” (qeyb olmaq) deməklərindən kəndin adı yaranmışdır.  
Əraziyə ilk dəfə  Zəngəzurun Diyayçay ərazilərindən gəlmiş  Qədimli tayfası  məskunlaşmışdır. 
(Haliyyədə Muxtar Respublika ərazisində yaşayan Qədimli (Qədimov) nadir soyköklü şəxslər həmin 
tayfanın əqrəbalarıdır.) 
Daha sonra isə əraziyə Arazın cənub sahillərindən (Cənubi Azərbaycandan) və digər yerlərindən 
tayfalar köçərək məskunlaşmışlar.  
Haliyyədə  kənddə yaşayan sakinlər  əvvəllər köçüb gəlmiş  Qədimli, Salehli, Abbaslı,  Əlirzalı, 
Məmmədli, Hüseynli, Şıxlı və s. Tayfalardır. Onlar mehriban, qonaqpərvər və dindardırlar.  
Kəndin ətrafında dörd qəbrstanlıq olaraq, əhalisi uzun ömürlüdürlər.  
Nüs-nüs kəndində iki məscid binasından biri pir yerində tikilmişdir ki, bura el arasında “Sərçi” 
(sulu yer) deyərlər. Həmin məscid XIV əsrdə inşa edilərək dövrümüzədək salamat gəlib çatmışdır. 
Məscid binası əsasən iki mərtəbəlidir ki, birinci mərtəbədə möcüzəvi pir yeri vardır. Belə ki, məscidin 
(pirin) içərisindən hündürlüyü 6 metrə çatan və 1 metr enində kvadrat şəkli olan daş sütun 
“göyərməkdədir”. Kəndin yaşlı sakinlərinin söyləməsinə görə burada əvvəllər bir neçə  dəfə  zəlzələ 
təkanından həmin qara daş sütunu uçaraq sınıb tökülmüş, lakin sonradan yenə  də  əvvəlki yerində 
“göyərərək” peyda olmuşdur. (?). . .  
Kəndin mollası  Kərbəlayi  Əqil  Əli oğlunun söyləməsinə görə (o da ata-ababsından eşitmişdir) 
pirdəki məscid binası 630 il bundan öncə Elxan hökmüdarı  Əbu Səid Bahadur xan (?) tərəfindən 
tikdirilmişdir. Bundan başqa pirdəki qədim dövrlərdən qalma səndəl ağacından (?) hazırlanmış 1,5x1 
metr ölçüsündəki taxta qapı üzərində qədim ərəb əlifbası ilə (süls xətti ilə) kitabə oyularaq yazılmışdır. 
(Həmin yazılı kitabə haqqında ilk dəfə pirdə olmuş rus şərqşunası N. V. Xanıkov məlumat vermişdir.) 
Bir tağlı taxta qapı üzərindəki yazının tərcüməsi belədir;-“Allahın adı ilə olan bu məscidi Bahadur şah 
tikdirmiş və burada iki rükət ziyarət namazı qılınmalıdır”.  
(Müəmmalıdır ki, camaat tərəfindən danışılan pirdəki qeybə çəkilmiş 40 nəfər müsəlmanın adları 
kitabənin yazısında göstərilməmişdir).  
Məscid binası zəlzələdən sonra dəfələrlə təmir-bərpa edilərək əvvəlki vəziyyətinə salınmışdır.  
Məscid binasının həyəti təxminən 0, 4 hektardır. Binanın birinci mərtəbəsindəki otaqlardan 
birində (pirdə) simvolik müsəlman məzarı vardır.  
Pirə gələnlər əsasən buradakı yerdən göyərən qara daş sütuna daha çox diqqət yetirirlər.  
Pir yerindəki həmin məzar çox güman ki, əvvəllər burada xidmət göstərmiş mücövürlərdən 
birininkidir.  
Nüs-nüs pirində ziyarətçilər üçün bütün imkanlar yaradılmış, lazım olan avadanlıqlar 
qoyulmuşdur.  
Pirin möcüzəvi xüsusiyyəti ondadır ki, bura gələn ruhi xəstələr, üç gün müddətində qara sütun 
daşın yanında yatmaqla, Allahın qüdrəti ilə pirdəki qeybə  çəkilmiş 40 nəfər mömünlərin duası ilə 
sağalaraq şəfa tapırlar (?). 
Pirin möcüzələrindən biri oradakı qədim taxta qapının astanasından içəri (otağa) keçərkən (qapı 
alçaq olduğundan  əyilərək girmək lazım gəlir) natəmiz və  bədniyyətli adamları hansısa bir qüvvə 
tutaraq içəri buraxmır.  
Nüs-nüs pirinə ilin bütün fəsillərində  gəlmək mümkündür. Pirə  gələn ziyarətçilər gətirdikləri 
qurbanlıq heyvanlarını Allah yolunda kəsməklə  ətindən istifadə edə bilərlər. Çünki kənddə yoxsul 
adamlar olmadığından və ziyarətçi qonaqlara burada yüksək məişət  şəraiti yaradıldığından verilən 
ehsanlardan imtina edirlər.  


 
80
Deyilənlərə görə pirdə qeybə  çəkilmiş 40 nəfər mömün müsəlmanların Ruhlarını  ağ geyimli 
paltarlarda, yalnız ilin bircə günündə-Ulus vaxtı (gecə ilə gündüzün bərabərləşdiyi gün, 19-20 mart) 
görmək olur.  
Bunun üçün niyyət edib məsciddəki qara sütun daşa kürək nahiyyəsini dayamaqla röyada görmək 
mümkündür. Hər kimsə həmin anda ağ geyimli qırx nəfərin birindən bir şey alarsa, ömrünün qalmışını 
xöşbəxt keçirər, Qiyamət günündə sorğusu yüngül olar. Bütün bunlar Yaradanın möcüzələrindəndir. 
Ona həmd və səlam olsun! Amin! 
“De: “Allahdan başqa göylərdə  və yerdə olan heç kəs qeybi bilməz! Onlar yenidən nə vaxt 
diriləcəklərini də bilməzlər!” 
“Sur çalınacağı gün Allahın istədiklərindən başqa, göylərdə və yerdə olanlar dəhşətli bir qorxuya 
düşər və onların hamısı Onun hüzuruna müti vəziyyətdə gələr.” (Quran, “Nəml” (27) s. a. 65, 87.) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
81
Üstüpü piri 
 
Bu pirə Üstüpü kəndində  İsfəndiyar da deyirlər. Çünki burada səyyid  İsfəndiyar adlı  şəxsin 
məzarı vardır.  
Pir Ordubad rayonundakı Üstüpü kəndində, Düyülün çayının sol sahilində yerləşir. Okean 
səviyyəsindən 2.000 metr yüksəklikdədir. Pir yerləşən  ərazidən 600 metr aşağada kənd olduğundan 
sadəcə olaraq oranın adı “Üstü pir” adlanmışdır. Üstüpü kəndi Ordubad şəhərindən 36 km məsafədə 
yerləşir.  
Orta  əsrlərdə  İslam xəlifəsi Abbasilərin zamanında Yusif ibn Səccad tərəfindən  İrakla  İran 
ərazilərindən Həzrət  Əli nəslindən olan səyyidlər təqib olunaraq öldürülürdü. Həmin adamlardan biri 
olan səyyid  İsfəndiyar (?) adlı  şəxs gələrək Naxçıvandakı müqəddəs  Əshabi-Kəhf mağarasını ziyarət 
etmiş  və indiki Üstüpü ərazisində (o vaxt ərazilər Gilan vilayətindəki Azad (Aza sözü oradan 
götürülmüşdür) şəhəri bələdiyyəsinə tabe idi) məskunlaşaraq qalmışdır.  
XX  əsrin  əvvəllərində Üstüpü kəndindəki pir yerində  mərhum səyyid  İsfəndiyar  şəcərəsindən 
olan Mir İsmayıl ağa (1964-1981-ci illərdə Naxçıvan came məscidinin axundu Mir Abdulla Seyidovun 
(1906-1981) atası olmuşdur) mücövür olmuş  və  vəfat etdikdən sonra cənazəsini pir yerində  dəfn 
etmişlər.  
Üstüpü kəndində 1.342 nəfər (2005-ci ilin st. məl.)  əhali yaşayarır.  Əsas məşğuliyyətləri 
meyvəçilik və heyvandarlıqdan ibarətdir.  
Kənddə Zəngəzurun Gorus mahalından və Cənubi Azərbaycanın Mərənd vilayətindən türk dilli 
azərilər köçərək məskunlaşmışlar.  
Haliyyədə  kənddə Muxtarlı, Cəfərxanlı, Ağaməmmədli, Nəbili,  Ələkbərli, Bəylərli və digər 
tayfaların törəmələri yaşayırlar. Kəndin əhalisi Zəngəzurdan gəlmə azəri oğuz türkləridir. 
Üstüpü kəndində XIV əsrdən qalma “Köçəri” adında qəbrstanlıq vardır. Qəbrstanlığa bu adın 
verilməsi hələ ərazilərdə atəşpərəstlik Zərdüşt dini hökm sürəndən bəri qalır. Böyük küplərə qoyulmuş 
meyidlər mələklər tərəfindən “köçürdülərək” kimini Cənnətə, kimini isə  Cəhənnəmə aparılacaqlar. 
Həmin Zərdüşt mifalogiyası ərazidə İslam dini yayılanadək qalmışdır.  
Kənddə XVIII əsrdə tikilmiş iki məscid binaları vardır. Üstüpü kəndinin əraziləri sərin sulu bulaq 
və kəhrizlərlə məşhurdur. Kəhrizləri orta əsrlərdə tayfa başçıları tərəfindən qazdırılmış, öz adları ilə də 
adlandırmışlar.  
Orta əsrlərdə məşhur Gilanla Azad şəhərlərinə buradan saxsı novçalarla kəhriz suları axıdılarmış.  
Üstüpü piri iki mərtəbəli binadan ibarətdir. Burada ziyarətə  gələnlər üçün lazım olan məişət 
şəraiti yaradılmışdır. Yaxın kəndlərdən pirə ziyarətçilər gəlir, Allah yolunda qurbanlar kəsdirib ”pir 
sahibinə” (Səyyid İsfəndiyar ağaya) ehsanlar verərdilər.  
“(Ya Rəsulum!) De: “Allahdan başqa göylərdə  və yerdə olan heç kəs qeybi bilməz! Onlar 
yenidən nə vaxt diriləcəklərini də bilməzlər!” (Quran, “Nəml” (27) s. a. 65.) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 6,65 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə