Məşhədi Feyruz Bağırlı



Yüklə 6,65 Mb.
Pdf görüntüsü
səhifə29/41
tarix27.10.2018
ölçüsü6,65 Mb.
#75801
1   ...   25   26   27   28   29   30   31   32   ...   41

 
76
Təssüf ki, ələmin onun əlinə haradan düşməsi haqqında heç bir məlumat yoxdur. Lakin kənddəki 
həmyaşıdları ilə söhbətdən belə  məlum olmuşdur ki, Məşhədi Muxtər  Ələmdarda Qazi işlərkən 
Məhərrəmlik aylarında tikdirdiyi məscidin həyətində  Ələmi nümayiş etdirmiş, yığılan ianə ilə (nəzir 
payları ilə) xeyriyyəçilik göstərmişdir. Belə  nəticə  çıxarmaq olar ki, oxuduğu Nəcəf-Ül-Əşrəf Ali 
Mədrəsəsini  əla qiymətlərlə bitirdiyindən çox güman ki, müəllimi tərəfindən (məktəb tərəfindən) 
hədiyyə edilmişdir.  
Doğrusunu yalnız Allah bilir.  
1900-cu ildən Məşhədi Muxtər Ordubadın səfalı dağ kəndlərindən olan Tivi kəndinə köçür. O, 
Kənddəki Anabad pirində yığılan nəzir vəsaiti ilə abadlıq işləri aparır və kənddəki məsciddə axundluq 
edir.  
   Hər ilin Məhərrəm ayının  əvvəlinci on günündə  kənddə möcüzəvi  ələmi nümayiş etdirməklə 
yığılan vəsaiti yoxsul ailələrə paylayırdı.  
Ərazidə (Naxçıvanda) sovet şura höküməti qurulandan sonra bütün məscidlər kimi Tividəki 
məscid də, bağlanaraq  əvvəl anbar, daha sonra isə dükan etmişlər. Kənddəki dini təbliğat işləri ilə 
bərabər hüzn yığıncaqları yerli hökümət rəhbərləri tərəfindən yasaq olunmuşdur.  
Bu və digər təqiblərə  məruz qalan Muxtər kişi başındakı  əmmaməsini çıxarmış, dövranın 
dəyişildiyini görüb yaxın adamları son dəfə evinə qonaq çağırmışdır. O, evində  mərhum atası Hacı 
Ələkbərin ruhuna ehsan vermiş, möcüzəvi  ələmin qorunub saxlanmasına və  məzarının  əmanət qəbir 
kimi basdırılmasını vəsiyyət etmişdir.  
Dünyadan köçən mərhum Məşhədi Muxtərin cənazəsini kənddəki köhnə  qəbrstanlıqda  əmanət 
qəbir kimi dəfn edilmiş, ələmi isə kənddəki pirlərdən birində gizlədib saxlamışlar.  
Haliyyədə Tivi kəndində mərhumun yeganə varisi qız nəvəsi, 68 yaşlı şikəst Məcid Ələkbər oğlu 
qalmışdır.  
“Göylərin və yerin qeybi Allaha məxsusdur (Onun elmindəndir). Bütün işlərdə axırda Ona 
(Allaha) qayıdacaqdır. (Ya Rəsulum!) Yalnız Ona ibadət et və yalnız Ona təvəkkül elə. Rəbbin nə 
etdiklərinizdən qafil deyildir!” (Quran, “Hud” (11) s. a. 123.) 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
77
Malik İbrahim piri 
 
Pir yeri Ordubad şəhərindəki Bəlkə dağının cənub  ətəklərindəki 2 hektar ərazisi olan kohnə 
qəbrstanlıqdadır.  
Şəhər qəbrstanlığında XVIII əsrdən qalma Malik İbrahim məscidi vardır. Məscid Naxçıvan 
Mədəniyyət və Turizm Nazirliyində 537 saylı qeydiyyatdadır.  Ərazi okean səviyyəsindən 2.200 metr 
yüksəkdədir.  
Məscid binası 18x16 metr ölçüsündə Kiril əlifbasının “Q” hərfi formasında bir mərtəbəli, eyvanlı 
tikilmişdir. Məsciddə 1554-cü ildə (hicri 962-ci ildə) vəfat etmiş Məhəmməd Fərruxzad bəyin məzarı 
vardır (M. Nemət “Azərbaycanda pirlər”. Bakı-1992. səh. 28). 
Həmin məzar yeri ziyarətgaha çevrilərək müsəlmanlar tərəfindən ehtiramla yad edilir.  
Aparılmış  tədqiqatlarda həmin məsciddən bir qədər aralıdakı digər məzarın üstündə  ərəbcə 
yazılmış  “Əbu Səid  Əbülxeyr” kitabəsi vardır ki, həmin məzar mərhum  Şeyx  Əbu Səidin (ona Malik 
İbrahim də deyərdilər) övladı (davamçısı)-nındır.  
Buna görə məscidə gələnlər səhvən Malik İbrahimin adı ilə başqa məzarı ziyarət edirlər.  
Həmin məzar daşındakı yazılmış  ərəbcə  mətnin tərcüməsi belədir;“Rəhimli və  mərhəmətli 
Allahın adı ilə!Bu qəbir, xalqın mürşüdi, həqiqət sahiblərinin numunəvisi, dünya və dinin tacı,  Şeyx 
Əbu Səid adıyla tanınmış, xorasanlı Əbu Səid Əbül xeyrindir.  
Allah onun əziz ruhunu müqəddəsləşdirsin-yeddi arxa övladlarından olan şeyxülislamdır. Ölüm 
tarixi yeddi yüz əlli dördüncü hicri ili Məhərrəm ayının səkkizinci cümə axşamı günortadan sonra öldü. 
(miladi tarixi ilə 21 dekabr 1357-ci il).  
Əbu Səid bu dar dünyadan köçdü. Cənnətdə babasının ruhuna qovuşdu.  
Ustad, Nəciməddin ibn ustad Hacı  Pənahın işidir. Memar Məhəmməd bəy ibn Hacı dua ilə 
kömək istəyir (Yenə orada, səh. 29)
Ordubadlı axund, Kərbəlayi Yusif Ağabala oğlunun söyləməsinə görə Malik İbrahim həzrət Əli 
(ə)-in sərkərdəsi (əshabi) olmuş, İslam dininin möhkəmlənməsi uğrunda çox işlər görmüşdür. O, hicri 
700-cü il tarixində  (ərəblər Naxçıvanda olanda) Ordubad şəhərini özünə ikinci vətən seçmiş, burada 
əcəli ilə vəfat etmişdir.  
Tarixi  şəxsiyyət olmuş Malik İbrahimin Ordubaddakı  məzarı üstündə XVIII əsrdə  sərdabə  və 
sonradan isə məscid tikmişlər.  
Ordubad  şəhərindəki Malik İbrahim piri xüsusilə  Məhərrəm və  Səfər aylarında ziyarətçilər 
tərəfindən daha çox ziyarət olunur.  
“Allaha və Peyqəmbərə itaət edənlər Allahın nemətlər verdiyi nəbilər, siddiqlər,  şəhidlər və 
salehlərlə bir yerdə olacaqlar. Onlar necədə gözəl yoldaşlardır!” (Quran, “Nisa” (4) s. a. 69.) 
 
 
 
 
 
 


 
78
 “Qara pir” ziyarətgahı  
 
Həmin pir yeri Ordubad şəhərindəki qəbrstanlığın şimal hissəsindəki təpə döşündə yarım qazma 
formasında külünclə çapılmış bir yerdədir. Pirin “tikilisində” 38x30 santi metr ölçüsündə yazılı kitabə 
vardır ki, farscadan tərcüməsi belədir;-“Allahın rəğbətini qazanmaq məqsədilə bu şərəfli və mübarək 
bina, Cəmadi-ül-axər ayının ikisində, mərhum, rizvanməkan Hacı  Ağacan Ordubadinin oğlu
yaranmışların ən kiçiyi Hacı Zeynəlabdinin səyi və təşəbbüsü ilə 1264-cü ildə (miladi tarixi ilə 6 may 
1848-ci ildə) tamamlanmışdır. ” 
“Qara pir” deyilən yerdə  əvvəllər yerli camaat tərəfindən ölən  şəxslərin meyyidlərini yuyar, 
kəfənləyər və lazım gəldikdə müvəqqəti olaraq orada (tabutda) saxlanılardı.  
Pirin yaxınlığında içməli su çəkilmiş, ziyarətçilər üçün məişət avadanlıqları qoyulmuşdur.  
Ziyarətə gələnlər “zağada” şam yandırıb ölənlərinə Allahdan rəhmət duaları oxuyar, gətirdikləri 
halvanı ehsan kimi paylayardılar.  
“Allahdan başqa heç bir tanrı yoxdur. Əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. 
Göylərdə və yerdə nə varsa Onundur. Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O bütün 
yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allahın elmindən Onun Özünün istədiyindən başqa 
heç bir şey qavraya bilməzlər. Bunları mühafizə etmək Onun üçün heç də  çətin deyildir. Ən uca, ən 
böyük varlıq da Odur! 
Dində məcburiyyət yoxdur. Artıq doğruluq azğınlıqdan ayrıd edildi. Hər kəs Tağutu inkar edib 
Allaha iman gətirərsə o, artıq ən möhkəm bir ipdən yapışmış olar. 
Allah eşidəndir, biləndir! 
Allah iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin dostu 
isə Tağutdur (Şeytandır). Onları nurdan ayırıb zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada 
həmişəlik qalacaqlar!” (Quran, “Bəqərə” (2) s. a. 255-257. (“Ayətəl-Kürsü” duası) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 6,65 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə