Məşhədi Feyruz Bağırlı



Yüklə 6,65 Mb.
Pdf görüntüsü
səhifə35/41
tarix27.10.2018
ölçüsü6,65 Mb.
#75801
1   ...   31   32   33   34   35   36   37   38   ...   41

 
90
“Məgər sən bilmirsənmi ki, göylərin və yerin səltənəti ancaq Allaha məxsusdur və sizin Allahdan 
başqa bir dostunuz və yardımçınız yoxdur?!” (Quran, “Bəqərə” (2) s. a. 107.) 


 
91
Tənənəm piri 
  
Şərur rayonundakı  Tənənəm kəndinin  şimal-şərq hissəsində “Qazma” mağarasında Dərələyəz 
silsiləsinin Qaraquş (2.600 m.) dağının şimal-qərbində orta əsrlərin yaşayış məskənləri olmuşdur.  
Tənənəm kəndi rayon mərkəzindən 24 km, Naxçıvan-Sədərək avtoyolundan isə 9 km-lik 
məsafədə yerləşir. Kənddə əhali 761 nəfərdir (2005-ci ilin st. məl.). Heyvandarlıqla məşğuldurlar.  
Ərazidə gur-sulu bulaqlar olduğundan ilk dəfə buraya Zəngəzurun qədim Tənovan yaşayış 
məskənlərindən Təhov elatları  gəlib məskunlaşmışlar. Kəndin adının yaranması isə tayfa başçısı 
Təhovun adı ilə bağlıdır. Əvvəllər “Təhovan” sonradan isə Tənənəm kimi səslənmişdir.  
Kənddəki pir yeri sadə formalı daxmadan və üstü yarı-uçuq künbəzdən ibarətdir. Tikilinin 
içərisində adı olmayan müsəlman məzarı vardır.  
Pirin yaranması haqqında yalnız  ərazidə olmuş  tədqiqatçıların yazılarına görə fikir söyləmək 
olar.  
1928-ci ildə Naxçıvan Ölkə diyarşünaslıq Müzeyinin elmi işçisi M. B. Mirheydərzadə pirdə 
olarkən yazmışdır ki, -“Asəri ətiqədən Tənənəm kəndində “Piri-müsəlman” adlı qədim bir yer vardır (M. 
B. Mirheydərzadə “Noraşen dairəsinə  səyahət” (Tədqiq və  tətəbbö cəmiyyəti, 1928-ci il. 40 №-li 
protokolu)”). Lakin həmin ziyarətgah el arasında “Piri-Süleyman” adı ilə adlanmışdır. Pirin yaranması 
haqqında əraziyə gəlmiş ağsaqqalları deyirlər ki, onlar burada (ərazidə) yalnız iki şeyin səbəbindən qalıb 
məskunlaşmışlar. Birincisi odur ki, ərazidə bol sulu bulaqla sakitçilik, ikincisi isə üzərində ərəbcə yazı 
daşı olmuş qəbir (pir) olmasıdır.  
Əhalinin yaşlı nümayəndələri deyirlər ki, yirminci illərdə ərazidə rus şura höküməti yarananda el 
ağsaqqalı  Kərbəlayi  İsmayılın tapşırığı ilə  həmyerlimiz Qəmlonun silahlı adamları pirdə bir neçə gün 
gizlənmiş, rus qırmızı ordunun əsgərləri ilə atışmışlar. Həmin atışma zamanı “ruslar” məğlub olmuş, 
pirdəki qəbirüstü yazılı daş isə “güllə yarasından” sınıb parçalanmışdır.  
90-cı ildə isə pirdəki məzar üstü sınıq daş yoxa çıxmışdır. Tənənəm piri çox güman ki, XVII-
XVIII əsrlərdən qalma bir mənəvi tarixi abidədir.  
Ərazi həmin dövrlərdə “Böyük ipək yolu”nun üstündə olduğundan Sədərək-Axura-Qarabağlar-
Naxçıvan istiqamətindəki hərəkət edən ticarət karvanlarının sərin bulaq başında dayanacaq yerləri 
olmuşdur.  
Ehtimal olunur ki, Yaxın Şərq ölkələrindən gəlmiş Süleyman adında mürşid və ya karvan sahibi 
həmin bulaqdakı növbəti dayanacaq yerində  qəflətən öldüyündən orada dəfn olunmuşdur. (Süleyman 
adı orta əsrlərdə xüsusilə Suriya və Osmanlı Türkiyəsində geniş yayılmış addır.)  
Təbiblərin dediyi kimi, İnsan yay aylarında tərlədikdə, ayaq üstə tələsik sərin su içməklə həyatı 
(ömrü) ilə vidalaşa bilər.  
Həmin ehtimala görə pirdə  dəfn olunan Süleyman adında naməlum  şəxs taleyinin hökmü ilə 
ömrünü orada başa vurmuş  və  mərhumun cənazəsini yaxın qəbrstanlığa aparmaq müşkül olduğundan 
orada dəfn etmişlər 
Kənddəki camaat səhv olaraq pir sahibinin “Süleyman peyqəmbərin məzarı” olduğunu güman 
edirlər. (?) 
Son illərin tədqiqat işlərində pirlər haqqında bəzi məlumatlar öyrənilmişdir. Həmin ziyarətgah 
haqqında elmi bilgiləri Naxçıvan Dövlət Universitetinin tarixçi müəllimləri açıqlamışlar (H. F. Səfərli 
“Naxçıvan Ziyarətgahları.” Bakı-1998). 
Tənənəm piri müsəlmanların inanc yeri olmuş, istər ziyarətçilər və istərsə də, turizm həvəskarları 
üçün layiqli tarixi abidə kimi qorunmalı, öyrənməli və təbliğ olunmalıdır.  
“...Sizin bilmədiyiniz daha neçə-neçə şeyləri də yaratmadıq?” (Quran,“Nəml” (16) s.a. 8.) 


 
92
Axura Qaradaş piri 
 
Şərur rayonundakı Axura kəndindəki pir yerində prizmatik-konusvari formada olan böyük qara 
daş vardır. Həmin maraqlı nadir göy cismnin ətrafında isə adətən başqa pirlərdə olduğu kimi kiçik 
yumurta formalı qara daşlar-meteoritlər qoyulmuşdur (V. Baxşəliyev “Pirlərlə bağlı miflər və inanclar.” 
Bakı-2006).  
Axura kəndi Şərur şəhərindən 20 km aralı, şərq tərəfdə Axura çayının sağ sahilindədir. Əhalisi 
1.481 nəfər olaraq (2005-ci ilin st. məl. ) qədim türk dilli oğuz tayfalarıdır. Kənddəki insanlar işgüzar və 
qonaqpərvərdirlər. Əsas məşğuliyyətləri isə heyvandarlıqdan ibarətdir.  
Axura kəndinin şimal-şərq tərəfində Axura çayının Havuş çayına qovuşduğu yerdə dağ döşündə 
qədim dövrlərə aid Govurqala adlı yaşayış yerinin xərabəliləri qalmaqdadır.  
Maraqlıdır ki, həmin “qala yerindən”  şimal tərəfdə orta əsrlərdə tikilmiş möhtəşəm Tana 
qalasının xərabəlikləri dövrümüzədək qalmışdır.  
Osmanlı türkləri ilə  İran müsəlmanları arasında gedən qanlı savaşlar nəticəsində qaladakılar 
məğlub olmuşlar.  
Lakin sonradan “düşmən” əlinə keçməsin deyə Şah I Abbas tərəfindən qala bürcləri sökdürülərək 
əhalisi Makuya köçürülmüşdür.  
Həmin  ərazilərdə dağ yamacında “Pisdər” (qorxulu qapı deməkdir) adlı mağara vardır ki, ilk 
İnsanlar orada məskunlaşaraq yaşamışlar.  
Axura kəndindəki pirə adətən yaxınlıqdakı  kəndlərdən ziyarətçilər gəlirlər. Xüsusilə bura 
gələnlər arasında uşağı olmayan ailələr (qadınlarla-kişilər) daha çox olurlar. Onlar pirdə gəzib-dolanıb 
niyyət edir, Allahdan övlad istəyir, gətirdikləri qurbanlıq heyvanlarını kəsdirib və ətini yoxsullara ehsan 
kimi paylayarlar. Adətən ziyarətçilərin niyyətləri Allah dərgahında qəbul olar, gənc ailələrə xoşbəxtlik 
qayğıları olan-övlad həsrətinə son qoyular.  
Axura kəndindəki Qaradaş pirinin yaranmasını alimlərimiz XIII-XIV əsrlərə aid olduğunu 
güman edirlər.  
“Ey Nuhla birlikdə (gəmiyə) mindirib apardığınız kəslərin nəsli! Həqiqətən, o çox şükr edən bir 
bəndə idi! Biz hər bir insanın əməlini öz boynundan asar və qiyamət günü (əməllərini) açıq kitab kimi 
qarşısına qoyarıq. ...Heç bir günahkar başkasının günahını daşımaz...” (Quran, “İsra” (17) s. a. 3, 13, 
15.) 
 
 
 
 
 
 
 
 


Yüklə 6,65 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə