Məşhədi Feyruz Bağırlı



Yüklə 6,65 Mb.
Pdf görüntüsü
səhifə40/41
tarix27.10.2018
ölçüsü6,65 Mb.
#75801
1   ...   33   34   35   36   37   38   39   40   41

 
103
Şəhidlər xiyabanı 
 
Naxçıvan  şəhərindəki “Şəhidlər məzarlığı” 1990-cı ilin yanvar ayından yaranmışdır.  Şəhidlər 
xiyabanının arxitektor müəllifi naxçıvanlı rəssam-heykəltaraş Elman Cəfərov olmuşdur.  
XX yüzillikdə Sovet Azərbaycanının hər yerində, o cümlədən Naxçıvan şəhərində (vilayətində) 
şəhid məzarları unudulmuş, xalqa həmin məzarların ziyarəti yasaq olunmuşdur. 
Şəhid məzarları əsasən ermənilərin türk dilli Azərbaycan xalqına qarşı apardığı amansız təcavüzü 
nəticəsində tarix boyu 1905, 1918, 1920 və 1990-cı illərdə yaranmışdır.  
Azərbaycandakı şəhid məzarlarının yenidən yaradılmasına səbəb Sovet dövlətinin rəhbərləri M. 
Qarbaçovla ermənipərəst arvadının havdarları olmuşlar (Hələ  əvvəlki  əsrlərdə Fransada yaşamış 
məşhur baxıcı-münəccim Mişel Nosdradamus (1503-1566) yazmışdır ki, yer üzərində  İnsanların 
bərabərliyini pozan Mixayl adlı şəxs gələcəkdir. (Bax, Q. Paşayev “Nostradamusun möcüzəli aləmi”. 
Bakı-2005))
Şəhidlər xiyabanı Naxçıvan  şəhər qəbrstanlığının yanında 350 m
2
 sahədə yerləşmişdir. Orada 
1920-ci ildə ermənilərə qarşı döyüşlərdə  şəhid olmuş türk əsgərlərinin xatirəsini  əbədləşdirən abidə 
qoyulmuşdur.  
Şəhidlər xiyabanı  hər il 20 yanvar tarixində daha izdihamlı olur. Bura xalqımızın mənəvi-
vətənpərvərlik ziyarətgahıdır.  
 “Azərbaycan Respublikasının  ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi uğrunda  şəhid olanlar 
əbədiyyətə qovuşublar. Onların qəhrəmanlıq xatirəsi bizim qəlbimizdə daim yaşayacaqdır”. Bu sözləri 
1996-cı ilin 29 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab Heydər  Əlirza oğlu 
Əliyev söyləmişdir.  
2001-ci il tarixinədək Naxçıvan şəhərindəki Şəhidlər xiyabanında dəfn olunanların adlı siyahısı 
aşağıdakı kimidir; 
 
1)
 
Məmmədov İdris Ələsgər oğlu(1958-1990) 
2)
 
Zeynalov Vəli Məmməd oğlu(1956-1990) 
3)
 
Nəzərəliyev Abbasəli Qaragöz oğlu  (1970-1990) 
4)
 
Tağıyev Azər Nemət oğlu  (1970-1992) 
5)
 
Seyidov İlkin M. Nəzir oğlu (1969-1992) 
6)
 
Tarverdiyev Azər İsmət oğlu (1967-1992) 
7)
 
Mirzəyev Fərhad Səyyad oğlu(1972-1992) 
8)
 
Musayev Firudin Qulu oğlu (1957-1992) 
9)
 
Abbasov Bahadur Bayram oğlu(1960-1992) 
10)  
Əliyev Səyyad Əhəd oğlu (1951-1992) 
11)  
Ələkbərov Vahid Zahid oğlu(1973-1992) 
12)  
İsmayılov Fərmayıl İsmayıl oğlu   (1973-1992) 
13)  
Orucov Mehman Rövşən oğlu(1973-1992) 
14)  
Əliyev M. Malik M. Qabil oğlu   (1973-1992) 
15)  
Səmədov Əli Səməd oğlu  (1969-1992) 
16)  
Məmmədov Faiq Yaqub oğlu(1973-1992) 
17)  
Əsgərov Canpolad Ağaverdi oğlu  (1973-1992) 
18)  
Məmmədov Nüsrət Hüseyn oğlu   (1973-1992) 
19)  
Mahmudov Vilayət Təvəkkül oğlu  (1964-1992) 
20)  
Seyidov Əsgər Abdulla oğlu (1970-1992) 
21)  
Zeynalov Azər Fərrux oğlu (1964-1993) 
22)  
Yusifov Məmmədəli Eldar oğlu   (1973-1993) 
23)  
Musayev Adəm Afiq oğlu  (1971-1993)  
24)  
İbrahimov Yalçın Səfər oğlu (1972-1993) 
25)  
Hüseynov Afət İmran oğlu (1974-1993) 
26)  
Mirzəyev Yusif Vəli oğlu  (1958-1993) 
27)  
Nəcəfov Rüstəm Hidayət oğlu(1974-1993) 
28)  
Qasımov Vüqar Fərman oğlu(1974-1994) 


 
104
29)  
Məmmədov Abbas Əbülfəz oğlu   (1973-1994) 
30)  
Məmmədov  İbrahim  İsmayıl oğlu (1958-1994) (Azərbaycan Respublikasının Milli 
Qəhrəmanı.)
 
31)  
Hacıyev Afət Əsgər oğlu  (1958-1994) 
32)  
Rüstəmov İntiqam Dilən oğlu (1972-1994) 
33)  
Sadiqov Qoşqar Hidayət oğlu (1973-1994) 
34)  
Əliyev Babək Əsəd oğlu  (1974-1994) 
35)  
Budaqov Ramiz Qərib oğlu (1973-1994) 
36)  
Hacıyev Mehman Şəmil oğlu (1975-1994) 
37)  
Hacıyev Nizami Davud oğlu (1973-1994) 
38)  
Əliyev Əmiraslan Rza oğlu (1960-1995) (Azərbaycan Respublikasının Milli Qəhrəmanı.)
 
39)  
Mehdiyev Bəşir Yusif oğlu (1977-2001) 
 
Azərbaycan  ərazisinin iyirmi faizindən çoxunu tutmuş Ermənistanın qoşun hissələri müqəddəs 
ziyarətgahlarımızı, tarixi arxeoloji abidələrimizi və  nəhayət ki, təbiətin gözəlliklərini vəhşiliklə 
dağıtmışlar.  
Azərbaycan prezidenti H. Əliyev cənablarının təşəbbüsü ilə 1994-cü ildən atəşkəs  əldə olub, 
torpaq  ərazilərimizin geri alınmasını danışıqlarla həyata keçirilməsi siyasətini avropanın sülh sevər 
qüvvələri tərəfindən bəyənilmişdir.  
Həmin siyasəti haliyyədə  mərhumun oğlu, Azərbaycan Respublikasının Prezidenti möhtərəm 
İlham Heydər oğlu Əliyev tərəfindən davam etdirilir. Məhz onun səyi nəticəsində bu münaqişə səbəbləri 
və nəticələri Dünya dövlətləri parlamentləri qarşısına çıxarılmış həllinə zəmin yaratmışdır.  
“Allah yolunda öldürülənlərə  (şəhidlərə) “ölü” deməyin.  Əksinə, onlar (Allah dərgahında) 
diridirlər, lakin siz bunu dərk etmirsiniz!” (Quran, “Bəqərə” (2) s. a. 154.) 
 
 
 
 
 
 
 
 
 
 
 


 
105
Şəhidlərin xatirə muzeyi 
 
“Milli  ənənələrimizin nə  qədər dəyərli 
olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və 
onları bu ənənələr  əsasında tərbiyə etmək üçün 
muzeylər lazımdır.” 
Heydər Əliyev. 
 
Naxçıvan  şəhərində uca təpəli  ərazidə  (Əziz  Əliyev küçəsinin başlanğıcında) naxçıvanlı 
şəhidlərin xatirəsini əks etdirən muzey binası vardır.  
1977-ci ildən “Döyüş  şöhrəti muzeyi” kimi fəaliyyət göstərən mədəniyyət müəssəsində 
naxçıvanlı  vətənpərvər döyüşçülərin foto şəkilləri, sənədləri və başqa məlumatlar, arxiv əşyaları 
nümayiş olunur.  
Ərazisi beş hektara çatan muzey sahəsində son illərdə abadlıq və yenidən qurma işləri aparılmış, 
geniş meydanın ortasında simvolik şəkildə sərdabə ucaldılmışdır.  
1984-85-ci illərdə tikilmiş muzey binası  əvvəllər “Döyüş  şöhrəti”, 1997-ci ildən “Şəhidlər 
muzeyi” və 2000-ci ildən isə “Xatirə muzeyi” adlanmışdır. Muzeydə milli bəzək naxışları naxçıvanlı 
memar-rəssam Məmməd Talıbov tərəfindən sənətkarlıqla yaradılmışdır.  
Hər ilin 26 fevral, 31 mart və 9 may günlərində  ərazidə  şəhidlərin anma mərasimləri keçirilir, 
vətənpərvərlik mövzusunda foto və rəsm sərgiləri açılır, soyqırımla bağlı siyasi yığıncaq və mitinqlər 
təşkil olunur.  
Muzeydə 363 nəfər naxçıvanlı  şəhidlərin adları vardır. Səkkiz nəfəri Azərbaycan Milli 
Qəhrəmanı adlarına layiq görülmüşlər ki, onlar Məhərrəm Seyidov, Yusif Mirzəyev,  İbrahim 
Məmmədov,  Əmiraslan  Əliyev, Kərim Kərimov,  Əli Məmmədov, Səyavuş  Həsənov, Mirələsgər 
Seyidovdur. 
Xatirə muzeyində  İkinci Cahan savaşlarında naxçıvanlı  Qəhrəmanlardan Qəzənfər  Əkbərov
Nəcəfqulu Rəfiyev və Abbas Quliyevin şanlı həyat yolları əks olunmuşdur. 
Xatirə muzeyində 1200-ə yaxın sənədli tarixi eksponatlar toplanmışdır. 
2002-ci il tarixində həmin ərazinin şimal hissəsində abadlıq işləri aparılmışdır. Orada Naxçıvan 
Dövlət Universitetinin kollektiv iməclikləri sayəsində tələbə parkı salınmış və soyqırım hadisələrini əks 
etdirən monumental abidə ucaldılmışdır.  
Abidə ətrafında ermənilərin azəri türklərinə qarşı vəhşiliklərinin tarixlərini bildirən “1905-1918-
1920-1990-cı illərin soyqırımı” sözləri yazılmışdır. Həmin abidəni Universitetin bacarıqlı  tələbəsi M. 
Həmzəyevanın layihəsi əsasında inşa etmişlər.  
“Göylərdəki və yerdəki ordular Allahın ixtiyarındadır. Allah yenilməz qüvvət sahibi, hikmət 
sahibidir!” (Quran, “Fəth” (48) s. a. 7.) 
“Həqiqətən, axır dönüş sənin Rəbbinədir! Güldürən də, ağladan da Odur! Öldürən də, dirildən də 
Odur!” (Quran, “Nəcm” (53) s. a. 42-44.) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 6,65 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə