Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
34
yeni biçimdə verilməsi, məzmun və motivlərin yeni bədii anlamla
ifadəsi orijinaldan zəifdirsə, bu, uyğunsuzluq sayılır. BaĢqalarının
iĢlətdiyi məzmun və motivləri, təzad, təcnis, təĢbih və eyhamları
birbaĢa iĢlətmək
plagiat adlanır. Hər hansı motivi nəqletmə yolu
ilə öz adına iĢlətmək, müxtəlif motivləri bir-birinə calamaqla oriji-
nal söz kimi qələmə vermək cəhdi də yolverilməzdir”
37
.
Əsas plagiat növləri bunlardır:
baĢqasının sözünə sahib çıxmaq;
baĢqasından alınan məna və sözün yerdəyiĢməsi, mənanın
geniĢlənməsi;
nəsr və ya nəzmin məzmununu baĢqasından alıb, yeni iba-
rələrlə, yeni
qəlibdə vermək və s
38
.
Türkiyədə 2011-ci ildə iĢıq üzü görmüĢ “Akademik yazım
ihlalleri” adlı çox dəyərli monoqrafiyada hər hansı bir əsərə doğru
istinad vermə, plagiat məsələsi üzərində ciddi durulmuĢ və təhlil-
lər aparılmıĢdır
39
.
Elmi nəĢrlərdə demək olar ki, bütün növ biblioqrafik istinad
növlərindən istifadə olunur (Əlavə 8, 10). Elmi iĢ tamamlanan za-
man və onun nəticələri tərtib edilərkən mənbələrin, ədəbiyyatın si-
yahısı tutulur. Bu zaman biblioqrafik təsvir qaydalarına riayət
olunması vacib Ģərtlərdəndir. Təsvir zamanı diqqətsizlik, laqeyid-
lik, qeyri-dəqiqlik yanlıĢlıqlara və natamam informasiyaya gətirib
çıxarır. Bu cür istinadlarla və siyahılarla redaktor da iĢləyə bilməz.
37
GöyüĢov N. Milli sənətin nəzəri təhlilinə giriĢ. Bakı: Nurlan, 2006, s. 237-
238.
38
Yenə orada. s. 238.
39
Demirel Ġ. H., Erol B., Saraç C. Akademik yazım ihlalleri. – Ankara:
TÜBĠTAK, ULAKBĠM, 2011, s. 58.
Daha ətraflı bax: Hexham Ġ. Academic Plagiarism Defined. Department of
Religious Studies University of Calgary, 2005, 12 s.
http://people.ucalgary.ca/~hexham/content/articles/plague-of-plagiarism.
html; The Chicago Manual of Style. Chicago, Chicago University Press, 2003,
(first edition 1949).