1
F.Köçərli adına Respublika
Uşaq Kitabxanası
Xalqa aşırımın o üzündəki həqiqəti
göstərən sənətkar
Yazıçı Fərman Kərimzadənin 80 illik yubileyi münasibətilə
mərkəzi kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə,
kənd kitabxana filialları üçün hazırlanmış metodik vəsait
Bakı-2017
2
Tərtibçi: Ruhiyyə Məmmədli
Sevil Əhmədova
Redaktor: Səməd Məlikzadə
İxtisas redaktoru və Şəhla Qəmbərova
buraxılışa məsul: Əməkdar Mədəniyyət işçisi
Xalqa aşırımın o üzündəki həqiqəti göstərən sənətkar:
metodik vəsait/tərt.ed.R.Məmmədli; red. S.Məlikzadə; ix. red.
və burax. məsul Ş.Qəmbərova; F.Köçərli adına Respublika
Uşaq Kitabxanası.- Bakı, 2017.-30s.
©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2017.
3
Tərtibçidən
Fərman Kərimzadə
müasir Azərbaycan ədəbiyyatında
özünün dəsti-xətti ilə seçilən görkəmli nasirlərdəndir.
Bu gün
milli dəyərlərimizə tapınan hər bir azərbaycanlının qəlbində
əbədiyaşar Fərman Kərimzadə obrazı var. Onun bədii irsi
zəngin xəzinədir. Yazıçının qələmə aldığı “Qarlı aşırım”,
“Xudafərin körpüsü”, “Çaldıran döyüşü”, “Təbriz namusu” və
“Qoca qartalın ölümü” romanları parlaq sənət inciləri, həyatın
və tarixi qaynaqların bədii- tarixi salnaməsidir.
Fərman Kərimzadə zəngin söz ustası idi. O, həm sənətkar,
həmi də şəxsiyyət kimi vaxtdan ucada dayanmağı bacarırdı.
Bu il gözəl yazıçımızın anadan olmasının 80 ili tamam olur.
Bu münasibətlə məktəblərdə, kitabxanalarda, bir sıra
mədəniyyət ocaqlarında yazıçı ilə bağlı yubiley tədbirlərinin
keçirilməsi nəzərdə tutulmuşdur. Bu münasibətlə F.Köçərli
adına Respublika Uşaq Kitabxanasının elmi metodika şöbəsi
olaraq bu vəsaiti hazırlamağı özümüzə borc bildik. “Xalqa
aşırımın o üzündəki həqiqəti göstərən sənətkar
”
adlanan
metodik vəsait iki hissədən ibarətdir.
4
Həyat və yaradıcılığı
Fərman Kərimzadə 1937-ci il martın 3-də Ermənistanın
Vedi rayonunun Böyük Vedi kəndində anadan olmuşdur.
İbtidai təhsilini orada almış (1944-1951), orta məktəbi
Beyləqan rayonunun Şahsevən kəndində bitirmiş (1954), Əzim
Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində
təhsil almışdır (1955-1960).
3 il İsmayıllı və Beyləqan
rayonlarında müəllim işləmiş (1962-1965), sonra "Yüksəliş"
rayon qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdiri, məsul
katib
olmuşdur (1962-1965). F.Kərimzadə Moskvada
Ümumittifaq Kinematoqrafiya İnstitutunun ssenari fakültəsinin
ikillik kursunu bitirmiş (1965-1967), Azərbaycan Dövlət
Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, böyük
redaktor, "Abşeron", "Ədəbiyyat və incəsənət" qəzetlərinin
redaksiyasında şöbə müdiri, ədəbi işçi (1966-1970), C.Cabbarlı
adına "Azərbaycanfilm" kinostudiyasında kollegiya üzvü
(1970-1977), "Ədəbiyyat və incəsənət" qəzetinin xüsusi
müxbiri (1977-1980), Şüvəlan Yaradıcılıq Evinin direktoru
(1980-1981) işləmişdir.
Fərman Kərimzadə 1989-cu il mart ayının 17-də vəfat
etmişdir.
Yaradıcılığa gənc yaşlarından başlayan F.Kərimzadə ilk
hekayələri ilə diqqəti cəlb etmişdir. O, ötən əsrin 60-cı
illərində yenilik ruhu ilə axtarışlar aparan gənc yazıçılardan biri
idi. Xüsusən xalqımızın yaxın və uzaq tarixi, onun başına
gətirilən müsibətlər yazıçının sənət dünyasında mühüm yer
tutur.
1948-ci
ildə başlanan deportasiyada Fərman
Kərimzadənin nəsli, el-obası sürgünlərə, soyqırımlara düçar
olmuşdur. İllər ötüb keçsə də doğma Vedi yazıçının yaddaşında
silinməz izlər qoymuşdur. 1988-1989-cu illərdə ana yurdunun
acı günləri yazıçını yenidən sarsıtmışdır. Bütünlükdə