Filologiya
məsələləri, №4, 2017
37
• Üçüncü eşitmə artıq sosial səviyyədə qəbul edilir və tərif verilir. Bu
eşitmə kateqoriyasında artıq söhbət dinləmədən deyil, ümumi vəziyyəti
qavramaqdan gedir: kim necə danışır, danışan zaman şəxsin üz ifadəsi,
mimikası, jestləri və duruşu necədir, danışan zaman hisslər necə cərəyan
edir, və eşidilən məlumata hansı formada reaksiya verilir. Eşitmənin bu növü
xüsusi xarakter daşıyır və ələxsus cəmiyyətdə öz yerini əldə etmək üçün
şagirdlər tərəfindən yaxşı öyrənilməlidir. Eşidib dinləməni bacarmayan
insanlar sosial çevrənin təsirində qalır, şəxslərarası münasibətlərdə hər
zaman əskikliklər üzə çıxır və onlar məlumat axınından təcrid
olunurlar(Günther, 2008, S. 66, Leubolt, 2008, S.12).
Bu səbəbdən də aşağıdakı müqayisə aparılır:
• Eşitmə fazası auditiv dərketmə(akustik dərketmə, deşifrə), akustik
qıcıqlanma vasitəsilə çıxan səs qulaqdan daxil olur, qəbul edilir, kodlaşdırılır
və işlənilir(Günther, 2008, S.68)
• Dinləmə fazası aktiv, istiqamətləndirilmiş, seçilmiş bir proses kimi.
Bu zaman eşitmə artıq dərketmə formasında qəbul edilir və koqnitiv işlənmə
olaraq dinləmədən ayrılır. Bu o səbəbdən irəli gəlir ki, eşitmə sırf psixoloji
fenomen, dinləmə isə psixoloji aktdır.
Eşitmənin gizlin qulaq asma forması dinləmə ilə oxşarlıq təşkil edir,
çünki gizlin qulaq asan zaman “qısamüddətli aktuallaşdırılmiş, diqqətin
cəmlənmiş formasının tətbiq olunduğu dəqiq eşitmə” forması tətbiq
edilir(Vermke, 1998, S.7).
Dinləmə
Dinləmə bununla xarakterizə olunur ki, o eşitmə ilə əlaqələnərək
neyron impulslarının dil nişanları kimi(sözlər və cümlələr) ötürülməsi
vasitəsilə məlumatların koqnitiv və psixi cəhətdən işlənməsini təmin edir.
İmhof burada “seçmə, təşkil etmə, çevirmə və inteqrasiya” etməyi xüsusi
vurğulayır.
Eşitmə və dinləmə anlayışları müxtəlif dillərdə fərqli tərcümə olunur.
Məsələn, azərbaycan dilində bu sözlər iki fərqli formaya malikdir, və onların
arasında hər hansı oxşarlıq yoxdur. İngilis dilində to hear-eşitmək, to listen-
dinləmək, almanca hören-eşitmək, zuhören-dinləmək. Alman dilində
dinləmək sözünün eşitmək sözündən düzəldiyi diqqəti cəlb edir. Məhz bu
səbəbdən güman edilir ki, dinləmə sadəcə daha uzunmüddətli və diqqətli
eşitmədir(Volker Bernius, 2007, S. 191).
Cədvəl: Dinləmə fazalarında müstəqil tənzimlənmələr
Filologiya məsələləri, №4, 2017
38
Meyl
Seçim
Təşkilatçılıq
Interqrasiya
Koqnitiv
bacarıq
Məqsədləri
formalaşdırmaq
Diqqət
cəmləmə
Fon
biliklərini
aktivləşdirmə
Dili tanıma
və bilmə
Strukturlaşdırma
Kateqoriyalaşdırma
Ümumiləşdirmə
Tək-tək sözləri və
mənanı anlama
Fon bilikləri ilə
əlaqələndirmə
Vizuallaşdırma
Təkrarlama
Məna vermə
Metakoqnitiv
bacarıq
Çətinlikləri
öncədən görmə
Maneələri
nəzarətdə
saxlama
Nəticəni
yoxlama və
nəzarət etmə
Digər
yan
faktorları da
nəzarətdə
saxlama
Perspektivlərə
nəzər salma
Boşluqları
müəyyən etmə
Tamlığı və
davamlılığı
yoxlama
Dəyərləndirmə
və
qiymətləndirmə
Emosiyalara
fikir vermə
Mövqe
və
informasiyaları
ayırma
Müstəqil
nizamlama:
Resursların
sərbəst
seçimi
Kimə, nəyə?
Nə zaman?
Nə qədər?
Cəhdlər etmə
Qeydlər
götürmə
Qeydlərin
formasını
öncədən
müəyyən
etmə
Qeydlərin
həcmini
müəyyən
etmə
Prosesə nəzarət et-
mə
Interaksiya və
feedback idarə
etmə
Mənbələri
dəyişmə
Situasiya
modellərini
yoxlama,
tamamlama və
anlama
Nəticələr:
Nə edilməlidir?
Dinləmənin uğurlu alınması üçün dinləyici Nə məqsədlə sualını özü
üçün aydınlaşdırmalıdır. Bu zaman müstəqil müəyyənləşdirici şəxs dinləmə
prosesini şəxsən təşkil edir və diqqətini məhz ona maraqlı olan mövzuya
yönəldir, bununla da maneələrdən yayınmağı bacarır. Bizim beynimiz eyni
zamanda müxtəlif fərqli səsləri “qaçıra” bilər. Beynimiz yalnız səsləri tanıyır
və dərk edir. Monika Leubolta(2008, S.15) görə şəxs ətrafında eşitdiyi bütün
səsləri qəbul edə bilməz. Eşitmə prosesi selektiv prosesdir, əks halda
davamlı olaraq dalğa qəbulu orqanizmdə problemlər yarada bilər. Bundan
əlavə bu cür davamlı eşitmə prosesi yaddaşın gücünü azaldır və reaksiya
göstərmə qabiliyyətini zəiflədir. Çünki bu proses zamanı “koqnitiv enerji”
(Chibici, 2008, S. 23) və diqqət cəmləmə tələb olunur ki, bu da qısa müddət
sonra dinləyəni yorur.
Filologiya məsələləri, №4, 2017
39
Dinləmə prosesində diqqət cəmləmə həcm və davamlılığa görə
müəyyən olunur. Buna müvafiq olaraq diqqət cəmləmə dar və ya geniş, qısa
və ya uzun davam edən, yayınan və ya davamlı olaraq fərqləndirilir.
Dinləyici diqqətini uzunmüddətli formada danışanın təqdim etdiyi müəyyən
məzmuna yönəldirsə bu dinləmə diqqət cəmlənməsi ilə baş tutan dinləmə
adlanır. Diqqət cəmləmə davamlı prosesdir, ancaq biz unutmamalıyıq ki bu
prosesin özü də məhduddur və insan fasiləsiz diqqətli ola bilməz. Bu prosesi
fasilələrlə gerçəkləşdirmək lazımdır.
Ədəbiyyat:
1. Bernius, V., Kemper, P., Oehler, R., Wellmann, K.-H. (Hrsg.) (2007).
Erlebnis Zuhören: Eine Schlüsselkompetenz wiederentdecken. Göttingen:
Vandenhoeck & Ruprecht
2. Imhof, M. (2003a). The social construction of the listener: Listening
behavior across situations, perceived listener status, and cultures.
Communication Research Reports, 20, 369–378
3. Das katholische İnformationsportal, kath-info.de
http://www.kath-info.de/hoererleben.html
4. Eckhard Klieme, (2006). Unterricht und Kompetenzerwerb in Deutsch
und Englisch. Frankfurt a. M.: Deutsches Institut für Internationale
Pädagogische Forschung.
5. Sergei Leonidovich Rubinstein , “The principles of general psychology”
6. Inhalts- und Formfokussierung beim fremdsprachlichen Hörverstehen
Gunther Dietz, Augsburg,
Zumrud Guliyeva
Various opinions on the importance
of the development of
comprehension skills
Summary
As a result, by knowing the function of listening and using best
methods makes the classes more productive, interesting and memorable. The
concept “Listening as competence” is very good defined and explained in
this material. By using lots of literatures from different linguistics and
philologists the article includes very interesting and useful factors
influencing listening comprehension. Characters of effective listening are
verified. Also the way how to improve listening skills are mentioned in the
article. Depending on level of language people shall start it with easy
materials. Identifying strategies for improving listening competence at each