Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə193/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   189   190   191   192   193   194   195   196   197

Filologiya məsələləri, №4, 2017 

 

474



qaldığını dərk edir.  

“Gəlinlik  paltarı”  xarakterlər  romanıdır.  Burdakı  xarakterlərdə  hərə 

məhz özü olduğu kimi, eyni zamanda bir-birlərinə mənəvi-psixoloji, poetik-

fəlsəfi dayaq ola bilir və romanın ümumi estetik qayəsini məzmunlu tərzdə 

reallaşdırmağa nail olurlar. Lirik – psixoloji üslubda yazılmış bu roman, artıq 

qeyd etdiyimiz kimi, “şüur axını” təmayülünü təmsil edə bilər. H.Mirələmov 

hadisələrin  zahiri  təsviri  ilə  kifayətlənmir,  daxildən  təhlil  edir.  Əslində  bu 

cəhət xarakterlərin yaradılması üçün də səciyyəvidir: əsərdə hər bir xarakter 

özünü təhlillə özünü təqdim edir. 

Beləliklə,  2000-ci  illərdən  etibarən  Azərbaycan  yazarları  başlıca 

diqqəti daha çox torpaq,  yurd, vətən probleminə  yönəldə  bildilər.  Nasir və 

şairlərimizin yaradıcılığında Qarabağ mövzusu xüsusi bir mərhələ təşkil etdi. 

Qarabağ  məsələsinin  timsalında  onlar  məhz  həyat  həqiqətlərini  bədii 

həqiqətə  çevirmək  missiyasını  yerinə  yetirdilər  ki,  H.Mirələmovun 

yaradıcılılğı bu cəhətdən diqqəti daha çox cəlb edir.  

H.Mirələmov ənənəyə sadiq qalan yazıçıdır. Hər cür “izmlər”, yenilik 

adına  əllaməçiliklər,  mücərrəd  və  mükəmməl  dil-üslub  “yenilikləri”, 

novatorluq  xatirinə  ədəbiyyatımıza  ayaq  basan  Qərb  “izmləri”  bu  cür 

yazıçılar  üçün  yaddır,  H.Mirələmov  kimi  sadə  və  səmimi,  milli  və  təbii 

ruhda  yazanlarımız  heç  vaxt  Qərb  təmayüllərinə  uymamış  və  heç  buna 

ehtiyac  da  yoxdur.  Tənqidçi  Vaqif  Yusifli  ayrı-ayrı  illərin  ədəbi 

panoramasını  özündə  əks  etdirən  –  məqalələrində  bu  barədə  kifayət  qədər 

yazmışdır.  Qərbin  ədəbiyyatlara  gətirdiyi  üzdəniraq  “yenilikləri”  nəzərdə 

tutan tənqidçi haqlı olaraq yazr ki, bu cür Qərb “izmləri” “sənətdə daha çox 

dağıdıcılıq  missiyasını  yerinə  yetirir”.  Söhbət  ondan  gedir  ki,  bu  cür 

cərəyanların  təsirilə  onların  həqiqi  mahiyyətini  dürüst  anlayana  qədər  bir 

təqlid  ədəbiyyatı  yaranır,  postmodernizm  adına  cəfəngiyyatlar  yazılır, 

beləliklə, dəbə aludə olanlar üçün özlərini «novator» adlandırmağa məqam 

yaranır. Qərb ədəbiyyatında artıq vaxtını keçirmiş bir cərəyanın Azərbaycan 

ədəbi  mühitində  qol-budaq  atmasına,  pərvəriş  tapmasına  isə  inanmaq 

çətindir” (8). 

Tənqidçinin  Kamal  Abdulla  və  bir  çox  müasir  ədiblərimizin  son 

yaradıcılıqları  ilə  bağlı  söylədikləri  çağdaş  ədəbi  estetik  baxışların  ifadəsi 

kimi  xüsusi  maraq  doğurur.  Son  dövr  nəsrimizin  inkişaf  meylləri,  onun 

ədəbi-tənqidi məqalələrində öz düzgün təfsirini tapır. 

2000-ci  illərdə  ədəbiyyatda  milli  kökə  qayıdışla  bağlı  xüsusi 

canlanmanın  şahidi  oluruq.  Anarın  “Ağ  qoç,  qara  qoç”,  Elçinin  “Qarabağ 

şikəstəsi”,  Elçin  Hüseynbəylinin  “Tut  ağacı  boyunca”,  Sabir  Əhmədlinin 

“Kütlə”, Əlabbasın “Qiyamçı”, Kamal Abdullanın “Yarımçıq əlyazma” və s. 

bu kimi əsərlər məhz milli kimlik məsələsinin həlli problemlərini qabartmaq 

niyyəti  ilə  yazılmış  bədii  nümunələr  kimi  daha  çox  yadda  qalır. 



Filologiya məsələləri, №4, 2017 

 

475



Saydıqlarımız müasir nəsrimizin əsas çox gözəl nümunələri olsa da, dövrün 

ağır problemini – Qarabağ dərdini bütün gərginliyi və təfsilatı ilə verməkdə 

kifayət  deyildir.  Doğrudur,  Qarabağ  mövzusunda  xeyli  hekayə,  povest, 

romanlar yazılıb. Lakin aydın məsələdir ki, problem sayda yox, sanbaldadır. 

Təəssüf  ki,  son  nəsr  nümunələrində  oxşar  məzmun  və  hekayələr,  düşmən 

tərəfin  vəhşilikləri  şablon  təsvir  və  üsullarla  nəql  olunur.  Əsas  dərinlik, 

mahiyyət zəif açılır. Qarabağ müharibəsinin təcəssümündə zahiri təfərrüatın 

təsviri əsl sənətkarlıqın mahiyyət və qüdrətini üstələyir.  

Bu  cəhətdən  Hüseynbala  Mirələmov,  mübəliğəsiz  demək  olar  ki, 

çoxlarından  seçilir.  Onun  əsərləri  bərədə  bir  neçə  ildir  ki,  mətbuat 

səhifələrində bir-birindən fərqli yazılar çap olunur, monoqrafiyalar, kitablar, 

məqalələr  nəşr  edilir.  V.Yusifli  demişkən:  “Onun  əsərlərini  gah  tərifləyib 

göylərə  qaldırır,  gah  da  kəskin  tənqid  atəşinə  tuturlar.  Təbii  ki,  buraya 

yazıçının  əsərlərini  obyektiv  qiymətləndirən  bir  sıra  yazıları  qatmırıq. 

Göründüyü  kimi,  fikirlər  müxtəlifdir.  Amma  bizim  fikrimizcə,  Hüseynbala 

Mirələmovun  əsərləri  müasir  Azərbaycan  nəsrində  özünə  məxsus  bir  yer 

tutur  və  bu  əsərlər,  emosiyasız-filansız,  obyektiv  şəkildə  qiymətlən-

dirilməlidir. Hər bir əsərində uğurlu cəhətlər, bitkin və kamil obrazlar olduğu 

kimi,  müəyyən  sənətkarlıq  qüsurları  və  çatışmazlıqlar  da  ola  bilər. 

H.Mirələmov əsərlərinə də bu meyarla yanaşmaq lazımdır. Şübhə etmirik ki, 

yazıçı  özü  də  tənqiddən  məhz  belə  bir  münasibət  gözləyir,  əsərləri  barədə 

obyektiv söz eşitmək istəyir”.  

V.Yusiflinin qeydlərinə şərik çıxır və yalnız bir şeyə təəssüf edirik ki, 

bəzi  müəlliflərin  “müəyyən  sənətkarlıq  qüsurları”  dedikdə  nələri  nəzərdə 

tutduğu bizə də yetərincə aydın olmur.  

Tənqidçi  bir  cəhəti  xüsusi  nəzərə  çatdırır  ki,  bəzən  H.Mirələmovun 

yaradıcılığını,  onun  ayrı-ayrı  bədii  obrazlarını  çox  mübaliğəli  formada 

təqdim edənlər də az deyil. Bu cəhətdən Əlirza Xələflinin, Vəkil Hacıyevin 

və  başqalarının  ifrat  müqayisələri  qeyri-təbii  görünür.  Biz  tənqidçinin  bu 

fikri ilə tamamilə razıyıq və H.Mirələmovun yaradıcılığı barədə yazılan bir 

sıra məqalələri məhz elmi yox, təsviri xarakrerli olduğundan tədqiqata cəlb 

etməyi artıq hesab etmişik.  

Bəzən  belə  bir  halın  şahidi  oluruq  ki,  mahiyyətə  qətiyyən  dəxli 

olmadığı  halda  Nitşe,  Şopenhaer,  Spenser,  Freyd  kimi  filosofların  adları 

sadalanır  və  H.Mirələmovun  qəhrəmanları  yersiz  olaraq  Avropa 

ədəbiyyatının  qəhrəmanları  ilə  müqayisə  edilir.  Məsələn:  “H.Mirələmovun 

qəhrəmanları, xüsusilə də Yusifcan, T.Drayzer qəhrəmanları ilə müqayisədə 

başqa-başqa  bədii  xilqətlərdir  və  siqlət  etibarı  ilə  tək  T.Drayzerin  deyil, 

R.Rollanın, E.Zolyanın, S.Sveyqin, B.Pasternakın dahiyanə təxəyyül sahibi 

surətləri  ilə  bir  səviyyədə  dayanır”  (  3.  s.24-25).  Bizə  elə  gəlir  ki,  ədibin 

obrazlar  aləminə  aludəçilik  Vəkil  Hacıyev  kimi  dünya  ədəbiyyatına  bələd 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə