Microsoft Word 2017-ci№ doc



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə102/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   98   99   100   101   102   103   104   105   ...   147

Filologiya məsələləri, 2017 
 270
olduğu təqdirdə, eyni müstəviyə tamamilə  fərqli  əsərlər gətiriləcək və eyni 
sıraya düzüləcəkdir. Bu sıra “Su altında 80000 kilometr, “Amfibiya-adam” 
əsərləri dayanacaq, sıranı isə “Möcüzələr yaradan insan”, “Ustad və Marqarita” 
və “Çevrilmə” əsərləri qapayacaqdır. Halbuki, bunların içərisindən “Amfibiya-
adam”  əsəri bizim fikrimizcə, elmi-fantastikadırsa, “Çevrilmə” daha çox 
realistik-fantastikadır”. 
Göründüyü kimi, “Ədəbiyyat qəzeti”nin səhifələrində çap olunmuş bu 
yazıda Struqatski qardaçları özləri diskussiya yaradaraq elmi-fantastikaya qarşı 
realistik –fantastikanı qoyurdular. Bizim fikrimizcə, Struqatski qardaşlarının 
realistik fantastika adlandırdıqları  ədəbi hadisə  şərti poetik tipə malik 
fantastikadan savayı bir şey deyildir.  
Maraqlıdır ki, bu məqaləyə ilk etiraz edən “Ədəbiyyat qəzeti”nin özü 
olmuşdur. “Redaksiyadan” başlığı ilə ilə verilmiş bu münasibətdə oxuyuruq:  
“Nə ictimai-fəlsəfi,  nə elmi, nə  də  ənənəvi (bizim dediyimiz – şərti-poetik 
fantastika – D.S.) fantastikanı  şişirtmək, hətta qarşı-qarşıya qoymaq lazım 
deyildir” (13).  
 Elmi 
fantastikanın tədqiq tarixinə nəzər saldıqdan sonra fantastikaya və 
ya fantastik ədəbiyyata verilən tərifləri də gözdən keçirmək maraqlı olardı.    
  Fantastika  yunan  sözü “phantastike” olub mənası  xəyal etmək sənəti 
deməkdir. Çağdaş dönəmdə fantastika dedikdə ədəbiyyatın ayrıca, müstəqil bir 
növü nəzərdə tutulur. Fantastik ədəbiyyat isə reallığa zidd olan, uyğun 
gəlməyən, dünyanın qeyri-adi, möcüzəvi mənzərəsini sözlə yaradan, təsvir edən 
ədəbiyyat anlayışını ehtiva edir. Fantastikanın özü nəzəri ədəbiyyatlarda bir neçə 
istiqamətə bölünür ki, bunlardan ən əsasları aşağıdakı formada qruplaşdırılır: 
1.  Elmi fantastika (- əsil elmi fantastika - kosmik fantastika - kosmik 
odisseya -planetar roman -kosmik opera); 2. Döyüş fantastikası; 3. Yumoristik 
fantastika; 4. Məhəbbət fantastikası; 5. İctimai fantastika; 6. Fentezi; 7. Mistika 
və dəhşət. 
 Elmi fantastika  ədəbiyyatdan başqa kino istehsalı sahəsində də istifadə 
olunur. Bu janrda real dünyada baş verən hadisələr təsvir olunur, amma onları 
reallıqdan fərqləndirən bir qisim cəhətlər mövcud olur. Yəni bu hadisələr tarixi 
gerçəkliyə uyğun olmur. Bu uyğunsuzluqlar isə texnogen, elmi sosial, tarixi və 
s. aspektləri əhatə edir. Elmi fantastika öz növbəsində iki yerə bölünür: əsil elmi 
fantastika və kosmik fantastika.   
Döyüş fantastikası fantastika janrının elə bir növüdür ki, burada uzaq 
gələcəkdə baş verən döyüş  səhnələri təsvir olunur. Bu əsərlərdə  təsvir olunan 
bütün döyüş səhnələri qeyri-adi, güclü və yeni,  çağdaş insana tanışç olmayan, 
habelə fantastik silahların tətbiqi ilə  həyata keçir. Döyüş fantastikasında 
qəhrəmanlar çox zaman robotlar olur.  
Yumoristik fantastikada yazılmış  əsərlərdə bütün fantastik hadisələr və 
situasiyalar yumoristik planda təsvir olunur. Bu janr fantastik əsərlər içərisində 


Filologiya məsələləri, 2017 
 271
ən qədim heab edilir. Alimlərin böyük əksəriyyəti yumoristik fantastikanın hətta 
antik dövrlərdə mövcudluğunu irəli sürürlər.  
Məhəbbət fantastikası janrında yazılmış əsərlər romantik macəra əsərləri 
hesab olunur. Uydurulmuş ölkələrdə baş verən məhəbbət macəraları, 
uydurulmuş  məhəbbət qəhrəmanlarının üstünlük təşkil etdiyi süjet xəttinin 
mövcud olduğu əsərləri bu janra aid etmək mümkündür.  
Nəticə. Nəhayət, elmi-fantastik ədəbiyyatın tədqiqi ilə bağlı sonrakı 
polemikalarda Struqatsi qardaşları öz mövqelərini belə müdafiə edirdilər. 
Onların fikrincə, “şərti-pozitiv” fantastika daha uzun ömürlü olacaqdır. Halbuki 
elmi fantastika isə içində əks olunduöu hadisələrin hətaya keçməsindən sonra öz 
aktuallığını və marağını itirəcəkdir. Bu zaman cəmiyyətin maraqları və diqqəti 
tamam ayrı istiqamətə yönələcəkdir. Gördüyümüz kimi, müəlliflərin dediyində 
müəyyən həqiqət vardır. Doğrudan da, elmi-texniki tərəqqinin inkişafı ilə 
mənbələrdə “texnoloji fantastika” adlandırılan  ədəbi hadisə öz aktuallığını  və 
zərurətini itirə bilər. Amma bir məsələ vardır ki, bu da Struqatski qardaşlarının 
ictimai-elmi fantastikaya toxunmamalarıdır. Məhz bu istiqamət hər zaman 
mövcud olacaq və öz aktuallığını heç zaman itirməyəcəkdir. 
 
ƏDƏBİYYAT 
1. Брандис Е. Жюль Верн. Ленинград: Детгиз, 1963 
2.  Кагарлицкий Ю. Герберт Уеллс. Москва: Гослитиздат, 1963 
3. Ляпунов Б. Александр Беляев. Москва: 1967 
4. Званцева Е. Научно-фантастическая проза И.Ефремова. Москва: 1968 
5.  Рюриков  Ю.  Через 100 и 1000 лет.  Человек  будущего  и  советская 
художественная фантастика. Москва: 1961 
6. Зелинский К. Литература и человек будущего // Вопросы литературы, 
1962, № 2     
7. Чернышева Т. Человек и естественная среда в современной научной 
фантастике. Москва: 1969 
8. Чёрная Н. В мире мечты и предвидения. Киев:1972     
9.  Тамарченко  Е.  Социально-философский  жанр  современной  научной 
фантастики. Москва: 1970 
10. Гуревич Г. Карта страны фантазий. Москва: Искусство, 1967  
11.  Джингр  К.  Пути  развития  научно-фантастического  жанра  в 
советской литературе  
12.  Брандис  Е.  Советский  научно-фантастический  роман.  Ленинград: 
1959 
13. Заметка «От редакции» // Литературная газета, 4 марта 1970 
 


Filologiya məsələləri, 2017 
 272
САМЕДОВА ДУРДАНА 
 
ВЗГЛЯД НА ИСТОРИЮ ИССЛЕДОВАНИЯ 
 НАУЧНО-ФАНТАСТИЧЕСКОЙ ЛИТЕРАТУРЫ 
 
РЕЗЮМЕ 
В  статье  исследуется  история  формирования  и  развития  научно-
критической базы научно-фантастической литературы в период начала и 
середины  ХХ  века.  Как  известно,  научная  фантастика —  литературный 
жанр,  который  является  одной  из  разновидностей  фантастики.  Научная 
фантастика  основывается  на  фантастических  допущениях  (вымысле, 
спекуляции) в области науки, включая как точные, так и естественные, и 
гуманитарные  науки.  Научная  фантастика  описывает  вымышленные 
технологии  и  научные  открытия,  контакты  с  иным  и  нечеловеческим 
разумом,  возможное  будущее  или  альтернативный  ход  истории,  а  также 
влияние этих допущений на человеческое общество и личность. Действие 
научной фантастики часто происходит в будущем, что роднит этот жанр 
с 
футурологией
.  Автор  старается  охватить  самые  значимые  научные 
труды и исследования научно-фантастической литературы.  
 
SAMEDOVA DURDANA 
 
A LOOK AT THE HISTORY OF THE STUDY  SCIENCE FICTION 
 
SUMMARY 
The article investigates the history of the formation and development of 
scientific and critical base of science fiction during the early and mid-twentieth 
century. As you know, science fiction - a literary genre that is a kind of fiction. 
Science fiction based on fantastic assumptions (fiction, speculation) in the field 
of science, including both exact and natural and human sciences. Science fiction 
describes fictional technologies and scientific discoveries and contacts with 
other non-human reason, a possible future alternative or course of history, as 
well as the impact of these assumptions on human society and the individual. 
Action science fiction often takes place in the future that unites the genre with 
futurology.The author tries to cover the most important scientific works and 
studies of science fiction.  
 
Rəyçi  filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanova 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə