15
Buna qədər hərəkətsiz, gərgin uzanan xəstə əlləri və ayaqları
ilə hərəkət edərək, yataqda çırpınmağa başlayır.
Tənəffüs hərəkətləri qeyd olunmur.
Sifəti tünd qırmızı-göy rəngdədir.
4-cü dövr:
Qıcolmalar azalır və sona yetir
Xəstə xırıltı ilə müşayiət olunan dərin, küylü nəfəs alır
Ağzından köpük gəlir (çox vaxt qanlı)
Tənəffüs müntəzəm olmağa başlayır
Sianoz azalır
Nəbzi bərpa olur
Bəbəklər yavaş-yavaş daralır.
Qıcolmadan sonra koma vəziyyəti gəlir. Hamilənin huşu
aydınlaşdıqdan sonra retroqrad amneziya baş verdiyindən, qıcolmanı
xatırlamır.
Bəzən qadın komadan çıxmadan növbəti qıcolma başlayır. Bu hal
“eklamptik status” adlanır.
DİFFERENSİAL DİAQNOSTİKA
Hamiləlik zamanı eklamptik qıcolmaları bu hallarla differensiasiya
etmək lazımdır:
P
►
Birincili generalizə olunmuş epilepsiya
►
Subaraxnoidal qansızma
►
Hipoqlikemiya
►
T
Trombotik trombositopenik purpura krizi
►
Dölyanı maye ilə emboliya
►
Mərkəzi venoz sinusun trombozu
►
Su intoksikasiyası
►
Feoxromositoma
►
Lokal anestetiklərin toksik təsiri (məsələn, epidural)
►
Dərman zəhərlənməsi
Eklampsiya zamanı nevroloji pozğunluqların diaqnostikası
məqsədilə Qlazqo şkalasından, daha dəqiq diaqnostika üçün isə onun
Pittsburq modifikasiyasından istifadə olunur. Balların cəminə əsasən
qiymətləndirmə aparılır (Əlavə 1).
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
16
MÜALİCƏ
Ağır preeklampsiyanın müalicə prinsipləri
Eklampsiya və ağır preeklampsiyanın yeganə etiopatogenetik
müalicəsinin əsasını hamiləliyin başa çatdırılması təşkil edir (A).
Eklampsiya və preeklampsiyalar zamanı hamilə qadının aparılma
taktikasını qıcolmaların profilaktikası və müalicəsi, arterial təzyiqə
nəzarət (A) və nəticə etibarı ilə, hamiləliyin başa çatdırılması təşkil
edir (A).
Qıcolmaların profilaktikası və müalicəsi
Maqnezium-sulfat (Magnesium sulfate) ağır preeklampsiyanın və
eklampsiyanın müalicəsində seçim dərman vasitəsidir (A).
Maqnezium-sulfat antikonvulsant olmasa da, olduqca güclü beyin
vazodilatatorudur. O, qlutamat kanalından kalsiumun daxil olmasını
blokada etməklə beyin damarlarının sıxılmasının qarşısını tamamilə
alır. Maqnezium-sulfatın fizioloji üstünlüyü uşaqlıqda qan dövranını
yaxşılaşdırmaqla dölə müsbət təsirindədir (A).
Dərman vasitəsinin təyini zamanı xəstədə maqnezium
intoksikasiyası əlamətlərinin ciddi monitorinqi aparılmalıdır.
Tənəffüs və ya ürək dayanması yarada bilən əlamətlər:
Diz reflekslərinin itməsi,
Yuxululuq,
Qeyri-aydın tələffüz,
Əzələ zəifləməsi,
Tənəffüsün depressiyası.
Huşun səviyyəsi, tənəffüsün
tezliyi və dərinliyi, diz refleksinin
səviyyəsi maqnezium-sulfat infuziya olunan müddətdə tez-tez qeydə
alınmalıdır. Əgər intoksikasiyaya şübhə yaranarsa, infuziya
dayandırılmalıdır, tənəffüs pozğunluğuna şübhə varsa – kalsium-
qlükonat (Calcium
P
P
gluconate) 1 qr. (10 ml 10%) V/D 10 dəqiqədən
artıq müddətə yeridilməlidir (A).
T
Arterial təzyiqə nəzarət
T
Antihipertenziv terapiya ağır preeklampsiyaların müalicəsində
vacib komponentdir
(A).
T
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
17
Antihipertenziv terapiya (Hidralazin və ya Labetalol (Dövlət
qeydiyyatından keçməyib) və ya Nifedipin ilə) DAT 105-110 mm c.
süt. və ya daha yüksək olduğu halda aparılmalıdır (C).
Hidralazin preeklampsiya/eklampsiya zamanı arterial təzyiqin
tənzimlənməsi üçün effektiv vasitədir. V/D bolyus yeridildikdən 10
dəq. sonra effekt qeyd edilir və 20 dəq. sonra maksimal həddə çatır.
Təsir müddəti 6-8 saatdır. Hipotenziya, taxikardiya, tremor, baş
ağrısı, ürəkbulanma, qusma kimi yanaşı təsiri ola bilər ki, bu da
yaxınlaşan eklampsiyaya bənzəyir.
Antihipertenziv terapiya məqsədi ilə Labetalol V/D və Nifedipin
SL daha çox istifadə edilməlidir (A). Effekt hidralazindən daha tez qeyd
olunur, taxikardiya baş vermir, başqa yanaşı təsirlər də az təsadüf edir.
Labetalol – ilkin doza 10 mq yavaş V/D bolyus yeridilir, sonra
hər 10-20 dəq.-dən bir. Maksimal gündəlik doza 300 mq-a qədər və
ya 1-2 mq/dəq. V/D infuziya. Təsiri 5 dəq. sonra başlayır,
maksimuma 10-20 dəq. sonra çatır.
Nifedipin (Nifedipine) – 5-10 mq dil altına (A). Əgər effekt
yoxdursa, 10 dəq. sonra daha 5 mq SL. Maksimal doza 1 saata – 50
mq və ya 120 mq/dl. Nəzərdən qaçırmaq olmaz ki, maqnezium-sulfat
fonunda nifedipin kəskin hipotenziyaya və sinir-əzələ pozğunluğuna
gətirə bilər. Nifedipin kalsium kanallarının blokadası ilə
tromboksanın sintezini, trombositlərin aqreqasiyasını azaldır.
İnfuzion terapiya taktikası
Preeklampsiya/eklampsiya ürəyin yüksək vurma həcmi və
yüksək ümumi periferik müqavimətlə müşayiət olunur. Bu zaman
hemokonsentrasiya və plazmanın həcminin azalması
və
mərkəzləşməsi də mövcud olur. Həcmin artırılması ilə ana və döl
tərəfdən ölüm hallarının azalması haqqında dürüst məlumat yoxdur.
Beləliklə, infuzion terapiya olduqca ehtiyatla aparılmalıdır ki, kəskin
ağciyər və ya beyin ödemi baş verməsin (D).
Maye yeridilməsi 1-2 ml/kq/saat sürətilə sidik ifrazına ciddi
nəzarət etməklə aparılmalıdır və adi halda ümumi infuziyanın
miqdarı 80 ml/saat sürəti ilə (C) və ya əvvəlki saatda olan diurezə 30
ml əlavə etməklə məhdudlaşdırılmalıdır (D).
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.