Microsoft Word 30 Eklampsiya doc



Yüklə 374,73 Kb.
Pdf görüntüsü
səhifə5/13
tarix23.09.2017
ölçüsü374,73 Kb.
#1236
1   2   3   4   5   6   7   8   9   ...   13

 

 

15



 

Buna qədər hərəkətsiz, gərgin uzanan xəstə əlləri və ayaqları 

ilə hərəkət edərək, yataqda çırpınmağa başlayır. 

 

Tənəffüs hərəkətləri qeyd olunmur. 



 

Sifəti tünd qırmızı-göy rəngdədir. 



4-cü dövr: 

 

Qıcolmalar azalır və sona yetir 



 

Xəstə xırıltı ilə müşayiət olunan dərin, küylü nəfəs alır 

 

Ağzından köpük gəlir (çox vaxt qanlı) 



 

Tənəffüs müntəzəm olmağa başlayır 

 

Sianoz azalır 



 

Nəbzi bərpa olur 

 

Bəbəklər yavaş-yavaş daralır. 



Qıcolmadan sonra koma vəziyyəti gəlir. Hamilənin huşu 

aydınlaşdıqdan sonra retroqrad amneziya baş verdiyindən, qıcolmanı 

xatırlamır.  

Bəzən qadın komadan çıxmadan növbəti qıcolma başlayır. Bu hal 

“eklamptik status” adlanır. 

DİFFERENSİAL DİAQNOSTİKA 

Hamiləlik zamanı eklamptik qıcolmaları bu hallarla differensiasiya 

etmək lazımdır:

P

  

 

Birincili generalizə olunmuş epilepsiya 



 

Subaraxnoidal qansızma 



 

Hipoqlikemiya  



 

T



Trombotik trombositopenik purpura krizi 

 



Dölyanı maye ilə emboliya 

 



Mərkəzi venoz sinusun trombozu 

 



Su intoksikasiyası 

 



Feoxromositoma 

 



Lokal anestetiklərin toksik təsiri (məsələn, epidural) 

 



Dərman zəhərlənməsi 

Eklampsiya zamanı nevroloji pozğunluqların diaqnostikası 

məqsədilə Qlazqo şkalasından, daha dəqiq diaqnostika üçün isə onun 

Pittsburq modifikasiyasından istifadə olunur. Balların cəminə əsasən 

qiymətləndirmə aparılır (Əlavə 1)

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

 

16



MÜALİCƏ 

Ağır preeklampsiyanın müalicə prinsipləri 

Eklampsiya və  ağır preeklampsiyanın yeganə etiopatogenetik 

müalicəsinin əsasını hamiləliyin başa çatdırılması təşkil edir (A)

Eklampsiya və preeklampsiyalar zamanı hamilə qadının aparılma 

taktikasını  qıcolmaların profilaktikası  və müalicəsi, arterial təzyiqə 

nəzarət (A) və nəticə etibarı ilə, hamiləliyin başa çatdırılması təşkil 

edir (A).  

Qıcolmaların profilaktikası və müalicəsi 

Maqnezium-sulfat (Magnesium sulfate) ağır preeklampsiyanın və 

eklampsiyanın müalicəsində seçim dərman vasitəsidir  (A). 

Maqnezium-sulfat antikonvulsant olmasa da, olduqca güclü beyin 

vazodilatatorudur. O, qlutamat kanalından kalsiumun daxil olmasını 

blokada etməklə beyin damarlarının sıxılmasının qarşısını tamamilə 

alır. Maqnezium-sulfatın fizioloji üstünlüyü uşaqlıqda qan dövranını 

yaxşılaşdırmaqla dölə müsbət təsirindədir (A).  

Dərman vasitəsinin təyini zamanı  xəstədə maqnezium 

intoksikasiyası əlamətlərinin ciddi  monitorinqi aparılmalıdır.  

Tənəffüs və ya ürək dayanması yarada bilən əlamətlər: 

 

Diz reflekslərinin itməsi, 



 

Yuxululuq, 

 

Qeyri-aydın tələffüz, 



 

Əzələ zəifləməsi, 

 

Tənəffüsün depressiyası. 



Huşun səviyyəsi, tənəffüsün tezliyi və  dərinliyi, diz refleksinin 

səviyyəsi maqnezium-sulfat infuziya olunan müddətdə tez-tez qeydə 

alınmalıdır.  Əgər intoksikasiyaya şübhə yaranarsa, infuziya 

dayandırılmalıdır, tənəffüs pozğunluğuna  şübhə varsa – kalsium-

qlükonat (Calcium

P

 



P

gluconate) 1 qr. (10 ml 10%) V/D 10 dəqiqədən 

artıq müddətə yeridilməlidir (A)

T

Arterial təzyiqə nəzarət 

T

Antihipertenziv terapiya ağır preeklampsiyaların müalicəsində 



vacib komponentdir (A).

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

 

17



Antihipertenziv terapiya (Hidralazin və ya Labetalol (Dövlət 

qeydiyyatından keçməyib) və ya Nifedipin ilə) DAT 105-110 mm c. 

süt. və ya daha yüksək olduğu halda aparılmalıdır (C).  

Hidralazin  preeklampsiya/eklampsiya zamanı arterial təzyiqin 

tənzimlənməsi üçün effektiv vasitədir. V/D bolyus yeridildikdən 10 

dəq. sonra effekt qeyd edilir və 20 dəq. sonra maksimal həddə çatır. 

Təsir müddəti 6-8 saatdır. Hipotenziya, taxikardiya, tremor, baş 

ağrısı, ürəkbulanma, qusma kimi yanaşı  təsiri ola bilər ki, bu da 

yaxınlaşan eklampsiyaya bənzəyir. 

Antihipertenziv terapiya məqsədi ilə Labetalol V/D və Nifedipin 

SL daha çox istifadə edilməlidir (A). Effekt hidralazindən daha tez qeyd 

olunur, taxikardiya baş vermir, başqa yanaşı təsirlər də az təsadüf edir. 

Labetalol – ilkin doza  10 mq yavaş V/D bolyus yeridilir, sonra 

hər 10-20 dəq.-dən bir. Maksimal gündəlik doza 300 mq-a qədər və 

ya 1-2 mq/dəq. V/D infuziya. Təsiri 5 dəq. sonra başlayır, 

maksimuma 10-20 dəq. sonra çatır. 

Nifedipin (Nifedipine) – 5-10 mq dil altına  (A).  Əgər effekt 

yoxdursa, 10 dəq. sonra daha 5 mq SL. Maksimal doza 1 saata – 50 

mq və ya 120 mq/dl. Nəzərdən qaçırmaq olmaz ki, maqnezium-sulfat 

fonunda nifedipin kəskin hipotenziyaya və sinir-əzələ pozğunluğuna 

gətirə bilər. Nifedipin kalsium kanallarının blokadası ilə 

tromboksanın sintezini, trombositlərin aqreqasiyasını azaldır. 



İnfuzion terapiya taktikası 

Preeklampsiya/eklampsiya ürəyin yüksək vurma həcmi və 

yüksək ümumi periferik müqavimətlə müşayiət olunur. Bu zaman 

hemokonsentrasiya və plazmanın həcminin azalması 

və 

mərkəzləşməsi də mövcud olur. Həcmin artırılması ilə ana və döl 



tərəfdən ölüm hallarının azalması haqqında dürüst məlumat yoxdur. 

Beləliklə, infuzion terapiya olduqca ehtiyatla aparılmalıdır ki, kəskin 

ağciyər və ya beyin ödemi baş verməsin (D).  

Maye yeridilməsi 1-2 ml/kq/saat sürətilə sidik ifrazına ciddi 

nəzarət etməklə aparılmalıdır və adi halda ümumi infuziyanın 

miqdarı 80 ml/saat sürəti ilə (C) və ya əvvəlki saatda olan diurezə 30 

ml əlavə etməklə məhdudlaşdırılmalıdır (D) 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



Yüklə 374,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə